Məhkəmə qərarları › İş №2(103)-1738/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1738/2020

29.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1738/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamentinin nümayəndələri X6 və X5, Cavabdeh, Üçüncü şəxs “Üfüq” İB “xxxxxxxxxxxxxxx” Zavodu MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamentinin Cavabdeh qarşı Müdafiə Sənayesi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Üfüq” İB “xxxxxxxxxxxxxxx” Zavodu MMC, Xətai rayon Polis İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “orderin etibarsız hesab edilməsi, dövlət fonduna aid mənzilin (tikintinin) başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamenti, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 6 saylı yataqxana binasının 17 saylı mənzilinə dair Cavabdeh qanunsuz olaraq əldə etdiyi xx.xx.2004-cü il tarixli, 0143 saylı orderin etibarsız hesab edilməsi və dövlət fonduna aid mənzilin (tikintinin) başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilməmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamenti, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı müəyyən edilmişdir ki, 17 saylı mənzildə 1993-cü ildən faktiki olaraq Laçın rayon məcburi köçkünü, 1952-ci il təvəllüdlü X7 ailə üzvləri ilə birlikdə məskunlaşmışdır və hal-hazırda həmin mənzildə 4 nəfər ailə üzvü ilə yaşayır. xx.xx.2009cu il tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə veriə bilər. Qeyd edilən normada “yalnız boş olan ayrıca yaşayış sahəsi” dedikdə mənzilin hüquqi cəhətdən və faktiki olaraq boş olması ehtiva edilir. Qətnamə qəbul edilərkən bu norma düzgün tətbiq edilməmişdir. Laçın rayonundan məcburi köçkün Ələmdar Məmmədovun dövlət orqanları tərəfindən 1993-cü ildə məskunlaşdırıldığı və faktiki olaraq yaşadığı boş olmayan dövlət fonduna aid 17 saylı otağa dair onun yaşadığı müddətdə cavabdehin əldə etdiyi xx.xx.2004-cü il tarixli, 0143 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı “Üfüq İB-nin “xxxxxxxxxxxxxxx” İstehsalat Zavodunun arxivində də heç bir sənəd aşkarlanmamışdır. Odur ki, cavabdehin adına yazılmış order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edildiyindən, həmin order etibarsız hesab edilməlidir. Bundan əlavə, məhkəmə qətnaməsində göstərilmişdir ki, Bakı “xxxxxxxxxxxxxxx” istehsalat Birliyi tərəfindən cavabdehə order yazılarkən guya onun adı yataqxana növbəsi siyahısında olmuşdur. Lakin iş materiallarında onun mənzil növbəsində olduğuna dair hər hansı bir hüquqi sənəd olmamış, məhkəməyə təqdim edilmiş siyahı isə yerli icra hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdilər. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi isə şikayətə etiraz edərək bildirmişlər ki, Cavabdeh “xxxxxxxxxxxxxxx” İstehsalat Zavodunun işçisi kimi uzun illər ərzində mənzil siyahısında olmuşdur. Onun ailə üzvlərinin sayının çoxluğu ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 6 saylı yataqxana binasının 17 saylı mənzili order əsasında ona verilmişdir. Bununla belə, həmin mənzildə məcburi köçkünün müvəqqəti yaşaması nəzərə alınmaqla sonuncuya yaşayış sahəsi verildikdən sonra Cavabdeh mənzilə köçürülməsi xüsusi qeyd edilmişdir. Hesab edirlər ki, mübahisəli mənzildə məcburi köçkünün müvəqqəti məskunlaşması yaşayış sahəsinin hüquqi baxımdan dolu olmasına dəlalət etmir. Ona görə də, order verilərkən hər hansı qanunvericilik norması pozulmamışdır. Bundan əlavə, məcburi köçkünlərlə bağlı qanunvericilik onların yerləşdikləri mənzilə order verilməsini deyil, məcburi köçkünlərin başqa yaşayış sahəsi verilmədən çıxarılmasını qadağan edir. Cavabdeh order verilərkən mübahisəli mənzildə yaşayan məcburi köçkünlə bağlı qaydalara riayət olunmuşdur. Odur ki, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Bakı “xxxxxxxxxxxxxxx” İB-nin balansında olan Ramiz Quliyev küçəsi 4, Ramiz Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A və S.Ə.Şirvani küşəsi 4A-da yerləşən yataqxanalarda “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X9 və MMK-nin birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş orderlərin siyahısından görünür ki, həmin ünvanda yerləşən 17 saylı mənzilə 0143 saylı orderlə Cavabdeh növbəyə durmuşdur. Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-in X2 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışdan görünür ki, Birliyə məxsus olan R.Quliyev küçəsi 6-da yerləşən yataqxanada 1-ci giriş, 2-ci mərtəbədə 4 otaqlı 67 m2-lik sahəsi olan 17 №-li mənzilin göstərilən ünvanda ailəsi ilə qeydiyyatda olan Cavabdeh verilməsi və sənədləşdirilməsi, S.Ə.Şirvani küçəsi 4a-da yerləşən yataqxanada 4-cü giriş 2-ci mərtəbədə yerləşən otağa verilmiş qərarın ləğv edilməsi, 17 №-li mənzildə yaşayan Laçı rayon qaçqını X1 torpaqlar alınarkən və ya ölkə rəhbərinin sərəncamı ilə bu ailəyə mənzil verilən vaxt boşalacaq 17 №-li mənzilin qeyd-şərtsiz Cavabdeh ailəsinə verilməsi, mənzilə köçərkən müvəqqəti yaşamaq üçün bu ailəyə Birliyin qonaq evində verilmiş mənzili boşaldıb açarın zavodun MTŞ-nin rəsinə təhvil verilməsi qərara alınmışdır. Bakı “xxxxxxxxxxxxxxx” İB-nin baş direktoru V.Cəlilovun və HİK-in sədri B.Nəcəfovun adından imzalanmış, Birliyin Mənzil təsərrüfatı şöbəsinin və HİK-in möhürü ilə təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 0143 saylı orderlə mübahisəli otaqları tutmaq hüququ özü və yeddi nəfər ailə üzvü (arvadı, qızı, iki oğlu və üç nəvəsi) ilə birlikdə növbə əsasında cavabdehə verilmiş, orderdə onun verilməsinə əsas kimi Bakı “xxxxxxxxxxxxxxx” İB-nin müdiriyyətinin və HİK-in 41 saylı protokolu ilə rəsmiləşdirilmiş xx.xx.2004-cü il tarixli birgə qərarı göstərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamenti tərəfindən “xxxxxxxxxxxxxxx” Zavoduna ünvanlanmış 48 saylı, xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s saylı sərəncamına, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin balansında olan məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş və xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktı tərtib edilmişdir. Bina balansa qəbul edilərkən təhvilqəbul zamanı qeyd edilən ünvanda 63 məcburi köçkün ailəsinin məskunlaşıb yaşadığı müəyyən edilmişdir. Odur ki, məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. “xxxxxxxxxxxxxxx” Zavodunun 02/47 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMCnin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat verə bilmirlər. Cavabdeh ərizə ilə iddiaçıya müraciət edərək, mübahisəli otaqlara dair adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. O, sözügedən otaqlarda daimi pasport qeydiyyatındadır, xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixinə, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixinə, xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixinə kimi “xxxxxxxxxxxxxxx” zavodunda işləmişdir. Hazırda iddiaçı, cavabdehin adına verilmiş orderin etibarsız hesab edilməsini və dövlət fonduna aid mənzilin başqasının qeyri-qanuni sahibliyindən götürülməsini tələb edir. Cavabdeh isə, orderin qanunvericiliyə uyğun verildiyini bildirirək, iddiaya etiraz edir. Kollegiya mübahisənin həlli ilə bağlı bildirir ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər (maddə 49). Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir (107-ci maddəsinin ikinci bəndi). Beləliklə, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır.Həmin qərar əsasında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özü-özlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Baxılan işdə Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X2 Şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli qərarı ilə Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunmuş və cavabdeh mənzil növbəsində olduğundan, qeyd edilən təkliflə razılaşmışdır. Buna görə də, mübahisəli mənzil işlədiyi dövrdə xx.xx.2004-cü il tarixli, 0143 saylı order əsasında cavabdehə verilmişdir. Göründüyü kimi, qeyd edilən orderin verildiyi zaman qüvvədə olan qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, mübahisəli mənzil cavabdehə mənzilə şəraitinin yaxşılaşdırılması üçün verilmişdir və müəssisə tərəfindən o, mənzil növbəsinə daxil edilmiş və növbəlilik qaydasında mənzillə təmin olunmuşdur. Cavabdehə mənzil müdriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı əsasında verilmiş və həmin qərar mübahisələndirilməmişdir. Halbuki,mənzil qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutsa da, onun verilməsinə əsas olan hüquq müəyyənedici sənədin və ya müvafiq qərarın qanuniliyi yoxlanılmadan ayrıca olaraq orderin etibarsızlığı barədə iddia tələbi təmin oluna bilməz. Eyni zamanda, Kollegiya, iddiaçının məcburi köçkünlər məskunlaşdığından qüvvədən düşmüş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən boş olmayan sahəyə orderin verilə bilməməsi barədə dəlilini də əsaslı saymır. Ona görə ki, qeyd olunan normada “boş olan ayrıca yaşayış sahəsi” dedikdə, qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü olmayan sahə nəzərdə tutulur. Məcburi köçkünlər isə yaşayış sahəsində özbaşına olaraq məskunlaşdıqları üçün həmin sahə onların qanuni əsasla istifadə və ya sahibliyində sayılmır. Başqa sözlə, mənzilin məcburi köçkünlər tərəfindən zəbt olunması yaşayış sahəsinin hüquqi baxımdan yüklü olmasına dəlalət etmir. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış sahələrindən çıxarılmaması barədə dövlətin sosial siyəsəti isə müvəqqəti tədbir olmaqla, belə mənzilə dair orderin verilməsini deyil, onun icrasını (məcburi köçkünə müvafiq yaşayış sahəsi verilmədən çıxarılmasını və order sahibinin mənzilə köçməsini) istisna edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilətəsdiq edilmiş “Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında” Qərarının 4-cü bəndinə əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq, məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Baxılan işdə Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-in X2 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolunun çıxarışından görünür ki, Cavabdeh mübahisəli order verilərkən bu qaydalar nəzərə alınmışdır. Başqa sözlə, mübahisəli mənzilin oarada yaşayan məcburi köçkün Ələmdar Məmmədovun ailəsinə yaşayış sahəsi verildikdən sonra boşalacağı halda Cavabdeh veriləcəyi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, qeyd edilən qanunvericilik aktları mənzil növbəsinə dayanmış şəxslərə orderlərin verilməsini qadağan etmədiyindən və mübahisəli orderin verilməsində etibarsızlıq halı aşkar olunmadığından iddia əsaslı deyil. Bundan əlavə, işin faktiki hallarından görünür ki, mübahisəli mənzildə Cavabdeh deyil, məcburi köçkün ailəsi yaşayır. Belə olan halda, Cavabdeh qarşı yönəlmiş “dövlət fonduna aid mənzilin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbi də əsassızdır. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətlərin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamentinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6658/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar