Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-163/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri X14 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: özbaşına tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X12, İddiaçı X13 nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4, onun vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X8 nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri X14 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “özbaşına tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-347/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Binəqədi rayonu X8 xx.xx.2004-cü il tarixli, 995/1 saylı Sərəncama əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 1.200 m² torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.
2. Bakı şəhəri Binəqədi rayonu X8 xx.xx.2004-cü il tarixli, 1240 saylı Sərəncama əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 600 m² boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh1 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır.
3. Bakı şəhəri Binəqədi rayonu X8 xx.xx.2006-cı il tarixli, 1083 saylı Sərəncama əsasən X8 ərazi hüdudlarında Bakı şəhəri sakinləri X4 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 1200 m² torpaq sahəsinin 600 kv.m-i sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilmişdir. 678997 nömrəli kassa mədaxil orderinə əsasən X1 qəsəbə Bələdiyyəsinin hesabına 480 manat məbləğində ödəniş etmişdir.
4. Bakı şəhəri Binəqədi rayonu X8 xx.xx.2007-ci il tarixli, 1348 saylı Sərəncama əsasən X8 ərazi hüdudlarında Bakı şəhəri sakinləri X4 və X17 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m² torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X17 adına keçirilmişdir.
5. X8 Nümayəndə2 Səttar oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən onun Binəqədi rayon 4-cü Polis Bölməsinə ünvanladığı 01/MP-169 saylı, xx.xx.2023-cü il tarixli ərizəsi X9 baxılmışdır. Şikayətçi olduğu Cavabdeh3 adına rəsmiləşdirilməsi ehtimal olunan X8 (vətəndaşın təqdim etdiyi) 1397 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına əsas hesab edilən digər sənədlər X8 arxiv materiallarında mövcud olmadığından vətəndaş Cavabdeh3 onun mülkiyyətində olan torpaq sahəsinə iddiası əsassızdır. X8 xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən Cavabdeh4 mübahisələndirilən torpaq sahəsini etibarnamə əsasında Cavabdeh1 aldığını bildirmişdir. Digər şəxs Cavabdeh3 mübahisəli torpağa iddialı olsa da, təqdim etdiyi sənədlərin arxiv materiallarının olmadığını bilərək geri çəkilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6364 saylı rəyinə əsasən mülki iş materialarına əlavə edilmiş ilkin torpaqayırma sxemləri sxematik tərtib olduğundan (miqyas, istinad mesafeleri, koordinatlar gösterilmiyib) həmin ilkin sxemlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X8 1083 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə İddiaçı verilmiş 600 kv.m. ölçüdə (ilk öncə X5 1.200 kv.m. torpaq sahəsi ayrılmışdır, həmin sahənin 600 kv.m. hissəsidir) torpaq sahəsi va həmin bələdiyyənin 1240 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə X3 verilmiş 600 kv.m. ölçüdə torpaq sahəsi hansı koordinatlar daxilində yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdaresinin mütəxəssis rəyinə əsasən təqdim edilən torpaq sahəsinin faktiki olaraq 655.0 kv.m təşkil etdiyi, torpaq sahəsinin üzərində tikilinin olmadığı, torpaq sahəsinin bir tərəfındən 15,3 metr məsafədən yüksək gərginlikli (110 kVt-lıq) elektrik hava xətti keçdiyi müəyyən edilmişdir. Vahid elektron kadastr baza malumatlarında torpaq sahəsinin dövlət torpağı olması müəyyən edilmişdir. Sahənin balans saxlayıcısı ilə bağlı məlumat aşkar edilməmişdir Sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadesinə verilməsi və ya Binəqədi Oil şirkətinin ərazisinə düşməsi barədə məlumat yoxdur. Göstərilən 655.0 kv.m sahənin 21 kv.m hissəsinin yüksək gərginlikli (110 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşdiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi rayon X8 1083 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m² olan Bələdiyyəyə məxsus torpaq sahələrində cavabdehlərin inşa etdikləri yarım tikililərin cavabdehlərin öz hesabına sökülməsini və bələdiyyə ərazisinə daxil olan özbaşına zəbt etdikləri torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 xx.xx.2006-cı il tarixli, 1083 saylı Sərəncamı və torpaq sahəsinə əsas olan digər sənədlərlə Binəqədi qəsəbə ərazisində 600 m² torpaq sahəsi onun adına rəsmiləşdirilərək mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsinin su səthi qurudulmuş, xeyli torpaq tökülərək yararlı hala salınmış, mişar daşı ilə hasar çəkilmişdir. Çox da uzaq olmayan vaxtda Cavabdeh3 adlı şəxs gələrək, ona məxsus torpaq sahəsinin sahibi olduğu iddiası ilə əraziyə müdaxilə etmişdir. Mübahisələrinin ilkin araşdırlması X9 aparılaraq 01/Mp-169 saylı, xx.xx.2023-cü il tarixli məktubla mübahisəli torpaq sahəsinin ona məxsus olduğu öz təsdiqini tapmışdır. xx.xx.2023-cü il tarixində ona məxsus torpaq sahəsini etibarnamə əsasında aldığını iddia edən Cavabdeh4 bu torpağın ona vətəndaşlar Cavabdeh1, Cavabdeh2 tərəfindən satıldığı, həmçinin bunların yanında Anar Sultanovun olduğu məlum olmuşdur. Cavabdehlərin adlarına X9 mübahisələrindirilən torpaq sahəsinə aid heç bir torpaq ayırma sənədi qərar və ya sərəncam verilməmişdir.
9. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
10. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, mübahisəli torpaq sahəsinin daş hasarından İ=0,15 metr kənardan “Azəriqaz” İstehsalat Birliyinin Bakı X24 Departamentinə (BRQİD) məxsus D108mm-lik və D76 mm-lik yerüstü aşağı təzyiqli qaz xəttləri keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsinə əsasən təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr, orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə isə 5 metr müəyyən olunmuşdur. Həmin əlavənin “Qeydlər” hissəsinə əsasən Tikinti Norma və Qaydalarının tələblərinə uyğun olaraq binaların divarları və örtükləri üzrə qaz kəmərlərinin çəkilməsi imkanı istisna edilmir. Tikinti Norma və Qaydalarının ll-37-76-nın 4.18-ci bəndinə əsasən orta təzyiqli qaz boru kəmərlərinin çəkilişini odadavamlıq dərəcəsi 4-cü dərəcədən aşağı olmayan yaşayış və ictimai binaların xarici divarları ilə və ayrıca inşa edilmiş yanmayan sütunlar (dayaqlar) üzərində nəzərdə tutmağa yol verilir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 347/2024 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X18).
12. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ərizəsindən görünür ki, Binəqədi qəsəbə ərazisində olan 600 m² torpaq sahəsinin daş hasarından İ=0,15 metr kənardan “Azəriqaz” İstehsalat Birliyinin Bakı X24 Departamentinə (BRQİD) məxsus D108mm-lik və D76 mm-lik yerüstü aşağı təzyiqli qaz xəttləri keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsinə əsasən təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr, orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə isə 5 metr müəyyən olunmuşdur. Odur ki, iddiaçının həmin torpaq sahəsi barəsində iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir
13. Məhkəmə, həmçinin, hesab etmişdir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.
14. Məhkəmə öz mövqeyini “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci, 157ci, 164-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-67-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77-ci, 119-cu və 217-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhməkəsinin bir sıra qərarlarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli və xx.xx.2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, subyektiv hüququn tətbiqi ilə bağlı işə baxmış məhkəmə, iş üzrə üçüncü şəxsin məhkəməyə elektron qaydada üznvanladığı məktuba istinad etmişdir. Hansı ki, həmin məktubla hansısa subyektiv hüququn olub-olmaması, mülkiyyət hüquqlarının tətbiq edilib-edilməməsi ilə bağlı hallar nəzərdə tutulmur. Qeyd edilən məktubla, tikinti obyektlərinin təhlükəsizlik baxımından inşa olunarkən, müvafiq minimum ölçülərin nəzərə alınması barədə vaxtı ilə AR-nın NK-nin qərarına istinad edilmişdir. Burada hansısa subyektiv hüququn tətbiqi üçün nə hüquqi əsas olmuş, nə də ki, faktiki tərəflər olmamışdır. Ümumiyyətlə, subyektiv hüquq özü bir mücərrəd mənanı kəsb edir ki, bu hüququn hazırki qətnamədə qeyd olunan kimi yanaşılması isə düzgün deyildir. Çünki subyektiv hüquq əşyayla bağlılığı, ona münasibətdə subyektin hərəkətlərini tənzimləyən bir məqam olaraq müəyyən edilir. Şərt deyil ki, əşyaya mütləq mülkiyyət hüququ olsun və yalnız bundan sonra subyektiv hüquq yaransın. Hətta sahiblik və ya istifadə və yaxud da, gələcəkdə əşyayala bağlı bəzi hüququların əldə edilməsini özündə əks etdirən, gözlənilən hüquq da subyektiv hüququn olması üçün əsasdır. Bununla belə, işə baxan məhkəmə subyektiv hüququn olmamasını yalnız bir cümlə ilə əhatə etməklə kifayətlənmişdir. Baxmayaraq ki, mübahisəli torpağa dair onun adına xx.xx.2006-cı il tarixli, 1083 nömrəli Sərəncamla mübahisəli torpaq sahəsinin ayrılması təsdiq olunur. Hətta, torpaq sahəsinin Planı da Bələdiyyənin özü tərəfindən təsdiq və tərtib edilərək ona verilmişdir. Birbaşa görünür ki, onun mübahisələndirilən torpaq sahəsi üzərində nəzərdə tutulmuş hüquqları vardır və həmin hüquqların da müdafiəsi üçün onun məhkəməyə müraciət etmək hüququ mövcuddur. İkinci tərəfdən, ona ayrılmış torpaq sahəsinin Sərəncamının 1-ci bəndində qeyd olunur ki, torpaq sahəsi onun sahiblik və istifadəsinə verilir. Hətta bu Sərəncamın tətbiqi ilə bağlı onun 2006-cı il tarixdə ödədiyi pul qəbzi də mülki işin materiallarına əlavə olunmuşdur Nəticə etibarı ilə, işə baxan məhkəmə subyektiv hüququn mövcudluğunu təsdiq edən bir çox sübutlara özü öz qətnaməsində tam formada istinad etdiyi halda, sonradan subyektiv hüququn olmadığını qeyd edir. Subyektiv hüququn olub-olmaması hansısa bir şəxsin fikri və ya mülahizəsi üzərindən tətbiq edilə bilməz. Subyektiv hüquq münasibətinin əsas özülünü təşkil etdiyindən, burada tətbiq olunmalı tərəflər yalnız qanunvercilik və bu qanunvericliyin mahiyyətindən irəli gələn faktiki sübutlar yer tutmalıdır. Hər hansı bir məktub, mülahizə, etiraz və ya hansısa fikir subyektiv hüququn varlığına təsir edə bilməz. Necə ki, hazırki iş üzrə ən azından ona torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər ola-ola, özü də həmin sənədlərlə birbaşa müəyyən olunur ki, torpaq sahəsi onun sahiblik və istifadəsinə verilir və daha sonra da bu hüquqmüəyyənedici sənədlər də məhkəmənin qətnaməsində qeyd edilirsə, deməli subyektiv hüquqla bağlı işə baxmış məhkəmə düzgün tətbiq etməmişdir. Subyektiv hüquqa dair münasibətin tətbiqi bir cümlə ilə deyil, əsaslandırılmış xüsusatlarla qətnamədə öz əksini tapmalıdır. İşə baxan birinci instansiya məhkəməsi subyektiv hüququn olmamasına dair bir cümlə ilə yekun qərara gəlincə, işdə olan digər sübutlara da qiymət verə bilərdi. Belə ki, onun nümayəndəsi tərəfindən məhkəmədə təqdim edilmiş, ancaq iş materiallarına əlavə edilməyən, Binəqədi RPİ-nin 4cü PŞ-nin təhqiqatçısı, polis polkovnik - leytenantı İsmayıl Mahmudov tərəfndən qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarı, mübahisəli torpaq sahəsinə ilkin olaraq X4 adına ayrılmış Sərəncamın arxiv sənədlərinin mövcudluğu, hansı ki həmin sərəncamdan da irəli gələrək 600 kv.m ona torpaq sahəsinin ayrılması və s., bu kimi digər sənədlər artıq onun subyektiv hüququnun ortada olmasını həm hüquqi cəhətdən təsdiq edir, həm də bir daha onu göstərir ki, subyektiv hüquqa qiymət verilməsi üçün mülki işin içərisində olan sənədlərə istinad etmək kifayət edir. Belə ki, işdə bir çox sənədlər olmuşdur və onların da bir qismi məhkəmənin qətnaməsində əks olunmuşdur. Bunlardan birincisi elə ona aid olan Sərəncam, arxiv arayışları, ödəniş qəbzi, cavabdehlərdən Cavabdeh1 adına verilmiş, xx.xx.2004-cü il tarixli, 1240 nömrəli Sərəncam və s., bu kimi digər sənədlər olmuşdur. Həmin sənədlərin bir-birilə bağlılığı, birinin digərini təkzib edib-etməməsi, torpaq sahələrinin üst-üstə düşübdüşməməsi və s., bu kimi digər vacib hüquqi tərəflər məhkəmədə araşdırılmamışdır. Nəticədə, həmin sənədlərə, işdə olan sübutlara tam, obyektiv və təfsilatı ilə hüquqi qiymət verilməmişdir. Ancaq üçüncü şəxsin elektron ərizəsi üzərindən subyektiv hüququn olmaması barədə bir cümlə ilə işə yekun vurulmuşdur. Bu da təkcə onun deyil, hətta cavabdehlərdən Cavabdeh1 də hüquqlarını hardasa pozmağa yönəlmişdir. Çünki hələ bilinmir ki, mübahiəsli torpaq sahəsi konkret kimə aiddir və tərəflərin hər ikisinin əlində iki müxtəlif Sərəncam var. Ola bilsin, hər iki tərəfə müxtəlif yerlərdə torpaq sahələri ayrılmışdır və hər iki sənəd ayrı-ayrı torpaq sahələrinin sənədləridir. Yaxud da tərsinə, torpaq sahəsi bir dənədir və iki şəxsə ayrı-ayrılıqda eyni torpaq sahəsi barədə iki müxtəlif sənəd verilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən, işdə olan sübutlara düzgün qiymət verilməmiş və mübahisə üzrə torpaq sahəsinin naturada yerinin müəyyən olnması, hər iki sərəncamın mübahisəli torpaq sahəsinə aid olub-olmaması məsələləri açıq qalmışdır. O, məhkəmə prosesində olarkən dəfələrlə iş üzrə ekspertizanın keçirlməsini tələb etməsinə baxmayaraq, buna əhəmiyyət verilməmiş və nəticədə də işə düzgün baxılmamışdır. Mülki iş materiallarında olan sübutlardan biri, məhkəmənin özünün müvafiq sorğusu əsasında Bələdiyyə tərəfindən cavablandırılmış, xx.xx.2023-cü il tarixli məktubdur. Həmin məktubun mətni qətnamənin 3-cü səhifəsinin 9-cu abzasında qısa şəkildə göstərilmişdir. Məktubun mahiyyətinə əsasən, cavabdehlərdən Cavabdeh3 adında hansısa sənədin olmadığı, topaq sahəsini almaması və bu kimi digər hallarla bağlı qeyd olunur. Bununla belə, Cavabdeh3 hazırki iş üzrə onun tərəfindən cavabdeh qismində məhkəməyə cəlb olunmuşdur. Hətta məhkəmə prosesində işitrak edərək, mübahisəli torpaq sahəsində hər hansı bir tikinti işləri aparmadığını vurğulamışdır (qətnamənin 3-cü səhifəsinin 1-ci abzası tam şəkildə). Buradan sual yaranır: Bu məsələnin onun subyektiv hüququna təsiri varmı? Ümumiyyətlə, bu qaydada işə baxılarkən, subyektiv hüququn olmamasına Cavabdeh3 verdiyi ifadənin nə kimi əhəmiyyəti olmuşdur? Bütün bu sual və xüsusatlar işə baxan məhkəmə tərəfindən normal araşdırılmamış və ümumiyyətlə əhəmiyyət verilməmişdir. İşdə olan digər məqam cavabdehlərin özlərinin bir-birilərinə qarşı verdikləri qərəzli izahatlar olmuşdur. Həmin izahat və fikirlər elə məhkəmə qərtnaməsinin özündə birbaşa qeyd edilmişdir. Belə ki, cavabdehlərdən Cavabdeh4 qeyd edir ki, torpaq sahəsini O, Cavabdeh2 almışdır. Cavabdeh2 də torpaq sahəsini Cavabdeh1 almışdır (qətnamənin 2-ci səhifəsinin 3-cü abzası tam şəkildə). Deməli, Cavabdeh4 Ruslanı tanımış və 45.000 manat pulu da ona - Ruslana vermişdir. Bu barədə vaxtı ilə Binəqədi RPİ-də izahat verilərkən həmin izahatı ilə eynilik təşkil edir. Daha sonra, Cavabdeh2 bildirir ki, torpaq sahəsini atası onun üçün 2004-cü il tarixdə almışdır. Ancaq torpaq sahəsi nə onun, nə də ki atasının adına rəsmiləşdirilməmiş və iş yoldaşı Cavabdeh1 adına rəsmiləşdirilmişdir (qətnamənin 2-ci səhifəsinin 4-cü abzası tam şəkildə). Buradan açıq görünür ki, torpaq sahəsinin ümumiyyətlə Rəşadətə aidiyyəti olmamışdır. Əgər Ruslanın verdiyi izahata köklənsək, onda Rəşadət ancaq rəsmiləşdirilmə üçün istifadə olunub. Lakin Cavabdeh1 verdiyi izahatda belə qeyd olunmur. Əksinə, Rəşadət qeyd edir ki, əslində torpaq sahəsi ona məxsus olmuş və sonradan Cavabdeh2 də onun tərəfindən satılmışdır (qətnamənin 3-cü səhifəsinin 2-ci abzası tam şəkildə). Lakin vaxtı ilə polisdə Rəşadət izahatında qeyd etmişdir ki, torpaq sahəsinin ümumiyyətlə ona aidiyyəti yoxdur, torpaq sahəsi Ruslanın atası Ədalətə aid olmuşdur. Cinayət işinin rədd olunması barədə Qərar onun nümayəndəsi tərəfindən məhkəmədə təqdim edilmiş olsa da, ancaq həmin qərar barədə qətnamədə heç nə bildirilmir. Baxmayaraq ki, məhkəmədə izahat vermiş cavabdeh başqa formada məhkəməyə məlumat verir, polisdə isə tam başqa izahat verir. Bu isə məhkəmə tərəfindən dəqiqləşdirilmir və nəticədə, işin mahiyyətinə prosessual qaydada düzgün yanaşmanın olmadığı müəyyən olunur. Digər maraqlı məqam isə ondan ibartədir ki, məhkəmə prosesi zamanı Bələdiyyənin adından çıxış etmiş, Nümayəndə1 ifadəsi qətnamədə düzgün qeyd edilməmiş, daha doğrusu təhrif olunmaqla göstərilmişdir. Belə ki, Nümayəndə1 öz ifadəsində torpaq sahəsinin məhz ona məxsus olduğunu məhkəmədə vurğulamış olsa da, ancaq məhkəmə qətnaməsinin 2-ci səhifəsinin sonuncu abzasında iddia tələblərinə həm etiraz olunduğunun vurğulandığı, həm də torpaq sahəsinin Cavabdeh4 məxsus olduğu yazılmışdır. Lakin Bələdiyyənin nümayəndəsi belə bir izahat verməmişdir. Məhkəmə, mühüm əhəmiyyətli olan faktiki hallardan biri olan torpaq sahələrinin iki, yaxud bir dənə olub-olmamasını, bununla bağlı müvafiq ekspertizanın keçirilməsi nəticəsində bu faktın dəqiqləşdirilməməsidir. İlk öncə, burada ekspertiza təyin edilməli idi və müəyyənləşdirilməli idi ki, torpaq sahəsi onunla cavabdehə (və ya cavabdehlərə) ayrılmış torpaq sahələri ilə eynilik təşkil edirmi? Çünki ola bilsin cavabdehə ayrılmış torpaq sahəsi tam başqa ərazidə, yəni naturada başqa yerdə yerləşir. Belə olan halda, artıq iş üzrə tərəflər arasında olan naturada başqa yerdə yerləşir. Belə olan halda, artıq iş üzrə tərəflər arasında olan mübahisəyə də son qoyulmuş olacaqdır. Yaxud da, torpaq sahəsi eyni olarsa və bu zaman tərəflərə məxsus olan sənədlər üzrə müvafiq qərar qəbul olunmalıdır. Buradan da görünür ki, işə baxmış məhkəmə işin faktiki tərəflərindən biri olan, torpaq sahəsinin (və ya sahələrinin) naturada yerinin müəyyən olunması və onların üst-üstə düşüb-düşməməsi ilə bağlı yekun nəticəni müəyyən etməmişdir. Cavabdeh Niftəlityev Rəşadətin adına hazırlanmış Sərəncamın həqiqi olub-olmaması, müvafiq məhkəmə sorğuları əsasında dəqiqləşdirilməsi həyata keçirlməli olduğu halda, bunun heç biri olunmamışdır. Bu da nəticədə aydınlaşdırılmalı olan növbəti faktın dəqiqləşdirilməməsidir. Çünki cavabdehin adına verilmiş həmin hüquqi sənədlərin düzgünlüyünün dəqiqləşdirilməsi məhkəmənin subyektiv hüquqa aid irəli sürdüyü fikirlərinin yenidən baxılması üçün əsas şərtlərdən biridir. Birinci instansiya məhkəməsində məhkəmə prosesləri bitdikdən və məhkəmənin qətnaməsi qəbul edildikdən sonra, o, Binəqədi rayon X9n 16.1.2024-cü il tarixli, 02/S 36 nömrəli arayış almışdır. Həmin arayışla bir daha təsdiq edilmişdir ki, onun adına torpaq sahəsinin ayrılması barədə Sərəncam Bələdiyyənin arxivində saxlanılır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iddiaçı X13 nümayəndəsi Nümayəndə2 və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
19. Məhkəmə iclasında Cavabdeh4 və onun vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
20. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, tərəflərindən aparlmış araşdırma zamanı mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsi olduğunu müəyyən edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmiş və apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır.
21. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üşüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X8 nümayəndəsi Nümayəndə1 bələdiyyə tərəfindən ayrılmış torpaq sahələri sonradan digər şəxslərə verildiyindən və ərazidə sıx məskunlaşma olduğundan torpaq sahələrinin yerini müəyyən etməyin mümkün olmadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (cəmi bir məhkəmə iclasında iştirak etmiş, həmin iclasda da iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə icraat dayandırılmışdır) məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 159-ci maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 66-cı maddənin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri Binəqədi rayonu X8 xx.xx.2004-cü il tarixli, 995/1 saylı Sərəncamına əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 1.200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Bundan sonra onun və iddiaçının razılıq ərizələri və müraciətləri nəzərə alınaraq həmin bələdiyyənin xx.xx.2006-cı il tarixli, 1083 saylı Sərəncamına əsasən bu torpaq sahəsinin 600 kv.m hissəsinə dair sahiblik və istifadə hüquqları iddiaçının adına keçirilmişdir. Həmin bələdiyyənin xx.xx.2004-cü il tarixli, 1240 saylı Sərəncama əsasən isə Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 600 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh1 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır.
31. Bununla belə, həm iddiaçıya, həm də Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu X8 müvafiq Sərəncamları ilə torpaq sahələri ayrılmışdır. Bu sərəncamlar bələdiyyənin arxivində var, onların hər hansı formada ləğv edilməsi və ya etibarsız hesab edilməsi (olması) müəyyən edilmir. Lakin həmin torpaq sahələri üzərində nə iddiaçı, nə də ki, cavabdehlərin hər hansı birinin mülkiyyət və ya digər əşya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
32. Hazırda iddiaçı Binəqədi rayonu X8 qeyd edilən Sərəncamı ilə ona ayrılmış 600 kv.m. torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini, onlar tərəfindən həmin sahədə qanunsuz olaraq tikinti inşa edildiyini iddia edir və tikintilərin onların vəsaiti hesabına sökülməsini və onların torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh4 iddianı qəbul etmir, hazırda onun istifadə və sahibliyində olduğu torpaq sahəsinin iddiaçıya hər hansı aidiyyətinin olmadığını, iddiaçıya məxsus olmadığını, sahənin müvafiq bələdiyyə sərəncamı ilə Cavabdeh1 mülkiyyətinə verildiyini və bu sahəni etibarnamə əsasında ondan aldığını bildirir.
33. Bu baxımdan iddiaçıya məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün ilk öncə bu torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək lazımdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus olan torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Bu məqsədlə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı da bu halın təsdiq edilməsi baxımından bir nəticə verməmişdir. Belə ki, tədqiqat zamanı iddiaçıya verilmiş 600 kv.m. ölçüdə torpaq sahəsi va cavabdeh X3 verilmiş 600 kv.m. ölçüdə torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin faktiki olaraq 655.0 kv.m təşkil etdiyi, torpaq sahəsinin üzərində tikilinin olmadığı, torpaq sahəsinin bir tərəfındən 15,3 metr məsafədən yüksək gərginlikli (110 kVt-lıq) elektrik hava xətti keçdiyi, 21 kv.m hissəsinin yüksək gərginlikli (110 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşdiyi müəyyən edilmişdir. Vahid elektron kadastr baza malumatlarında isə torpaq sahəsinin ümumiyyətlə dövlət torpağı olması aşkar edilmiş, lakin sahənin balans saxlayıcısı ilə bağlı məlumat aşkar edilməmişdir Sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadesinə verilməsi və ya Binəqədi Oil şirkətinin ərazisinə düşməsi barədə məlumat yoxdur (qeyd edilənlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 10/6364 saylı rəyində öz əksini tapmışdr).
34. İddiaçı onun tərəfindən qeyd olunan torpaq sahəsinin su səthinin qurudulduğunu, sahəyə xeyli torpaq töktürməklə yararlı hala salındığını, mişar daşı ilə hasar çəkildiyini bildirsə də, bu işlərin onun tərəfindən görüldüyünü, ümumiyyətlə torpaq sahəsinin onun sahibliyində olduğunu sübuta yetirə bilmir. Halbuki, istinad etdiyi bələdiyyə sərəncamı 2006-cı ilə aiddir və bu baxımdan müddət etibarı ilə torpaq sahəsi iddia qaldırılan tarixə 17 ildir ki, fasiləsiz olaraq onun istifadə və sahibliyində olmalı və 17 ilin qarşılığında bu istifadə və sahiblik öz təsdiqini tapmalı idi. Lakin bu sahənin hazırda Cavabdeh4 sahibliyində olması iddiaçının həmin sahəyə nəinki hər hansı hüququnun yaranmasını, ümumiyyətlə bu sahənin iddiaçıya hər hansı aidiyyətinin olmasını istisna edir.
35. İddiaçının istinad etdiyi X8 xx.xx.2023-cü il tarixli, 01/Mp-169 saylı məktubu da mübahisəli torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən mötəbər sübut qismində çıxış edə bilməz. Belə ki, məhz iddiaçı ilə Cavabdeh3 arasında (mübahisə tərəfi olaraq Cavabdeh4 yoxluğunda) yaranmış mübahisə çərçivəsində təqdim edilmiş sənədlərin araşdırılması və nəticədə Cavabdeh3 təqdim etdiyi 1397 saylı, xx.xx.2006-cı il tarixli bələdiyyə sərəncamının və digər sənədlərin arxiv materiallarında mövcud olmamasının müəyyən edilməsi səbəbindən torpağın iddiaçıya məxsus olması barədə fikirlər söylənilmişdir. Başqa sözlə, onların ikisindən yalnız iddiaçının həmin ərazidə torpaq sahibi olduğu öz təsdiqini tapmış və bu baxımdan bələdiyyənin mövqeyi nəticə etibarı ilə istisna metoduna əsaslanmışdır. Bu hal, həmin bələdiyyənin Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubu ilə öz təsdiqini tapır. Belə ki, eyni şəxslər tərəfindən imzalanmış (Rəşad İsayev və Natiq Kazımob) ) bu məktubda iddiaçı və Cavabdeh4 tərəfindən təqdim edilmiş eskiz sxemlərdə hər hansı istinad və koordinat nöqtələrinin olmaması, sahənin hər tərəfdən yaşayış evləri ilə əhatə olunması səbəbindən sahənin tərəflərdən hansı birinə məxsus olmasının müəyyən edilməsinin Bələdiyyənin imkanları xaricində olduğu göstərilmişdir. Hər bir halda, torpaq sahəsi həqiqətən də iddiaçıya məxsus olsa idi, Bələdiyyə ən azı həmin, yəni xx.xx.2023-cü il tarixli məktubuna istinadən bu halı təsdiq etmiş olardı.
36. İddiaçı öz mövqeyinin əsaslığını həmçinin, sərəncama uyğun olaraq tərtib edilmiş torpaq sahəsinin situasiya planına istinadən sübuta yetirməyə çalışır və bununla bağlı ekspert rəyində qeyd edilən yüksək gərginlikli (110 kVt-lıq) elektrik hava xəttinin onun planında öz əksini tapdığını vurğulayır. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh1 aid xx.xx.2004-cü il tarixli sərəncama əsasən tərtib edilmiş situasiya planında da yüksək gərginlikli elektrik xətti göstərilmişdir.
37. Bununla belə, iddiaçı hüquqi nəticə etibarı ilə hazırda Cavabdeh4 sahibliyində olan torpaq sahəsinin məhz Bakı şəhəri Binəqədi rayonu X8 xx.xx.2006-cı il tarixli, 1083 saylı Sərəncama əsasən onun istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsi olduğunu sübuta yetirə bilmir.
38. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
40. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.
41. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
42. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Birinci instansiya məhkəməsinin iş üzrə qənaəti əsaslıdır. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-347/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.