Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1703/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə elxan qızı Əzizzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştrakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(004)-5637/2023 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2022-ci il tarixli, ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilir. 2.xx.xx.2022-ci il tarixli, ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilir. 3.xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 11232 kub.m-dir. a)Birinci instansiya məhkəməsində icraat 4.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış abonent saldosunda göstərilən 1807 (min səkkiz yüz yeddi) manat məbləğ qanunsuz olaraq hesablanmışdır və silinməlidir. 5.İlkin iddia onunla əsaslandırılır ki, cavabdehin qeyri-qanuni təbii qazdan istifadə etdiyini nəzərdə tutduğu xətt qeyri-qanuni xətt deyil və birbaşa sayğacdan fərdi yaşayış evinə gələn xətdən fərdi yaşayış evinə çəkilən xətdir. 6.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İB (bundan sonra-cavabdeh) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdər abonentin saldosu üzrə ümumi 1857,42 (bir min səkkiz yüz əlli yeddi manat 42 qəpik) manat borcun tutulmasını xahiş etmişdir. 7.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Yasamal rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 94 B qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 875,52 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1347,84 manat Cəmi 2223,36 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 365,94 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 1857,42 (bir min səkkiz yüz əlli yeddi manat 42 qəpik) manat təşkil etməkdədir. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 dekabr 2023-cü il tarixli, 2(004)-5637/2023 saylı qətnaməsi ilə (hakim-Fariz Əlizadə) ilkin iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh İB tərəfindən ilkin iddia üzrə İddiaçı məxsus **********20030 nömrəli abonent koduna hesablanmış 1807 (min səkkiz yüz yeddi) manat borc məbləğinin qanunsuz hesab edilməklə silinməsi vəzifəsinin Cavabdeh İB-nə həvalə edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-yə aid edilməsi qət edilmişdir. 9.İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilir. 10.İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilir. 11.İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 11232 m³-dir. 12.Məhkəmə toplanmış sübutlara qiymət verərək ilkin iddia tələbinin təmin edilməsi üzrə möveqyini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 875,52 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1347,84 manat olmaqla ümumilikdə 2223,36 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 365,94 manat məbləğində ödəniş etmişdir. Nəzərə almaq lazımdır ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 875,52 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1347,84 manat olmaqla ümumilikdə 2223,36 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin vurulması barədə əsassız olaraq istehlakçının təqsiri üzündən baş verməsi qənaətinə gəlinmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mənzildə kənar xəttin çəkilməsi halı mövcud olmuşdursa da istehlakçı İddiaçı iştirakı təmin edilməklə bu barədə hər hansı akt tərtib edilməmişdir. Cavabdeh İB tərəfindən təqdim edilmiş fotoşəkillərdə isə həqiqətən də sözügedən evdə sayğacdan kənar xəttin mövcudluğu və ya xəttə müdaxilə edilmişdirsə də, müdaxilənin forması, mahiyyəti, zamanı, müdaxiləni etmiş şəxs(lər), istehlakçının bu barədə təqsiri müəyyən edilmir. İstehlakçının xəbəri olmadan bir neçə ay sonra ona cərimənin tətbiq edilməsi qanuni hesab edilə bilməz. Sayğacdan kənar xəttin mövcudluğu aşkar olunursa, bu barədə müvafiq şəxslərin iştirakı ilə akt tərtib edilməli, həmin akta istehlakçı daxil edilməli, istehlakçı müvafiq aktla tanış olmalı və qüsurlar barədə məlumatlandırılmalıdır. Bundan sonra isə, qüsurun baş vermə səbəbi və müvafiq məsuliyyət tədbirləri tətbiq edilməlidir. Cinayət təqibini zəruri edən ilkin şübhələr müəyyən edildikdə səlahiyyətli qurum Cavabdeh İB tərəfindən prokurorluq orqanlarına müraciət edilməlidir. 13.Məhkəmə qeyd etmişdir ki, sayğacdan kənar xətt mövcud olsa belə, müdaxilə edən şəxsin şəxsiyyəti, məsuliyyəti və təqsirinin əsası və hədləri müəyyən edilməlidir. Nəzərə almaq lazımdır ki, hazırki iddia tələbi üzrə mülki hüquq münasibətinin subyektlərinin məsuliyyətinin əsasları müqavilə şərtləri ilə müəyyənləşdirilir. Hüquqi məsuliyyətin şərtləri və həddləri müəyyən və əsaslı olaraq müəyyənləşdirilməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, cərimə üzrə saldonun hesablanma meyarı günlük 24 saatlıq əmsal üzrə götürülür ki, bu da əsaslı və ağlabatan deyildir. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən Cavabdeh İB-nin üzərindədir. Məhkəmə cavabdeh orqana izah edir ki, Cavabdeh İB dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxilə, kənar xəttin çəkilməsi müəyyən edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması Cavabdeh İB-nin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. İddia tələbi üzrə sübutetmə yükünün Cavabdeh İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən, müvafiq sayğaca müdaxilənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, yazılı formada formal mülahizələrə əsaslanan qarşılıqlı iddia ərizəsi tərtib edilərək məhkəməyə ünvanlanmışdır. 14.Qarşılıqlı iddia üzrə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddianın ilkin iddiadan (cərimə məbləğindən) artıq hissəsinə dair müvafiq ödənişlər istehlakçı tərəfindən müqavilə öhdəlikləri üzrə ödənilməlidir, həmin məbləğin vaxtından əvvəl tələb edilməsi istisna olunur. Həmçinin, ilkin iddia üzrə əsassız hesablanmış borcun silinməsi xüsusatı əsas götürülməklə və qarşılıqlı iddianın sübuta yetirilməməsi nəzərə alınmaqla qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, ; Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə; Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 216-220, 227, 358, 360 və 362-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsi, qarşılqılı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Cavabdeh İB-nin əməkdaşları tərəfindən foto çəkilişlə də lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”Akt”lar tərtib edilmişdir. Daha sonra həmin “Akt”lar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymətin verilməsini təmin etməmiş, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar (saldo, akt və sair) qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə qarşılıqlı iddia tələbini tam təmin yox, təmin etməmişdir. Məhkəmə tərəflər arasında bağlanmış qazın alğı-satqısı müqaviləsi üzrə cavabdehin öhdəliklərini pozaraq qaz xəttinə qanunsuz qoşulmaqla maddi zərər vurduğunu nəzərə almamışdır. Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normalarına mübahisələndirilən qətnamədə istinad olunmamasına baxmayaraq, birinci instansiya məhkəməsi vurulmuş maddi zərərin əvəzinin İddiaçı tutulmasına dair iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı məhkəmə qarşılıqlı iddia tələbinin tam təmin ediməsini qət edərdi. İş materiallarında yer almış vətəqdim olunan sübutlar qarşılıqlı iddia tələbinin tam əsaslı olmasını göstərdiyi halda 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, qarşlıqlı iddia ərizəsini təmin etməmişdir. Bu hal, yəni qanunazidd hərəkətin aşkar edilməsi faktı əsasında tərtib olunan mötəbər sənədin digər sübutla təsdiqlnməsi halının olmamasına görə iddia tələbinin dəymiş zərər hissəsində təmin edilməməsi yolverilməzdir, hüquqların kobud pozuntusu kimi qiymətləndirilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş və iddia tələblərinin tam təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (akt, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Bu sənədlər rəsmi sənədlərdir və qanunsuz qoşulma halları aşkar edildikdə həmin sənədlrəin tərtib edilməsi nəzərdə tutulmuşdur. Əgər iş materiallarına nəzər yetirsək görərik ki, sənədlərin (sübutlar) hamısı Cavabdeh İB tərəfindən tərtib edilmiş sənədlərdir, həmin sənədlər təbii qazı talaması faktını özündə əks etdirən, həmin faktı sübut edən, həmin faktlarla bağlı tərtib edilmiş sənədlərdir. Bu faktdır. Lakin İddiaçı məhkəməyə hansı sübutu təqdim etdiyi, hansı sübuta istinad etdiyi, hansı sübutla təbii qazı talamaması faktını təkzib etdiyi məlum deyil. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, öz iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilməməsini xahiş etdi. 20.İş üzrə cavabeh Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 21.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 23.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 24.Madə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətlidövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 25.Maddə 18.İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin,işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündəaşağıdakı tələbləri ehtiva edir: -18.0.1.İstehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərmanvasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik,ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qidaməhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunolmasına dövlət nəzarətini. 26.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəməhəyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymişmənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumuverməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 27.Maddə 11.6.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasındahəyata keçirilir. 28.Maddə 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacınıngöstəricilərinə əsasən hər ay üzrə hesablamalıvə növbəti ayın 10-dək istehlakçıya bubarədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgünhesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 29.Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xəttidərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habeləqanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatəolunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyiqaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markasınəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdanistifadə qaydaları ilə tənzimlənir. 30.Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qazpaylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qazsayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəzedilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnməistehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısıtərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmirolunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qazpaylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbətitexniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyatakeçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsaittələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
31. 1.3.Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilmiş qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
32. 4.2.Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaitihesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
33. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işləkvəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
34. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiqörtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) vəsayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
35. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarınınişlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
36. 4.9.İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texnikibaxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isəistehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısıtərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsiistehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsasıgöstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texnikipasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texnikibaxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçınınarzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
37. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”:
38. 5.1.Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdətutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyiqazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart”tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qazpaylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlaketdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görədüzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43.Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(003)-5637/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 44.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda xx.xx.2022-ci il tarixdə, ******* №-li və xx.xx.2022-ci il tarixdə ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən sayğacdan kənar xətt olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 11232 kub.m müəyyən olunmaqla borc yazılmışdır. 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 46.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 47.Kollegiya qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, həmin akt mötəbər sübut kimi qəbul oluna bilməz. 48.Kollegiya qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). xx.xx.2022-ci il tarixli, ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd olunsa da, 25 fevral 2022-ci il tarixdən qüvvədə olan (akt xx.xx.2022-də tərtib olunub) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddəsində nəzərdə tutulan qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli addımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tərbirlər tam görülməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qeyd olunan hallar müəyyən olunmur. 49.Digər tərəfdən kollegiya qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən əgər iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, ******* №-li akt əssasında sayğaca müdaxilə olmuşdursa, cavabdeh tərəfindən akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha kollegiyaya aktın mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. 50.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, sayğacdan kənar qazdan istifadə halı, yəni zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqənin olması, bununla da, iddiaçı tərəfindən zərər vurulması sübuta yetirilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı olmuşdur. 51.Kollegiya apellyatorun fotoşəkillərə istinad etməsini əsassız hesab edərək qeyd edir ki, həmin fotoşəkillərdən qoşulma halının olması müəyyən olunmur. Digər tərəfdən cavabdeh tərəfindən daha mötəbər sübutlar təqdim olunmamışdır. 52.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
53. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 54.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 55.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 57.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 58.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 59.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri ilə əlaqədar məsələ prosessual qanunverciliyin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə həll edilmişdir. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(004)-5637/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov