Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1717/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)-402/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birliyin qanuni istifadəsində olan sənaye təyinatlı Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.m sənaye təyinatlı torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin cavabdehin hesabına boşaldılaraq Birliyə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X1 İcraiyyə Komitəsi) xx xxxxxx 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə İddiaçısalat Birliyinin “Balaxanıneft” NQÇİ-nin (Keçmiş “Leninneft” NPU) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.m-dən ibarət olan bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da, bu tələblərə əməl etməmişdir. Həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada özbaşına tikinti işlərinin aparılması mövcud texniki təhlükəsizlik qaydalarının tələblərini kobud şəkildə pozmaqla İddiaçısalat Birliyinin qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)- 402/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aşağıdakılar müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, 406525; ******* koordinatlar üzrə yerləşən torpaq sahəsi Balaxanı əməliyyat şirkətinin ərazisi hüdudlarında olub, sənaye təyinatlı torpaq sahəsinə aiddir. Balaxanı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin istifadəyə verilməsi haqqında xx xxx 2003-cü il tarixli 01/034 №-li müqavilədən görünür ki, Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində istehsalatla məşğul olmaq üçün 34875.5 kv.m. torpaq sahəsi 99 il müddətinə Cavabdeh istifadəsinə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2-1(82)- 2394/2014 №-li qərarına əsasən iddiaçı Cavabdeh iddiasının təmin edilərək, onun istifadəsində olan Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsinə dair Sabunçu rayon Balaxanı Bələdiyyəsinin xx xxx 2003-cü il tarixli 01/034 saylı torpaq sahəsinin müvəqqəti istifadəyə verilməsi haqqında müqaviləyə dəyişiklik edərək, göstərilən torpaq sahəsinin daimi istifadəsinə verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin üzərinə qoyulması, iddiaçı Cavabdeh istifadəsində olan Balaxanı qəsəbəsi sənaye ərazisində şossesində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qərara alınmışdır. Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2015-ci il tarixdə 41441 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin plan və ölçü 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2-1(82)-2394/2014 №-li qərarı, Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi üzvlərinin ümumi yığıncağının xx xxxxxx 2014-cü il tarixli 21 saylı protokolu ilə Cavabdeh daimi istifadəsinə ayrılan 34875.5 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2-1(82)- 2394/2014 №-li qərardadından görünür ki, məhkəmənin 17 dekabr 2014- cü il tarixli 2- 1(82)-2394/2014 №-li qərarı üzrə başlanmış icraata xitam verilmişdir. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2-1(82)-2394/2014 №-li qərarı qanuni qüvvəyə minmiş və icra edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Beləliklə, müəyyən edilir ki, mübahisəli torpaq sahəsi müqaviləyə əsasən cavabdehin 99 il müddətinə istifadəsinə verilmiş, daha sonra məhkəmənin qərarı əsasında onun daimi istifadəsinə verilmiş və həmin qərar icra edilmişdir. Torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə də müəyyən edilmiş halları nəzərə alaraq, hazırki iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Kollegiya iddiaçı tərəfindən dəlillərin formal olaraq irəli sürülməsi qənaətinə gəlir. Beləliklə iddiaçının apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-402/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-1717/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1717/2021
25.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver