Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1739/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X5 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X15, Cavabdeh2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X6, Cavabdehlər Cavabdeh2 və X16, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X8 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2949/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X18, X19, Bakı şəhəri 15 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə, cavabdehlər X20, Cavabdeh2 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölünməsi və çıxarışın verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 31 dekabr 2015-ci il tarixdə vəfat etmiş X3 anası 05 aprel 2004-cü il tarixdə vəfat etmiş Reyhan İbrahim qızının miras qoyduğu Bakı şəhəri, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi 12 saylı evin 3 otağından qəbul edib idarə etdiyi, lakin sənədləşdirə bilmədiyi miras payına onun, yəni oğlu İddiaçı birinci növbə vərəsə kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka dair Quliyeva X24 və Cavabdeh2 adına Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru tərəfindən 12 iyun 2009-cu il tarixdə verilmiş və reyestrdə 2 “V”-143 № ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Quliyeva X24 və Cavabdeh2 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışların ləğv edilməsi, mərhum Reyhan İbrahim qızından qalmış miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddia ərizəsi tərtib olunarkən texniki səhvə yol verilmişdir. Belə ki, 30.03.2016-cı il tarixdə vəfat etmiş Quliyeva X24 qızı kimi X32 göstərilmişdir. Lakin həmin şəxs X21r. Məhkəməyə təqdim edilmiş arayışda da X25 göstərilmişdir. Ona görə də iddia ərizəsində səhvən X14 göstərilmiş adda dəqiqləşdirmə aparmışıq və həmin şəxs “X25”dır. Qeyd edilənlərə əsasən 31 dekabr 2015-ci il tarixdə vəfat etmiş X3 anası 05 aprel 2004-cü il tarixdə vəfat etmiş Reyhan İbrahim qızının miras qoyduğu Bakı şəhəri, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi 12 saylı evin 3 otağından qəbul edib idarə etdiyi, lakin sənədləşdirə bilmədiyi miras payına onun, yəni oğlu İddiaçı birinci növbə vərəsə kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka dair Quliyeva X24 (vəfat etdiyi üçün məhkəmədə qızı X25 təmsil edir) və Cavabdeh2 adına Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru tərəfindən 12 iyun 2009-cu il tarixdə verilmiş və reyestrdə 2 “V”-143 № ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Quliyeva X24 və Cavabdeh2 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışların ləğv edilməsi, mərhum Reyhan İbrahim qızından qalmış miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X3 oğludur, atası 31 dekabr 2015-ci ildə vəfat etmişdir. O, 1982-ci ilə kimi Bakı şəhəri Keşlə qəsəbəsində A.Ələsgər küçəsi 12 saylı evdə atası ilə birlikdə yaşamışdır. Atasının həmin ünvanda həm kabineti olmuş, həm də özü orada yaşayaraq işləmiş və xəstəliyi ilə əlaqədar qısa müddətə bağ evinə aparmışdır və orada vəfat etmişdir. Həmin evin 3 otağı nənəsi Reyhan İbrahim qızının adına olmuşdur. Onun ölümündən sonra atası həmin ünvanda yaşamaqla evin özünə düşən hissəsinə mirası qəbul etmişdir. Lakin evin özünə düşən hissəsini sənədləşdirmədən vəfat etmişdir. Atasının sağlığında onun xəbəri olmadan bacıları Quliyeva X33 və Cavabdeh2 Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət edərək özlərindən başqa vərəsələrin olmamasını göstərərək mərhum nənəsindən qalan 3 otağa bərabər paylarla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 15 saylı Dövlət Notariat kontoru 12.06.2009-cu il reyestrdə 2 “V”-143 № ilə qeyd edilmişdir). Atasından sonra o, onun payına mirası qəbul etmişdir və idarə edir. Belə ki, atası həmin kabinetdə yaşayan zaman evin damı uçmuşdur. Atasının ölümündən sonra o, uçmuş damı təmir elətdirmiş və bununla da miras əmlakı faktiki olaraq idarə etdiyini nümayiş etdirmişdir. Bu faktı əmisi X12, Cavabdeh2 və X30 polisə verdikləri ifadələrində təsdiq etmişlər. Sonradan onu atasının otağına buraxmadıqları üçün o, məhkəməyə müraciət etməyə məcbur olur. Otağı miras əmlak kimi öz adına sənədləşdirmək və otağa köçürülməyi üçün mirasın qəbul edilmə faktının müəyyən edilməsi zəruruidir. O, bibilərinin nənəsi Reyhan İbrahim qızından miras qalmış 3 otağa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaları və həmin şəhadətnamə əsasında bərabər paylarla daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almalarını sonradan bilmişdir. 31 dekabr 2015-ci ildə vəfat etmiş atası X3 ana-nənəsi Reyhan İbrahim qızının vəfatından sonra miras qoyduğu Bakı şəhəri, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi 12 saylı evdə qəbul edib idarə etdiyi, lakin sənədləşdirə bilmədiyi miras payına, onun, yəni İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün o, 20 may 2021-ci ildə ərizə ilə Bakı şəhəri 15 saylı Notariat Ofisinə müraciət etmişdir. Bakı şəhəri 15 saylı Notariat Ofisinin 20 may 2021-ci il tarixli 573 saylı məktubu ilə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2949/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X18, X19, Bakı şəhəri 15 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə, cavabdehlər X20, Cavabdeh2 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölünməsi və çıxarışın verilməsi tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən vərəsələrin dairəsi müəyən edilməmiş, miras əmlakın faktiki mövcud vəziyyəti araşdırılmadan qərar qəbul edilmiş, şikayətin 2-3 il keçməklə verilməsininin səbəbləri tərəflər arasında bir neçə iddia üzrə məhkəmə mübahisəsi ilə əlaqədar olmasına əhmiyyət verilməmiş, cavabdehlərin izahatları araşdırılmadan işin faktiki halı kimi qəbul edilmiş, X3 guya “vərəsəlik payını Sevinc Hüseynovaya vəsiyyət etməsi” ifadəsini araşdrımadan sözdən ibarət mülahizəni işin faktiki halı kimi qiymət vermiş, İddiaçı AR MM-nin 1243.2-ci maddəyə əsasən mirası faktiki qəbul etməsini araşdrımamış, buna dair məhkəmə qərarının olmasını nəzərə almamış, faktiki idarə etdiyi miras əmlakın İddiaçı tərəfindən təmir edilməsini nəzərə almayaraq birtərəfli, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin 13.11.2017-ci il tarixli, 2(103)-11096/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş (səh. 6-7) hallar hazırkı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmin qətnamə ilə onun atası Qəhrəman Hüseynovun mirası faktiki qəbul etdiyi müəyyən edilmişdir. Lakin işə baxan məhkəmə AR Ali Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(102)- 2552/2020 saylı Qərarının preyudisiallığını qəbul etdiyi halda, Bakı Apelyasiya Məhkəməsinin 13.11.2017-ci il tarixli, 2(103)11096/2017 saylı qətnaməsinin preyudisiallığını nə üçün qəbul etmədiyi məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Məhkəmə miras əmlakın onun atasının artıq 2004-cü ildən qəbul etməsi faktına hüquqi qiymət verməmişdir. Halbuki cavabdehlər də izahatlarında bu faktı inkar etməmiş, əksinə təsdiq etmişlər. Məhkəmə atasının 6 il müddətində vərəsəlik işini mübahisələndirmədiyini müəyyən etmişdir. Lakin 2004-cü ildə açılmalı olan vərəsəlik işinin 5 il sonra 2009-cu ildə həm ərizə verən vərəsələrin, həm də notariusun digər vərəsələrdən gizli olaraq icraat aparması halı araşdırılmamış, bununla da onun atasının vərəsəlik işinin 6 il müddətində mübahisələndirməməsinin əsasları sübut edilməmişdir. Belə olan halda iddianın rədd edilməsi əsası kimi 6 il mübahisləndirməmə qəbul edilməzdir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2949/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh X25, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18, Bakı şəhəri 15 saylı Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili X26 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2949/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X11, cavabdehlər Cavabdeh2, Təranə Vəliyevanın, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sevinc Hüseynovanın, Nazim Hüseynovun nümayəndəsi və vəkili Vəkil2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2949/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 05 fevral 2020-ci il tarixdə verilmiş AZ-İİ № 019689 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Reyhan İbrahim qızı 05 aprel 2004cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 aprel 2004-cü il tarixdə 314 nömrəsi ilə qeyd edilmişdir.(İ.vər. 14) İş materiallarında olan, Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 25 noyabr 2016-cı il tarixdə verilmiş AZ-İ № ******* saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 31 dekabr 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 yanvar 2016-cı il tarixdə 27 nömrəsi ilə qeyd edilmişdir.(İ.vər. 15) İş materiallarında olan, Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş, reyestrdə 2 “V”143 № ilə qeyd edilmiş 12.06.2009-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 05 aprel 2004-cü ildə vəfat etmiş Reyhan İbrahim qızının vərəsələri Bakı şəhəri, A.Ələsgər küçəsi, ev 12-də yaşayan: qızı Quliyeva X33 və Bakı şəhəri Türkmən küç. ev 4-də yaşayan Cavabdeh2dır. Onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 44 nömrəli reyestr kitabının 4050 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********73-10301, Qeydiyyat nömrəsi 110719741, 19.04.2007-ci il tarixdə verilmiş Çıxarışa əsasən miras qoyana məxsus 12 nömrəli fərdi yaşayış evinin 38,5 kv/m və k/s 91,1 kv/m olan üç otağınan ibarətdir.(İ.vər. 18) İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-343/2017 saylı, 27.07.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı “qanunsuz verilmiş mövcud qeydiyyat vəsiqələrinin ləğv edilməsi, vərəsələrin payına düşən evlərin öz adlarına qeydiyyata alınması” tələbinə dair iddiası rədd edilmişdir.(İ.vər. 105 - 112) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11096/2017 saylı, 13.11.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.(İ.vər. 97 - 112) İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-136/2019 saylı, 06.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə qarşı şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv olunması, vərəsələrin hər birinə düşən əmlaka çıxarışın verilməsi və qeydiyyata alınması tələbinə dair iddiasının təmin olunmaması, müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və X6 cavabdeh İddiaçı, Cavabdeh2, Cavabdeh1 Məmmədəli qızına, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə qarşı vərəsəliyin qəbulu faktının müəyyən edilməsi və digər tələblərə dair ərizəsinin təmin olunmaması qət edilmişdir.(İ.vər. 55 - 58) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13080/2019 saylı, 14.11.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-136/2019 saylı, 06.08.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə qarşı şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv olunması, vərəsələrin hər birinə düşən əmlaka çıxarışın verilməsi və qeydiyyataalınması barədə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və X6 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh1 Məmmədəli qızına, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə qarşı vərəsəliyin qəbulu faktının müəyyən edilməsi və miras qalmış əmlaka dair payların müəyyən edilməsi barədə iddia tələblərinin rədd edilməsi qət edilmişdir.(İ.vər. 168 - 176) İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2552/2020 saylı, 14.10.2020-ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.(İ.vər. 38 - 42) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1389/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı və üçüncü şəxslər X19 və X6 apelyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-136/2019 saylı iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 50 - 52) İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11.10.2021-ci il tarixli, **********33 saylı məlumatından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X34 adına qeydiyyatdan keçmişdir. X45 Məhkəməsinin 415 nömrəli 31.12.1938-ci il tarixli qərarına əsasən sözügedən fərdi yaşayış evi X4 adına qeydiyyatdan keçmişdir. Dövlət Notariat Kontorunun 20.09.1939-cu il tarixli 29565 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi X31 adına qeydiyyatdan keçmişdir. Dövlət Notariat Kontorunun 17.09.1941-ci il tarixli 63734 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi Reyhan İbrahim qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun 10.11.1993-cü il tarixli 6D-878 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Reyhan İbrahim qızı evin “A” tikilisindən 1 otağını (13.5 kv.m və köməkçi sahəsi-55.4 kv.m) Cavabdeh1 Məmmədəli qızına bağışlamışdır. Nizami Rayon İcra Hakimiyyətinin 397 nömrəli 25.09.2002-ci il tarixli sərəncamına əsasən Reyhan İbrahim qızının hissəsinə əlavə edilmiş tikililər (“A” tikilisinə bitişik 16.7 kv.m dəhliz, 6.2 kv.m mətbəx, 3.9 kv.m ayaqyolu, 6.2 kv.m hamam və “B” tikilisi üzrə 44.2 kv.m) qeydiyyatdan keçmişdir. Nizami Rayon Məhkəməsinin 2-622 nömrəli 04.04.2003-cü il tarixli qətnaməsinə əsasən ünvan 4 saylı fərdi yaşayış evinin sahəsi 23.0 kv.m, 19.30 kv.m, 14.60 kv.m olan otaqlarına, sahəsi 16.7 kv.m olan dəhlizinə, sahəsi 6.2 kv.m olan mətbəxinə, sahəsi 3.9 kv.m olan ayaqyoluna və sahəsi 6.2 kv.m olan hamamına dair X12 ilə X22 arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Sözügedən ünvana dair Cavabdeh1 Məmmədəli qızı və Reyhan İbrahim qızının adlarına 19.01.1994-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi, 12 saylı fərdi yaşayış evinin “A” tikilisindəki sahəsi 23.0 kv.m, 19.30 kv.m, 14.60 kv.m olan otaqlarına, sahəsi 16.7 kv.m olan dəhlizinə, sahəsi 6.2 kv.m olan mətbəxinə, sahəsi 3.9 kv.m olan ayaqyoluna və sahəsi 6.2 kv.m olan hamamına dair X13, “A” tikilisindəki sahəsi 15.9 kv.m olan bir yaşayış otağına dair Cavabdeh1 Məmmədəli qızının adına, “A” tikilisindəki sahəsi 9.50 kv.m, 11.10 kv.m, 13.30 kv.m, 5.80 kv.m, 22.89 kv.m, 4.0 kv.m olan otaqlarına, “B” tikilisində 50.5 kv.m olan otağına və “V” tikilisində 12.60 kv.m mətbəxinə, 15.50 kv.m yaşayış otağına, 3.50 kv.m hamamına, 12.60 kv.m otağına, 16.0 kv.m olan hamamına və 2.0 kv.m olan ayaqyoluna dair Reyhan İbrahim qızının adlarına qeydiyyat vəsiqəsi verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin 18/03-8/6698 nömrəli 07.10.2004-cü il tarixli məktubuna və Nizami Rayon Məhkəməsinin 2-523/2004 saylı 21.04.2004-cü il tarixli qətnaməsinə əsasən X13 məxsus hissə ayrılmışdır və yeni ünvan almışdır (ünvan 3əri 13 saylı Dövlət Notariat Kontorunun 06.01.2010-cu il tarixli 4Ə/1-1 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X22 ümumi sahəsi 73.4 kv.m, yaşayış sahəsi 40.4 kv.m, köməkçi sahəsi 33.0 kv.m olan 3 otaqlı 12A saylı fərdi yaşayış evini X17 bağışlamışdır. Bakı şəhəri 1 saylı ASAN Xidmət mərkəzinin 13.07.2018-ci il tarixli 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 12A saylı fərdi yaşayış evi X10 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun 2V-143 reyestr nömrəli 12.06.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Reyhan İbrahim qızının vəfatından sonra 12 saylı fərdi yaşayış evi Quliyeva X24 və Cavabdeh2 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun 02.11.2014-cü il tarixli 4Ə-810 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 12 saylı evin sahəsi 9.5 kv.m olan 5 saylı yaşayış sahəsinin və ümumi sahəsi 11.1 kv.m olan 4 saylı köməkçi sahəsinin 1/2 hissəsi X8 və 1/2 hissəsi X6 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun 2V-47 reyestr nömrəli 05.05.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh1 Məmmədəli qızının vəfatından sonra 12 saylı evin ona məxsus hissə X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontorunun 18.12.2019-cu il tarixli 4Ə-1519 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X25 özünə məxsus hissəsindən 1/2 hissəsini X9 adına qeydiyyatdan keçmişdir. Hazırda ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin - 1 otaq (yaşayış sahəsi-9.5 kv.m 5 saylı sahə) və köməkçi sahəsi-11.1 kv.m 4 saylı sahədən 1/2 hissəsi) X6, 1 otaq (yaşayış sahəsi-9.5 kv.m 5 saylı sahə) və köməkçi sahəsi-11.1 kv.m 4 saylı sahədən 1/2 hissəsi) X8, 2 otaq (yaşayış sahəsi-29.4 kv.m, köməkçi sahəsi-75.7 kv.m)1/2 hissəsi və 1 otağının 1/2 hissəsi Cavabdeh2, 2 otaq (yaşayış sahəsi-29.4 kv.m, köməkçi sahəsi-75.7 kv.m) 1/2 hissəsi X9, 1 otaq 1/2 hissəsi X16 mülkiyyətlərindədir.(İ.vər. 164 - 166) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair 24 iyul 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2552/2020 saylı, 14.10.2020-ci il tarixli qərarı ilə müəyyən edilən hallar hazırda tərəflər arasında yaranmış mübahisə üzrə preydusial əhəmiyyətə malikdir. Həmin iş üzrə müəyyən edilmişdir ki, miras qoyan Reyhan İbrahim qızının birinci növbə vərəsəsi İddiaçı yox, onun atası Qəhrəman Hüseynov olmuş, sonuncu 2015-ci il tarixdə, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasından 6 il sonra vəfat etmişdir, eyni zamanda mübahisəli evin bir hissəsinin Sevinc Hüseynova və Nazim Hüseynova bağışlanması da onun sağlığında baş vermiş, iddiaçının mərhum atası qeyd edilən əqdlərin heç birini mübahisələndirməmişdir. İddiaçının mərhum atası qanun üzrə vərəsə özü mirası faktiki olaraq qəbul etmiş olsa belə, digər vərəsələrin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməməklə, miras əmlakın onlar arasında bölüşdürülməsinə ümumiyyətlə etiraz etməmişdir. Belə olan halda, yəni iddiaçının atası sağ ikən miras əmlakın müqəddəratı ilə razılaşaraq öz payını tələb etmədiyi halda, həmin payla bağlı iddiaçının tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Göründüyü kimi, İddiaçı atası X2 ikən miras əmlakı olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin müqəddəratı ilə razılaşmış, yəni mübahisəli əmlakın bir hissəsinin Sevinc Hüseynovaya və Nazim Hüseynova bağışlanmasını, həmçinin digər vərəsələr olan Cavabdeh1 və Zümrüd Həsənovanın adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini mübahisələndirməməklə öz payını tələb etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının atası X7 ona məxsus hüququ sağ ikən mübahisələndirmədiyi halda hazırda onun oğlu İddiaçı atasından miras qalmış əmlakın faktiki qəbul edilməsi ilə bağlı iddia qaldırmaq hüququ yoxdur. Hazırda iddiaçı nənəsindən miras qalmış əmlaka atasının birinci növbə vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsini xahiş etsə də, iddiaçının atası Qəhrəman Hüseynovun mübahisəli əmlak üzərində hüquqları tanınmamış, o, sağlığında qeyd olunan məsələni mübahisələndirməmişdir. Odur ki, iddiaçının atası X1 mirasın faktiki qəbul edilməsi və mübahisəli əmlakla bağlı mövcud olan əqdləri mübahisələndirmədiyindən onun Bakı şəhəri, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi 12 saylı evində hüquqları tanınmamış və nəticə etibarı ilə iddiaçının atasının birinci növbədən vərəsəsi kimi mübahisə pretmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum atası Qəhrəman Hüseynov 2015-ci ildə, yəni cavabdehlər tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasından 6 il sonra vəfat etdiyindən, mübahisələndirilən əmlakın bir hissəsinin Sevinc Hüseynovaya və Nazim Hüseynova bağışlanması da onun sağlığında baş verdiyindən, bu müddət ərzində isə iddiaçının atası tərəfindən hər iki məsələ mübahisələndirilmədiyindən, eləcə də Qəhrəman Hüseynovun 2013-cü ildən iddiaçı ilə yaşamağa başlasa da, həmin vaxtda əmlakla bağlı heç bir iddia olmadığından və əmlak mübahisələndirilmədiyindən, iddiaçının isə atasının ölümündən 2 il keçdikdən sonra mübahisəli əmlakla bağlı müxtəlif iddialar qaldırdığından hazırki iddia tələbinin əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd olunan hüquq normalarını və iş materiallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, İddiaçı apelyasiya şikayətində məhkəmənin miras əmlakı onun atasının artıq 2004-cü ildən qəbul etməsi faktına hüquqi qiymət verməməsini, 2004-cü ildə açılmalı olan vərəsəlik işinin 5 il sonra 2009-cu ildə həm ərizə verən vərəsələrin, həm də notariusun digər vərəsələrdən gizli olaraq icraat aparması halının araşdırılmadığını, X3 vərəsəlik işindən xəbəri olmadığını, bununla da onun atasının vərəsəlik işinin 6 il müddətində mübahisələndirməməsinin əsaslarının sübut edilmədiyini qeyd etsə də, bunu təsdiq edən rəsmi sənədləri və sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində göstərdiyi digər dəlilləridə əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2949/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2949/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1739/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1739/2022
16.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver