Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1685/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2nə qarşı hərracın nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(009)- 1664/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə və Cavabdeh2nə qarşı (Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 30 dekabr 2009-cu il tarixli Y-165 saylı protokolun və həmin protokolun sonrakı hüquqi nəticələrinin, yəni 10 yanvar 2010-cu il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 04 dekabr 2001-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər İddiaçı və Kürdəmir rayon Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinə qarşı fərdi yaşayış evinə və yanacaqdoldurma məntəqəsinə xüsusi mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, Kürdəmir rayon Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 25 iyul 1999-cu il tarixli 128/892 saylı qeydiyyata əsasən Kürdəmir rayonu Xırdapay kəndində yerləşən bir mərtəbəli yeddi otaqlı yaşayış evinə İddiaçı adına verilmiş xüsusi mülkiyyət hüququ üzrə qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısına Kürdəmir rayonu Xırdapay kəndində yerləşən bir mərtəbəli yeddi otaqlı yaşayış evinə X1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaq üçün müvafiq sərəncam verməsi bir vəzifə kimi həvalə edilmiş, İddiaçı X1 xeyrinə Kürdəmir şəhəri Babək küçəsi “Atakişili” Birgə təsərrüfatının mərkəzi malikanəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yenidən qurulması üzrə işlərin idarə edilməsi ilə əlaqədar ********* manat məbləğində pul tutulmuş və həmin yanacaqdoldurma məntəqəsi İddiaçı paylı mülkiyyətçi kimi istifadəsinə və sərəncamına verilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılmış bir neçə məhkəmə proseslərindən sonra son nəticədə Hacıqabul Rayon Məhkəməsinin 04 dekabr 2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O uzun müddət məhkəmə qərarının icrası barədə məlumat ala bilməmiş, nəhayət bir sıra dövlət orqanlarına müraciət etdikdən sonra 29 yanvar 2020-ci il tarixdə Cavabdeh2ndə icra üzrə icraata başlanmış, icra prosesi zamanı məlum olmuşdur ki, yanacaqdoldurma məntəqəsinin yerləşdiyi 0.12 ha torpaq sahəsi Kürdəmir rayonu X4 11 iyun 2007-ci il saylı qərarı ilə X2, yanacaqdoldurma məntəqəsi isə 30 dekabr 2009-cu il tarixdə “Əmlak İxtisaslaşdırılmış Mərkəzi” tərəfindən keçirilən hərracın yekun protokoluna əasasən Cavabdeh3 satılmışdır. Həmçinin məlum olmuşdur ki, Əli-Bayramlı (indiki Şirvan) Yerli İqtisad Məhkəməsinin 24 aprel 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər “Aqil-20” firmasına, İddiaçı, X6, X7 və 3cü şəxs Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə qarşı 27550 ABŞ dolları məbləğində əsas borc və ona hesablanmış faiz borcunun cavabdehlərin əmlakı hesabına ödənilməsi barədə iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 04.09.2008-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə X8 Məhkəməsinin 24 aprel 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş, “xxxx” ASC-nin iddia tələbi təmin edilmiş, “Aqil-20” firmasının 25150 ABŞ dolları əsas kredit borcunun, 2400 ABŞ dolları faiz borcunun borc alınan vaxt manata məzənnəsi ilə cavabdehlərə məxsus aşağıdakı əmlakların aşağıdakı ardıcıllıqla: 1. Kürdəmir rayonu Atakişili kəndində yerləşən “Aqil-20” firmasına məxsus 3 ədəd 25 tonluq dəmir çən; 1 ədəd Türkiyə istehsalı olan “Petrasan” kolonkası; bir şlanklı 2 ədəd dizel kolonkası-Rusiya istehsalı; 20x09 metr ölçülü mişar daşından tikili; kolonkalar üstə dəmir şiferlər; 2. İddiaçı məxsus Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0,32 ha pay torpaq sahəsi və X6 məxsus Kürdəmir rayonu Şahsevən kəndində yerləşən 0,85 ha torpaq sahəsinin hərracda satılaraq “xxxx” ASC-nin Kürdəmir rayon filialına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verilən kassasiya şikayətləri təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 yanvar 2009-cu il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 04.09.2008-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İcra məmuru qanuni qüvvəsini almış məhkəmə qətnaməsini nəzərə almadan məhkəmə qətnaməsinə əsasən icranın predmeti olan əmlakı başqa məhkəmə qətnaməsinin icrası zamanı qətnamədə nəzərdə tutulmayan əmlakı, yəni Kürdəmir rayonu Atakişili Birgə malikanəsində yerləşən yanacaqdoldurma məntəqəsini hərrac yolu ilə satdırmışdır. Əmlakı alan şəxs Cavabdeh3 isə əmlakı mülkiyyətinə keçirdikdən sonra yanacaqdoldurma məntəqəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsini də almışdır. Hacıqabul Rayon Məhkəməsinin 04 dekabr 2001-ci il tarixli qətnaməsi icra olunmadığına görə yanacaqdoldurma məntəqəsinin paylı mülkiyyətçisi kimi onun mülkiyyət hüquqları pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(009)- 1664/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, hərrac məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında keçirildiyindən və hərracın etibarsızlığı barədə iddia qaldırmaq üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici müddət ötürüldüyündən, iddia rədd edilməlidir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X10 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından görünür ki, İddiaçı hərracın etibarsızlığı ilə bağlı iddia qaldırmaq üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti ötürmüşdür. İş materiallarından həmçinin görünür ki, 03 mart 1997-ci il tarixli 4948 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən X3 yanacaqdoldurma məntəqəsi dövlət əmlakının özəlləşdirilməsi nəticəsində İddiaçı satılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2005-ci il tarixli 2-226/2005 saylı qətnaməsi ilə X3 yanacaqdoldurma məntəqəsinin özəlləşdirilməsinin nəticələri etibarsız hesab edilmiş, həmin yanacaqdoldurma məntəqəsinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti ilə İddiaçı arasında bağlanmış 03 mart 1997-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmiş, 10 mart 1997-ci il tarixli girov müqaviləsi ilə girov qoyulmuş həmin əmlakın hərracdan satılması və əldə olunmuş vəsaitdən 34125100 manatın borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. (i.v.32, 34, 39) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yanacaqdoldurma məntəqəsi üzərində mülkiyyət və sair hüquqları olmadığından, həmin yanacaqdoldurma məntəqəsi ilə bağlı hərracın etibarsız hesab edilməsi barədə hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv olunmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(009)- 1664/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1685/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1685/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver