Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1633/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2001-ci ildə yaşadığı evə sayğac quraşdırıldığını və həmin dövrdən də evdə sərf olunmuş elektrik enerjisinin dəyərini sayğacın qeydə aldığı göstəricilər əsasında ödədiyini, sonradan bir neçə dəfə enerji təchizatı müəssisəsi tərəfindən istismar müddəti bitmiş sayğacların yenisi ilə əvəz edildiyini, 2018-ci ilin mart ayında elektrik sayğacı “smart kart” tipli sayğacala əvəz edildikdən sonra ödədiyi məbləğin bir hissəsinin sayğaca yüklənmədiyini gördükdə bu barədə cavabdehin yerli qurumlarına müraciət etdiyini, “xxxx” ASC-nin Binəqədi RETSİdən, guya 2007-ci ildən 2010-cu ilədək ona “işlədicilərin gücünə görə orta sərfiyyat” əsasında 1118,61 (bir min yüz on səkkiz manat altmış bir qəpik) manat məbləğində borc hesablandığının bildirildiyini, belə bir hesablama metodunun qanunsuz olduğunu və buna görə də həmin borcun silinməsini tələb etdikdə bu məsələyə komissiya tərəfindən baxılıb həmin borcun silinəcəyini söylədiklərini, lakin hazırki tarixədək sözügedən borcun silinmədiyini, evə dair **********A0000 nömrəli “Abunə Haqqında” çıxarışda sağac oxunması üzrə 1417,68 manat, aktlar üzrə, yəni "işlədicilərin gücünə görə orta sərfiyyat” əsasında hesablanmış 1118,61 manat borcun, ödəmələrin 1768 manat, qalıq borcun isə 767,14 manat kimi əks olunduğunu, sayğac əsasında qeydə alınmış 1417,68 manat borcu artıqlaması ilə ödədiyini, hətta cavabdeh tərəfindən qanunsuz hesablama yolu ilə hesablanmış 1118 manatın 296 manat hissəsinin də məcburi alındığını və cavabdehin qanunsuz hesablanmış həmin məbləğin qalıq 767,14 manat hissəsini hazırda tələb etdiyini bildirmiş, buna görə də Bakı şəhəri, Binəqədi qəsəbəsi, İsfahani küçəsi döngə 2, ev 1 ("Abonent kodu: **********1A0000) ünvanında yerləşən fərdi yaşayış evinə aktlar əsasında hesablanmış cəmi 1118,61 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyi, iddiaçının silinməsini tələb etdiyi borcun 2001-2014-cü illər ərzində yaranmış borc olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına əsasən iddiaçının mərhum qayınatası cavabdeh müəssisənin abonentidir və iddiaçının yaşadığı evə aktlar əsasında 1118,61 manat elektrik enerjisi borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıdan tələb olunan həmin borcun əsassız olduğu qənaətinə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Başqa sözlə, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü enerji təchizatçısının, yəni borcu hesablamış təşkilat olan “xxxx” ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, iddiaçıdan tələb edilən 1118,61 manat borc baxımından cavabdeh bunu sübut edə bilməmiş, onun nümayəndəsi nə birinci instansiya məhkəməsində verdiyi izahatda, nə də apellyasiya şikayətində sözügedən borc məbləğinin hansı meyarlar əsasında hesablandığının və nəyə əsaslandığının izahını ümumiyyətlə verməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2902/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1633/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1633/2021
11.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver