Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1634/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh LPO “xxxx” QSC-nin nümayəndəsi Fərhadova Fərəh Fərhad qızının iştirakı ilə, İddiaçı Heydərov İlqar Bəxtiyar oğlunun cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO “xxxx” QSC-yə qarşı “müqavilənin dəyişdirilməsi (rektrukzasiya edilməsi)” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3727/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh LPO “xxxx” QSCnin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Heydərov İlqar Bəxtiyar oğlu cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Standart KB QSC ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin AR Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019- cu il tarixli 551 №-li fərmanın tətbiq edlməsi ilə borcunun düzgün hesablanması və qalıq borcun restrukzasiya edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “xxxx” KB QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kredit götürmüşdür. O, Heydərov İlqar Bəxtiyar oğlu öz öhdəliklərini icra edə bilmədiyindən 2019-cu ildə xxxx KB QSC onu məhkəməyə verərək müqavilənin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etmişdir. O, həmin dövrdə dəfələrlə Maliyyə Bazarlarına Nəzarət Palatasına və cavabdehə müraciət edərək həmin kredit müqaviləsi üzrə borcunun olub olmaması və borcu qaldığı təqdirdə həmin məbləğin restrukzasiya olunmasını tələb etsə də ona rəsmi cavab verərək həmin kredit müqaviləsi üzrə məlumatların Mərkəzi Bankın elektron məlumat bazasında (elektron portalda) həmin kredit müqaviləsinə dair məlumatlar aşkar olunmadığından restrukzasiya tədbirlərinin aparılmasının mümkün olmadığı qeyd edilərək onun prezidentin fərmanından irəli gələn hüqquqları kobudca pozlmuşdur. Cavabdehin həmin kredit müqaviləsinə dair məlumatları Mərkəzi Bankın elektron məlumat bazasına daxil etməməsi ilə AR Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019-cu il tarixli 551 №-li fərmanından yararlana və həmin kredit üzrə borcları düzgün hesablana və qalıq məbləğ restrukzasiya olunmamış və onu çox çətin duruma salmışdır. Fərmanın tələbindən də (2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;) görsəndiyi kimi onun kredit borcu da 22 fevral 21 dekabr aralığında bağlandığından onun borcu da baş vermiş devalvasiya nəticəsində xarici valyutada olan kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamalı və qalıq borcu yaranarsa həmin müqavilə restrukzasiya edilməli idi. LPO “xxxx” QSC-nin nümayəndəsi Zeynalova Aidə Fizuli qızı məhkəməyə vəsatətlə ilə müraciət edərək bildirmişdir ki, məhkəmənin icraatında olan 2(006)- 3727/2020 saylı mülki iş üzrə iddia tələblərinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxıla bilməz və işə Səbail rayon Məhkəməsində baxılmalıdır. LPO “xxxx” QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Azərbaycan prospekti 4-dür. Göründüyü kimi hazırkı mübahisə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Odur ki, şərh edilənələri nəzərə alaraq, 2(006)- 3727/2020 saylı hazırkı mülki işin baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3727/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh LPO “xxxx” QSC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3727/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiklərindən və bunun səbəbələri barədə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3727/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərkən LPO “xxxx” QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdeh qismində cəlb etmişdir. Elektron İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanının ünvan 2 Mərkəzi Bankın isə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 90 olduğu müəyyən edilmişdir; Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə görə isə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə, aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Müvafiq olaraq da birinci instansiya məhkəməsi cavabdeh LPO “xxxx” QSC-nin nümayəndəsinin işin baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsini əsaslı olaraq təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3727/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1634/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1634/2021
17.02.2021 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver