Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1667/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan “X14” Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan “X14” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə mülki iş üzrə (açar sözlər: hərracın yekunlarına dair protokolun nəticələrinin etibarsız hesab olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan “X14” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)-367/2021 nömrəli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli, 2(006)- 4052/2013 nömrəli icra vərəqəsindən görünür ki, İddiaçı “X14” ASC-nin xeyrinə 45000 manat məbləğində əsas borcun, 15072 manat faiz borcun, cəmi 60072 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinin tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulması, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilə yönəldilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilin açıq hərracda satılması, Bakı şəhəri,Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi, satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı “X14” ASC-yə olan borcun ödənilməsi, İddiaçı və onun ailə üzvləri X3, X4 və X5 Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 20 nömrəli mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində tərk etməsi qət edilmişdir.
2. "xxxx" MMC-nin tələbkar LPO “X14” ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı “hərracın keçirilməsinə dair” 13 dekabr 2019-cu il tarixli, 01 №-li bildirişə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 0,1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 13 yanvar 2020-ci il tarixə təyin edilmişdir.
3. "xxxx" MMC-nin tələbkar LPO “X14” ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı “hərracın keçirilməsinə dair” 27 dekabr 2019-cu il tarixli, 01/2 №-li bildirişinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 13 yanvar 2020-ci il tarixə təyin edilmişdir.
4. "xxxx" MMC-nin tələbkar LPO “X14” ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı “hərracın keçirilməsinə dair” 17 yanvar 2020-ci il tarixli, 02 №-li bildirişinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90000- 15%=76500 manat müəyyən edilməklə, satılmaq üçün açıq təkrar hərraca çıxarılmış, hərracın keçirilməsi 27 yanvar 2020-ci il tarixə təyin edilmişdir.
5. "xxxx" MMC-nin tələbkar LPO “X14” ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ipoteka predmetinin əldə olunmasına dair 07 fevral 2020-ci il tarixli təklifinə əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsi xx.xx.2019-cu il tarixli, 20752/36270/14-5-6 nömrəli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 07 fevral 2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 57375 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
6. “FM Ekspress” məktub və bağlama daşıması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun 13 dekabr 2019-cu il tarixli surətinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı bildiriş göndərilmiş, həmin qəbzin «Alanın ünvanı» qrafasında “ünvan 2ş və bildiriş “Gəraylı” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
7. “FM Ekspress” məktub və bağlama daşıması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun 27 dekabr 2019-cu il tarixli surətinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı bildiriş göndərilmiş, həmin qəbzin «Alanın ünvanı» qrafasında “ünvan 3iş və bildiriş “X11” adlı şəxs tərəfindən 09 yanvar 2020-ci il tarixdə qəbul edilmişdir.
8. "xxxx" MMC-nin “Hərracın yekunları barədə” 02 mart 2020-ci il tarixli, 12/01 №-li protokoluna əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli, 2(006)-4052/2013 nömrəli icra vərəqəsinin və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 04 dekabr 2019-cu il tarixli, 20752/36270/14-6-5-6 nömrəli sifariş məktubunun icrası ilə əlaqədar İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzilin hərracı keçirilmiş və ipoteka predmeti Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzil təkrar hərracdan sonra 57375 manata ləğv prosesində olan “X14” ASC-yə satılmışdır.
9. Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzili “X14” ASC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair tələbkar “X14” ASC ilə hərrac təşkilatçısı "xxxx" MMC arasında bağlanmış 02 mart 2020-ci il tarixli, 12/01 nömrəli protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli, 2(006)-4052/2013 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu,H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90000 manat məbləğində olmaqla "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. İddiaçının Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən xəbəri olmamışdır. Həmçinin Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclar barədə iddiaçıya məlumat verilməmişdir. İddiaçıya məxsus mənzilin açıq hərracdan bank tərəfindən əldə edilməsi barədə ona məlumat bankın nümayəndəsi tərəfindən verilmişdir. Bundan sonra Hərrac təşkilatçısına etdiyi müraciətə cavab olaraq hərracdan keçirilməsinə dair sənədlərin surətləri iddiaçıya təqdim edilmişdir. Hərrac təşkilatçısının 13 dekabr 2019-cu il tarixli bildirişdən müəyyən edilmişdir ki, mənzil açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 90000 manat olmaqla 13 yanvar 2019-cu il tarixində, 11:00-da birinci hərrac keçirilmişdir. Hərrac təşkilatçısının 17 yanvar 2020-ci il tarixli bildirişdən müəyyən edilmişdir ki, mənzil təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 55250 manat olmaqla 27 yanvar 2019-cu il tarixinə 11:00-da birinci hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “FM Ekspress” məktub və poçt daşıma xidmətinin qaimələrindən məlum olur ki, Hərracın yeri və vaxtı barədə bildirişlər ipoteka qoyan olaraq iddiaçının ünvan 4 ünvanına deyil, tamamilə fərqli ünvanlara ünvan 6aylı mənzillərinə göndərilmiş və həmin mənzillərdə tanımadığı şəxslər (Şəfiyeva və Gəraylı) tərəfindən qəbul edilmişdir. Halbuki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli, 2(006)-4052/2013 nömrəli icra vərəqəsində iddiaçının ünvanı ünvan 7 İddia ərizəsinə əlavə edilmiş mötəbər sübutlardan aydın olur ki, Hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin birbaşa tələbləri pozularaq hərracın keçirilməsi barədə ipoteka qoyan İddiaçı heç bir məlumat verilməmişdir. İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair tələbkar “X14” ASC ilə hərrac təşkilatçısı "xxxx" MMC arasında 02 mart 2020-ci il tarixli, 12/01 nömrəli protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, qanunvericilik hərracın keçirilməsi zamanı elanların verilməsi ilə bildirişlərin göndərilməsinin təyinatını fərqləndirərək, elanın verilməsinin bildirişin göndərilməsi istisna edən hala aid olmadığını müəyyən etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)- 367/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilnin açıq hərracdan ləğv prosesində olan “X14” Açıq Səhmdar Cəmiyyətinə satılması haqqında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 02 mart 2020-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 12/01 nömrəli protokolun etibarsız hesab edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
13. Qətnamənin əsaslarına görə, qanunvericiliyin müvafiq qaydasına əməl edilməməsi, yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda ipoteka predmetinin mülkiyyətəisi olan, ipoteka qoyanın əmlak mənafeyini pozulması ilə də nəticələnə bilər. Belə ki, ipoteka qanunvericiliyində bir nəfərin iştirakı hərracın baş tutmamış elan edilməsinə səbəb kimi çıxış etsə də, bu hal təkrar hərracda ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilmədən saxlanılması üçün də əsas kimi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, hərrac mərkəzinin hərracın keçirilməsi barədə bildirişlərin ipoteka qoyan tərəfindən alınmadan hərracın həyata keçirilməsi barədə hərəkətləri qanuni hesab edilə bilməz. Çünki, qanunvericilik hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsini hərrac mərkəzinin üzərinə qoymuşdur. Lakin, hərrac mərkəzi ipoteka qoyanın şəxsən həmin bildirişləri almamasını təsdiq edən sübutlar olduğu halda hərracın keçirilməsini təşkil etdiyindən, həmin hərrac qanunun tələblərini pozulmaqla keçirilmiş hesab edilməlidir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin satılması ilə bağlı keçirilmiş hərracın qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olmaması müəyyən edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməli, keçirilmiş hərrac etibarsız hesab edilməlidir. Məhkəmə hərracda bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçı ləğv prosesində olan “X13” ASC ilə hərrac təşkilatçısı "xxxx" MMC arasında 02 mart 2020-ci il tarixdə əmlakın alqı-satqı barədə müqavilənin bağlanmasını göstərsə də, bu halları təsdiq edən sübutları (alqı-satqı müqaviləsinin əslini və ya təsdiq edilmiş surətini) məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mövcud olmayan müqavilənin bu halda etibarsız hesab edilməsindən də söhbət gedə bilməz. Odur ki, hərracda bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində tələb təmin edilməməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikasının Mülki Məcəlləsinin 415.2, 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 44-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Cavabdeh ləğv prosesində olan “X14” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli, 2(006)-4052/2013 nömrəli qətnaməsinə əsasən verilən icra sənədi üzrə borclu İddiaçı məhkəmə qətnaməsindən və hərrac hərəkətlərindən məlumatı olmuşdur. O, hətta icra sənədi üzrə əmlaka qoyulmuş ilkin satış qiymətini məhkəmədə mübahisələndirmiş, Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli, 2(001)- 414/2015 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan başqa, icra sənədi üzrə icra mərhələsinin gedişində tələbkarla borclu arasında razılıq əldə olunaraq icra sənədi məhkəməyə geri qaytarılmış, lakin sonradan borclu öhdəliklərini yerinə yetirmədiyindən tələbkarın ərizəsinə əsasən yenidən icraya yönəldilmişdir. Həmçinin, İddiaçı ərizəsində göstərildiyi kimi, hərrac bildirişləri əgər səhv ünvana göndərilmişdirsə də, həmin bildirişləri alan şəxsin sonradan məktubun içərisində göstərilən düzgün ünvana çatdırılması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, bildirişin səhv göndərildiyi ünvanlar məhz qonşu binalarda yerləşir. Məhkəmə cavabdehin iddiaya qarşı olan dəlillərinə münasibət bildirmədən, həmçinin İcra şöbəsinin də prosesdə iştirakını təmin etmədən yalnız iddiaçı tərəfin maraqları üzrə qanunsuz qətnamə qəbul etmişdir. Əgər İcra şöbəsinin nümayəndəsi məhkəməyə dəvət olunardısa, icra məmuru tərəfindən borcluya göndərilmiş bildiriş məktublarına əsasən görmək olardı ki, iddiaçı mahiyyəti üzrə işdən nə dərəcədə məlumatlı olmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-6479/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)-367/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
18. Cavabdeh ləğv prosesində olan “X14” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(103)-6479/2021 nömrəli qətnaməsinin ləğv olunması və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələblərinə istinad edərək, “Hərracın yekunları haqqında” protokolu və ipoteka predmeti olan mənzilə dair alqı-satqı müqaviləsini etibarsız hesab edib. Əvvəla, iddiaçı, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən xəbəri olmadığını və hərrac təşkilatçısı tərəfindən keçirilmiş ilkin və təkrar hərraclar barədə ona məlumat verilmədiyini bildirsə də, işə əlavə edilmiş “FM Ekspress” məktub və bağlama daşınması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin (talonun) 27 dekabr 2019-cu il tarixli surətinə əsasən "xxxx" MMC tərəfindən iddiaçıya bildiriş göndərilib. Həmin qəbzin “alanın ünvanı” qrafasında ünvan 8li göstərilib və bildiriş “X11” adlı şəxs tərəfindən 09 oktyabr 2020-ci il tarixdə şəxsən qəbul edilib. Səidə Şəfiyeva isə soyadından göründüyü kimi iddiaçının ailə üzvüdür. Həmçinin, Səidə Şəfiyeva tələkar “X14” ASCnin iddiaçı olduğu mülki işi üzrə cavabdehlərdən biridir. Belə ki, Nəsimi rayon məhkəməsinin 29 noyabr 2013-cü il tarixli qətnaməsi ilə borclu İddiaçı ümumilikdə 60132 manat kredit borcunun tutulub tələbkar “X14” ASC-nə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus olan sözügedən mənzilə yönəldilməsi və İddiaçı, habelə onun ailə üzvləri olan Səidə Şəfiyeva, İlkin Şəfiyev və Elyaz Şəfiyevin həmin mənzil satıldıqdan sonra 1 ay ərzində onu tərk etmələri qət edilib. Göründüyü kimi, işə baxan məhkəmələr bu xüsusatı nəzərə almayıblar və Səidə Şəfiyevanın bildirişi qəbul etməsini cavabdehlərdən biri tərəfindən qəbul edilməsi kimi deyil, cavabdehlərə hər hansı məlumatın verilməməsi kimi qəbul ediblər. Həmçinin, ilkin və təkrar hərraca diar bildirişlər əgər səhv ünvanlara göndərilmişdirsə də, həmin bildirişləri alan şəxsin iş üzrə iddiaçının ailə üzvü olduğu müəyyən edilir. Belə ki, bildirişlərin səhv göndərildiyi kimi qeyd edilən ünvanlar məhz qonşu binalarda yerləşən iddiaçıya məxsus digər mənzildə yaşayan ailə üzvünə təhvil verildiyi təsdiq olunur. “İpoteka haqqında” Qanunun 42.1-ci bəndinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Qanunun mənasındandan göründüyü kimi hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi nəzərdə tutulub, lakin həmin bildirişlərin məhz həmin ünvanda cavabdehə təhvil verilməsi nəzərdə tutulmayıb. Qanuna görə xəbərnaməsiz və ya sadə göndərilməsindən asılı olmayaraq göndərilmiş poçt göndərişləri çatdırılmadığı təqdirdə, məktub göndərənə geri qaytarılır. Mülki iş materiallarından görünür ki, iddiaçıya göndərilmiş poçt göndərişi geri qayıtmayıb. Bu hal poçt göndərişinin çatdırılmasını özündə ifadə edir və işin mübahisə olunmayan halıdır. Digər tərəfdən, sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə sənədləri qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədləri ünvan sahibinə verməlidir. Bu hallarda sənəd rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməyib və işi obyektiv araşdırmayıb.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(102)-5093/2022 nömrəli qərarı ilə ləğv prosesində olan “X14” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-6479/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
21. Ali Məhkəmənin Qərarının əsaslarına görə: “... apellyasiya instansiyası məhkəməsi, ilkin və təkrar hərraclar barədə iddiaçıya (ipoteka qoyana) sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər göndərilmədiyi, göndərilən bildirişlərin isə iddiaçının yaşadığı ünvana deyil, tamam başqa bir ünvana göndərildiyi, həmçinin həmin bildirişlərin fərqli şəxslər tərəfindən qəbul edildiyi və nəticədə ilkin və təkrar hərracların Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyqənatinə gəlsə də, gəldiyi nəticəni tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu barədə işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət verməyib. ... bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmur. “İpoteka haqqında” Qanun 42.1-ci maddəsində isə elanın və bildirişin anlayışları fərqləndirilib, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulub. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmadığı üçün, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qaninu və əsaslı sayıla bilməz. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qətnamədə ipoteka qoyan kimi iddiaçının Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən xəbərdar olmadığını, hərrac təşkilatçısı tərəfindən keçirilmiş ilkin və təkrar hərraclar barədə ona məlumat verilmədiyini bildirsə də, bu barədə işə əlavə edilmiş “FM Ekspress” məktub və bağlama daşınması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin (talonun) 27 dekabr 2019-cu il tarixli surətinə diqqət yetirməyib. Belə ki, həmin qəbzin (talonun) surətindən görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya bildiriş göndərilib və həmin qəbzin “alanın ünvanı” qrafasında ünvan 8li göstərilib və bildiriş “X11” adlı şəxs tərəfindən 09 oktyabr 2020-ci il tarixdə şəxsən qəbul edilib. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan maddələrin tələblərini pozaraq, sözügedən hal üzrə heç bir araşdırma aparmadan, iddiaçı ilə eyni soyadı daşıyan X6 iddiaçının ailə üzvləri sırasına aid olub-olmadığını dəqiqləşdirmədən, yalnız iddiaçının irəli sürdüyü formal mülahizələrə əsaslanaraq, qeyd olunan bildirişin rəsmi qaydada iddiaçıya verilmiş hesab edilməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, işin mübahisə olunmayan hallarına görə, qonşu binada yaşasa da Səidə Şəfiyeva bilavasitə iddiaçının ailə üzvüdür. Belə ki, bildirişi şəxsən qəbul edən Səidə Şəfiyeva “X14” ASC-nin iddiaçı olduğu 2(006)- 4052/2013 saylı mülki işi üzrə İddiaçılə yanaşı cavabdehlərdən biri olub və Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 noyabr 2013-cü il tarixli qətnaməsi ilə borclu İddiaçı ümumilikdə 60.132 manat kredit borcunun tutulub tələbkar “X14” ASC-nə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus olan sözügedən mənzilə yönəldilməsi və onun, habelə onun ailə üzvləri olan Səidə Şəfiyeva, İlkin Şəfiyev və Elyaz Şəfiyevin həmin mənzil satıldıqdan sonra 1 ay ərzində mənzili tərk etmələri qət edilib. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu xüsusatları nəzərə almayıb və Səidə Şəfiyevanın bildirişi qəbul etməsini cavabdehlərdən biri tərəfindən qəbul edilməsi kimi deyil, cavabdehlərə hər hansı məlumatın verilməməsi kimi qiymətləndirib. Həmçinin, sözügedən bildirişlər həqiqətən səhv ünvanlara göndərilmiş olsa da belə, həmin bildirişləri alan Səidə Şəfiyeva hazırki iş üzrə iddiaçının ailə üzvü sayıldığından, qanuna görə bildiriş rəsmi qaydada verilmiş hesab edilə bilərdi. Nəzərə alınmalıdır ki, qanuna görə bildirişin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin bildirişi ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verməsi halında bildiriş rəsmi qaydada verilmiş hesab edilir. Daha sonra, işdən görünür ki, sözügedən qətnamə üzrə icra sənədi icraya yönəldikdən sonra Nəsimi Rayon İcra Şöbəsinin sifarişi əsasında ipoteka predmeti olan mənzil "xxxx" MMC tərəfindən 13 yanvar 2020-ci il tarixdə ilkin satış qiyməti 90.000 manat olmaqla açıq hərraca çıxarılıb, satılmadığından ilkin satış qiyməti 90.000-15%=76.500 manat müəyyən edilməklə təkrar hərraca çıxarılıb və hərracın keçirilməsi 27 yanvar 2020ci il tarixə təyin edilib. Mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 07 fevral 2020-ci il tarixli nömrəsində elan dərc edilib. Bundan sonra, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 57.375 manat olmaqla ipoteka saxlayana təklif edilib. “Hərracın yekunları haqqında” 02 mart 2020-ci il tarixli protokola əsasən sözügedən mənzil 57375 manata ləğv prosesində olan “X14” ASC-nə satılıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, ipoteka qoyan İddiaçı ilkin və təkrar hərracların keçirilməsindən məlumatsız olması mülki iş materialları ilə açıq-aşkar təsdiq olunmur. Belə ki, işin mübahisə olunmayan hallarına görə iddiaçı əvvəl icra sənədi üzrə mənzilin ilkin satış qiymətini mübahisələndirib və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilib. Bundan başqa, sözügedən icra sənədi üzrə icra mərhələsinin gedişində tələbkarla borclu arasında razılıq əldə olunduğu üçün icra sənədi məhkəməyə geri qaytarılıb, lakin, sonradan borclu öhdəliklərini yerinə yetirmədiyi üçün tələbkarın ərizəsinə əsasən icra sənədi yenidən icraya yönəldilib. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qətnamədə ilkin və təkrar hərracların keçirilməsinə dair bildirişlərin ipoteka qoyan İddiaçı yaşadığı ünvana deyil, səhv ünvanlara göndərildiyini qeyd etsə də, həmin bildirişləri alan şəxsin sonradan bildirişləri məktubun içərisində göstərilən düzgün ünvana çatdırılıb-çatdırılmaması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə cavabdehin ipoteka predmeti üzərində hər hansı hüququnun əmələ gəlib-gəlmədiyini araşdırmadan, ipoteka predmeti üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmadığını yoxlamadan, yalnız hərracın yekunları haqqında protokolu etibarsız saymış birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, ziddiyyətli və gələcəkdə icrası mümkün olmayan qətnamə qəbul edib. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayətinin dəlilləri qərarın 15-ci bəndində qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun vəkili) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
26. Kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən bildirişin X11 tərəfindən alınıb – alınmamısını müəyyən etmək üçün həmin şəxs məhkəmə iclasında şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, bildirişin çatdrılması barədə qəbzdə olan imza ona məxsus deyildir, həmçinin, həyat yoldaşı 3 il Azərbaycan Respublikasında olmamışdır.
27. Bildirişdə olan imzanın X8 məxsus olub – olmamasını müəyyən etmək üçün məhkəmə - xətşünaslıq ekspertizası təyin edilmişdir.
28. Məhkəmə - xətşünaslıq ekspertizasının 17 noyabr 2023-cü il tarixli, 4/1726 saylı rəyində qeyd olunmuşdur ki, 27 dekabr 2019-cu il tarixli ƏİV seriyalı 112029 nömrəli “Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonu”nun aşağı sağ hissəsində “Alıcı:” qrafasında “09.01.20” rəqəmlərinin qarşısında olan imza - X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; Maddə 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir; Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur; Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər; Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edilsə də, şikayətin dəlilləri iddianın təmin olunan hissəsi ilə bağlı olduğundan, məhkəmə aktı şikayətin dəlilləri üzrə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
35. Kasssasiya instansiyası məhkəməsinin qərarına əsasən apellyasiya instansiyası məhkəməsi qətnamədə ilkin və təkrar hərracların keçirilməsinə dair bildirişlərin ipoteka qoyan İddiaçı yaşadığı ünvana deyil, səhv ünvanlara göndərildiyini qeyd etsə də, həmin bildirişləri alan şəxsin sonradan bildirişləri məktubun içərisində göstərilən düzgün ünvana çatdırılıb-çatdırılmaması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb, sözügedən hal üzrə heç bir araşdırma aparmadan, iddiaçı ilə eyni soyadı daşıyan X6 iddiaçının ailə üzvləri sırasına aid olub-olmadığını dəqiqləşdirmədən, yalnız iddiaçının irəli sürdüyü formal mülahizələrə əsaslanaraq, qeyd olunan bildirişin rəsmi qaydada iddiaçıya verilmiş hesab edilməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, işin mübahisə olunmayan hallarına görə, qonşu binada yaşasa da Səidə Şəfiyeva bilavasitə iddiaçının ailə üzvüdür.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan xüsusatla bağlı araşdırma apararaq qeyd edir ki, X6 iddiaçının ailə üzvü olması işin mübahisəsiz halıdır. Bildirişin məhz həmin şəxs tərəfindən alınıb – alınmamasını müəyyən etmək üçün X11 şahid qismində məhkəmə iclasında dindirilərkən imzanın ona məxsus olmasını bildirdiyindən məhkəmə kollegiyası bu xüsusatın dəqiq araşdırılması üçün məhkəmə - xətşünaslıq ekspertizası təyin etmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, imza sonuncuya məxsus deyildir, yəni, hərrac təşkilatı tərəfindən bildirişlərin fərqli ünvanlara göndərilməsi ilə yanaşı bildirişin ünvanlandığı şəxsə və ya onun ailə üzvlərindən birinə çatdırılması müəyyən olunmur. Bu xüsusat isə özlüyündə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan normalarının pozulmasıdır və həmin Qanunun 44-cü maddəsinin və Mülki Məcəllənin 416-cı maddəsinin tələblərinə əsasən hərracın nəticələrinin etibarsız hesab olunması üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri baxımından ləğv olunması üçün əsaslar mövcud deyildir.
37. Kassasiya instansiyası məhkəməsinin qərarında digər bir mövqe ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə cavabdehin ipoteka predmeti üzərində hər hansı hüququnun əmələ gəlib-gəlmədiyini araşdırmadan, ipoteka predmeti üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmadığını yoxlamadan, yalnız hərracın yekunları haqqında protokolu etibarsız saymış birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, ziddiyyətli və gələcəkdə icrası mümkün olmayan qətnamə qəbul edib.
38. Bu xüsusatın araşdırılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən sorğu göndərilmişdir. İş materiallarının 2-ci cildinin 70-ci vərəqəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 aprel 2023-cü il tarixi məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzili “X14” ASC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yalnız hərracın yekunları haqqında protokolun etibarsız sayılması nəticəsinə gəlsə də “X14” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlə bağlı hər hansı münasibət bildirməmiş, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunduğu kimi, gələcəkdə icrası mümkün olmayan qətnamə qəbul etmişdir.
40. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, bu əsaslarla qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Lakin qətnamədə “X14” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlə bağlı hər hansı münasibət bildirilmədiyindən qətnamə dəyişdirilərək Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli evin 24 nömrəli mənzilinin üzərində “X14” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)-367/2021 nömrəli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)-367/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli evin 24 nömrəli mənzilinin üzərində “X14” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev