Məhkəmə qərarları › İş №2(103)-1699/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1699/2022

14.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1699/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “X3 LTD” şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7123/2021 saylı işi üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X3 LTD” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı fialının 4 saylı neft-qaz çıxarma sexinin 39 T 409983.77 m B - 4477826.87 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.11.2021-ci il tarixli **********11 saylı məktubu ilə müəyyən edilmişdir ki: 39 T 409983.77 m B - 4477826.87 m C koordinatlar üzrə mübahisə predmeti olan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan Balaxanı Əməliyyat Şirkətinin idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilindədir (iş.səh.35). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7123/2021 saylı işi üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 84,111; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 180.1, 108.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadən) iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin 39 T 409983.77 m B - 4477826.87 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində tikilmiş tikili özbaşına tikili sayılmaqla həmin Cavabdeh hesabına sökülməsi və həmin ərazinin “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filalının qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsinə əsasən qeyd edilmişdir ki, Cavabdeh tərəfindən “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin 39 T 409933.77 m.B- 4477826.87 mC koordinatlar üzrə yerləşən torpaq sahəsində tikilmiş tikili özbaşına sayılmaqla cavabdehin hesabına sökülməsi, həmin ərazinin “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Lakin bu faktlarla razı deyildir. Belə ki, biz uzun müddətdir ki, həmin sahədə yaşamaqla ev tikmiş və başqa yaşayış yeri yoxdur. Hazırda iddiaçı təşkilat onların istifadə etdiyikləri torpaq sahəsinin ona məxsus olmasını iddia etsə də həmin torpaq sahsində olan ev 03.10.2014-cü il tarixdə X2 adına inventarlaşdırılmış həmin evə plan certyoj çəkilmişdir. Nece olur ki, yenidən həmin torpaq sahəsi iddiaçı təşkilata məxsus olur. İndiyə kimi niyə bu barədə onlara məlumat verilməmiş və ya ev tikintisinin qarşısı alınmamışdır. Onların uzun müddət həmin torpaq sahəsində yaşayış istifadə etməkləri nəzərə alınmamışdır . Məhkəmə bizim uzun müddət həmin torpaq sahəsində ev tikib yaşamağımızı, başqa yerdə yaşayış yerimizin olmamasını aydınlaşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki məhkəmə yalnız iddiaçı təşkilatın verdiyi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestru Xidmətinin məktubuna əsaslanmışdır. Lakin ekspertiza təyin edərək evi iddiaçı təşkilatın iddia etdiyi sahəyə düsüb-düşməmsi aydınlaşdırılmamışdır. Məhkəmə əsassız olaraq bizim həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsini qət etmişdir. Belə ki, həmin sahədə uzun müddətdirki, ev tikməklə yaşayırlar. Məhkəmə hansı əsasla həmin torpaq sahəsində ev tikməyi və hazırkı vaxta kimi həmin torpaq sahəsinin iddiaçı təşkilata məxsus olması barədə məlumat verilməməsini aydınlaşdırmalı idi. Niyə məhz ev tikib yaşayandan sonra bu problemlərlə rastlaşmışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, 2014-cü ildə evi aldığını, evin həmin vaxt yararsız vəziyyətdə olduğunu, bu zaman evdə yenidən təmir bərpa işlərini həyata keçirdiyini, evlə bağlı 2 sənədin mövcud olduğunu, eyni zamanda evin tikintisi ilə bağlı çertyojunun da olduğunu, İcra Hakimiyyətinin evin tikintisindən xəbərdar olduğunu və buna mane olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 46, 47, 67, 111; Mülki Məcəllənin 139-181, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 386, 388, 389, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iş üzrə torpağa və tikiliyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, ixtisaslı mütəxəssislər tərəfindən koordinatlar üzrə cavabdeh tərəfindən aprılan tikilinin eyni ərazidə olması faktı müəyyən edilmiş və bunu istisna edən dəlillər irəli sürülmədiyindən ekspertizanın keşirilməsinə də zərurət qalmamışdır. Məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsini kollegiya qanuni hesab edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7123/2021 saylı işi üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar