Məhkəmə qərarları › İş №2(103)-1688/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1688/2023

12.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1688/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X54 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə (Açar sözlər: «vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X28 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X12 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6263/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X41 7 sentyabr 1978-ci ildə Laçın rayonunda anadan olmuş, atası X45, anası X20r.

2. X54 ilə X41 arasında 26 iyun 2004-cü il tarixdə nikah bağlanılmışdır. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir.

3. X45 ilə X33 arasında 26 sentyabr 2014-cü il tarixdə nikah bağlanılmışdır. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir.

4. X45 tərəfindən 2 iyun 2016-cı il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda tərtib edilmiş vəsiyyətnaməyə əsasən, özünə məxsus olan bütün əmlakını qızı Cavabdeh1 vəsiyyət etmişdir.

5. X45 11 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

6. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-FF-*** qeydiyyat nişanlı «Volvo-850 GTL» minik markalı nəqliyyat vasitəsi X29 adına 16 sentyabr 1998-ci il tarixli qeydiyyata alınmışdır.

7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-VN-*** qeydiyyat nişanlı «Mitsubishi Pajero» minik markalı nəqliyyat vasitəsi X29 adına 8 avqust 2007-ci il tarixdə qeydiyyata alınmışdır.

8. "xxxx" MMC-nin nizamnaməsinə əsasən X29 adına 50 faiz 3 manat 2 pay pul şəklində qeydiyyata alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3394/2014 nömrəli 7 avqust 2014-cü il tarixli icra vərəqəsinə əsasən X21 X34 ödənilməsi 45000 manat məbləğində borcu X21 "xxxx" MMC-nin nizamnamə kapitalındakı 40 faiz payına yönəldilməsi, bu qətnamə X21 "xxxx" MMC-də nizamnamə kapitalında 40 faiz payının X8 üçün əsas olması qət edilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsində yerləşən 123G saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X29 adına 03 aprel 2018-ci il tarixdə qeydiyyata alınmışdır.

11. Bakı şəhər İH Bakı şəhər MKTD-nin 116 saylı MKİS tərəfindən verilmiş 762 nömrəli 4 noyabr 2020-ci il tarixli arayışa əsasən X35 Bakı şəhəri, Ağa Neymətulla küçəsi, ev 82, mənzil 37də pasport qeydiyyatda olmaqla yaşamışdır. Ondan başqa heç kim qeydiyyatda olmamışdır.

12. Cavabdeh1 tərəfindən notarial qaydada yazılmış **********700 nömrəli 19 noyabr 2020-ci il tarixli ərizəyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X22 miras qalmış əmlakı qəbul etmişdir. Miras əmlak – «Volvo-850 GLT» minik markalı, 10FF008 qeydiyyat nişanlı, «Mitsubishi Pajero» minik markalı, 10VN108 qeydiyyat nişanlı nəqliyyat vasitələrindən və "xxxx" MMC-də olan 50 faiz 3 manat 2 paydan (pul şəklində) ibarət olmuşdur. Miras qoyanın MM-in 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməsi zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Ondan başqa vərəsələri olmamışdır. Göstərilən əmlakdan ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

13. Cavabdeh1 tərəfindən notarial qaydada yazılmış **********711 nömrəli 19 noyabr 2020-ci il tarixli ərizəyə əsasən xx.xx.2020-ci il tarixdə ölmüş atası X22 miras qalmış əmlakı qəbul etmişdir. Gələcəkdə digər vərəsələr çıxarsa ona pay verməsini üzərinə götürmüşdür.

14. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-118 reyestr nömrəli, 19 noyabr 2020-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X29 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi - qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, qeydiyyat №-si ********** olan nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalından X34 məxsus 50 faiz, 3 manat, 2 paydan (pul şəkilində) ibarət olmuşdur.

15. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-119 reyestr nömrəli 19 noyabr 2020-ci il tarixli Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş şəhadətnaməyə əsasən Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X29 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli AA160624 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi YV1LS5502S2184204, mühərrikin nömrəsi 326730 və buraxılış ili 1994-cü il olan «Volvo» minik markalı, 10FF008 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur.

16. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-120 reyestr nömrəli, 19 noyabr 2020-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X29 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AB024108 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JMYLRV93W7J720214, mühərrikin nömrəsi 6G72TC0623 və buraxılış ili 2007-ci il olan «Mitsubishi Pajero» minik markalı, 10VN108 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur.

17. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 7E-22180 reyestr üzrə qeydə alınmış 19 dekabr 2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı tərəfindən X46 bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti 19 dekabr 2023cü il tarixədək müəyyən edilmişdir.

18. İddiaçı tərəfindən notarial qaydada yazılmış **********560 nömrəli 19 dekabr 2020-ci il tarixli ərizəyə əsasən o, Cavabdeh1 27000 manat pul almış və bunun müqabilində xx.xx.2020-ci il tarixdə 3M-2310 reyestrlə qeydə alınmış ilkin alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evini həmin pula 21500 manata almışdır.

19. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-12 reyestr nömrəli, 14 yanvar 2021-ci il tarixli Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X29 vərəsələri - qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X34 verilmiş **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evindən ibarət olmuşdur.

20. «Elektron notariat» X3 Çıxarışa əsasən Bakı şəhəri 43 saylı notarial ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 7E-22180 reyestr nömrəli etibarnaməyə 09 fevral 2021-ci il tarixdə xitam verilmişdir.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsində yerləşən 123G nömrəli evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 12 fevral 2021-ci il tarixdə qeydiyyata alınmışdır.

22. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən «Kəngərli və Partnyorları» vəkil bürosuna ünvanlanmış 19 noyabr 2021-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsi, ev 123G ünvanı 43 saylı NK tərəfindən təsdiq olunmuş 7E-1722 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X29 və 43 saylı NK tərəfindən təsdiq olunmuş 7E- 5678 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X18 Bakı şəhəri, A.Nemətulla və Y.Vəzirov küçələrinin kəsişməsində yerləşən «Basqal-1» texniki xidmət məntəqəsinin sökülməsi ilə bağlı həmin əmlakın qeydiyyatının ləğv edilməsi barədə ərizələrinə, 43 saylı NK tərəfindən təsdiqlənmiş 7E-5679 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X18 razılıq ərizəsinə, qəzetdə elan, Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ***-*******8 saylı arayışa, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilən xx.xx.2018-ci il tarixli, K-04 saylı arxiv arayışına, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 346 saylı sərəncamına əsasən X29 adına xx.xx.2018-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Lakin 43 saylı NO-nun 2V-12 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən həmin fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə keçmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat:

23. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən tərtib edilmiş "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, qeydiyyat № ********** olan nizamnaməyə əsasən cəmiyyətin nizamnamə kapitalından X34 məxsus 50 faiz hissəsinin Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2V-118 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, DİN BDYPİ Qİİ tərəfindən verilmiş, xx.xx.1998-ci il tarixli AA 160624 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi YVV1LS55S2184204, mühərrik nömrəsi 326730 və buraxılış ili 1994-cü il olan «Volvo» minik markalı 10FF008 dövlət nömrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2V-119 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AB 024108 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JMYLRV93W7J720214, mühərrik nömrəsi 6G72TC0623 və buraxılış ili 2007- ci il olan «Mitsubishi Pajero» minik markalı, 10VN108 dövlət nömrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2V-120 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə X34 verilmiş **********18-10301 reyestr nömrəli **********9 qeydiyyat nömrəli dövlət reyestrinin çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evinə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2021-ci il tarixli, 2V-12 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evinə Cavabdeh1 adına tam pay şəklində rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi və xx.xx.2021-ci il tarixi ilə **********18-10301 reyestr nömrəsilə mülkiyyətdə çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının bütün əmlaklar üzərinə vərəsəlik hüququnun tanınması, iddiaçının bütün miras əmlakları üzərinə ½ hissədə vərəsəlik payının müəyyən edilməsi və həmin paylar üzrə yeni vərəsəlik şəhadətnaməsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi, cavabdehlər Bakı şəhəri 43 saylı notariat kontoru və Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılıb araşdırılması üçün aidiyyəti üzrə prokurorluğa göndərilməsi məhkəmədən xahiş edilmişdir.

24. İddiada göstərilib ki, mərhumun 1-ci dərəcəli vərəsələrindən ata, anası rəhmətə getməsi səbəbilə yalnız rəsmi nikahla evlilik qurduğu iddiaçı və yeganə övladı olan Cavabdeh1 olmuşdur. İddiaçının xəbəri olmadan Cavabdeh1 xeyrinə vərəsəlik şəhadətnamələri tərtib edilmişdir. Sözügedən məsələdə iddiaçı Nərimanov Rayon Məhkəməsi tərəfindən iddiaçı "xxxx" ASC-nin cavabdehlərə qarşı iddia ərizəsi əsasında aparılan mülki işin icraatı zamanı xəbərdar olmuşdur. Dərhal iddiaçı həmin vaxt Cavabdeh1 həyat yoldaşı X46 verdiyi (onların iddiaçını aldadaraq əldə etdikləri) baş etibarnaməni ləğv etdirmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə X34 verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsi, ev 123G unvanında yerləşən ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evi iddiaçı ilə X14nun birgə nikahdan əldə edilmiş əmlak statusu daşımışdır. Halhazırda sözügedən əmlak Cavabdeh1 adına tam pay şəklində rəsmiləşdirilmişdir. Sözügedən vərəsəlik şəhadətnamələri və mülkiyyətdən çıxarış etibarsız və qanunsuz hesab edilərək ləğv edilməli, iddiaçının (xx.xx.1969-cu il təvəllüdlü) miras əmlakı üzrə hər birinə dair (1/2) payı müəyyən edilməlidir.

25. Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, ilk növbədə Kərimov İlhamın yoldaşı iddiaçıya sağ ikən heç yerə getməyə icazə verməməsi absurd bir əsaslandırma olmuşdur, çünki artıq Kərimov İlham ölmüşdür və iddiaçıya mane olan heç nə qalmamışdır, o, azad bir qadın idi və öz payına düşən mirası qəbul etmək üçün hansısa idarəyə getmək üçün ona heç bir maneə yox idi. X14 vəsiyyətnaməni 2016-cı ildə tərtib etmişdir və sözügedən əmlak 2018-ci ildə, yəni vəsiyyətnamədən sonrakı vaxtda əldə olunmuş əmlak olmuşdur. Belə ki, 2016-cı ildə verilmiş vəsiyyətnamədən bütün əmlaklarının Cavabdeh1 vəsiyyət edilməsi qeyd olunmuşdur. Bu şəxsin iradə ifadəsi olmuşdur və heç kəs öləcəyi vaxtı öncədən bilib vəsiyyətnaməsini dəyişdirə bilmir. Vəsiyyətnamədə bütün əmlaklar ifadəsinin qeyd olunması ölənədək əldə edilmiş bütün əmlaklarının buna aid edilməsi üçün əsas olmuşdur. Həmçinin iddiaçının ərizəsi mövcud olmuşdur və o, 27000 manat pul alması qarşılığında bunun müqabilində xx.xx.2020-ci il tarixdə 3M-2310 reyestrlə qeydə alınmış ilkin alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evini 21500 manata almasını qeyd etmişdir. Üstəlik sözügedən əmlak 2018-ci ildə rəsmiləşdirilsə də, birgə nikah dövründən əvvəl alınmışdır və rəsmiləşdirilmə üçün sənədlərin müvafiq orqana verilməsi birgə nikah dövründən əvvələ təsadüf etmişdir. İddiaçı bu günədək mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

26. Cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin nümayəndəsi iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının notariusa gəlməməsi düzgün olmamışdır. Özü bir neçə dəfə notariusa gəlmişdir. İddiaçı və Cavabdeh1 arasında podrat müqaviləsi də bağlanıb. Müqavilənin şərtlərinə görə iddiaçının sözügedən evin üzərindəki payının müqabilində cavabdeh ona başqa bir evi verəcəyini öz öhdəsində götürmüşdür. Tərəflər arasında razılıq olmuşdur. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

27. Məhkəmə baxışı zamanı X54 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

28. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6263/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilmişdir.

29. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı maneə mövcud olmamış, (hətta həmin müddət ərzində mirasın rəsmiləşdirildiyi notariat ofisində müvafiq əməliyyatlarda şəxsən iştirak etmişdir) iddiaçı mirasın açılmasından xəbərdar olmuş, lakin miras əmlakın əldə edilməsinə yönələn hərəkət etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, miras əmlakları Cavabdeh1 adına rəsmiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, miras qalmış əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyri formal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, məhkəmə hesab etmişdr ki, iddiaçı tərəfindən miras əmlakları heç faktiki olaraq da qəbul edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən mirasın qəbul edilmə müddətinin ötürülməsinə də hüquqi qiymət verərək qeyd etmişdir ki, miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Məhkəmə iddiaçının cavabdehlər X23 və Bakı şəhəri 43 saylı notariat ofisinin hərəkətlərinin araşdırılması üçün müvafiq qərar çıxarılaraq prokurorluq orqanına göndərilməsi barədə tələbi üzrə qeyd etmişdir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatətxahiş kimi göstərilə bilər. Xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-in 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1159, 1243, 1246, 1272, 1273, və 1273.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

31. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3350/2022 nömrəli mülki iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, miras qoyan vəfat etdikdən sonra iddiaçı tərəfindən miras əmlakının qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariat ofisinə hər hansı bir ərizə verilməmişdir. Onun həmin vaxtı cavabdeh tərəfindən aldadılması faktı işə baxılarkən öz təsdiqini tapmadığından onun bununla əlaqədar gətirdiyi dəlil əsaslı hesab oluna bilməz.

34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1272, 1273 və 1273-1-ci madələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

35. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5251/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim Əhməd Nurməmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Zaur Əliyev və Abiddin Hüseynovdan ibarət tərkibdə) İddiaçı kassasiya şikayətinin qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3350/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş "xxxx" MMC-nin nizamnamə kapitalından X34 məxsus paydan Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19 noyabr 2020-ci il tarixli, 2V-118 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan doğan hüquqi nəticələrin, Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsi, ev 123G ünvanında yerləşən, ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evinə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 14 yanvar 2021-ci il tarixli, 2V-12 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin yaşayış evinin Cavabdeh1 adına tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasına dair 12 fevral 2021-ci il tarixi dövlət reyestirindən çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının həmin əmlakların ikidə birinə payın müəyyən olunması tələblərinin rədd olunması hissələrdə ləğv edilməsi və mülki işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

37. Kassasiya instansiyası məhkəməsi həmin qərarında qeyd etmişdir ki, kassasiya şikayəti qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi-1239/43 ünvanda yerləşən fərdi yaşayış evinin və "xxxx" MMC-də payın ikidə bir hissəsinin X22 miras qalmış əmlakın kütləsinə aid edilməsi və bundan doğan hüququi nəticələrə aid hissədə ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ərizə verməklə, yaxud qeyri-formal üsulla, yəni miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etməklə, yaxud mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən hərəkətlər etməklə miras qəbul edilməmiş, həmçinin mirasın qəbul edilmə müddətinin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Bununla da o, miras əmaka iddia etmək hüququnu itirmişdir. Məhkəmə kollegiyası işə baxan aşağı instansiya məhkəməsinin göstərilən qənaəti ilə razılaşsa da, qeyd edir ki, Cavabdeh1 çatası miras əmlakın kütləsini müəyyən edərkən notariat orqanı tərəfindən səhvə yol verilməsini, iddiaçı ilə miras qoyan İlham Kərimovun ümumi (birgə) mülkiyyətində olan əmlakdan iddiaçıya çatan payın da miras əmlakın kütləsinə aid edildiyini diqqətdən qaçırmışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyən edilmiş hallarından görünür ki, İddiaçı ilə miras qoyan İlham Kərimov arasında 26 sentyabr 2014-cü il tarixdə rəsmi nikah bağlanılmış, onlar ər-arvad kimi yaşamışlar. Miras əmlakın kütləsinə daxil edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsində yerləşən 123G saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə miras qoyan X29 adına 3 aprel 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Miras əmlaka həm də "xxxx" MMC-nin nizamnamə kapitalından X34 məxsus 50 faiz, 3 manat, 2 paydan (pul şəkilində) ibarət pay daxil edilmişdir. "xxxx" MMC isə 21 aprel 2017-ci il tarixdə qeydiyyata alınmışdlır. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti sayılması və ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunması nəzərə alındıqda aydın olur ki, göstərilən yaşayış evinin və "xxxx" MMC-nin nizamnamə kapitalındakı payının yarısı İddiaçı mülkiyyətidir. Buna baxmayaraq notariat orqanı həmin əmlakları tam olaraq miras əmlakın kütləsinə daxil etmiş və bu barədə Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsində yerləşən 123G saylı fərdi yaşayış evinin və "xxxx" MMC-nin nizamnamə kapitalından X34 məxsus payın tam olaraq miras əmlakın kütləsinə aid etməkdə və bu faktdan irəli gələrək həmin əmlakın cavabbeh Cavabdeh1 adına sənədləşdirilməsi hissələrdə apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissələrdə ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

38. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən mirasın qəbul olunmaması barədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış, həm də mərhum İlham Kərimovla nikah müddətində əldə olunmuş əmlakın onların birgə mülkiyyət olmasını nəzərə almadan əmlakın ona aid hissəsini də miras əmlakın kütləsinə daxil edilməsinin qanunsuz olması diqqətdən qaçırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

39. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

40. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı da apellyasiya şikayətini müdafiə edib nümayəndə və vəkilinin dediklərini təsdiq etdi.

41. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

42. Məhkəmə iclasında apellyasiya baxışı zamanı cəlb edilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X36 apellyasiya şikayəti üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə aid etdi.

43. Məhkəmə iclasında hazırki apellyasiya baxışı zamanı digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" ASC-nin nümayəndəsi X19 mübahisə və ipoteka predmeti olan fərdi yaşayış evi üzərində yüklülüyün saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1245.Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1256.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəblər olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür.Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib etməməsinin bilinmədiyi hala da şamil edilir. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

45. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

46. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58.Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

48. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi üçün əsasdır.

49. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

51. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tamamilə ləğv edilməsi və iddiaçının iddiasının təmin göstərilsə də, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş "xxxx" MMC-nin nizamnamə kapitalından X34 məxsus paydan Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19 noyabr 2020-ci il tarixli, 2V-118 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan doğan hüquqi nəticələrin, Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsi, ev 123G ünvanında yerləşən, ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evinə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 14 yanvar 2021-ci il tarixli, 2V-12 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin yaşayış evinin Cavabdeh1 adına tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasına dair 12 fevral 2021-ci il tarixi dövlət reyestirindən çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının həmin əmlakların ikidə birinə payın müəyyən olunması tələblərinin rədd olunduğu hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız apellyasiya icraatının predmeti olan yuxarıda qeyd edilən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

52. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

53. İddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan təmin edilməyən hissədə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissələrdə iddianı tam rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

54. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan, iddianın təmin edilməyən bir hissəsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik həmin hissədə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından həmin hissədə iddia haqlı sayılırdı.

55. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan göstərişlər verilmişdir.

56. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan iddianın təmin edilməyən hissələrində qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin növbəti dəfə kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə tam əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər.

57. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları tam təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

58. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində tələbini bir neçə hissəyə bölməsi və qarışıq göstərməsi yalnız bu hala görə iddianın tam rədd olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

59. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda(əmlak hüquqlarında) hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi, mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Hazırki iş üzrə iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin və "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, qeydiyyat № ********** olan nizamnaməyə əsasən nizamnamə kapitalından X14na məxsus 50 faiz payın birgə nikah dövründə əldə edildiyi üçün ½ hissədə payının müəyyən edilməsini tələb edərkən məhz həmin əmlaklara mülkiyyət hüququna payının müəyyən edilməsinə və buna dair vərəsəlik şəhadətnaməsinin alınmasına nail olmaq istəyir. Yəni, hüquqa pay tanınır. Başqa sözlə daşınmaz əmlaka mülkiyyət hüququ üzərində pay tanındığı kimi, kommersiya təşkilatına qoyulmuş paylara hüquq tanınıb bölünə bilər. Mahiyyət etibarı ilə birinci instansiya məhkəməsi də iddiaçının iddiası üzrə fərdi yaşayış evinin və MMC-dəki 50 faiz paya iddiaçının ½ hissədə payının tanınması və bölünməsinə dair tələbini rədd etmişdir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

61. Yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak(əmlak hüquqları) onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1).

62. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər(arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yəni, iddiaçının işləməməsi, evdar qadın olması onu ümumi əmlak üzərində mülkiyyət hüququndan məhrum etmir. Əksinə qanunverici bu cür hallarda ərin yaxud arvadın ümumi əmlak üzərində hüquqlarının olduğunu xüsusiləşdirərək müəyyən etmişdir.

63. Bu faktları tərəflər birbaşa mübahisələndirməsə də, cavabdeh qeyd olunan əmlakın birgə nikah dövründə alındığını mübahisələndirir və birinci instansiya məhkəməsi isə qeyd olunan halları ətraflı yoxlamadan iddianı tam rədd etmişdir.

64. Ona görə də iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq bölünməsi tələb edilən əmlaklarla bağlı hüquqi dəyərləndirmə aparılması zəruridir. İlk növbədə qeyd olunur ki, iddiaçının birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə olunmuş əmlak olduğunu iddia etdiyi evin bu cür statusa malik olduğu, yəni birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə olunması təsdiq olunmur. Düzdü, Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsindəki 123G nömrəli fərdi yaşayış evi ilk dəfə 03 aprel 2018ci il tarixdə miras qoyan İlham Kərimovun adına tam mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İddiaçı ilə miras qoyanın nikahı 26 sentyabr 2014-cü ildə bağlandığından, ilk baxışda elə təəsürat yarana bilər ki, həmin evin alınması birgə nikah dövrünə aiddir. Lakin bölünməsi tələb edilən fərdi yaşayış evinin yalnız daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması tarixi nikah dövrünə təsadüf edir. Əslində isə, apellyasiya baxışı zamanı təqdim edilmiş sübutlarla, o cümlədən şahidlərin ifadələri ilə mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçı mərhum İlham Kərimovla nikah bağladıqdan xeyli əvvəl miras qoyanın öz vəsaiti ilə əldə etdiyi təsdiq edilmişdir.

65. İşdə olan(bax.cild 2. i.v.36), yuxarıda 22-ci paraqrafda göstərilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19 noyabr 2021-ci il tarixli məktubunda da mübahisə predmeti olan evin 43 saylı Notariat Kontoru tərəfindən təsdiq olunmuş 7E-1722 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X29 və 43 saylı Notariat Kontoru tərəfindən təsdiq olunmuş 7E-5678 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X18 Bakı şəhəri, A.Nemətulla və Y.Vəzirov küçələrinin kəsişməsində yerləşən «Basqal-1» texniki xidmət məntəqəsinin sökülməsi ilə bağlı həmin əmlakın qeydiyyatının ləğv edilməsi barədə ərizələrinə, 43 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş 7E-5679 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X18 razılıq ərizəsinə, qəzetdə elan, Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ***-*******8 saylı arayışa, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilən xx.xx.2018-ci il tarixli, K-04 saylı arxiv arayışına, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 346 saylı sərəncamına əsasən X29 adına xx.xx.2018-ci il tarixdə ilkin qeydiyyata alındığı təsdiq olunmuşdur. Qeyd olunan sənədlər Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 27 mart 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Bu məlumat və sənədlərlə də mübahisə predmeti olan evin iddiaçı ilə miras qoyan nikah bağlamamışdan xeyli əvvəl alındığı təsdiq olunur.

66. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilmiş X36 da notarial qaydada təsdiq edilmiş, onun əvəzinə oğlu tərəfindən verilmiş ərizələri təsdiq etdiyini, çünki, qeyd olunan ərazini 2010-cu ildən əvvəl satdığını, sənədləşmə düzgün getmədiyi üçün sonradan ona müraciət etdiklərinə görə bu cür ərizələr verdiyini, ərizələri vaxtı ilə alınmış evi sənədləşdirmək üçün verdiyini, nə iddiaçını, nədə evi alan şəxsi tanımadığını göstərmişdir.

67. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş 18 mart 2013-cü il tarixli sadə yazılı formada olan müqavilədə mübahisə predmeti olan (Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 82 nömrəli binanın qarşısındakı 1 zal,1 köməkçi otaq və sanuzeldən ibarət olan ev kimi qeyd olunsa da mübahisə predmeti olan evlə eyni olması mübahisəsizdir) fərdi yaşayış evini İran İslam Respublikası vətəndaşı satcı X70 alıcı X34 20000(iyirmi min) manata satdığı, bu alqı-satqıya həyat yoldaşı X37, digər tərəfdən X30 şahidliyi ilə imza atdıqlarını və bütün məsuliyyəti öz üzərinə götürdüyü qeyd olunmuşdur. Bu yazılı sənədə satıcı və alıcı kimi qeyd edilən şəxslərlə yanaşı, şahid X37 və X47 tərəfindən də imza edilmişdir. Düzdü, bu yazılı sənəd həmin vaxt dövlət qeydiyyatına alınmayan evə dair və notarial qaydada təsdiq edilmədən tərtib edilmişdir. Bununla əlaqədar, apellyasiya baxışı zamanı X75 üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilsə də onun yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq həmin yazılı sənədi şahid qismində imzalamış X47 apellyasiya baxışı zamanı şahid qismində dindirilərkən ifadəsində qeyd olunan vaxt bankda işlədiyini, İlham Kərimovun atasının dostu olduğu üçün şahid kimi müqaviləni imzaladığını, həqiqətən də İlham Kərimovun qeyd olunan tarixdə həmin evi 20000(iyirmi manata) İranlı şəxsdən aldığını təsdiqlədi. Digər şahid Ramiz İsmayılov da həmin küçədə İlham Kərimovun binada evi olduğunu, mübahisəli evin ona bitişik bir yerdə olduğunu, orada “Basqal-1” firmasının maşın təmiri ilə məşğul olub xidmət göstərdiklərini, torpaq sahəsinin də firmanın ərazisində yerləşdiyini, İlham müəllimin də orada payı olmasını, sadəcə evin hasarı taxtadan olduğu üçün, o biri evə yaraşıq vermədiyini, ev əldən getməsin deyə iranlıdan pul verib aldığını, iranlının orada təmir işləri apardığını və yaşadığını təsdiqlədi. Göründüyü kimi, qeyd olunan sübutlarla mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçı ilə mərhum İlham Kərimovun nikaha daxil olmazdan əvvəl, sonuncunun vəsaiti hesabına əldə edildiyi tam təsdiq olunur. Ona görə də qeyd olunan evin ½ hissəsinə iddiaçının paylı mülkiyyət hüququ tanına bilməz.

68. Göstərilənlərdən əlavə, mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçının "xxxx" KB ASC ilə bağladığı 22 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə, 24 ay müddətinə, illik 16 faizlə aldığı 80.000,90 manat kredit məbləğinə görə ipoteka qoyulduğu, öhdəlikləri icra etmədiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 2(005)-157/2022-ci il tarixli qətnaməsi ilə cəmi 53 771, 54 manat iddiaçıdan, cavabdehdən və X13 müştərək qaydada alınaraq banka ödənilməsi, tutmanın ilkin satış qiyməti 155 000 manat müəyyən edilməklə qeyd olunan evə yönəlməsi qət olunub. Demək, iddiaçının ½ hissədə payının tanınmasını istədiyi mübahisə predmeti olan fərdi yaşayış evi həm də aldığı kreditə görə ipoteka ilə yüklü edilmiş və artıq ona tutma da yönəldilmişdir. Düzdü, qeyd olunan evin ipoteka ilə yüklü edilməsi onun birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsini istisna etmir. Lakin qeyd olunan evin bu kateqoriya, yəni birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə edilmiş ev olmadığı öz təsdiqini tapmışdır.

69. İddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq bölünməsi tələb edilən "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, qeydiyyat № ********** olan nizamnaməyə əsasən nizamnamə kapitalından X14na məxsus 50 faiz payın birgə nikah dövründə əldə edildiyi üçün ½ hissədə payının müəyyən edilməsi üzrə də hüquqi dəyərləndirmə aparılması zəruridir. İlk növbədə qeyd olunur ki, bu hissədə də iddia tələbi tam əsaslı olmamış, yalnız "xxxx" MMC-nin nizamnamə kapitalında X14na məxsus 50 faiz payın birgə nikah dövründə əldə edilən 10 faiz hissəsinin ½ hissəsinə münasibətdə iddia tələbi qismən əsaslı sayıla bilərdi. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3394/2014 nömrəli 7 avqust 2014-cü il tarixli qətnaməsindən aydın olur ki, cavabdeh X24 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5655/2013 saylı 13 avqust 2013-cü il tarixli qətnaməsi dəyişdirilmiş, iddia qismən təmin edilərək X21 X34 ödənilməli 45000 manat məbləğində borcu X21 "xxxx" MMC-nin nizamnamə kapitalındakı 40 faiz payına yönəldilməsi, bu qətnamə X21 "xxxx" MMC-də nizamnamə kapitalında 40 faiz payının X8 üçün əsas olması qət edilmişdir. Qeyd olunan qətnamə ilə təsdiq olunur ki, 10 may 2013-cü il tarixli müqaviləyə əsasən borcverən X45 45000 manat məbləğində pulu 10 iyul 2013-cü il tarixədək borcalan X31 verib, borcalan 2 ay müddətinə 45000 manat borcu qaytara bilməsə "xxxx" firmasındakı 40 faiz payı X29 mülkiyyətinə verilməsini öhdəsinə götürüb. Bu qətnamə Ali Məhkəmənin 09 yanvar 2015-ci il tarixli 2(102)-86/15 nömrəl qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, "xxxx" MMC-nin nizamnamə kapitalındakı 40 faiz payın qətnamə əsasında X8 iddiaçının sonuncu ilə nikah bağlamamışdan əvvəlki dövrə təsadüf edir. Qətnamə əsasında 40 faiz payın İlham Kərimova keçməsinin 03 mart 2015-ci il tarixdə dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi isə 40 faiz payın birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edildiyini təsdiq etməyə əsas vermir. Başqa sözlə, bu həcmdə payın əldə edilməsinə əsas olmuş vəsaitin miras qoyan tərəfindən nikahdan əvvəl qazanılması və verilməsi açıq-aşkar təsdiq olunur.

70. Göstərilənlərə yanaşı, Bakı şəhəri 43 saylı notariat kontorunun 14 mart 2017-ci il tarixdə təsdiq etdiyi alqı-satqı müqaviləsi ilə X38 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 20% paydan 10% payı X32 və 10% payı isə X34, hər bir payı 20000(iyirmi min) manata satmış, 21 aprel 2017-ci il tarixdə dövlət qeydiyyat məlumatlarında bu barədə dəyişiklik edilmişdir. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 10% payı X29 20000(iyirmi min) manata alması iddiaçı ilə birgə nikah dövründə əldə edildiyindən həmin hissədə birinci instansiya məhkəməsinin iddianı tam rədd etməsi düzgün olmamışdır. Belə ki, Bakı şəhəri 43 saylı notariat kontorunun 19 noyabr 2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüquqi haqqında şəhadətnaməsinə əsasən X29 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 50 % payı tam olaraq Cavabdeh1 keçə bilməzdi. Çünki, həmin payın 10% hissəsi iddiaçı ilə miras qoyanın birgə nikah dövründə və birgə gəlirləri heabına əldə edilmişdir. 27 noyabr 2020-ci il tarixdə dövlət qeydiyyat məlumatlarında bu barədə dəyişiklik edilməsinn isə iddianı bu hissədə qismən təmin edilməsinə maneə deyildi.

71. Buna baxmayaraq, işə əlavə edilmiş Dövlət Vergi Xidmətinin 31 avqust 2022-ci il tarixli, **********715400 nömrəli (Bakı şəhəri 12 saylı Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli 461 nömrəli məlumatın təqdim edilməsi barədə müraciətinə cavab) məktubunda dövlət reyestrində nizamnamə kapitalı 6(altı) manat olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********1) təsisçilərinin 3(üç) manat payla X25 və 3(üç) manat payla X7 olması barədə məlumat mövcud olduğu qeyd edilmişdir. Bununla əlaqədar, apellyasiya baxışı zamanı dövlət reyestrində nizamnamə kapitalı 6 (altı) manat olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********1) təsisçilərinin 3 (üç) manat payla X25 və 3 (üç) manat payla X7 olmasına əsas olmuş məlumat və sənədlərin (alqı-satqı müqavilələri və.s), eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********1) qeydə alındığı vaxtdan bugünədək təsisçilərinin hansı qaydada və nəyə əsasən dəyişməsi barədə (alqısatqı müqavilələri,məhkəmə aktları və.s) məlumat və sənədlərin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi üçün Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu verilmişdir.

72. Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş **********057700 saylı, 12 may 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) X9, X48, X39 və X40 arasında bağlanmış təsis müqaviləsinə əsasən, 17 yanvar 1995-ci il tarixdə 20849 nömrə ilə "xxxx" Firması kimi dövlət qeydiyyatına alınmışdır. "xxxx" Firması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X27 üzrə X53 24 fevral 2006-cı il tarixdə 0706-İ3- 298 qeydiyyat nömrəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi yenidən təşkil edilmiş, cəmiyyətin tək təsisçisi X9 olmuşdur. İsmayıllı rayon dövlət notariat kontorunun 06 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X49 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis paylarına sahib olmuş, dövlət qeydiyyat məlumatlarında dəyişiklik 03 iyul 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri 54 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə X49 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındandakı paylarını 17 iyul 2014-cü il tarixdə X32, X26 və X5. Təsisçi məlumatlarındakı dəyişiklik 23 iyul 2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2014-cü il tarixli 2(103)-3394/2014 nömrəli icra vərəqəsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında 40% paya sahib olan X21 payları X10, 03 mart 2015-ci il tarixdə dövlət qeydiyyat məlumatlarında bu barədə dəyişiklik edilmişdir. Bakı şəhəri 43 saylı notariat kontorunun 14 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə X38 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında 20% payı X32 və X11, 21 aprel 2017-ci il tarixdə dövlət qeydiyyat məlumatlarında bu barədə dəyişiklik edilmişdir. Bakı şəhəri 43 saylı notariat kontorunun 19 noyabr 2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüquqi haqqında şəhadətnaməsinə əsasən Kərimov llham Fətiş oğlunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitahndakı payları Cavabdeh1 keçmişdir, 27 noyabr 2020ci il tarixdə dövlət qeydiyyat məlumatlarında bu barədə dəyişiklik edilmişdir. İsmayıllı rayon dövlət notariat ofisinin 28 yanvar 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsinə əsasən X42 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının təsis paylarını X1, dövlət qeydiyyat məlumatlarında dəyişiklik 01 mart 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri 41 saylı notariat kontorunun ofisinin 18 noyabr 2021-ci il tarixli təsis payının alqısatqı müqaviləsi ilə Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında paylarını X4. Bu barədə 11 may 2022-ci il tarixdə dövlət qeydiyyat məlumatlarında dəyişiklik edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi dəyişikliklərini təsdiq edən dövlət qeydiyyatı haqqında sənədlərinin təsdiq olunmuş surətləri Sizə göndərilir. 73.Göründüyü kimi, Cavabdeh1 vəsiyyət üzrə vərəsəlik qaydasında əldə etdiyi "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nizamnamə kapitalındakı 50 % payı tam olaraq Bakı şəhəri 41 saylı Notariat Ofisinin 18 noyabr 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsi ilə X4. Bu barədə 11 may 2022-ci il tarixdə dövlət qeydiyyat məlumatlarında dəyişiklik edilmişdir. Aysel Əhmədova hazırki iş üzrə bu mərhələdə cavabdeh kimi işdə iştirak etməyə cəlb edilə bilməz və onun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi də heç nəyi dəyişməyəcək. Çünki, ona qarşı hər hansı bir tələb yönəlməyib və bu mərhələdə yönəlməsi də mümkün deyil. Ona görə də "xxxx" MMC-nin nizamnamə kapitalındakı 50 % payı tam olaraq 18 noyabr 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsi əsasında X2 50 % payın 10% hissəsi üzrə iddiaçının ½ hissədə payının tanınması da mümkün deyil. Çünki, 50 % pay tam həcmdə alqı-satqı müqaviləsi əsasında Aysel Əhmədovanın mülkiyyətinə keçmişdir. Əlbətdə ki, iddiaçının 18 noyabr 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsini "xxxx" MMC-nin nizamnamə kapitalındakı 50 % payın 10% hissəsinin ½ hissəsində məhkəmə qaydasında ayrıca icraatda mübahisələndirmək yaxud bununla əlaqədar zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ mövcuddur. Ona görə də bu hissədə qətnamə qismən, yəni Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş "xxxx" MMC-nin nizamnamə kapitalından X34 məxsus paydan Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19 noyabr 2020-ci il tarixli, 2V-118 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan doğan hüquqi nəticələrin ləğv edilməsinin, həmin payın ikidə bir hissəsinə payın müəyyən olunması tələblərinin rədd olunması hissələrində ləğv edilməli, İddiaçı iddiası həmin hissədə qismən təmin edilməli, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş "xxxx" MMC-nin nizamnamə kapitalından X34 məxsus "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, qeydiyyat №-si ********** olan nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalından X34 məxsus 50 faiz, 3 manat, 2 paydan (pul şəkilində)paydan Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19 noyabr 2020-ci il tarixli, 2V-118 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız payın 10% hissəsinin ½ hissəsində ləğv (etibarsız hesab) edilməlidir. Çünki, yuxarıda qeyd olunan hallara görə miras qoyanın payı artıq tam həcmdə üçüncü şəxsin mülkiyyətinə keçmişdir.

74. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, hazırki işdə tərəflər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

75. Beləliklə, yuxarıda şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki; İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6263/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan hissədə qismən, yəni Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş, "xxxx" MMC-nin nizamnamə kapitalından X34 məxsus paydan Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19 noyabr 2020-ci il tarixli, 2V-118 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan doğan hüquqi nəticələrin ləğv edilməsi və həmin payın ikidə bir hissəsinə payın müəyyən olunması tələbinin rədd olunması hissəsində qismən ləğv edilməli, İddiaçı iddiası həmin hissədə qismən təmin edilməli, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş "xxxx" MMCnin nizamnamə kapitalından X34 məxsus "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, qeydiyyat №-si ********** olan nizamnaməsinə əsasən 50 faiz, 3 manat, 2 paydan (pul şəkilində) Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19 noyabr 2020-ci il tarixli, 2V-118 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə payın 10% hissəsinin ½ hissəsinə münasibətdə ləğv (etibarsız hesab) edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

76. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6263/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan hissədə qismən, yəni Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş "xxxx" MMC-nin nizamnamə kapitalından X34 məxsus paydan Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19 noyabr 2020-ci il tarixli, 2V-118 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan doğan hüquqi nəticələrin ləğv edilməsinin və həmin payın ikidə bir hissəsinə payın müəyyən olunması tələbinin rədd olunması hissəsində ləğv edilsin. İddiaçı iddiası həmin hissədə qismən təmin edilsin. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş, "xxxx" MMC-nin nizamnamə kapitalından X34 məxsus "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, qeydiyyat №-si ********** olan nizamnaməsinə əsasən 50 faiz, 3 manat, 2 paydan (pul şəkilində) Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19 noyabr 2020-ci il tarixli, 2V-118 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə payın 10% hissəsinin ½ hissəsinə münasibətdə ləğv (etibarsız hesab) edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar