Məhkəmə qərarları › İş №2(103)-1733/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1733/2022

02.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1733/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3424/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızına, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri 50 saylı notariat kontoruna qarşı “miras əmlaklarına qanun üzrə vərəsəlik hüquqlarının tanınması, miras əmlakların qiymətləndirilərək satılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, analarından miras qalmış: ünvan 1 ünvanında yerləşən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzilin, Bərdə şəhəri, ünvan 4nda yerləşən sahəsi 31 kv.m olan 1 otaqlı, sahəsi 229 kv.m olan 3 otaqlı mənzillər və sahəsi sənədlə 600 kv.m olan həyətyanı torpaq sahəsinin, ünvan 2 ünvanında bələdiyyə qərarı ilə verilmiş 100 kv.m torpaq sahəsi qismində miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsələr arasında bölünməsi və bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək analarından miras qalmış: ünvan 1 ünvanında yerləşən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzilin, Bərdə şəhəri, ünvan 4nda yerləşən sahəsi 31 kv.m olan 1 otaqlı sahəsi 229 kv.m olan 3 otaqlı mənzillər və sahəsi sənədlə 600 kv.m olan həyətyanı torpaq sahəsinin, ünvan 3 ünvanında bələdiyyə qərarı ilə verilmiş 100 kv.m torpaq sahəsinin, Cavabdeh2 yaşadığı, Siyəzən rayonunun Sədan kəndində yerləşən 8 otaqlı evin və evin yerləşdiyi torpaq sahəsinə münasibətdə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması, miras əmlakın qiymətləndirilərək satılması, satışdan əldə olunmuş vəsaitdən miras qoyanın xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclərinin əvəzi olaraq, 70000 (yetmiş min) manat pulun ona verilməsi, qalan vəsaitin qanun üzrə vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək analarından miras qalmış: ünvan 1 ünvanında yerləşən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzilin, Bərdə şəhəri, ünvan 4nda yerləşən sahəsi 31 kv.m olan 1 otaqlı, sahəsi 229 kv.m olan 3 otaqlı mənzillər və sahəsi sənədlə 600 kv.m olan həyətyanı torpaq sahəsinə münasibətdə miras əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması, miras əmlakın qiymətləndirilərək satılması, satışdan əldə olunmuş vəsaitdən miras qoyanın xəstəliyi zamanı miras qovana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclərimin əvəzi olaraq 76211 (yetmiş altı min iki yüz on bir) manat pulun ona verilməsi, qalan vəsaitin qanun üzrə vərəsələr arasında bərabər bölünməsi, ödədiyi 30 manat dövlət rüsumunun, 110 manat hüquqi yardım pulunun cavabdehlərdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3424/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızına, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri 50 saylı notariat kontoruna qarşı “miras əmlaklarına qanun üzrə vərəsəlik hüquqlarının tanınması, miras əmlakların qiymətləndirilərək satılması və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Daha sonra İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli 2(007)-3424/2021 saylı qərardadından şikayət verərək, iş üzrə icraata xitam verilməsi barədə 25.11.2021-ci il tarixli qərardad ləğv edilməklə işin icraata götürülməsini, əks təqdirdə işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli, 2(007)- 3424/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli 2(007)-3424/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Hazırda İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli 2(007)-3424/2021 saylı qərardadından şikayət verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(007)-3424/2021 (o cümlədən 16.12.2021-ci il tarixli) nömrəli qərardadlarının ləğv edilib, işin icraata götürülməsini və ya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Miras qoyan X3 11,06.2020-ci il tarixdə vəfat etmiş və vəfat etdiyi günə 6 vərəsəsi: İddiaçı, X7, Cavabdeh5, X5, Cavabdeh3, Cavabdeh6 ünvan 1 ünvanında verləsən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzil, Bərdə şəhəri, ünvan 4nda yerləşən sahəsi 31 kv.m olan 1 otaqlı sahəsi 229 kv.m olan 3 otaqlı mənzillər və sahəsi sənədlə 600 kv.m olan həyətyanı torpaq sahəsi miras əmlakı qalmışdır. Miras qoyanın ölümündən sonra vərəsə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzil kirayəyə verməklə, iddiaçı Zemfira Seyidova, Cavabdeh6 Bərdə şəhəri, ünvan 4nda yerləşən sahəsi 31 kv.m olan 1 otaqlı, sahəsi 229 kv.m olan 3 otaqlı mənzillər və sahəsi 600 kv m olan həyətyanı torpaq sahəsində təmir, əkin işləri aparmaqla, faktiki idarə etməklə mirası qəbul etmişlər. Miras əmlakın bölünməsində vərəsələr arasında mübahisə vardır. İddiaçı 10 il ərzində ağır xəştə olan (xərçəng və hərəkətsizlik) miras qoyanı bütün qayğılarla əhatə etmiş, bununla bağlı külli miqdarda, 76.211 manat məbləğində vəsait xərcləmişdir. Miras əmlakın bölünməsi üçün Bakı şəhəri 50 saylı notariat kontoruna müraciət olunmuşdur. Notarius miras qalmış əmlaklarda miras payların bölüşdürülməsi ilə əlaqədar vərəsələr arasında mübahisə olduğu üçün vərəsələk hüququ haqqında şəhadətnamənin verilməsinin qeyrimümkün olduğu barədə iddiaçıya 13.07.2021-ci il tarixli, 17/4 nömrəli cavab məktubu göndərmişdir. Nizami Rayon Məhkəməsinin hakimi Babək Qasımov sözügedən mülki işə 13.08.2021-cı il tarixdən başlayaraq 7 dəfə məhkəmə iclası keçirdikdən sonra, mülki işin məhkəmədə baxılmalı olmadığın əsas göstərərək, 25.11.2021-ci il tarixdə işin icraatına xitam verilməs, bərədə qərardad qəbul etmişdir. Hakim iddia ərizəsini qəbul edərkən mübahisənin məhkəmə aiddiyyəti ilə əlaqədar məsələni yoxlamalı olduğu halda bunu etməmişdir. İddiaçı tərəfindən qərqrdadın ləğv edilib, işin icraata götürülməsi və ya baxılması üçün Nizami rayon mənKəməsınə 3 dəfə şikayət verilmişdir. Məhkəmə müxtəlif bəhanələrlə hər dəfə şikayətin geri qaytarılması üçün qərardadlar qəbul etmişdir. Hakim elektron qaydada göndərilmiş şikayətlərin müəyən edilmiş formaya uyğun tərtib edilmədiyini əsas göstərərək, şikayətləri geri qaytarmışdır. Halbuki, sonuncu şikayət hakim Bəbək Qasımovun məhəmə katibi Əfsanə xanımın“votsap” vasitəsi ilə göndərdiyi formada və MPM- nin 361-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilib göndərilmişdir. Hakim nəzərə almamışdır ki, vərəsəliyin açılma yeri barədə mübahisə olmamış, bununla da mülki işin“xüsusi icraat qaydasında baxılan işlərə” aid edilməsi düzgün deyildir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3424/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3424/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. İş materiallarında olan Bakı şəhəri 50 satlı Notariat Ofisinin 18.11.2021-ci il tarixli 300 saylı məlumatından görünür ki, 11.06.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri oğulları- Cavabdeh2 və Cavabdeh6, qızları İddiaçı, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 mirasın qəbul edilməsi və miraz əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə Notariat Ofisinə müraciət etmiş, onların ərizələri əsasında vərəsəlik işi başlanılmış və onlar miras qoyan X2 vərəsləri kimi tanınmışlar. Eyni zamanda vərəsələr vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı Notariat Ofisinə müraciət etmədiklərindən şəhadətnamənin verilməsinə dair notariat hərəkətlərinin aparılması mümkün olmamışdır. Göründüyü kimi tərəflər 11.06.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri kimi tanınmışlar və onların ərizələri əsasında vərəsəlik işi açılmışdır. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq miras əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması, miras əmlakın qiymətləndirilərək satılması, satışdan əldə olunmuş vəsaitdən miras qovanın xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclərimin əvəzi olaraq 76211 (yetmiş altı min iki yüz on bir) manat pulun ona verilməsi, qalan vəsaitin qanun üzrə vərəsələr arasında bərabər bölünməsi, ödədiyi 30 manat dövlət rüsumunun, 110 manat hüquqi yardım pulunun cavabdehlərdən tutulub ona verilməsi xahiş etsə də, iddiaçı artıq mərhum X2 vərəsəsi kimi tanınmış, lakin payının qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə mübahisələndirilən əmlaklar üzərində tərəflərin payları müəyyən edilməli, tərəflərin payları müəyyən edildikdən sonra iddiaçı tərəfindən iddiada göstərilən digər tələblər ilə bağlı məhkəməyə müraciət edilə bilər. Onu da qeyd etmək lazımdır ki, iddia tələbində xahiş edirəm hissəsinə qeyd edilən tələblər hər biri ayrı-ayrılıqda araşdırma predmeti olmaqla müəyyən edilməlidir. Lakin buna baxmayaraq iddiaçı bir-biri ilə əlaqəli olmayan bir neçə tələbi eyni iddiada birləşdirərək məhkəməyə müraciət etmişdir ki, bu da yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, yuxarıda qeyd olunan hallar, o cümlədən, iddiaçı miras əmlakları üzərində payları müəyyən edildikdən sonra yaranmış mübahisəli hallarla bağlı məhkəməyə müraciət etməli olduğundan hazırkı iş üzə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3424/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3424/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar