Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1764/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2450/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 borclu olduğu üçün borcunun təminatı olaraq ona 21 may 2015-ci il tarixli mülkiyyətində olan fərdi yaşayış evinə dair baş etibarnamə vermişdir. Borcunu bir ay müddətinə ödəyəcəyinə söz verdiyi üçün etibarnamə bir ay müddətinə qüvvədə olmuşdur. Həmin etibarnamə əsasında Cavabdeh1 Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu İslamov Bahadur Sabir oğlu tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli, 21 may 2015-ci tarixli, reyestrdə 40-№ 1549 nömrə ilə qeyd edilən alıcı Cavabdeh2 ilə satıcı olaraq onun arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsini onun adından imzalamışdır. Ancaq bu barədə ona heç bir məlumat verməmişdir. Cavabdeh1 ona olan borcunu ödəyə bilmədikdə onunla həmin evin 70000 manata satıb, satdıqdan sonra borcu götürüb qalan pulu ona verəcəyi barəsində razılığa gəlmişdir. Həmin ərəfədən bu günə qədər ev onun faktiki istifadəsində olmuşdur. Sözügedən müqavilə Abşeron rayonu, Xırdalan şəhərində bağlanmışdır. Cavabdeh1 2012-ci ildə sələmə borc almışdır. Faktiki olaraq ona borclu olmuşdur. Bu səbəbdən evi və sənədlərini ondan tələb edə bilməmişdir. Hətta Cavabdeh1 ona ev üçün verilən etibarnamənin müddətinin bitdiyini, evi sata bilmədiyini, bu səbəbdən borcun təminatı kimi notarial qaydada təsdiq edimiş borc müqaviləsi imzalamağı təklif etmişdir. O da məcbur qalıb Minarə ilə 08 iyul 2015-ci il tarixində notarial qaydada təsdiq edimiş formal şəkildə borc müqaviləsini imzalamışdır. Keçən il aralarında olan borca görə Cavabdeh1 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərəfədə o, Cavabdeh1 etibarından sui-istifadə edərək ona məxsus evin Cavabdeh2 dəyərindən qatqat aşağı qiymətə 30000 manata satması haqqında şifahi məlumat almışdır. Bununla bağlı Abşeron rayonu 1 saylı Notariat Ofisinə sorğu ilə müraciət edib müqavilənin və digər sənədlərin surətini əldə etmişdir. Hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi onun etibarından sui-istifadə edilərək bağlanmışdır. Fərdi yaşayış evi real dəyərindən qat-qat ucuz qiymətə satılmışdır. Mübahisəli evə dair etibarnamə verilərkən təmsil olunan təmsil edənə bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və təmsil edənin özünün maraqları daxilində deyil, təmsil olunana maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Buna görə də, etibarnamə əsasında mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri olaraq aldığı 30000 (otuz min) manat maliyyə vəsaitinin ona ödənilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi, həmin fərdi yaşayış evinin qalan dəyəri olaraq 40000 (qırx min) manat maliyyə vəsaitin müştərək qaydada ona ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2450/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxaralmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2450/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində yerləşən 93 saylı ev tam payda İddiaçı xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində 24 iyul 2014cü il tarixdə qeydiyyata alınmışdır; İş materiallarında olan Abşeron 1 saylı Notariat Kontorunda bağlanmış 08 iyul 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 19000 (on doqquz min) manat borc pul verməyi, İddiaçı Mədəd qızı həmin məbləği Cavabdeh1 08 dekabr 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürür; İş materiallarında olan Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu İslamov Bahadur Sabir oğlu tərəfindən təsdiq edilməklə, reyestrdə qeyd edilmiş 21 may 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən çıxarışın reyestr nömrəsi **********52-10301 olan fərdi yaşayış evinin və 0,018 ha torpaq sahəsinin barəsində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, tikinti işlərini aparmağı, idarə etməyi, bank əməliyyatları etməyi, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsində nümayəndəsi olmağı, 1 saylı arayışı almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, rüsumları ödəməyi və digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamə 1 ay müddətinə verilib və 21 iyun 2015-ci il tarixədək qüvvədədir, bu etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər; İş materiallarında olan AN-İ seriyalı ******* saylı, 21 may 2015-ci il tarixli Abşeron rayon 1 saylı notariat ofisində bağlanmaqla reyestrdə 4Ə-1549 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” İddiaçı nümayəndəsi Cavabdeh2, “Alıcı” Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107,6 kv. metr, yaşayış sahəsi 33,4 kv. metr, yardımçı sahəsi 74,2 kv. metr olan fərdi yaşayış evini (107,6 kv. metr 2 otaq) 30000 (otuz min) manata satmışdır; İş materiallarında olan Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu B.İslamov tərəfindən "xxxx" ASC-nin Abşeron filialına verilmiş 639 saylı, 21 may 2015-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli 30000 (otuz min) manat təsdiq edildikdən sonra Cavabdeh1 verilmişdir; İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Səfərov Faiq Ramiz oğlu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 mart 2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh1 ərizəsində göstərdiyi xüsusatlarla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır; İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(012)-3173/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı 19000 (on doqquz min) manat məbləğində borc pulun və 1000 manat mənəvi ziyanın və 20 manat dövlət rüsumunun əvəzi, cəmi 20020 manat pulun alınaraq Cavabdeh1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)-1803/2020 saylı qətnaməsi ilə İddiaçı “Abşeron rayon 1 saylı Notariat ofisində təsdiq edilmiş AN-İ ******* nömrəli, 21 may 2015-ci il tarixli, reyestrdə 4-Ə 1549 nömrəsi ilə qeyd edilmiş, alıcı İbayeva Gülnar Məmmədağa qızı ilə satıcı İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh İbayev Gülnaz Məmmədağa qızına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və əvəzindən alınan 30000 manat pulun Abşeron rayon 1 saylı Notariat ofisinin depozit hesabına geri qaytarılması vəzifəsinin Cavabdeh1 həvalə edilməsi” barədə iddiası təmin edilməmişdir; İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(105)-807/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)-1803/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(102)-4170/2021 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(105)-807/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir; 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər; 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir; 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. İş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən çıxarışın reyestr nömrəsi **********52-10301 olan fərdi yaşayış evi və 0,018 ha torpaq sahəsi hazırkı İddiaçı tam payda xüsusi mülkiyyətində olmuş və daşınmaz əmlakın dövlət reyestrində 24 iyul 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra, hazırkı iddiaçı qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi barəsində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, tikinti işlərini aparmağı, idarə etməyi, bank əməliyyatları etməyi, ƏMDK yanında DƏDRXnin Ərazi İdarəsində nümayəndəsi olmağı, 1 saylı arayışı almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, rüsumları ödəməyi və digər hərəkətləri etməyi hazırkı Cavabdeh1 etibar etmiş, 1 ay müddətinə verilməklə 21 iyun 2015-ci il tarixədək qüvvədə olan sözügedən etibarnamə Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notarisu tərəfindən təsdiq edilmişdir. Bundan sonra cavabdeh, iddiaçının verdiyi etibarnamə əsasında iddiaçının nümayəndəsi qismində sözügedən fərdi yaşayış evini və torpaq sahəsini 30000 manat məbləğə Cavabdeh2 satmış və sözügedən AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi, 21 may 2015-ci il tarixli Abşeron rayon 1 saylı notariat ofisində bağlanmaqla reyestrdə 4Ə-1549 nömrə ilə qeyd edilmişdir. Hazırda iddiaçı etibarnamə əsasında mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri olaraq aldığı 30000 manat maliyyə vəsaitinin ona ödənilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi, həmin fərdi yaşayış evinin qalan dəyəri olaraq 40000 (qırx min) manat maliyyə vəsaitinin müştərək qaydada ona ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ünvanında yerləşən çıxarışın reyestr nömrəsi **********52-10301 olan fərdi yaşayış evi və 0,018 ha torpaq sahəsinin faktiki mülkiyyətçisi olmuş İddiaçı həmin fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı üçüncü şəxslər qarşısında onu təmsil etməsi üçün Cavabdeh1 notarial qaydada etibarnamə vermiş, həmin etibarnamə ilə fərdi yaşayış evi və torpaq sahəsinə aid sənədləşdirmə işlərini aparmağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, icarəyə verməyi, adından imza etməyi və s. digər hərəkətlər etməyi sonuncuya etibar etmişdir. Hazırkı iş üzrə Cavabdeh2 əmlakın mülkiyyətçisi, başqa sözlə əmlak barədə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti olan təmsilçi kimi iddiaçının etibarnamə verdiyi şəxs olaraq Cavabdeh1 tanımış, həmin əmlakın müqabilində pul vəsaitini Cavabdeh1 ödəmişdir. Müvafiq səlahiyyətli etibarnamə ilə hərəkət edən şəxs mövcud olduğu və onunla razılaşma əldə edərək müqavilə bağladığı halda, aldığı əmlakın müqabilində pul vəsaitini cavabdehin məhz hazırkı iddiaçıya ödəməli olması vəzifəsi də olmamışdır. Bu zaman nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçının verdiyi etibarnamə qüvvədə olmuşdur, sonuncu istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv etməsi üçün real imkanı olduğu halda bunu etməmiş, etibarnaməni qüvvədə olduğu müddətdə mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, hazırkı İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat ofisində təsdiq edilmiş AN-İ ******* nömrəli, 21 may 2015-ci il tarixli, reyestrdə 4-Ə 1549 nömrəsi ilə qeyd edilmiş, alıcı İbayeva Gülnar Məmmədağa qızı ilə satıcı İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh İbayev Gülnaz Məmmədağa qızına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və əvəzindən alınan 30000 manat pulun Abşeron rayon 1 saylı Notariat ofisinin depozit hesabına geri qaytarılması vəzifəsinin Cavabdeh1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)-1803/2020 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, o cümlədən həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri də müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(102)- 4170/2021 saylı qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(102)-4170/2021 saylı qərarının təsviriəsaslandırıcı hissəsindən görünür ki, kollegiya qeyd etmişdir ki, “...Belə ki, iddia tələbi müqavilənin etibarsızlığı barədədir. İddiaçı Mədəd qızı onun tərəfindən Cavabdeh1 21 may 2015-ci il tarixdə verilmiş etibarnamə ilə fərdi yaşayış evinin və torpaq sahəsinin Cavabdeh2 real dəyərindən ucuz qiymətə satılmasına istinad etmişdir. Apellyasiya məhkəməsi iş materiallarına əsasən müqavilənin etibarsız olması halını müəyyən etməmişdir. Əksinə, işə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarına əsasən müəyyən ediblər ki, İddiaçı Mədəd qızı tərəfindən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.018 ha torpaq sahəsinə dair verilmiş etibarnamədə həmin əmlakı satmaq da daxil olmaqla bir sıra hüquqlar etibar edilmiş və etibarnamənin etibarlılıq müddəti 21 iyun 2015-ci il tarixədək müəyyən edilmişdir. Alqı- satqı müqaviləsi bağlanan vaxt, yəni 21 may 2015-ci il tarixdə etibarnamə qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. Cavabdeh1 da qüvvədə olan etibarnamə əsasında verilmiş hüquqlar əsasında alqı-satqı müqaviləsi bağlamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur...”. Məhkəmə kollegiyası yuxarıda göstərilənlə əsasən, iddia tələbinin “etibarnamə əsasında mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri olaraq aldığı 30000 (otuz min) manat maliyyə vəsaitinin ona ödənilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, göründüyü kimi iddiaçı tərəfindən tələb olunan 30000 manat məbləğində pul vəsaiti məhz onun verdiyi etibarnamə əsasında mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri olaraq cavabdehə ödənilmiş pul vəsaitidir, hansı ki, iddiaçı qeyd olunan alqı-satqı müqaviləsini mübahisələndirmiş və iddiası təmin edilməmiş, məhkəmə qətnaməsindən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissəsi etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsindən törəmə tələbdir, bir halda ki, həmin müqavilənin etibarsızlığı sübuta yetirilməmişdir, hazırkı iddia tələbinin həmin hissədə təmin edilməsinin heç bir hüquqi əsası yoxdur, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası iddia tələbinin “həmin fərdi yaşayış evinin qalan dəyəri olaraq 40000 (qırx min) manat maliyyə vəsaitin müştərək qaydada ona ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi” ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, qeyd olunan alqı-satqı müqaviləsi əsasında iddiaçıya məxsus olmuş fərdi yaşayış evi və torpaq sahəsi 30000 manat məbləğə satılmışdır. Yuxarıda qeyd olunanlar da nəzərə alınmaqla, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı iddia tələblərinin təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmədiyndən və iddia tələbi ümumilikdə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə haqlı olaraq iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin ərizəsində göstərdikləri ilə bağlı qeyd etmişdir ki, qanunvericiliyin tələbi baxımından, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, nəzərə alınsa ki, iddiaçının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə isə apellyasiya şikayəti təmin edilməmişdir, bu hal iddiaçıya həmin vaxt məlum olmuşdur, buna görə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə göstərdiklərinin əsası yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla, iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2450/2021 saylı işi üzrə 25 oktyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2450/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1764/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1764/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver