Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1760/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Vladimiroviçə və Cavabdeh2 qarşı (Bakı şəhəri 11 saylı Notariat ofisi və Bakı şəhəri 32 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: alğı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların təhvil verilməsi tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 10otariat ofisi və Bakı şəhəri 32 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqıı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5802/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, 10 may 2023-cü il tarixində açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu aldadaraq mənzillərini ələ keçirdiklərini bildirir və ona görə də alğı-satqıı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların ona təhvil verilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 10otariat ofisi və Bakı şəhəri 32 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqıı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair 29 iyun 2022-ci il tarixdə ünvan 1i notariat ofisində bağlanmış və 4Ə/421 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alğı-satqıı müqaviləsinin, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X22 küşəsi, ev 41, mənzil 2 ünvada yerləşən ümumi sahəsi 38,5 kv.m. olan mənzilə dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 32 saylı xüsusi notariat ofisində bağlanmış və 40-609 reyestr nörməsi ilə qeydə alınmış alğı-satqıı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakların cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra, iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair 29 iyun 2022-ci il tarixdə ünvan 1i notariat ofisində bağlanmış və 4Ə/421 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alğı-satqıı müqaviləsinin, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X22 küşəsi, ev 41, mənzil 2 ünvada yerləşən ümumi sahəsi 38,5 kv.m. olan mənzilə dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 32 saylı xüsusi notariat ofisində bağlanmış və 40-609 reyestr nörməsi ilə qeydə alınmış alğı-satqıı müqaviləsinin, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun, yəni X6 adından iddiaçının başqa işlərini görmək adı altında aldadaraq adından etibarnamə alıb. Cavabdeh, etibardan sui-istifadə edərək onu aldatmaq, habelə zəif düşüncəsindən istifadə edərək şəxsi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 57,3 kv.m olan yaşayış sahəsi, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus mənzilini dələduzluq niyyətini həyata keçirmək üçün yaxın qohumu, yəni arvadı cavabdeh, Cavabdeh2 adına ünvan 1i notariat ofisində 29 iyun 2022-ci il tarixində rəsmiləşdirilmiş və 4Ə/421 reyestrdə qeydə alınmaqla alğı-satqıı müqaviləsinə əsasən 70200 manat məbləğinə Cavabdeh2 adına keçirilib. Cavabdeh1 onunla bu barədə heç bir məsləhət etmədən və ona bildirmədən əmlakını bir qrup şəxslə qabaqcadan əlbir olaraq cinayətkarcasına ələ keçirmişlər. ünvan 2 ünvanda yerləşən mənzillə 15 saylı mənzil bitişdirilib, yəni mənzillərin bir girişi var. Həmin mənzillərin araları açıq olmaqla orada yaşayırlar. xx.xx.2018-ci ildə iddiaçı ünvan 2 ünvanda yaşayan və həmin ünvanda ölmüş anası X2 miras qalmış, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili ona irs qalmış, mirası qəbul etmişdir. Ondan başqa digər vərəsə olmayıb. Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili halında olan miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq lazım idi. Onun elə işlərdən anlayışı olmadığı üçün Cavabdeh1 ona köməklik edə biləcəyini bildirmişdir. İddiaçı da cavabdehə inanaraq, onun adına etibarnamə vermişdir ki, miras qalmış əmlaka dair iddiaçıya çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi və çıxarış alsın. Onlar razılaşmışlar ki, onun adına lazımi sənədləri tərtib edib düzəltdikdən sonra zəhmət haqqını verib xəcalətindən çıxacaq. Cavabdeh1 onu müxtəlif bəhanələrlə aldadaraq adından bir neçə dəfə etibarnamə aldırmışdır. O da bir insan kimi inanmışdır və etibar etmişdir. Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili halında olan miras qalmış əmlaka dair mənə çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi aldıqdan sonra həmin əmlaka dair ƏMDK yanında DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə onun, yəni X6 adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış alıb. xx.xx.2022-ci il tarixində (indiki ünvan) Xaçmaz rayonu, İstisu qəsəbəsi, X22 küşəsi, ev 41, mənzil 2 ünvada yerləşən ümumi sahəsi 38,3 kv.m. olan, tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mənzilini də Cavabdeh2 adına 4000 manat məbləğinə Bakı şəhəri 32 saylı xüsusi notariat ofisində 16 aprel 2022-ci il tarixində rəsmiləşdirilmiş və 4Ə-609 reyestrdə qeydə alınmaqla alğı-satqıı müqaviləsinə əsasən satıb. O, heç bir əmlakını və mülkünü satmaq fikrində olmamışdır. Buna dair Cavabdeh1lə razılaşma olmayıb. Cavabdeh onun mülkünü ondan xəbərsiz sataraq mənimsəmişdir. O, cavabdehdən düzəltdiyi sənədləri tələb edəndən sonra qaçıb yoxa çıxmışdır. Bütün sənədləri də cavabdehdə qalıb. Onda anlamışdır ki, cavabdeh onu aldadıb. Belə olandan sonra o, ƏMDK yanında DƏDRX-in Xaçmaz və Bakı Ərazi İdarəsindən öyrənmişdir ki, əmlaklarını dələduzluq edərək ələ keçiriblər. Ona heç bir pul məbləği də verilməyib, çünki o, əmlaklarını satmaq niyyətində olmadığı üçün satış pulları ilə də maraqlanmamışdır. Bundan sonra xalası Tahirə xanıma bu barədə bildirmiş və xalası notariat orqanlarından səndlərin surətlərini aldıqdan sonra vəkilə müraciət etmişdir. Hesab edir ki, həmin müqavilələr etibarsız hesab edilməlidir. Əgər həqiqətən də o, evini satmaq fikrində olsa idi, alıcı mütləq aldıği mənzilə, gəlib baxmalı idi. Ancaq gəlib evlərə baxan belə olmayıb. Bunu bilərəkdən və qəsdən belə ediblər ki, birdən o, evlərinin satılması, əlindən alınması barədə məlumat tutaraq bina imkan verməz. Göründüyü kimi bağlanmış müqavilələr formal xarakter daşıyır. “Elektron notariat” X1 əldə edilmiş xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilir: O, yəni iddiaçı xx.xx.2018-ci ildə ünvan 6 ünvanda yaşayan və həmin ünvanda ölmüş anası X2 miras qalmış, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili ondan irs qalmış və mirası qəbul edir. Ondan başqa digər vərəsələr yoxdur. Mirasın tərkibinə daxil olan, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikilidə ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5802/2022 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi təmin edilməmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri:
6. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
7. Apelyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasına etiraz təqdim edərək, apelyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, ilkin olaraq apelyator öz şikayətində guya cavabdehlərin iddiaçını aldadaraq etibarnamə aldıqlarını və onun əmlaklarını ələ keçirdklərini, əslində isə iddiaçının əmlakı satmaq niyyətində olmadığını bildirir. Bildirir ki, ümumilikdə iddiaçı cavabdehə 3 (üç) dəfə etibarnamə vermişdir. Həmin etibarnamələrdən birincisi sənədləşdirmə işlərinə dair olsa da, sonra verilmiş etibarnamələrdə iddiaçıya məxsus əmlaklara dair bütün səlahiyyətlər verilmişdir. Həmçinin, iddiaçı həmin əmlakları cavabdehə satmaq məqsədilə Xaçmaz rayonuna getmiş və orada şahidlərin iştirakı ilə əmlakı cavabdehə satmaq istədiyini söyləmişdir. Onun əmlakını satmaq barədə niyyətini şahidlər məhkəmədə ifadə verərək təsdiq etmişlər. Bundan əlavə, apelyator öz şikayətində qeyd edir ki, “Əgər həqiqətən də mən evimi, əmlakımı satmaq fikrində olsaydım, alıcı mütləq aldığı mənzilə evə gəlib baxmalı idi, ancaq evlərə gəlib baxan belə olmayıb. Qeyd edir ki, cavabdeh ilə iddiaçı uzun müddətdir ki, tanışdırlar və həmin mənzildə dəfələrlə olublar. Bunu şahid ifadələri, eləcə də mülki işə əlavə edilmiş video çəkilişlər də bir daha təsdiq edir. Əlavə olaraq apelyator öz şikayətində bildirir ki, “Pulun iddiaçıya verilməsi məqamının “DVD” diskdə əks olunub-olunmamasına dair mənim - vəkilin sualına cavab olaraq cavabdehlər bildirdilər ki, bəli, alğı-satqıı pullarının iddiaçıya verilməsi anları da diskə alavə edilib və görüntülər mövcuddur. Buna baxmayaraq məhkəmədə diskin həmin hissəsi nümayiş etdirilmədi. Məhkəmədən sonra (iddiaçının) vəsatəti əsasında məhkəməyə təqdim edilmiş diskə baxış keçirilən zaman məlum oldu ki, cavabdehlər və şahidlər məhkəməni aldadaraq sübutları saxtalaşdırıblar. Alğı-satqıı pulunun iddiaçıya verilməsinə dair heç bir görüntü aşkar edilmədi”. Bildirir ki, nə cavabdehlər, nə də ki şahidlər pulun verilməsinin diskdə əks olunmasına dair heç bir ifadə işlətməyiblər. Məhkəmə tərəfindən həmin prosesin audio video çəkilişi aparılıb və o görüntüləri izləmək kifayət edər ki, apelyatorun öz şikayətində yalan məlumat verməsi təsdiq olunsun. Çox təəssüf edərək bildirir ki, vəkil həmkarı öz apellyasiya şikayətində bu cür yalan məlumatlar veribdir. Bundan əlavə, bildirmək istəyir ki, etibarnamə verilərkən notarius tərəfindən onun fəaliyyət qabiliyyəti yoxlanılmış və verilmiş etibarnamə də onun iradə ifadəsini bildirir. Həmçinin, pulun iddiaçıya verilməsini məhkəmə ifadə verən şahidlər də təsdiq etmişlər, hansı ki həmin şahidlərdən biri iddiaçının dostu, uzun müddət onunla bir mənzildə yaşamış şəxsdir. Proses iştirakçılarının izahatı:
10. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. 11.Məhkəmə iclaslarında İddiaçı izahatında bildirmişdir ki, birinci dəfə etibarnaməni verəndə anasından ona Xaçmazda qalan əmlakla bağlı vərəsəik işinin həyata keçirilməsi məqsədi ilə vermişdir. Bunu cavabdeh tərəfdə təsdiq edə bilər. Bununla yanaşı qeyd edir ki, Xaçmazda yerləşən üzərində evdə mövcud olan torpaq sahəsini Cavabdehlərə satmaq niyyəti olmuşdur. Bununla bağlı birlikdə Xaçmazda həmin torpaq sahəsində də olmuşlar. Lakin qiymətdə tam razılıq olmamışdır. Nəhəyətində məhz Faiq və Minaya satmaq niyyəti olmuşdur. Lakin onlar vərəsəlik işinin uzanmasını əsas gətirməklə ondan etibarnamənin yenisinin də verilməsi xahiş etdiklərindən ikinci dəfə etibarnamə vermişdir. Bundan sonra Xaçmazda yerləşən əmlakını Faiz onun adından verilmiş etibarnaməytə əsasən arvadı Minaya satmışdır. Lakin pulu özləri notariusun depozit hesabına qoyub özləri də çıxarmışdır. Ona hər hansı məbləğdə pul məbləği təqdim edilməmişdir. Şahidlər yalan ifadələr verirlər, cavabdehlər evinə gəlib getsə də, heçkimin yanında ona pul təqdim edilməmişdir. Bakı şəhərində yerləşən İnşaatçılar prospektində yerləşən mənzilini isə ümumiyyətlə satmaq niyyəti olmamışdır. Hansıki ailəsi ilə birlikdə yaşadığı yeganə mənzildir. Faiq sonradan onun yanına gələrək yenidən etibarnamənin verilməli olduğunu bildirmiş, səbəb isə vaxtı bitəcək sənədləşmə işləri yarımıq qalacaq kimi göstərmişdir. O anlaqlı şəkildə etibarnamələri vermişdir. Müddətlərini hər dəfə qısa şəkildə vermişdir və sənədləşmə işlərinin aparılması məqsədi ilə olmuşdur. O satmaq niyyəti ilə etibarna vermiş olsaydı daha uzun müddətə verərdi. O əmlakından məhrum olmuşdur buna görə də hüquqlarının bərpa edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdilər.Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 bildirmişdir ki, şahidlərin yanında hər iki mlakla bağlı pullar iddiaçıya təqdim edilmişdir. Xacmazla bağlı müqavlədə 4000 manat göstərilsə də, həmin 4000 manatı notariusun depozit hesabından çıxarmaqla üzərinə 16000 manat qoymuşlar və 20000 manat iddiaçıya evində təqdim edilmişdir. Vergi çox çıxmasın deyə alğı-satqııda əmlakın dəyərini 4000 manat kimi göstərmişlər. Eyni zamanda Bakıda yerləşən mənzillidə müqavilədə göstərilən məbləğə arvadı Minaya Fərhadın adından satmışdır və müqavilə göstərilən məbləği də özü depozitdən çıxarmaqla Fərhada gətirib vermişlər. Onun ayaqları yara olduğundan həmin işləri onun adından özü etmişdir. Həmin vaxtlarda digər cavabdeh olan arvadı Mina ilə birlikdə iddiaçının evinə gəlib getmişlər ona baxmışlar qayğısına qalmışlar, çimizdirmişlər bunların çoxunu video çəklişlə etmişlər və həmin videolar disklərdə mövcud idi. Hər iki əmlakla bağlı pulları depozit hesabından çıxarmaqla Fərhada şahidlərin yanında təqdim etmişlər. Video çəkiliş pullar verilən vaxtda şahidlər olduğundan etməmişlər. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 bildirdmişdir ki, hər şey Faiqin dediyi kimi baş vermişdir. Onlar iddiaçıya çox qulluq göstərmişlər. Video çəkilişləri ona görə etmişlər ki, iddiaçının başına bir iş gəlsə, sübut kimi onlarda video görüntülər olsun. Pullar birbaşa iddiaçıya şahidlərin yanında verilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Apelyasiya baxışının hədləri.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanuna uyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
17. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
18. Maddə 144.3. Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.
19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
21. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
22. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
23. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
24. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair 29 iyun 2022-ci il tarixdə ünvan 1i notariat ofisində bağlanmış və 4Ə/421 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alğısatqıı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və əmlakın cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsinin təmçin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
30. İş materiallarında olan 15 fevral 2022-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı 28 may 2004-cü ildən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzildə qeydiyyatdadır.
31. İş materiallarında olan 15 fevral 2022-ci il tarixdə verilmiş 05/Q-339/69 nömrəli arayışın surətindən görünür ki, X19 xx.xx.1975-ci il tarixdə doğulmuşdur. Ata qrafasında X11, ana qrafasında X3 göstərilmişdir.
32. İş materiallarında olan 15 fevral 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 183354 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə doğulmuşdur. Ata qrafasında X11, ana qrafasında X3 göstərilmişdir.
33. İş materiallarında olan 16 fevral 2022-ci il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 244264 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1994-cü il tarixdə ölmüşdür.
34. İş materiallarında olan 16 fevral 2022-ci il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 244263 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
35. İş materiallarında olan 17 fevral 2022-ci il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 251120 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür.
36. İş materiallarında olan "Elektron notariat" X1 çıxarışdan və AR-İİ 555249 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək, Azərbaycan Respublikasının istənilən səlahiyyətli orqanlarında təmsil etmək, adından mirası qəbul etmək və mirasın qəbulundan imtina etmək və bir çox səlahiyyətləri əhatə edən etibarnamə vermişdir. Etibarnamə 3 ay müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur.
37. İş materiallarında olan "Elektron notariat" X1 çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iştirakı ilə sənədlərlə imzanının həqiqiliyinin təsdiq edilməsi növündə notariat hərəkəti aparılmışdır. Notariat hərəkətinin məzmunu İddiaçı ünvan 8 ünvanında yaşayan və xx.xx.2018-ci ildə ölmüş anası X2 miras qalmış Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və yarım tikiliyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə müraciətlə bağlı olmuşdur.
38. İş materiallarında olan “Elektron notariat" X1 çıxarışdan və AR-İİ 656870 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək, Azərbaycan Respublikasının istənilən səlahiyyətli orqanlarında təmsil etmək, adından mirası qəbul etmək və mirasın qəbulundan imtina etmək və bir çox səlahiyyətləri əhatə edən etibarnamə vermişdir. Etibarnamə 5 ay 20 gün müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur.
39. İş materiallarında olan "Elektron notariat" X1 çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iştirakı ilə itirilmiş sənədin dublikatının verilməsi növündə notariat hərəkəti aparılmışdır.
40. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X22 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı adına tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir.
41. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli Bakı şəhəri 32 saylı Notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-609 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alğı-satqıı müqaviləsinin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonu, İstisu qəsəbəsi, X22 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satmışdır. Müqaviləni İddiaçı əvəzinə 5 saylı Notariat ofisində xx.xx.2022 tarixdə verilmiş 1571 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır.
42. İş materiallarında olan binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 28 oktyabr 2020ci il tarixdə verilmiş AZ-T seriyalı, 024443 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X7 04 dekabr 2010-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Fərzəliyev”, arvada isə “Fərzəliyeva” soyadı verilmişdir.
43. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X22 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir.
44. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli ünvan 10otariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-421 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzili 70200 manata Cavabdeh2 satmışdır. Müqaviləni İddiaçı əvəzinə 3 saylı Bakı “ASAN xidmət" mərkəzində Notariat ofisində xx.xx.2022 tarixdə verilmiş 3361 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır.
45. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixli alğı-satqıı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən 70200 manat 11 saylı Notariat ofisinin depozit hesabına köçürülmüşdür.
46. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 13 saylı vəkil bürosunun xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair məlumatın verilməsi ilə bağlı sorğusuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzil Cavabdeh2 adına ünvan 10otariat Ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-421 nömrəli alğı-satqıı müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
47. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 13 saylı vəkil bürosunun xx.xx.2022-ci il tarixli Xaçmaz rayonu, İstisu qəsəbəsi, X22 küçəsi, ev 41 ünvanında yerləşən 2 mənzilə dair məluamtın verilməsi ilə bağlı sorğusuna əsasən bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli 2-257A qeydiyyat vəsiqəsinə əsasən X4 məxsus olmuş Xaçmaz rayonu, İstisu qəsəbəsi, X22 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-287 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, İddiaçı adına özgəninkiləşdirilmiş, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüququ tanınmışdır. İddiaçı adına olan mənzili Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-609 reyestr nömrəli alğı-satqıı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş, xx.xx.2022-ci il tarixli çıxarışla Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır.
48. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Faiqi və Minanı tanıyır. Muxtadır qəsəbəsinə restoranda işləyərkən Fərhadı da tanımışdır. Faiq ona bağ evi aldığını bildirmiş və pulunu vermək üçün onlarla birlikdə getməsini xahiş etmişdir. Onlar birlikdə Fərhadın yaşadığı evə getmişlər. Evdə Fərhad və dostu Namiq var idi. Faiq Fərhada 20000 manat pul vermişdir. Fərhad pulu sayaraq götürmüşdür. İkinci dəfə yenə də Faiq, Mina və o Fərhadın yaşadığı evə Faiqgilin aldıqları evin pulunu vermək üçün getmişlər. Həmin vaxt pulun miqdarını tam olaraq bilməmişdir. Lakin bu dəfə pul birinci dəfəkindən çox idi.
49. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, Fərhadla ortaq dostları vasitəsilə tanış olmuşdur. Onun qalmağa yeri olmadığı üçün Fərhadın evində yaşamış, əvəzində ona kömək etmişdir. Cavabdehlər onların yaşadığı mənzilə gəlmiş və Xaçmazda yerləşən əmlaka görə Fərhada 20000 manat pul vermişlər. Fərhad pulu sayaraq götürmüşdür.
50. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanı onun müdiri olduğu Mənzil-istismar sahəsinə aiddir. Onlar həmin binanın həyətdə həftənin altıncı günü iməclik keçirdirlər. Həmin günlərdə cavabdehlərin maşından düşdüyünü görmüş, binanın giriş qapısı kodla olduğu üçün hansı mənzilə gəldiklərini soruşmuşdur. Onlar xəstələrinin olduğunu və onun yanına gəliklərini bildirmişlər. Bundan sonrakı həftə yenə həmin ərazidə işləyəndə cavabdehlər yenə həmin binaya gəlmişlər. O, cavabdehlərdən hansı mənzilə gəldiklərini soruşmuş, Fərhadın mənzilinə gəldiklərini bildikdə onun borcu olduğunu demişdir. Faiq etibarnamə əsasında mənzilin borcunu ödəmişdir. Onlar hər həftənin altıncı günü həmin ərazidə işləyəndə cavabdehlərin əllərində bağlama ilə gəldiklərini görmüşdür. Fərhadı görməmişdir. Lakin həmin mənzildə bir nəfərin qeydiyyatda olduğunu bilmişdir.
51. İş materiallarında olan və cavabdeh tərəfindən təqdim edilmiş dvd diskdə olan foto və video görüntülərdən iddiaçının ayağında yaraların olduğu, müstəqil şəkildə gəzə bilmədiyi, Cavabdeh1 iddiaçıya qulluq etməsi (çimizdirməsi və s.) görünür.
52. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin əqdlərə dair müddəalarının mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
53. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Əksinə qanunun imperativ xarakter daşıyan tələbindən göründüyü kimi, təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunla müəyyən edilmiş qaydada təmsilçiyə etibarnamə vermiş şəxs bağlanmış müqavilənin onun iradə ifadəsini əks etdirmədiyini o halda mübahisələndirə bilər ki, etibarnamə qanunsuz olsun və ya təmsilçi etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxsın.
54. Kollegiya qeyd edir ki, məhkəmə araşdırılması zamanı iddiaçının öz izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı Xaçmaz rayonunda yerləşən əmlakını cavabdehlərə satmaq niyyəti olmuş, bu məqsədlə iddiaçı cavabdelərlə birlikdə həmin ərazidə yerləşən mübahisəli əmlaka da baxmışlar. Lakin, qeyd edilən əmlak iddiaçının mərhum valideyninin adına olduğundan alğı-satqıı həyata keçirilə bilinməmiş, iddiaçı səhhətində yaranmış problemə əlaqədar olaraq vərəsəlik işi və özəlləşdirmə ilə əlaqədar zəruri hərəkətlər etmək və aidiyyəti orqanlarda nümayəndəsi olmaq üçün Cavabdeh1 xx.xx.2022-ci il tarixdə etibarnamə vermişdir. Həmin etibarnamədə əmlaka dair sərəncam vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Cavabdeh1 etibarnamə əsasında hərəkət edərək, iddiaçı və onun yaxın qohumları olan mərhum atası, anası və bacısı ilə bağlı sənədləri əldə etmiş, İddiaçı adına miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək səlahiyyətini də nəzərdə tutan yeni etibarnamələr vermişdir. xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alğı-satqıı müqaviləsi əsasında İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Xaçmaz rayonu, İstisu qəsəbəsi, X22 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satmışdır.
55. Kollegiya iddia tələbinin Xaçmaz rayonu, İstisu qəsəbəsi, X22 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzilinə dair hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinini gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə araşdırası zamanıda müəyyən edildiyi kimi, həmin daşınmaz əmlakın məhz cavabdeh tərəfə satılması öz iradəsinə uğun olmuşdur. Lakin həmin əmlakın satışından əldə edilmiş pulun ona verilməməsi barədə dəlilinə münasibtədə qeyd edilməlidir ki, həmin dəlil müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilər. Pulun verilməsi barədə hərəkət edilməmişdirsə bu barədə iddiaçının ayrıca iddia ilə məhkməyə müraciət etmək hüququ istisna edilmir.
56. Kollegiya Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilini iddiaçının satmaq niyyəti barədə iradə ifadəsinin olması tərəflərin izahaları və işin halları ilə müəyyən edilmədiyindən bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. 57.Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. 58.Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzillə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mənzilin satılması ilə bağlı iradə ifadəsi olmamışdır. Belə ki, iddiaçı tərəfindən verilən etibarnamə əsasında mübahisələndirilən alğı-satqıı müqaviləsi rəsmiləşdirilsə də, həmin müqavilədə etibarnamə üzrə nümayəndə tərəfindən edilən hərəkət iddiaçının iradəsinin həyata keçirilməsinə xidmət etməməklə onun iradəsinə uyğun olmamamışdır. Əvvəla, cavabdeh tərəf etibarnamələrin verilməsinə istinad etsə də, həmin etibarnamələrdən görünür ki, iddiaçı əvvəldən birinci etibarnaməni məhz Xaçmaz rayonunda yerləşən əmlakla bağlı vərəsəlikl işi üzrə sənədləşmə işinin aparılması üçün olmuşdur. Bu tərəflər arasında işin mübahisələndirilməyən halıdır. 59.Bundan başqa, ikinci dəfə İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə etibarnamə verərkən yuxarıda qeyd edildiyi kimi, həm sənədləşmə işinin tamamlanması (izahatında belə qeyd edir iddiaçı) və ardınca təbii olaraq Xacmaz rayonunda yerləşən əmlakın cavabdeh tərəfə satılmasının həyata keçirilməsi üçün (məhkəmə iclasında bildirdiyi kimi) verilmişdir. Cavabdeh etirazında 3-cü dəfə məhz xx.xx.2022-ci il tarixdə bir daha etibarnamə verməsini, iddiaçının Bakı şəhərində yerləşən mənzilinin satılması üçün verdiyin bildirməsinə münasibtədə kollegiya qeyd edir ki, göründüyü kimi həmin etibarnamə məhz xx.xx.2022-ci il də verilməklə, 2-ci verilən etibarnamənin bitmə müddətinə (xx.xx.2022-də bitirdi müddət) 1 ay 20 gün qalmış verilmişdir. Eyni zamanda Xaçmaz rayonundan yerləşən əmlakın satılmasından 6 gün öncə verilmişdir. Bununla da kollegiya 3-cü etibarnamənin verilməsi məhz Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilin satılmasının həyata keçirilməsi üçün verilməsi barədə cavabdeh tərəfin dəlilini qəbul etmir və hesab edir ki, ikinci dəfə verilən etibarnamənin müddətinin bitməsinə 1 ay 20 gün qalmasına baxmayaraq digər mənzilin məhz hansı tarixdə rəsmiləşdiriləcəyi, hansı tarixdə satılmalı olması barədə güman edilən qənaət əsas göstərilməklə (hətta Xaçmazda olan əmlakın satımasından öncə) yeni etibarnamənin məhz Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospektində yerləşən mənzilin satılması məqsədlə verilməsi ağlabatan görünməməklə iddiaçının bu barədə iradə ifadəsini özündə ehtiva etməmişdir. Həmçinin bu da qeyd edilməlidir ki, belə bir iradə ifadəsi olmadığı halda Cavabdeh1 etibarnamə üzrə səlahiyyətlərdən öz xeyrinə istifadə etməklə mənzili arvadına satmış və bundan öz xeyrinə istifadə etmişdir. Belə ki, əldə edilən daşınmaz əmlak arvadına satılmaqa birgə nikah dövründə əldə edilən əmlak kimi, həmin əmlak üzərində özünün də mülkiyyət hüququnun yaranmasına nail olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmamaqla lazımi qiymət verilməmişdir. Belə olan halda qeyd edilənlərə əsasan Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə bağlı qeydə alınmış alqı satqı müqaviləsi etibarlı müqavilə hesab edilə bilməz. Bu baxımdan həmin müqavilə etibarsız hesab edilməklə mülkiyət hüququnun qeydə alınması barədə çıxarışda ləğv edilməlidir. 60.Bundan əlavə, cavabdehlər Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzildə Fərhadın yanına gəlib-getdikləri vaxtlarda ona baxdıqlarını bildirməklə həmin anları özündə əks etdirən video görüntüləri mobil telefon vasitəsi qeydə almaqla məhkəməyə təqdim etmişlər. Kollegiya bununla bağlı qeyd edir ki, həmin görüntülərdə Fərhadla bağlı hər hansı bir iş görərkən, yəni ona çay verilməsi, süfrənin düzəldilməsi, hamada yuyunması zamanı yardımçı olmaları əks edilmişdir. Lakin həmin görüntülərin çəkilməsinin izahı kimi cavabdeh tərəf Fərhada bir şey olacağı təqdirdə onların əlində özlərinin sığortalanması kimi qalmasını istədiklərini qeyd etmişlər. Məhkəmə kollegiyası bu hala dair qeyd edir ki, həmin görüntülərin heç birində daha mühüm bir hal olan Fərhadın onlara mənzili satması bardə aralarında hər hansı söhbətin olmasına dair iradə ifadəsini əks etdirən hər hansı bir danışın olmadığı müəyyən edilir. 61.Eyni zamanda, Faiqin Fərhadın onun uşaqlıq dotu olduğunu və ona dost kimi qulluq göstərməsini bildirməsinə münasibətdə qeyd edilməlidir ki, dost kimi kömək etdiyi şəxslə bağlı edilən ən sadə yardımları belə video görüntü vasitəsi ilə qeydə aldığı halda, işin mühüm halı kimi mənzillərin satışı ilə bağlı pulların verilməsini və məhz şahidlərin yanında həmin mənzildə Fərhada verilməsini (əgər belə bir hal omuşdursa) qeyd etsə də, bu anları video görüntü ilə qeydə almaması (hansıki digər çəkilişləri özlərini sığortalamaq üçün etdiklərini bildirmişlər) işin bu halınının həqiqəti əks etdirmədiyini özündə ehtiva edir. Hansıki, cavabdehlərin özlərinin qeyd etdiyi kimi, Fərhadın sağlamlığında broblemlər var idi və hər an bu hissənin (olduğu halda) sübuta yetrilməsinə mütləq zərurət olması qaçılmaz olacaqdı. 62.Bundan başqa, birinci instansiya məhkəməsi tərəflər arasında alğı-satqıının aparılmasını və bununla bağlı pul məbləğinin iddiaçıya cavabdehlər tərəfindən verilməsi qənaətinə gələrkən pulun verilməsi halına sübut kimi istinad etdiyi şahid ifadələrinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələr ümumi sözlərdən ibarət olmaqla konkret qeyd edilən halların sübut edilməsində mötəbər sübut kimi qəbul edilə bilməz. 63.Belə ki, cavabdeh tərəf həmin halı təsdiq edən sübut qismində məhkəməyə iki şahid təqdim etmiş, birinci instansiya məhkəməsi də həmin şahidlərin ifadəsini cavabdehin etirazının dəlillərini təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün, aid, mötəbər olmaqla yanaşı həm də yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olub-olmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. 64.Mülki prosessual qanunvericilikdə əsas sübut növlərindən biri də şahid ifadələridir. MPM-in 81-ci maddəsində göstərilən hal istisna olmaqla məhkəmə, tərəflərin təqdim etdiyi şahid ifadələri əsasında işin hallarını müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edə bilər. Dolayı sübutlar istisna olmaqla prosessual qanunvericilik işin müəyyən halının bir şahid ifadəsi əsasında müəyyən edilməsini qadağan edən birbaşa norma müəyyən etməmişdir. Lakin baxılan mülki işin hallarından irəli gələn hüquqi (formal) həqiqətə nail olmaq üçün işin obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılması, məhkəmə aktlarının əsaslandırılmış olmasına dair MPM-in 9, 14, 88, 217 və 220-ci maddələri baxımından tələbin və ya etirazın əsasında duran sübut kimi yeganə şahid ifadəsi məhkəmə tərəfindən daha ciddi tədqiq edilməlidir. Bunun üçün məhkəmə, tərəflərin izahatları və işdə olan digər sübutlarla şahid ifadəsi arasında olan ziddiyyətləri aradan qaldırmaq, şahidin yalan ifadə verməsi halını istisna etmək üçün ona suallar verməli, ə şahid ifasəsinin işdəki məlumatlarlarla uyğunluğunu və mötəbərliliyini qiymətləndirməlidir. 65.Hazırki işin hallar baxımından məhkəmə kollegiyası cavabdehlər tərəfindən iddiaçıya pulun verilməsi ilə bağlı dindirilmiş şahid ifadələrinin həmin halın sübuta yetirilməsi baxımından yuxarıda qeyd edilən əsasları nəzərə almaqla mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, hazırki iş üzrə şahidlərdən biri X23 bağ evinə görə pul vermək üçün Fərhadın yanına getdiyini və onunda Faiqlə birlikdə getdiyini bildirmişdir. Əvvəla şahidin ifadəsində bunun məhz nə vaxt edildiyini (tarix) müəyyən etmək mümkün deyil, çünki özüdə ifadəsində bu barədə heçnə bildirməmişdir. Eyni zamanda yanlarında Fərhadın arvadı Minanın olub-olmamasını da qeyd etməmişdir. Hansıki, cavabdehlər pulun verilməsi üçün birlikdə getmələrini bildirmişlər. O cümlədən, evdə Fərhadın dostu Namiq adlı şəxsin olduğunu bildirmişdirsə də, əlaqəli şəkildə Namiqin kim olmasını haradan tanımasını və Fərhadın dostu kimi çıxış etməsini aydınlaşdırmamışdır. Faiqin Fərhada 20000 manat verməsini və sonuncunun pulu sayaraq götürdüyünü bildirsə də, bu halı detallı şəkildə bildirməmiş, yəni pulların əsasən hansı əskinaslardan ibarət olmasını, pulun verilməsi zamanı evin hansı hissəsində əyləşmələrini, əlavə olaraq nə danışıldığını qeyd etməmişdir. Eyni zamanda ifadəsindən ikinci dəfə Faiq və Mina ilə birlikdə onların aldığı evin pulunu vermək üçün getdiyini bildirsə də, bu dəfə də hansı tarixdə getmələrini ümumiyyətlə qeyd etməmişdir. Hətta günün hansı saatlarında axşam və ya səhər saatlarında olması belə bildirilməmişdir. Həmin vaxt pulun miqdarının nə qədər olmasını bilmədiyini qeyd etməklə, yalnız birinci dəfəkindən çox olmasını qeyd etmişdir. Bu hala dair kollegiya qeyd edir ki, burada ümumiyyətlə pulun miqdarı barədə ifadə tam olaraq təsəvvürlərdən ibarət olmaqla, ümumi ifadələrlə izah edilmişdir. 66.Eyni zamanda, hazırki iş üzrə şahidlərdən biri Namiq Əliyev qalmağa yeri olmadığı üçün Fərhadın evində yaşadığını (hansı tarixdən qalması yoxdur), əvəzində ona kömək etməsini (nələrdən ibarət olması) bildirmmişdir. O cümlədən, cavabdehlərin həmin mənzilə gəlməsini (lakin hansı tarixdə günun hansı saatlarında gəlməsini bildirmir), hətta onun məhz həmin vaxtlarda hansı səbəbdən evdə olmasıda ifadədən müəyyən edilmir. Həmçinin ifadəsində Xaçmazda yerləşən mənzilə görə Fərhada 20000 manat verilməsini və sonuncunun sayaraq götürməsini qeyd etsə də, pulların əsasən hansı əskinaslardan ibarət olmasını, pulun verilməsi zamanı evin hansı hissəsində əyləşmələrini, əlavə olaraq nə danışıldığını qeyd etməmişdir. Eləcə də ən əsası digər şahidin pulların verilməsində iştirakını bildirdiyi halda Namiq Əliyev ifadəsində yanlarında başqa şəxsin olmasını bildirməmişdir. 67.Kollegiya hesab edir ki, mülkiyyət hüququnun itrilməsinə səbəb olacaq bir halın təsdiqi üçün verilən bu şahid ifadəsi ümumi ifadələrdən ibarət olmamaqla daha dolğun və detallı olmalıdır. Hazırki halda isə kollegiya bu ifadələri mötəbər sübut kimi qəbul etməməklə ifadədə qeyd edilən halların təsdiqi üçün əsas hesab etmir.
68. Beləliklə məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilinə dair hissədə iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmişdir. Buna görə də, məhkəmənin qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməklə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilinə dair İddiaçı adından Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməli, mənzil cavabdehlərdən alınaraq, İddiaçı təhvil verilməlidir. 69.Eyni zamanda kollegiya qeyd edir ki, etibarsız hesab edilən müqavilə nəticəsində tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan mənzilin iddiaçıya qaytarılması qənaətinə gəlir. Lakin cavabdeh tərəfin etibarsız əqd nəticəsində iddiaçıya hər hansı məbləğdə pul ödəməsi təsdiq edilməmişdir.
70. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun (50 manat) yarısı 25 manat məbləğində pul vəsaiti İddiaçı özünə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun digər yarısı 25 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.
71. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5802/2022 saylı qətnaməsi qismən - iddia tələbinin təmin olunmayan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair İddiaçı adından Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli ünvan 10otariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-421 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilsin. Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı təhvil verilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısı 25 manat məbləğində pul vəsaiti İddiaçı özünə aid edilsin, digər yarısı 25 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.