Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1697/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Ərizəçi nümayəndəsi-vəkili X7, Maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə Ərizəçi maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1689/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, Səftər Bahadur oğlu ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, oğlu xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş X9 onun doğma oğludur. X1 ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Oğlu anadan olandan bu günə qədər X10 Disponserində qeydiyyatda olmaqla mütəmadi müalicə alır. X9 müstəqil olaraq özünü idarə edə bilmir. X3 daimi köməyə ehtiyacı vardır. X9 psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Belə ki, X9 öz həyatını normal səviyyədə yaşamalı olmasını belə dərk etmir. Bu səbəbdən də, o, X3 bir sıra şəxsi işlərini görməyə məcbur olur. X3 öz hərəkətlərini dərk etməməsinə baxmayaraq, fəaliyyət qabiliyyətli olması oğlunun bəzi hüquqlarını həyata keçirilməsində ona maneçilik törədir. X3 üç övladı vardır və həyat yoldaşı oğlunu atıb gedib. Ona görə də o, X1nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən ərizəçinin səlahiyyətli nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmaasını xahiş edən maraqlı şəxsin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X9 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Şərq küçəsi, 10 nömrəli evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X6 orta dərəcəli Nevrasteniya emosional iradi pozuntularla F 48.0 diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş AO seriyalı ******* nömrəli Hərbi Biletin kserosurətindən görünür ki, X9 hərbi xidmətə yararsız hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 162678 saylı vəsiqənin kserosurətindən görünür ki, X8 İ qrup əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birlik tərəfindən verilmiş üzvlük vəsiqəsinin kserosurətindən görünür ki, X8 İ qrup gözdən əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2019- cu il tarixli rəyinin kserosurətindən görünür ki, X9 fəaliyyət qabiliyyətli hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4- cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X9 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2019-cu il tarixli rəyi ilə fəaliyyət qabilliyyətli hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. X4 aşkar olunmuş mülayim dərəcədə ifadə olunmuş nevrasteniya onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab olunması üçün əsas vermədiyindən ərizənin təmin olunması üçün əsaslar olmadığından, hazırkı iş üzrə ərizəni təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1697/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1697/2021
04.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver