Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1709/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1709/2023 (Açar sözlər: borcun silinməsi) Bakı şəhəri 22 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Şirinov İkram Sabir oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, X1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2888/2022 saylı 10 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən X1 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən ona məxsus qaz sayğacına 0315740, 0325505, 0324423, 0312492, 303161, 0299133, 0297472, 0303132, 031267 saylı aktlar tərtib edilməklə 7008 manat borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 7008 manat borcun 6958 manat hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən ona məxsus qaz sayğacına 0315740, 0325505, 0324423, 0312492, 303161, 0299133, 0297472, 0303132, 031267 saylı aktlar tərtib edilməklə əsassız olaraq yüksək məbləğdə də borc (7008 manat) hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Belə ki həmin mənzildə ümumiyyətlə qaz sayğacı cəmi 2 ay olmamışdır və bu müddət ərzində şlanq qoyularaq qaz sayğacı quraşdırılana qədər o qaydada istifadə olunmuşdur. Bu müddət cəmi 2 ay təşkil etmişdir. Sonradan gəlib sayğac quraşdırsalar da, sözügedən aktlardan və cərimələrdən xəbəri belə olammışdır. Qaz borcu hesablanan mənzildə yalnız balaca qaz peçi olmuşdur, isitmə sistemi elektrik və odun peçi ilə aparılmışdır. Yəni həmin evdə cəmi 2 ay qazdan qanunsuz istifadə olunduğunu nəzərə alsaq buda ən çoxu ümumilikdə 50 manat məbləğ edir. Özü çətinlikdə dolanır və bu qədər borcun hesablanması onun üçün olduqca ağırdır. Onun həmin qaz sayğacına sözügedən məbləğdə müdaxilə etmək imkanım olmamışdır. Buna baxmayaraq Cavabdeh tərəfindən ona əsassız olaraq yüksək məbləğdə borc hesablanmışdır
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(003)- 2888/2022 saylı qətnaməsi ilə (hakim Sabit Bəhramzadə) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB-dən iddiaçının abonent hesabına (abonent kodu **********00143) hesablanmış borcdan 6259,68 manat hissəsinin silinməsi, cavabdehdən 82,59 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 20, 21.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.6, 6.7ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnanmə çıxararkən maddi və prosessual hüquq normalarını pozmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə bildirmək istəyirəm ki, sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
10. Maddə 20 Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
11. Maddə 21.1 Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
12. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
13. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
14. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Cavabdeh tərəfindən qətnamənin təmin olunan hissəsi mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi xahiş edildiyindən, qətnamənin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
24. Belə ki, iş materiallarında olan abonent saldosundan (abonent kodu **********0143) və təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən görünür ki, həmin aktlar əsasında iddiaçının abonent hesabına 2021-ci ilin mart ayından 2022-ci ilin may ayınadək hər ay müəyyən məbləğlərdə olmaqla ümumilikdə 7008,48 manat məbləğində borc hesablanmışdır.
25. Birinci instansiya məhkəmə tərəfindən iş üzrə iddiaçının ünvanına keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvanından təxminən 10-20 metr aralıda qaz xətti yerləşir və həmin qaz xəttinin üzərində onun ünvanına aid sayğac quraşdırılmışdır. Sayğacın yerləşdiyi qaz xəttinin aşağı hissəsində svarkalanmış şəkildə çıxış izi mövcuddur. Qeyri-qanuni xətt kimi qeyd olunan iddiaçının ünvanına gedən boru (şlanq) hazırda sayğaca daxil edilmişdir. İddiaçının ünvanında bir mərtəbəli 2 otaqlı ev və torpaq sahəsində hamam kimi istifadə edilən kiçik tikili mövcuddur. Həmin kiçik tikilidə qeyristandard su qızdırıcı var və həmin su qızdırıcısı elektrik enerjisi xəttinə qoşulmuşdur. Yaşadığı bir mərtəbəli evin eyvanında 2 gözlü qaz peçi var və sayğacdan gələn xətt həmin qaz peçinə daxil olur. Otaqların birində qaz sobası mövcud deyil, digər otaqda isə qaz sobası olmasa da sobanın tüstü çıxan borusu vardır.
26. Birinci instansiya məhkəməsi iddiaçının abonent hesabına borcun hesanlanmasına əsaslar Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən dəfələrlə təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki qeyd edilən və mütləq olunmalı olan hərəkətlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir.
27. İş üzrə iddiaçının ünvanına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təbii qazdan yalnız PQ-4 və dəmir soba vasitəsilə istifadə edilmişdir. Baxmayaraq ki, iddiaçının ünvanına baxış keçirilən zaman dəmir sobanın faktiki yerində olması müəyyən edilməmiş, lakin sobanın tüstü borusunun olması ona əsas verir ki, iddiaçı tərəfindən dəmir sobadan istifadə edilmişdir. İddiaçı özü də məhkəmə iclasında qış aylarında dəmir sobadan istifadə etməsini bildirmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamələrdən (bundan sonra tələbnamə) və abonent saldosundan görünür ki, xx.xx.2021-ci il tarixli akt əsasında, PQ-4, QSSQ və dəmir soba avadanlıqları nəzərə alınmaqla PQ-4 avadanlığı üçün 2592 m3 , QSSQ üçün 3240 m3 və dəmir soba üçün 3024 m3 , cəmi 8856 m3 həcmdə, 885,60 manat (8856 x 0,10 qəpik) dəyərində itirilmiş qazın dəyəri, xx.xx.2021-ci il tarixli akt əsasında, PQ-4, QSSQ və dəmir soba avadanlıqları nəzərə alınmaqla PQ-4 avadanlığı üçün 864 m3 , QSSQ üçün 1080 m3 və dəmir soba üçün 1008 m3 , cəmi 2952 m3 həcmdə, 295,20 manat (2952 x 0,10 qəpik) dəyərində itirilmiş qazın dəyəri iddiaçının abonent hesabına hesablanmışdır. İddiaçının ünvanında olan “QSSQ” adlı avadanlığın elektrik enerjisi vasitəsilə istifadə edildiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin avadanlığa münasibətdə hesablanmış ziyan məbləği nəzərə alınmaqla akt əsasında ümumi hesablanmış ziyanın məbləğindən çıxılmalıdır. Bununla da məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən PQ-4 və dəmir soba üçün hesablanmış ziyan, yəni 561,6 manat (2592m3 + 3024m3 x 0,10 qəpik), xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən PQ-4 və dəmir soba üçün hesablanmış ziyan, yəni 187,2 manat (964m3 + 1008m3 x 0,10 qəpik) müəyyən edilməlidir.
28. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi aktlar iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması barədə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.
29. Digər tərəfdən, iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. İddiaçı tərəfin cavabdehin kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz.
30. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
31. Beləliklə, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
32. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2888/2022 saylı iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova