Məhkəmə qərarları › İş №2(103)-1646/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1646/2025

17.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1646/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(011)- 971/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(011)-971/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbində cavabdeh qismində Bakı şəhər 51 saylı Notariat Ofisi, xüsusi notarius X3, cavabdehin ünvanı isə ünvan 1elə ki, ünvan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən götürülmüş məlumatda VÖEN **********, adı X3, X6 ünvanı isə ünvan 3eh qismində Bakı şəhər 51 saylı Notariat Ofisi qeyd edilərək göstərilmişdir. Həmin notariat ofisinin hüquqi ünvanı VÖEN əsasında Bakı şəhər Nizami rayonudur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhər, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 181 A ünvanı vergi uçotu olan orqanın – yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ünvanıdır. Qeyd edilən hal iddiaçı tərəfindən verilmiş şikayətdə də özü tərəfindən qeyd edilir. Belə olan halda isə vergi orqanının ünvanı üzrə vergi oqanına iddia yönəlmədiyi halda Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırıla bilməz. Kollegiya hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, məhkəmə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-971/2025 nömrəli 10 yanvar 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar