Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1702/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-448/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 341 manat borcun (abonent kodu:**********310) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən cavabdehə su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 341 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. "Azərsu” ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-448/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 341 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "Azərsu” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 442, 448.1; Mülki Prosessual Məcəllənin 23-1, 284-1, 284-5.1, 284-5; «Su təchizatı və tullantı sular haqqında» Azərbaycan Respublikasının Qanununun 5.3, 30.1, 59, 61.1, 62; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları”nın 3.1.2, 4.1.3, 7.1 , 7.2, 7.3, 7.4, 7.5 , 7.11 -ci bəndinə; Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli 04 nömrəli "Azərsu” Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə” Qərarı”na əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı qismində çıxış edən su təchizatı müəssisəsi tərəfindən 2020-ci il tarixdən hazıradək cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə xidmət haqqını vaxtlı-vaxtında, lazimi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 341 manat borcun və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "Azərsu” ASC-nin xeyrinə ödənilməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - abonent kartı məlumatlarından görünür ki, ünvan 1 ünvanı üzrə abonent qismində Cavabdeh çıxış edir, iddiaçı ilə cavabdeh arasında sudan istifadə üzrə müqavilənin bağlanma tarixi xx.xx.2014-cü il, 26338133 müqavilə nömrəsi olmaqla cavabdehin sudan istifadə etməsinə görə iddiaçı "xxxx" ASC-yə yekun borcu 341 manat təşkil edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-448/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 ; Mülki Prosessual Məcəllənin 2.1, 9.3, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi çəkişmə prinsipinə əməl etmədən, iş üzrə obyektiv araşdırmanı təmin etmədən, yalnız iddiaçının ərizəsi və təqdim etdiyi doğru olmayan sənədlər əsasında qətnamə qəbul etmişdir. Halbuki, mənzilə İddiaçı ASC tərəfindən su sayğacı quraşdırılmış və həmin su sayğacındada suyun sərfiyyatı tam aydın şəkildə qeyd edilir. Həmin sayğacdan da göründüyü kimi sayğac quraşdırıldığı gündən, yəni, xx.xx.2014-cü ildən hazırkı tarixədək cəmi su sərfiyatı 71 (yetmiş bir) kub sərfiyyat qeyd edilmişdir. Elə bu sərfiyyatdan da müəyyən etmək olar ki, həmin mənzildə yaşayış olmamışdır. Mənzildə yaşayış olmadığı halda, eyni zamanda, mənzildə su sərfiyyatı üçün sayğac quraşdırıldığı halda İddiaçı ASC öz istəyinə uyğun şəkildə, sayğaca baxış keçirtmədən, ailə üzvləri sayına görə sərfiyya hesablayaraq, heç bir əsas olmadan ona formal borc hesablamışdır. Lakin birinci instansiya məhkəməsi bunların heç birini araşdırmadan, məhkəmədə iştirakını təmin etmədən, ədalətsiz qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən belə bir müqavilə məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə mənzildə yaşayış və sudan istifadə olunmadığı halda, belə bir öhdəliyin əmələ gəlməsi və məhkəmənin qeyd edilən maddəyə istinad etməsi yenə də qanunun tətbiq və təsvirində səhvə yol verməsidir. Göründüyü kimi mənzildə yaşayış olmadığı, sudan istifadə olmadığı, yəni öhdəliyin yaranmadığı halda hazırkı maddənin tətbiq edilməsi qanuna ziddir. Göründüyü kimi birinci instansiya məhkəməsi Qanunun təsvir və tətbiqində səhvə yol vermişdir. Hazırkı vəziyyətdə isə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən qanunun təsvirində səhvə yol verilmişdir. Məhkəmə, onun həmin normadan irəli gələn hüquq və mənafeyinə etinasız yanaşmış, mübahisənin həllindən birmənalı şəkildə yayınmışdır. Məhkəmə göstərilən prosessual hüquq normasına zidd olaraq prosesin çəkişmə prinsipini təmin etməmiş, çəkişmə prinsipinin təmin edilməsindən yayınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən işə obyektiv yanaşılmayaraq, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktlar araşdırılmadan, mənzilə quraşdırılmış su sayğacı olduğu halda, sayğacın üzərindəki sərfiyyat nəzərə alınmadan, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq ədalətsiz qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları”nm 3.1.2-c bəndinə əsasən, STKMin mart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi İddiaçı ASC tərəfindən mənzilə su sayğacı quraşdırılmış, belə olan halda isə su sayğacında göstərilən sərfiyata uyğun olaraq hesabın ödənilməsi tələb edilə bilər. Lakin mənzildə yaşayış olmadığı, sudan və tullantı sularından istifadə edilmədiyi halda, iddiaçı tərəfindən məhkəməyə təhrif olunmuş sənədlər verilmiş, məhkəmə tərəfindən isə bu hallar düzgün araşdırılmamış və işə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən istinad olunan və iş materiallarına əlavə edilmiş sənədlərlə işin faktiki halları düz gəlməməkdədir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi mənzildə yaşayış olmadığından sudan və tullantı sularından istifadə olunmamışdır. Lakin birinci instansiya məhkəməsi işin bu hallarını araşdırmadan, mənzilə quraşdırılmış su sayğacında göstərilən mövcud su sərfiyyatını müəyyən etmədən, iddiaçı tərəfindən təqdim edilmiş daxili hesablamaya əsaslanaraq ədalətsiz nəticəyə gəlmişdir. Apellyasiya baxışının hədləri:
5. Mülki Prosesual Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 50-58, 149- 152, 259.0.1, 259.0.12, 371, 372, 384.0.5, 385.1.1, 387.1-cu maddələrinin tələblərinə uyğun olmaqla, mülki prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq, apellyasiya şikayətinin qismən təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını qanuni hesab edir. Belə ki, iddia tələbi üzrə ərizədə qeyd edilən tələb müqavilə münasibətlərindən irəli gəlsə də, müqavilə və iddianın əsasını təşkil edən sübutlar, habelə tərəflər arasında qüvvədə olan müqavilədən irəli gələn mübahisəyə pretenziya qaydasına riayət edilməyərək cavabdehin tələb barədə məlumatlı olması barədə sübutlar təqdim edilməmiş, səhv icraata qəbul edilmiş birinci instansiya icraatı zamanı bu prosessual tədbirlərin həyata keçirilməsi zərurəti təmin edilməmiş, hazırkı prosessual dövrdə isə bunun mümkünlüyü apellyasiya baxışı ilə məhdudlaşmışdır.
8. İddiaçı tərəfindən öhdəliklərin icrasının gecikdirilməsi ilə bağlı cavabdehə ünvanlanmış xəbərdarlıq məktubu ərizəyə əlavə edilsə də, onun çatdırılmasını təsdiq edən sənəd və müqavilə əlavə edilməmişdir. Borc barədə yeganə sənəd kimi abunə kartı təqdim edilmişdir ki, bu da lazım qaydada təsdiq edilməmişdir. Əslində mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə (284-4.1.3.) verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, tələbin qəbulundan imtina etməli idi.
9. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.
10. Mülki Prosessual Məcəllənin 76.1, 77.1 və 78.1-ci maddələrinin tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
11. Məcəllənin digər normativ tələblər ilə müəyyən edilir ki: 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-2. Kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-3.1.Ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1 .ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. 284-3.3.Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. 284-3.4. Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3.Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284- 5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 384.0.Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
12. Məhkəmə kollegiyası izah etməyi vacib bilir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırılmaqla iş üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçının işin qabaqcadan (məhkəmədən kənar) mübahisənin həll etmək imkanları barədə pretenziya qaydalarına riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır.
13. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-448/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.