Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-165/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “X8 yerinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə İş №2(103)-165/2023 Açar sözlər:(təbii inhisar subyektinin hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi, işə mülki icraat qaydasında baxılmasının yolverilməzıiyi, iş üzrə icraata xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi X4, Cavabdeh ASC-nin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(002)-513/2022 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci massiv,ev 24B ünvanında yerləşən mənzildə xüsusi mülkiyyət formasında X6 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 2.İddiaçı həmin ərazidən keçən elektrik xətti və transformatorun yerinin dəyişdirilməsini tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh ASC-yə qarşı “X8 yerinin dəyişdirilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanın yaxınlığında "xxxx" ASC-in 6000 KV-lıq elektrik xəttindən 132 N-li KTM-ə çəkilmiş elektrik xəttinin və 132 N-li KTM-in yerinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı evin torpaq sahəsi 1946-ci ildə Bakı şəhəri Duvanlı qəsəbə Sovetliyi tərəfindən atası X15 (Avaz) oğlunun adına fərdi yaşayış evi tikmək üçün Sanqaçal qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmış və atası həmin ərazidə fərdi yaşayış evi tikmiş və ömrünün sonuna kimi həmin evdə yaşamışdır. 1951-cı ildə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşması və qiymətləndirilməsinə dair” PASPORTUNDA qeyd edilmişdir. Texniki Pasport hər 3 (üç) ildən bir yenilənirdi. Onların bütün ailəsi həmin evdə böyüyüb başa çatmışdır. Atası 07.01 2009-cu ildə vəfat etmişdir . O zaman atasının tikdiyi fərdi yaşayı evinə 1963-cü ilin avqust ayında “ Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventerizasiyası və qiymətləndirilməsinə aid PASPOT ” tərtib edilmiş və yeni yaşayış sahəsində ünvan 3 ünvan verilmişdir. (Sonrakı mərhələdə-1982-83- cü illərdə evin Texniki Pasportu dəyişdirilmişdir). Atam tərəfindən inşa edilmiş Fərdi yaşayış evinin tikilməsi ilə əlaqədar bütün sənədlər müxtəlif qurumlara ( AR Arxivlər İdarəsinə və Reyestr Xidmətinə ) təhvil verilmişdir. Ev şəxsi mülkiyyət hüququ ilə atası X7 adıma AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Qeydiyyatından keçmişdir. Hazırda həmin evdə onun ailəsi və üç bacıları qeydiyyatda olmaqla yaşayaırıq .Qeyd edir ki, o,övladlarının və iki bacıları xəstədir və daimi müalicəyə ehtiyacları vardır. (Bu halları təsdiq edən həkim Arayışları işə əlavə olunur). Ona görə o daimi yaxınlarının müalicəsi ilə məşğuldur. Nəzərimizə çatdırır ki, yaşadığı ev 1950-ci illərdə inşa edilmiş evinin yaxınlığında heç bir kommunikasiya xətləri olmamışdır. 2000-ci ildə yaşadığımız evdən 800 metr aralıda yerləşən Hərbi hissənin çəpərinin arxa tərəfində Elektrik yarım stansiyası tikilmiş və həmin ərazidə yaşayan evlərinə elektrik xətləri çəkilmişdir. Daha sonra 1972-ci ildə 6 min KV-luq Elektrik yarımstansiya Hərbi hissənin yaxınlığından götürülərək yaşadığını evin giriş küçəsinin digər hissəsinə, yəni 15-20 metr 1 iy inə köçürülmüşdür. Həmin vaxtı Elektrik yarımstansiyası Dəmir Yolu xəttinin yaxınlığından evlərininyaxınlığına köçürülməsinin səbəbi barədə ərazidə yaşayan şəxslərin fikiri soruşulmamışdır. Eyni zamanda qeyd edir ki, X8 evinin yaxınlığına köçürülən ərazi onun ailəsi üçün fərdi yaşayış evi tikilməsi üçün ayrılmış torpaq sahəsidir. Belə ki, o zaman anası “Qəhraman Ana ” olduğundan və ailəsinin tərkibi çox olduğundan və yaşadığınız ev onların ailə üçün darısqal olduğundan həmi torpaq sahəsi ailəsinə ayrılmışdır. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 276 N:li xx.xx.2000-ci il Sərəncamı ilə “Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ” ayrılmışdır. O həmin sahəni hasarlamış və torpaq sahəsinidə çoxsaylı meyvə ağacları əkmiş və hazırda meyvə ağacları çox böyümüşdür. Son bir neçə ildə , evinin yaxınlığında quraşdırılmış/ 600 KV-hq Elektrik Yarımstansiyandan ailə üzvlərinə şüalanma təsiri güclənmiş və onun və ailə üzvlərinin xəstəlyinə çox pis təsir etmiş və onların psixoloji gərginliyinə səbəb olmuşdur. Ona fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsinin altından qazılaraq elektrik xətti çəkilmişdir. X1 daimi 6000 KV- hq enerji olduğundan , həmin elektrik xəttindən onların ailəsinə şüalanma təsiri-olur. Ona görə o və 16 nəfərdən ibarət qonşuları xx.xx.2018-ci ildə Azərbaycan Respublikasının Baş Nazirinə , Azərbaycan Respublikası Energetika Nazirinə , “Azərişıq "ASC-yə müraciət edərək “Elektrik Yarımstansiyasının” yerinin dəyişdirilməsi, daha doğrusu əvvəlki yerinə qaytarılmasını xahiş etmişik . Lakin AR Energetika Nazirliyi- X3 Agentliyi Bakı şəhəri Regional Bölməsinin 13.9.2018ci il 23/17-1-270 saylı məktubunda nəyinki, Elektrik Yarımstansiyanın götürülməsinin mümkün olmadığım bildirməklə, güya onlar sakinlər “6000 KV-luq hava elektrik xəttinin və 132N:li KTM-nin mühafizə zonasının tələblərinin pozulduğunu” göstərir. Eyni zaman da o evinin dəyişdirilməsi və ona ayrı mənzi verilməsi üçün müraciətinə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavininin xx.xx.2019-cu il tarixli N: M-26-148 saylı cavab məktubunda göstərilir ki, “rayon icra hakimiyyətinin boş mənzil fondu olmadığından onları mənzillə təmin etmək imkan xaricində olduğunu göstərmişdir ” Hesab edir ki, "xxxx" ASC-nin onun sahibliyində olan torpaq sahəsində və mülkiyyətində olan evin yaxınlığında Elektrik Yarımstansiyanın quraşdırılması qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci massiv,ev 24B ünvanında yerləşən mənzildə xüsusi mülkiyyət formasında X6 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 6.İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyi Bakı şəhər Regional Bölməsinin xx.xx.2018-ci il tarixli 23/17-1-270 nömrəliməktubundan görünür ki, mürcaiətdə qeyd edilmiş ünvana baxış keçirilmiş, mövcud vəziyyət yerində araşdırırlmış, sakinlərin iştirakı ilə akt tərtib edilmişdir. yerində baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə olan 516 № li yarımstansiyadan 132 № li KTM-nə çəkilmiş 6 kv-luq hava elektrik veriliş xəttinin və 250 KVA-lıq 6/0,4 kv-luq 132 № li KTM-in mühafizə zonası pozulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2005ci il,10 iyun tarixli,103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən 6 kV-luq hava elektrik veriliş xəttinin və 132 N-li KTM mühafizə zonasının tələbləri ərazidə yaşayan sakinlər tərəfindən kobud şəkildə pozulmuşdur. 6 kV-luq hava elektrik veriliş xəttinin və 132 N-li KTM-in mühafizə zonasının tələblərinin pozulması nəticəsində “Azərbaycan Respublikasının Regionlarının Sosial İqtisadi İnkişafı Dövlət Proqramı”nın icrasında nəzərdə tutulmuş Y/st 516-dan 132N-li KTM-nə çəkilmiş 6 kV-luq hava xəttindən budaqlanma yolu ilə yeni KTM-ləri qidalandıracaq hava elektrik verilişi xəttinin çəkilişi işləri gecikdirilir və bunun da nəticəsi olaraq "xxxx" ASC tərfindən Qaradağ RETSİ-in ərazisində görüləcək işlərin vaxtında yerinə yetirilməsində ciddi maneələr yaranır.”Azərişıq” ASC-in Qaradağ RETSİ-in QXM/302 B-li xx.xx.2018-ci il tarixli məktubunda,132 N-li KTM-in yerinin dəyişdirilməsi texniki cəhətdən mümkün olmadığı bildirilmişdir. 7.İş materiallarında olan Qaradağ rayonu Enerji Təchizat və Satış İdarəsinin xx.xx.2020-ci il tarixli 53/425 nömrəli məktubundan görünür ki, y/st 516-KTM 132 6 kV-luq hava xətləri çəkilən və 132 saylı KTM quraşdırılan zaman bütün işlər EQQQ,TİQ,YTQ və TTQ-a uyğun şəkildə aparılmışdır.KTM quraşdırılan zaman həmin ərazilər olmuş və sonradan İddiaçı və digər sakinlər tərəfindən qanunsuz olaraq zəbt olunmuşdur.Bu sahələr qanunsuz olaraq zəbt olunan zaman y/st 516-KTM 132 6 kV-luq hava xətlərinin həmçinin də 132 saylı KTM-in mühafizə kobud şəkildə pozulmuşdur. İddiaçı yaşadığı ev isə 132 KTM-in və y/st 516-KTM 132 6 kV-luq hava xətlərinin mühafizə zonasından kənardadır. 8.İş materiallarında olan Qaradağ rayon Enerji Təchizatı və Satış İdarəsinin məktubunda görünür ki,132 saylı KTM 1976-cı ildə KTM 29 olaraq balansa götürülmüşdür. 9.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli 10/1215 nömrəli ekspert rəyindən görünür ki, tərtib edilmiş sxemə əsasən Bakı şəhəri,Qaradağ rayonu,Səngəçal qəsəbəsi,1-ci massiv,ev 24B ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.08537 ha torpaq sahəsi Seriya RX ******* saylı çıxarışla vətəndaş X6 mülkiyyətindədir.Həmin Çıxarışa əlavə edilmiş texniki pasportun göstəricilərində qeyd olunur ki,fərdi yaşayış evi 1959-cu il tarixdə inşa edilmişdir.Qaradağ rayon Enerji Təchizatı və Satış İdarəsinin "xxxx" ASC-ə ünvanlandığı məktuba əsasən 132 saylı KTM-in KTM 29 olaraq balansa götürülmə tarixi 1976-cı ildir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli,103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq 330-550 KV-lıq gərginlikdən yuxarı olan elektrik xəttinin mühafizə zolağı 30 metr təyin edilmişdir.Sözügedən 132 saylı KTM-dən torpaq sahəsinin 12 metr,fərdi yaşayış evinin 19 metr aralıda yerləşməsini nəzərə alaraq,torpaq sahəsinin və fərdi yaşayış evnin həmin xətlərin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. 10.İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X16 Xidməti 1-ci ərazi X16 İdarəsinin xx.xx.2021-ci il tarixli 37/H-0/401 nömrəli məktubundan görünür ki,xx.xx.2021-ci il tarixdə yanğın-texniki müayinə keçirilmiş,müayinə yerinin fotoşəkiləri çəkilmişdir.Sözügedən ünvanda İddiaçı məxsus fərdi yaşayış evindən 12 metr ara məsafəsində "xxxx" ASC tərəfindən quraşdırılmış 132 KTM gücünə malik elektrik transformatoru yerləşir və istismar edilir.Həmçinin şikayətçiyə məxsus fərdi yaşayış evinin və tikilisinin yanından torpaqaltı 6000 kVt gücünə malik elektrik kabeli keçir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2005-ci il,10 iyun tarixli,103 nömrəli qərarıilə təsdiqedilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən elektrik şəbəkələrinin mühafizə zonalarının təsnifatı 30 metr məsafə olmasını eləcə də sözügedən ünvanda kütləvi insan tələfatı ilə müşahidə olunacaq və cəmiyyətdə geniş rezonansa səbəb ola biləcək yanğın hadisəsinin qarşısının əvvəlcədən alınması məqsədilə "xxxx" ASC tərəfindən quraşdırılmış 132 KTM gücünə malik elektrik transformatorun həmin ərazidən ləğv edilərək, təhlükəsiz əraziyə uzaqlaşdırılması üçün müvafiq göstəriş verilməsi məqsədilə tərəfindən "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli xx/xx- 00948 saylı məktub ünvanlanmışdır. 11.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 26 yanvar 2022-ci il tarixli, 2(002)-513/2022 saylı qətnaməsi (hakim-Gülnar Əhmədova) ilə iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" ASC-tərəfindən öz balansında olan və ünvan 7 ünvanında olan fərdi yaşayış evinin yaxınlığında (həmin fərdi yaşayış evinin 19 metr aralı məsafədə, torpaq sahəsi ilə 12 metr aralı məsafədə) yerləşən 6000 KV-lıq elektrik xəttindən 132 №-li KTM-ə çəkilmiş elektrik xəttinin və 132 №-li KTM-in yeri mühafizə zonasına aid tələblər nəzərə alınmaqla dəyişdirilməsi qət edilmişdir. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 39, 41-ci maddələri, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabiteninin 11 fevral 2020-ci il tarixli 40 № li Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdıırlması” Qaydalarının 7.1.1.5-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 3.1, 3.2, 3.6, 6.1, 6.3, 9.5, 10.21, 11.16-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 1, 2, 3, 4, 13, 15-1, 17-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.3, 107, 115.0.1, 119.1, 217.4-cü bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 13.Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən hava xətti 6000 kv-luq yox, 6000 volt, yəni 6 kvluqdur və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndində (U, kV — xətlərin gərginliyi) 1 kv-dan - 20 kv qədər (1000 voltdan-20000 volta qədər) yuxarı olan hava xətləri üçün mühafizə zonasının 10 metr məsafədə olmasınəzərədə tutulmuşdur. Ekspert rəyində 132 saylı KTM-dən torpaq sahəsinin 12 metr, fərdi yaşayış evinin isə 19 metr məsafədə yerləşdiyini nəzərə alsaq iddiaçının nə fərdi yaşayışevinin, nə də torpaq sahəsinin hava elektrik xttlərinin mühafizə zonasına düşmədiyi aydın olur. Belə ki, iddiaçı iddia tələbində 6000 kv-luq hava xətlərinin və 132 saylı KTM-in yanında yaşamağın insanların sağlamlıq vəziyyətinə mənfi təsir göstərdiyini və müəyyən xəstəliklərə səbəb olmasını kimi qeyd etsə də, məhz hansı məsafədən elektrik xətlərinin insan sağlamlağına zərər vurulması və ya ümumiyyətlə hava elektrik xətlərinin yaxılığında olmanın insan sağlamlığına hər hansı zərər vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iş üzrə keçirilmiş ilkin məhkəmə ekspertizası bağlı qərardadda ekspert qarşısında 6000 kv-luq hava xətlərinin hansı məsafədən insan sağlamlığına zərər vurulması ilə bağlı sual qoyulmuş, lakin ekspert tərəfindən həmin sual cavablandırılmamışdır. Qeyd edilən halı aydınlaşdırmaq məqsədilə tərəflərindən əlavə məhkəmə ekspertizasının təyin edilməsi barədə məhkəməyə vəsatət verilmiş və məhkəmə qıardadına əsasən ekspertizasının aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya B irliyinin xx.xx.2021-ci il tarixli 2643 saylı cavab məktubunda məhkəmə qərardadında göstərilən sualın məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid olmadığından ekspertiza aparılmasından imtina edilmişdir. Lakin yuxarıda qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılımamış, KTM-in və elektrik hava xətlərinin insan sağlamlığına hansı məsafədən və ya ümumiyyətlə zərər vurması halını müəyyənləşdirmək üçün müvafiq mütəxəssisişə cəlb edilməmişdir. Lakin ekspert tərəfindən mübahisəli elektrik hava xəttinin dəqiq olaraq hansı gərginlikdə olması araşdırılmamış, həmin xəttin gərginliyini müəyyən etmək üçün müvafiq qurumlara sorğu verilməmiş, düzgün rəy verilməsi üçün gərəkli olan əlavə tədqiqat materiallarının ona təqdim edilməsi barədə məhkəməyə vəsatət verməmiş və bu hal öz növbəsində ekspert tərəfindən düzgün olmayan rəyin verilməsi ilə nəticələnmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır c)Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, apellyasiya şikayətində göstərməsələr də, hesab edir ki, bu məsələlərə mülki icraat qaydasında deyil, inzibati məhkəmədə baxılmalıdır, hətta bununla bağlı bu yaxınlarda Ali Məhkəmənin bir qərarı da olmuşdur ki, işə mülki məhəkəmə icraatı qaydasında baxılmalı olmadığından Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Xahiş etdi ki, bunlar da nəzərə alınsın. 17.Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili və nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etmədilər, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsində icraat 18.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2022-ci il və 20 iyul 2022-ci il tarixli qərardadları ilə, müvafiq olaraq iş üzrə məhkəmə elektrotekniki, kompleks əlavə mühəndistexniki və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilərək ekspert rəyləri alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 19.Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 20.Maddə 2.2.4.İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 21.Maddə 261.0.1.İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 22.Maddə 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Apellyasiya baxışının hədləri 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 24.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 25.Kollgiya qeyd edir ki, məhkəmənin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. 26.Belə ki, iş materiallarından göründüyü kimi, hazırkı tələb cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka müdaxilənin aradan qaldırılması ilə bağlıdır. 27.“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. 28.Qərarın 14-cü bəndinə görə isə, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. 29.Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin təbii inhisar subyekti olaraq, ümumi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsinə onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətində olan daşınmaz əmlakla bağlı həmin ərazidə yüksək gərginlikli elektrik hava xətti çəkməsini, transformator quraşdırmasını və bunların yerinin dəyişdərilməsi ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir. 30.Belə olan halda, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının 14-cü bəndinin tələblərinə əsasən hazırki iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. 31.“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən ... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPMdə nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. 32.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da, prosessual hüquq normalarını pozmuşdur. 33.Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(002)-513/2022 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli, mübahisəli elektrik hava xətti və transformatorun yerinin dəyişdirilməsi ilə bağlı təbii inhisar subyekti olan cavabdehin hərəkətlərindən (hərəkətsizliyindən) qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məhkəmə icraatı qaydasında iddia vermək hüquqları izah olunmalıdır. 34.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 35.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 414 (dörd yüz on dörd) manatın 207 (iki yüz yeddi) manatı İddiaçı, 207 (iki yüz yeddi) manatı Cavabdeh ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 36.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 262.1, 262.3, 262.5, 263-264, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(002)-513/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı “X8 yerinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilsin. İddiaçıya izah edilsin ki, X8 yerinin dəyişdirilməsi ilə əlaqədar cavabdehin hərəkətindən və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 414 (dörd yüz on dörd) manatın 207 (iki yüz yeddi) manatı İddiaçı, 207 (iki yüz yeddi) manatı Cavabdeh ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-165/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-165/2023
07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver