Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1659/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, X2 və X3 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq 1.955 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumununun əvəzi olaraq 39,55 manat, cəmi 1.994,55 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması və birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş və yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu olan Cavabdeh2 qarşı olan iddia tələbinin nədən ibarət olması iddia ərizəsində göstərilmədiyindən hesab edilməlidir ki, Kamran Mahmudov iddia ərizəsində formal əsasla cavabdeh kimi qeyd edilmişdir ki, iddiaçı, iddia ərizəsini Qaradağ Rayon Məhkəməsinə verə bilsin. Bu kimi iddiaya Qaradağ Rayon Məhkəməsi tərəfindən baxılarsa, onda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) ərazi aidiyyəti ilə bağlı tələbləri pozulacaq, bu isə yolverilməzdir. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsi və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad ləğv olunmalı və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (maddə 36.2.). İddiaçı tərəfindən 3 nəfər cavabdehə qarşı irəli sürülmüş iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh Rasim Abdullayev cavabdeh Kamran Mahmudova məxsus “Rahat Ekspress” mağazasından dəyərini hissə-hissə ödəmək şərti ilə xx.xx.2024-cü il tarixdə “Khann” markalı mopedi almış və idarə etmək üçün Cavabdeh3 vermişdir. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə mopedi idarə edərkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi moped iddiaçıya məxsus olan “Nissan Tiida” markalı, **-BE-*** dövlət nişanlı qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobil zədələnmiş, bununla da iddiaçıya 1.955 manat məbləğində maddi zərər dəymişdir. Qeyd edilən yol-nəqliyyata hadisəsi ilə bağlı Bakı Şəhəri Rayon Polis İdarəsinin Tədqiqat Şöbəsi tərəfindən aparılmış araşdırma zamanı əldə olunmuş sənədlərdən görünür ki, alıcı olan Rasim Abdullayev ilə satıcı olan Kamran Mahmudov arasında bağlanmış 1004-2022 saylı “Alğı-satqı müqaviləsindən” və digər sənədlərdən müəyyən edilir ki, mopedin qiyməti 2.550 manatdır və Rasim Abdullayev ilkin olaraq 150 manatı Kamran Mahmudova ödəmiş, qalan məbləği isə hissə-hissə ödəməli idi. Lakin mopedin dəyəri Rasim Abdullayev tərəfindən Kamran Mahmudova tam ödənilməmişdir. Bununla da müəyyən edilir: - moped Kamran Mahmudovun mülkiyyətində qalmaqdadır; - moped Kamran Mahmudov tərəfindən Rasim Abdullayevə verilmiş; - Rasim Abdullayev idarə edilməsi üçün mopedi Cavabdeh3 vermiş; - Cavabdeh3 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Bunlara görə də, iddiaçı hesab edir ki, həmin zərərin əvəzi hər 3 cavabdehdən müştərək qaydada tutularaq ona ödənilməlidir. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdehlər Rasim Abdullayevin və Cavabdeh3 yaşayış yeri Yardımlı rayonu, cavabdeh Kamran Mahmudovun isə yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonudur. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş tələb aydındır. İddiaçı hesab edir ki, iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş cavabdehlər onun qarşısında müştərək məsuliyyət daşıyırlar. Ona dəymiş maddi zərərin əvəzi hər üç cavabdehdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsindəki qeyri-müəyyənlikləri aydınlaşdırmadan Kamran Mahmudovun formal cavabdeh olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Halbuki, MPM-in 151.2-ci maddəsinə görə, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Odur ki, qeyd edilənləri nəzərə alan və 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, X2 və X3 qarşı “pul tələbi barədə” iddia ərizəsinin mümkünlüyü və icraata qəbulu məsələsinə tərəflərin, ən əsası isə iddiaçının iştirakı ilə yenidən baxılması üçün iş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1659/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1659/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver