Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1671/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(007)- 249/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı "etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X3 15 saylı Notariat Kontorunda vermiş olduğu xx.xx.2014-cü il tarixli etibarnamənin həmin dövr üçün etibarsız hesab edilməsi, (hal-hazırda ləğv etdirmişdir), həmin etibarnamə əsasında X5 ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bağışlanma müqaviləsi əsasında DƏDRX tərəfindən X1 verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı X3 15 saylı Notariat Kontorunda vermiş olduğu xx.xx.2014-cü il tarixli etibarnamənin həmin dövr üçün etibarsız hesab edilməsi, (hal-hazırda ləğv etdirmişdir), həmin etibarnamə əsasında X5 ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və bağışlanma müqaviləsi əsasında DƏDRX tərəfindən X1 verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı X3 15 saylı Notariat Kontorunda vermiş olduğu 14 yanvar 2014-cü il tarixli etibarnamənin həmin dövr üçün etibarsız hesab edilməsi (hal-hazırda ləğv olunub), həmin etibarnamə əsasında X5 ilə Cavabdeh1 arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi və bağışlanma müqaviləsi əsasında DƏDRX tərəfindən Cavabdeh1 verilmiş 28 yanvar 2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə tələbi təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 249/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş şikayət vermə müddətinin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 saylı, 01 sentyabr 2023cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermək üçün müəyyən olunmuş buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 249/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə etibarnamənin həmin dövr üçün etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir. Ona görə də tərəfindən məhkəməyə apellyasiya şikayəti təqdim edilmişdir. Qeyd edir ki, vəkil tutmağa maddi imkanı olmadığı üçün Apellyasiya şikayətini vəkil vasitəsi ilə göndərə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, asan imza alaraq öz adından Apellyasiya şikayətini göndərə bilər. O, bu məlumatı yaxın zamanlarda əldə etmiş və asan imza alaraq apellyasiya şikayətini yazıb göndərmişdir. Odur ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə zərurət meydana gəlmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 saylı, 14 sentyabr 2023cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6403/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 249/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilmiş, şikayətin geri qaytarılması üçün mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət və müddətin bərpasına dair ərizəsi geri qaytarılmışdır. . Daha sonra İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, 2(007)-249/2023 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin İddiaçı münasibətdə bərpa edilməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(007)-249/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından, həmçinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 249/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən görünür ki, qətnamə elan olunan zaman məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili iştirak etmişlər. İddiaçı ərizəsində xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Rusiya Federasiyasında olduğunu qeyd etsə də, sözügedən qətnamədən o və onun vəkilinümayəndəsi məlumatlı olmuşlar. Belə ki, qətnamə elan olunan zaman tərəflərə qətnamədən şikayət vermək hüququ və müddəti izah olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsində onu məhkəmə iclaslarında təmsil etmək üçün vəkillə müqavilə bağlamış və imza etmək hüququ verilməklə etibarnamə vermişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş vəkil və nümayəndə apellyasiya şikayəti vermək hüququna malikdir. Göründüyü kimi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən Mülki Prosessual Məcəllənin tələbinə uyğun olaraq 1 ay müddətində apellyasiya şikayəti verilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsi haqlı mövqedə olmuşdur. Belə ki, iddiaçı qətnamədən şikayət vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəb olmadan ötürərək apellyasiya şikayəti vermişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, belə olan halda buraxılmış prosessual müddətin bərpa olunması əsaslı ola bilməz.. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qərardadın çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cañete de Goñi İspaniyaya qarşı” işi üzrə qərarının 36-cı paraqrafında qeyd edilir ki, apelyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, hüquqi müəyyənlik prinsipi, qanuna itaətin və hüquqi intizamın təmin olunması məqsədilə qanuni qüvvəyə minməsindən sonra qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin olunması qanuni və əsaslı hesab edilə bilməz. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, qanunla müəyyən edilmiş müddətin əhəmiyyəti ondan ibarətdir ki, hüquq münasibətləri iştirakçılarını intızamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(007)-249/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(007)- 249/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1671/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1671/2024
05.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver