Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1720/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6496/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Şirkəti Cavabdeh qarşı şirkətin ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Şirkətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsində İddiaçı Şirkətinin cavabdeh Biləcəri Bələdiyyəsinə və 3-cü şəxs X1 qarşı bələdiyyə qərarının etibarsızlığının tanınmasına dair iddia ərizəsi üzrə yekun qərar qəbul edilənədək hazırkı mülki işi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6496/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən, İddiaçı Şirkətinin Cavabdeh qarşı şirkətin ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmasına dair 2(001)-6496/2023 saylı mülki iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16223/2023 saylı inzibati işi üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alanadək dayandırılmışdır. Qərardaddan Cavabdeh vəkili və nümayəndəsi Vəkil şikayət verərək, qərardadın ləğv edilməsi və hazırkı mülki iş üzrə icraatın dayandırılması barədə ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı onu inzibati işdə cavabdeh və yaxud üçüncü şəxs qismində göstərməmişdir. xx.xx.2005-ci il tarixli 56 saylı qərarın mübahisələndirilməsi işə baxılmasının dayandırılması üçün əsas ola bilməz. Bundan başqa inzibati məhkəmə iş üzrə müvafiq sərəncam çıxarmamışdır. Nəzərə alınmalı idi ki, mülki iş üzrə icraatın dayandırılması üçün qanuni əsaslar olmamışdır. Bundan başqa, ərizəçinin məhkəmədə bu cür iddia qaldırmağa subyektiv hüququ olmamışdır. İddiaçının hərəkətləri tamamilə əsassız və hüquqdan suiistifadədir. Bununla yanaşı, məhkəmə tərəfindən iş üzrə icraatın dayandırılması prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçı inzibati məhkəmədə iddia qaldırdıqlarını bildirsələr də, Bakı İnzibati Məhkəməsi tərəfindən işin icraata qəbul edilməsi və bununla bağlı sərəncam qəbul etməsi iş materiallarından görünmür. Ona görə də icraatın dayandırılması qanunsuz olmuşdur. Bundan başqa, inzibati məhkəməyə verilən iddia ərizəsindən görünür ki, bu eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə deyildir. Bundan başqa, MPM-nin 254.1.4-cü maddəsi Konstitusiya Məhkəməsinin icraatında baxılan işləri nəzərdə tutur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6496/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəf “elektron kabinet” vasitəsi ilə şikayətə etiraz göndərərək, şikayətin təmin edilməməsi və mübahisələndirilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən sübut və etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, həmin iş üzrə icraat dayandırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki,... məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. X2 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, işdən görünür ki, hazırki tələb Cavabdeh qarşı şirkətin ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədədir, həmçinin Cavabdeh Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinə qarşı xx.xx.2005-ci il tarixli 56 saylı qərarına istinad edərək torpaq sahəsinin onun istifadəsinə verilməsini bildirmişdir. İddiaçı həmin qərarı inzibati icraat qaydasında mübahisələndirir və hazırki iş üzrə qəbul ediləcək məhkəmə aktı həmin inzibati icraat zamanı qəbul ediləcək məhkəmə aktından asılı olmuşdur. Demək icraatın dayandırılması barədə qərardad mahiyyət etibarı ilə düzgün olduğundan ləğv edilməsinə də əsas yoxdur. Cavabdehin isə şikayətində inzibati iş üzrə onun tərəf kimi qoyulmamasına istinad etməsi də əsassız olmuşdur. Digər tərəfdən cavabdeh inzibati iş üzrə hər hansı “sərəncam” təqdim edilməməsini bildirsə də iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-16223/2023 saylı bildirişindən müəyyən olunur ki, İddiaçı Şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı qərarın etibarsızlığının tanınmasına dair inzibati iş üzrə məhkəmə mümkünlük iclası xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. Həmçinin apellyasiya baxışı zamanı iddiaçı tərəf şikayətə etirazında həmin inzibati iş üzrə qərardad qəbul edildiyini bildirmişdir, lakin hazırki vəziyyətdə həmin qərardadın qanuni qüvvəsini alması müəyyən edilməmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6496/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6496/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1720/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1720/2024
12.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver