Məhkəmə qərarları › İş №2(103)-1700/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1700/2021

13.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1700/2021 13.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Xəyal Əjdər oğlu Sarıyev və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2923/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 saylı notariat kontoru tərəfindən reyestrdə 134/2018 nömrə ilə qeydə edilmiş, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 Rasim qızının, Cavabdeh3, Cavabdeh5 adına verilmiş xx xxx 2019- cu il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Cavabdeh1 verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2923/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia tələbinin ünvan 1 A ünvanının özəlləşdirilməsinin ləğvi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən X2 verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi X1 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2923/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət əsassız hesab edilərək baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2923/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş şikayətlə bağlı dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 108.1.4-ci maddəsinə apelyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının qanunun 8.4.2-ci maddəsinə əsasən iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən 20 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə qanunla müəyyənləşdirilmiş şəkildə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməyindən şikayət qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2923/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2923/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadından iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş şikayətin baxılması qeyri-mümkün hesab edilsin. Apelyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar