Məhkəmə qərarları › İş №2(103)-168/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-168/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-168/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi barədə” iddiasına dair 2(103)-3705/2024 nömrəli mülki işin digər mülki iş – İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair 2(103)-168/2024 nömrəli mülki işin bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hər iki mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Mülki işlərdə tərəflər eynidir, tələblər isə bir-biri ilə əlaqəlidir. Belə ki, 2(103)- 3705/2024 nömrəli mülki işdə müqavilənin ləğv edilməsi tələb olunur, 2(103)-168/2024 nömrəli mülki işdə isə həmin müqavilə üzrə pul tələb olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, hər iki mülki iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263 və 264-cü maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi barədə” iddiasına dair 2(103)-3705/2024 nömrəli mülki iş və İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair 2(103)-168/2024 nömrəli mülki iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar