Məhkəmə qərarları › İş №2(103)-1745/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1745/2025

08.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1745/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Nemət qızının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4572/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)- 3881/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı tələbi qismən təmin edilərək Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2V-215 reyestr nömrəli, 2V-216 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum X6 miras qalmış MİTSUBİSHİ AİRTREK minik markalı ** NJ *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair miras əmlakların yenidən bölgüsünün Bakı şəhəri 14 saylı Notariat ofisinə həvalə edilməsi qət edilmişdir. 2.Hazırda İddiaçı Cavabdeh qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

3. İddiaçı Cavabdeh qarşı "qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mərhum X8 mirasına qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X14 onun doğma oğludur. Oğlu xx.xx.2020-ci ildə vəfat etdikdən sonra ondan Mitsubishi Airtrek minik markalı 90NJ765 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsindən ibarət miras əmlaklar qalmışdır. O, Bakı şəhər 14 saylı Notariat Ofisinə müraciət edərək həmin əmlaklara dair xx.xx.2021-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamələr əsasında əmlaklar üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Bundan sonra Cavabdeh Notariat Ofisinə müraciət edərək ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün mərhum oğlu X14 ilə aralarında xx.xx.1989-cu ildə Rusiya Federasiyası Tomsk vilayətində bağlanmış nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini təqdim etmişdir. Halbu ki, oğlu X16 Hünbətova arasında olan nikah övladları olmadığından pozulmuş və oğlu ona bu barədə belə məlumat vermişdir. Çünki 2001-ci ildən onlar tam şəkildə ayrı yaşamışlar. Hətta oğlu sonradan 2 dəfə Kəmalə və Gülnar adlı qadınlarla evlənmiş, Cavabdeh sonra Kəmalə ilə evlənərkən toy mərasimi belə olmuşdur. 2001-ci ildən oğlu X16 Hünbətova birgə yaşamamışlar və onların arasındakı nikaha faktiki xitam verilmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 Nemət qızı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh mərhum Vaqif Hünbətovla 3 ildir ayrı yaşayıblar. Son illərdə ailə münasibətləri olmamışdır, cavabdeh mərhum ölən zaman nə dəfnə, nə də yasa gəlməmişdir. Ər-arvad münasibətləri əvvəldən pozulmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində olan qətnamə ilə şəhadətnamələr ləğv edilmişdir, hal-hazırki məsələyə qiymət verilməmişdir. X7 ünvanda qeydiyyatda olsa da, heç vaxt orada yaşamayıb, evi də olmamışdır. Bundan başqa, qarşı tərəf mərhumun 2001-ci ildən ölən gününədək cavabdehlə hər hansı bir şəkil, hər hansı bir görüntü və ya videosunu məhkəməyə təqdim edərsə, o, iddianın geri götürülməsi barədə vəsatət təqdim edəcək. Tərəflərin qeyd olunan tarixlərdə birlikdə olması barədə sübutu cavabdeh tərəf təqdim edə bilər. Əllərində belə bir sübut olmadığından yalnız qətnamənin mövcudluğuna əsaslanırlar.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin icrasına manə olmaq üçün bu iddia ilə müraciət edilmişdir. Hazırki mübahisə ilə bağlı yekun akt çıxarıla bilməz, əks halda preyudisiallıq prinsipi pozulmuş olur. İş üzrə icraata xitam verilməlidir. Cavabdehlə mərhum Vaqif Hümbətovun birlikdə yaşadıqları evin mülkiyyət olaraq kimin adına qeydiyyatdan keçməsi ona məlum deyildir. Vaqif rəhmətə gedən zaman Ceyranın harada olması barədə məlumat yoxdur. Ceyranın yas mərasimində iştirak edib-etməməsi barədə məlumatı yoxdur, lakin iddiaçı ilə cavabdehin arasında münasibət pis olduğundan Ceyran yas mərasimində iştirak etməmişdir. Cavabdehin mərhumla ər-arvad olduqlarını təsdiq edən hər hansı sübut yoxdur. Lakin hesab edir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi şəkil və smslərdən mötəbərdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, mərhumun qonşusudur, nə Məleykəni, nə Ceyran adlı şəxsi tanımır. Vaqif tək yaşayırdı, arvad uşaq görməmişdir. Bir dəfə qadın görmüşdür, onun mərhumla nə qədər və hansı tarixdə yaşaması barədə məlumatı yoxdur. Mərhumun öldüyü gün evinə getməmişdir, başsağlığına da getməmişdir, çünki yas rayonda olmuşdur. Onun evini kimin təmizləməsi və yığışdırması görməmiş, görmək də mümkün deyildi. Vaqiflə yalnız qonşu münasibəti olmuşdır, şəxsi həyatı ilə bağlı maraqlanmamışdır, lakin hər bir qonşu kimi ailə üzvlərinin sayı barədə məlumatı olmuşdır.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, mərhumun qonşusudur, Meləykəni tanımır, Hünbətov Vaqif təxmini 1-2 ildir ki, vəfat etmişdir. 2005- 2006-cı illərdə Vaqiflə eyni vaxta ev tikmişlər və orada tanış olmuşlar. Orada heç bir qadın görməmişdir. Bir müddət sonra xəstələnmişdi, baş çəkməyə gedən zaman evdə başqa bir qadın görməmişdir. Tez-tez evlərinə gedib-gəlməmişdir, arada təsadüfən görüşürdülər. Başqa evinin olub-olmaması barədə məlumatı yoxdur. Xəstə olan zaman niyə ailə qurmadığını soruşmuşdur, Vaqif isə 2 dəfə ailə qurub boşandığını, bundan sonra ailəyə ehtiyac olmadığını bildirmişdir. Rəhmətə gedən günü orda olmamışdır.

7. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4572/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh mərhum X8 mirasına qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, Cavabdeh 100 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2020-ci ildə vəfat etmiş X1 Məleykə Musa qızının oğludur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehin mərhum X14 ilə xx.xx.1989-cu ildə nikaha daxil olması təsdiq olunur. Mərhumdan miras qalmış Mitsubishi Airtrek minik markalı 90NJ765 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsinə dair tam payda iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, lakin cavabdehin iddiası üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-3881/2021 nömrəli qətnamə ilə iddiaçıya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Hazırda iddiaçı cavabdehin mərhum X8 mirasına qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsini tələb edir, iddiaçının oğlu ilə cavabdehin son 3 ildə faktiki ayrı yaşaması işin mübahisəli halıdır. Hazırki işdə İddiaçı məhz cavabdehin mərhumla 3 ildən çox müddət ayrı yaşadıqlarına əsaslanır. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin "hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir" müddəasına uyğun olaraq sübut qismində mərhumun başqa şəxslə toy görüntülərini və şəkillərini təqdim etmiş, eləcə də şahidlər dindirilməsini tələb etmişdir. Məhkəmə araşdırılması zamanı bütün sübutlar tədqiq edilmişdir. Təqdim edilmiş görüntülərdən və şəkillərdən görünür ki, mərhum Kəmalə adlı şəxslə xx.xx.2004-cü ildən faktiki nikah münasibətlərinə daxil olmuş. Beləliklə, X8 xx.xx.1989-cu ildə nikaha daxil olduqdan sonra xx.xx.2004-cü ildə başqa şəxslə faktiki nikah münasibətlərinə başlaması cavabdehlə olan nikah münasibətlərinin sonlandırlmasını təsdiqir. Həmçinin iş üzrə dindirilmiş şahidlər də mərhumun tək yaşadığını və kiminləsə faktiki nikah münasibətlərində olmadığını göstərilmişlər. Cavabdehlə mərhumun faktiki nikah münasibətlərinin olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən, məhkəmə Cavabdeh bu münasibətləri təsdiq edən sübutların (məsələn, SMS və ya başqa yazışma, birgə şəkillər və sair) təqdim edilməsi təklif olunsa da, müvafiq sübutlar təqdim edilməmişdir. Cavabdehin əsaslandığı qətnaməyə isə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin qətnamə ilə mərhumla cavabdehin vəfat etməmişdən əvvəlki 3 illik müddətində birgə yaşama halı sübut edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin X14 ilə nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyindən və onların ayrı yaşadıqları təsdiq edildiyindən, o, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1160, 1164-cü maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 14.2, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. 10.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və MPMin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayətində göstərilmişdir ki, daha öncə Suraxanı Rayon Məhkəməsinin icraatında İddiaçı və Cavabdeh arasında eyni predmet üzrə məhkəmə işi olmuşdur. Belə ki, Hünbətov Vaqif İlyas oğlu (bundan sonra “Mərhum”) xx.xx.2020-ci ildə vəfat etdikdən sonra ondan Mitsubishi Airtrek minik markalı nəqliyyat vasitəsi və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsindən ibarət əmlaklar miras qalmışdır. Həyat yoldaşının ölümündən sonra Hünbətova Ceyran Müseyib qızı vərəsəlik şəhadətnaməsi verilməsi üçün 10 iyun 1989-cu ildə Rusiya Federasiyası Tomsk vilayətində bağlanmış nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini Notariat ofisinə təqdim etmişdir. Lakin, Notariat ofisi Hünbətova Ceyran Müseyib qızının şəhadətnamə verməkdən imtina etmişdir. Bundan sonra, Hünbətova Ceyran Müseyib qızı Hümbətova Məleykə Musa qızına xx.xx.2021-ci il tarixində Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 2V - 215 və 2V - 216 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməyini Suraxanı Rayon Məhkəməsindən xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi iddianı Bakı şəhəri 14 saylı Notariat o:isi tərəfindən xx.xx.2021- ci il tarixli 2V-215 reyestr nömrəli, 2V-216 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum X6 miras qalmış “Mitsubishi Airtrek” minik markalı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair miras əmlakların yenidən bölgüsünün Bakı şəhəri 14 saylı Notariat ofisinə həvalə edilməsi barədə 03 noyabr 2021-ci il tarixli, 2(010)- 3881/2021 nömrəli qətnamə qəbul etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən qətnamədən şikayət verilmədiyi üçün Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(010)-3881/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən eyni predmet üzrə yenidən yekun məhkəmə aktının çıxarılması preyudisiallıq prinsipini kobud şəkildə pozmuşdur. Sabunçu Rayon Məhkəməsi 22 noyabr 2024-cü il tarixli, e- 2(008)- 4572/2024 nömrəli qətnaməsində şahidlər - Süleymanova Səlbinaz Nasib qızı və X19 oğlunun (bundan sonra “Şahidlər”) çıxışlarına istinad etmişdir. Lakin, məhkəmə şahidlərin faktiki yaşayış yerini müəyyən etməmişdir. Bu şəxslərin həqiqətən də mərhum Hünbətov Vaqifi tanıyıb tanımadıqları məlum deyil. Xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuş və bunun nəticəsində bütün prosessual hüquqlarından məhrum olmuşdur. Belə ki, məhkəmə mübahisəsindən xəbəri olmadığı üçün sadəcə sonuncu iclasda iştirak etmiş, məhkəmədə mövqeyini müdafiə etməyə, o cümlədən sübutlarını təqdim etməyə zamanı olmamışdır. Sabunçu Rayon Məhkəməsi mərhum X8 digər bir şəxslə faktiki nikah münasibətlərinə başlamasını əsas göstərərək, Cavabdehla aralarında bağlamış nikahı əsassız hesab etmişdir. Sabunçu Rayon Məhkəməsi qətnaməsində Hümbətova Məleykə Musa qızı tərəfindən təqdim edilmiş foto şəkil və video yazının Hünbətova Ceyranın Mərhumun ikinci evliliyindən xəbərdar olduğunu təsdiqlədiyini bildirmişdir. Diqqətə çatdırmaq istəyir ki, Hünbətova Ceyran Müseyib qızı ilə mərhum Hünbətov Vaqif İ+lyas oğlu ilə aralarında bəzən mübahisələr olsa da, 1989-cu il tarixli nikaha xitam verilməmişdir. Hünbətova Ceyranın Mərhumun nikahdan kənar münasibəti barəsində məlumatı olmamışdır. Həmçinin, təqdim edilmiş şəkil və video yazıda Hünbətova Ceyranın olduğu qanunvericiliyə uyğun qaydada sübuta yetirilməmişdir. Məhkəməyə təqdim edilmiş şəkil və video yazı dəyişdirilmiş ola bilər. Belə ki, şəxsin müəyyən edilməsi üçün nə foto şəkil, nə də video yazı üzrə məhkəmə ekspertizası həyata keçirilmişdir. Dir digər məqam isə odur ki, Hümbətova Məleykə iddia edir ki, təqdim edilmiş foto şəkil və video yazı 2004-cü ilə aiddir. Sual yaranır ki, həmin foto şəkil və video yazı 2021-ci il tarixində mübahisəyə Suraxanı Rayon Məhkəməsində baxılan zaman Hümbətova Məleykə tərəfindən məhkəməyə nə üçün təqdim edilməmişdir? Beləliklə, Hümbətova Məleykə qanunvericilikdən sui-istifadə edərək, məhkəmənin yükünü əsassız yerə artırmışdır. Sabunçu Rayon Məhkəməsində mübahisələndirilən sübutlar daha öncə Suraxanı Rayon Məhkəməsində də araşdırılmış və hakim tərəfindən mötəbər hesab edilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Nemət qızı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçı Suraxanı Rayon Məhkəməsində baxılmış digər iş üzrə qətnamədən səhv edib şikayət verməmişdir, həmin işdə vəkilsiz iştirak etmiş, yaşlı qadındır.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. 16.Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iş üzrə İddiaçı Cavabdeh qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi tələbini onunla əsaslandırır ki, X14 onun doğma oğludur. Oğlu xx.xx.2020-ci ildə vəfat etdikdən sonra iddiaçı Bakı şəhər 14 saylı Notariat Ofisinə müraciət edərək oğlundan miras qalmış mitsubishi airtrek minik markalı ** NJ *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə xx.xx.2021-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnamələr əsasında əmlaklar üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Bundan sonra Cavabdeh Notariat Ofisinə müraciət edərək ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün mərhum oğlu X14 ilə aralarında xx.xx.1989-cu ildə Rusiya Federasiyası Tomsk vilayətində bağlanmış nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini təqdim etmişdir. Halbuki, oğlu X16 Hünbətova arasında olan nikah övladları olmadığından pozulmuş və oğlu ona bu barədə belə məlumat vermişdir. Çünki 2001-ci ildən onlar tam şəkildə ayrı yaşamışlar. Hətta oğlu sonradan 2 dəfə Kəmalə və Gülnar adlı qadınlarla evlənmişdir.

17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən tələb edilmiş 2(010)-3881/2021 saylı mülki iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras əmlak üzərində miras qoyanın arvadının ümumi birgə mülkiyyət hüququnun tanınması, miras əmlaka vərəsəlik hüququnun tanınması, əmlak üzərində iddiaçının payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. 18.Həmin mülki iş üzrə iddiaçı Cavabdeh tələbi cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixində Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 2V - 215 və 2V - 216 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, iddiaçı Cavabdeh ban nömrəsi CU2W 0010657, mühərrikin nömrəsi GC4677 və buraxılış ili 2002-ci il olan mitsubishi airtrek minik markalı ** NJ *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə ikidə bir (1/2) hissədə ümumi birgə mülkiyyət hüququnun tanınması; həmin əmlakların qalan ikidə bir hissəsi (1/2) üzərində iddiaçı Cavabdeh vərəsəlik hüququnun tanınması və onun həmin miras əmlak üzərində ikidə bir (1/2) hissədə (ümumi əmlakın dörddə üç 3/4 hissəsində) payının müəyyən edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsindən ibarət olmuşdur.

19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3881/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2V-215 reyestr nömrəli, 2V-216 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum X6 miras qalmış mitsubishi airtrek minik markalı ** NJ *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair miras əmlakların yenidən bölgüsünün Bakı şəhəri 14 saylı Notariat ofisinə həvalə edilməsi qət edilmişdir. 20.Həmin iş üzrə məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı adına Vərəsəlik Şəhadətnamələri verilən zamanı, mərhum X8 digər vərəsəsinin (arvadı Cavabdeh) olması nəzərə alınmamış, nəticədə paylar düzgün müəyyən edilməyərək, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Cavabdeh (İddiaçı) məhkəmə iclasında vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat ofisinə müraciət etdiyi zaman iddiaçının miras qoyanla nikah münasibətlərində olduğunu bildiyini və bu halı notariat orqanına bildirmədiyini qəbul etmiş, əlavə olaraq notariat orqanına verdiyi ərizəsi ilə bu halı gizlətmişdir. Bu isə əsassız olaraq iddiaçının qanun üzrə vərəsə olaraq miras əmlakdan pay almaq hüququndan məhrum olmasına gətirib çıxarmışdır. Göründüyü kimi notariat hərəkətinin aparılması zamanı X4nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X4” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Notariat orqanı tərəfindən bu məlumatlar əldə edilmiş və mərhuma dair nikah akt qeydi aşkar edilmədiyi məlum olmuşdur. Lakin cavabdeh mərhumun rəsmi olaraq nikahda olduğunu bildiyi halda bu barədə məlumatı gizlətmişdir. Məhkəmə hesab edir ki, cavabdeh notarius tərəfindən vərəsələrin dairəsi elektron qaydada yoxlanılan zaman bu halı bildirməli olmasına baxmayaraq, iddiaçı bu halı gizlətməklə əsassız olaraq mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhatənamələri almasına və yeganə vərəsə olması barədə faktı təsdiqləməsinə səbəb olmuşdur. 21.Beləliklə, hər iki mülki iş materiallarının araşdırılması ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı qaldırdığı “vərəsəlik hüququndan məhrumetmə” tələbi ilə əslində, daha əvvəl Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3881/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı mübahisə edilir. 22.Belə ki, qanuni qüvvəsini almış qətnamə ilə Cavabdeh mərhumun qanun üzrə vərəsəsi olması qənaətinə gəlinmişdir. İddiaçı hazırkı iddia tələbində Cavabdeh əslində mərhumun vərərəsəsi ola bilməməsinə, onun mərhumla illər öncə faktiki ayrılmasına istinad edir. Halbuki, İddiaçı Cavabdeh vərəsə ola bilməməsinə dair halları əvvəlki mülki işə baxılarkən etiraz olaraq irəli sürsə də sübutlarını təqdim etməmişdir. Məhkəmə isə qətnaməsində qeyd etmişdir ki, sübutlar təqdim edilməyib və vərəsəlik hüququndan məhrum edilmə ilə bağlı iddia tələbi yoxdur (i.v.71). İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3881/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. 23.Mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

24. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin qeyd edilən normasından aydın görünür ki, tərəflər arasında mübahisələndirilən məsələyə-vərəsəlik hüququnun tanınması məsələsinə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verildiyindən artıq eyni tərəflər məhkəmə aktı ilə artıq müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı mübahisə edə bilməzlər.

25. Məhkəmə kollegiyası hesab edir ki, həmin iddia üzrə məhkəmə araşdırması yekunlaşmışdır. Cavabdeh mübahisələndirilən miras əmlaklar üzərində vərəsə kimi hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında tanınmış, hazırda isə İddiaçı vaxtı ilə həmin qətnamədən şikayət verərək qətnaməni mübahisələndirməli olduğu halda bunu etməmişdir.

26. Belə olan halda kollegiya belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

27. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3, 261.0.2, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4572/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı "qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş rüsumlar tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar