Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1770/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 24 saylı Notariat Ofisinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1354/2021 saylı, 04.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı 24 saylı Notariat Ofisinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 600 kv.m torpağa (fərdi yaşayış evi iddiaçıya aid hissədə saxlanılmaqla) ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 600 kv.m torpaq sahəsi keçmiş qayınX2na məxsus olsa da, həmin ünvanda mərhum həyat yoldaşı və övladları ilə birlikdə o, yaşamış və orada fərdi yaşayış evini demək olar ki, iddiaçı inşa etmişdir. O, İbrahimova (Bağırova) Zeynəb Həsən qızı ilə 15 noyabr 2000-ci il tarixdə ailə qurmuşdur. Ailə qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində X7 məxsus torpaq sahəsində olan yarımtikili vəziyyətdə olan ünvana köçmüşlər. X5 razılığı ilə həmin evin ölçülərini genişləndirib, mərtəbə sayını artırıb, əsaslı təmir etmişdir. Belə ki, həmin vəsait hesabına yeni ev inşa etmək olardı. Həyat yoldaşı 20 sentyabr 2010-cu il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. Torpaq sahəsinin bələdiyyə və digər ödənişləri iddiaçı tərəfindən ödənilmişdir. X1 adına torpağa dair sərəncam da İddiaçı tərəfindən alınmışdır. Lakin bir müddət sonra X11 ilə münasibət pozulmuşdur. Həmin evə çəkilmiş xərcələrə dair Həsən İbrahimova qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş barışıq sazişi ilə yekunlaşmışdır. Belə ki, iş üzrə cavabdeh olmuş X11 etiraf etmişdir ki, evi iddiaçı inşa etmiş və həmin evi nəvəsinə, yəni iddiaçının övladına bağışlama və ya vəsiyyət yolu ilə verəcək. Lakin əmlak daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçmədiyi üçün həmin prosesin həyata keçirilməsi üçün vaxt tələb olunmuşdur. X11 17 avqust 2019-cu il tarixdə vəfat etmişdir. Həsən İbrahimov vəfat etdikdən sonra da həmin evdən istifadə etməklə vərəsəliyi faktiki o, qəbul etmişdir. Bir müddət əvvəl müəyyən oldu ki, Cavabdeh qeyd olunan ünvanda yerləşən və onun inşa etdiyi evi vərəsəlik qaydasında qəbul edib, sənədləşdirmək istəyir. İddiaçının mərhum həyat yoldaşı da X5 vərəsəsi olduğundan ona çatacaq payı iddiaçı və övladlarına çatmalıdır. Övladları yetkinlik çatmamış və onun himayəsindədir. Bundan başqa fərdi yaşayış evi onun şəxsi vəsaiti hesabına inşa edildiyi üçün miras əmlak predmetinə aid ola bilməz.
3. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 miras qalmış ünvan 2 ünvanında fərdi yaşayış evinin ½ hissədə vərəsəlik payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1354/2021 saylı, 04.10.2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Anar Rzayev).
5. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı 24 saylı Notariat Ofisinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 600 kv.m torpağa (fərdi yaşayış evi iddiaçıya aid hissədə saxlanılmaqla) ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 600 kv.m torpaq sahəsi keçmiş qayınX2na məxsus olsa da, həmin ünvanda mərhum həyat yoldaşı və övladları ilə birlikdə o, yaşamış və orada fərdi yaşayış evini demək olar ki, iddiaçı inşa etmişdir. O, İbrahimova (Bağırova) Zeynəb Həsən qızı ilə 15 noyabr 2000-ci il tarixdə ailə qurmuşdur. Ailə qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində X7 məxsus torpaq sahəsində olan yarımtikili vəziyyətdə olan ünvana köçmüşlər. X5 razılığı ilə həmin evin ölçülərini genişləndirib, mərtəbə sayını artırıb, əsaslı təmir etmişdir. Belə ki, həmin vəsait hesabına yeni ev inşa etmək olardı. Həyat yoldaşı 20 sentyabr 2010-cu il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. Torpaq sahəsinin bələdiyyə və digər ödənişləri iddiaçı tərəfindən ödənilmişdir. X1 adına torpağa dair sərəncam da İddiaçı tərəfindən alınmışdır. Lakin bir müddət sonra X11 ilə münasibət pozulmuşdur. Həmin evə çəkilmiş xərcələrə dair Həsən İbrahimova qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş barışıq sazişi ilə yekunlaşmışdır. Belə ki, iş üzrə cavabdeh olmuş X11 etiraf etmişdir ki, evi iddiaçı inşa etmiş və həmin evi nəvəsinə, yəni iddiaçının övladına bağışlama və ya vəsiyyət yolu ilə verəcək. Lakin əmlak daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçmədiyi üçün həmin prosesin həyata keçirilməsi üçün vaxt tələb olunmuşdur. X11 17 avqust 2019-cu il tarixdə vəfat etmişdir. Həsən İbrahimov vəfat etdikdən sonra da həmin evdən istifadə etməklə vərəsəliyi faktiki o, qəbul etmişdir. Bir müddət əvvəl müəyyən oldu ki, Cavabdeh qeyd olunan ünvanda yerləşən və onun inşa etdiyi evi vərəsəlik qaydasında qəbul edib, sənədləşdirmək istəyir. İddiaçının mərhum həyat yoldaşı da X5 vərəsəsi olduğundan ona çatacaq payı iddiaçı və övladlarına çatmalıdır. Övladları yetkinlik çatmamış və onun himayəsindədir. Bundan başqa fərdi yaşayış evi onun şəxsi vəsaiti hesabına inşa edildiyi üçün miras əmlak predmetinə aid ola bilməz.Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 miras qalmış ünvan 2 ünvanında fərdi yaşayış evinin ½ hissədə vərəsəlik payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə göstərilən hüquqi mövqeyə əsasən hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsi ilə X3 miras qalmış ünvan 2 ünvanında fərdi yaşayış evinin ½ hissədə öz vərəsəlik payının müəyyən edilməsini xahiş etdiyindən onun vərəsəlik üzrə hüquq varisliyinin subyekti olub-olmaması araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tuturQeyd olunan normaların məzmunundan aydın olur ki, hazırkı mülki iş üzrə Cavabdeh miras qoyan X6 birinci dərəcə vərəsəsi olmasına baxmayaraq sonuncunun kürəkəni İddiaçı ona münasibətdə vərəsəlik üzrə hüquq varisliyinin subyekti – vərəsəsi deyildir. Belə ki, birinci dərəcə vərəsə Cavabdeh mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməklə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mirası qəbul etmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində bir-birinə ziddiyyət təşkil edən əsasları irəli sürərək mübahisə predmeti olan daşınmaz əmlakın onun tərəfindən onun vəsaiti hesabına tikilməsini və bununla əlaqədar miras 10. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər 12. Apellyasiya şikayəti verən şəxsin tələbi 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir order 75A937D0-A9A6- 48E2-AEB2-C8DF8A91C80F.pdf Endir ərizə Elektron Ərizə.pdf Endir Dövlət rüsumunun ödənilməsi haqqında məlumat əmlak predmetinə aid olmamasını bildirsə də, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində elə həmin fərdi yaşayış evinə ½ hissədə öz vərəsəlik payının müəyyən edilməsini xahiş etmişdir. Odur ki, İddiaçı miras qoyanın vərəsəsi olmadığından mübahisəli fərdi yaşayış evinə ½ hissədə müstəqil vərəsəlik payının müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Tərəflərin izahatları:
7. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya və 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
11. Belə ki, iş materiallarında olan Sabunçu rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadlarından görünür ki, işə mahiyyəti üzrə baxılanadək Bakı şəhəri 24 saylı Notariat Ofisində miras qoyan X5 vərəsəlik işi üzrə notariat hərəkətlərinin dayandırılması və ünvan 3 ünvanında yerləşən X5 adına qeydiyyatdan keçən daşınmaz əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır.
12. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(008)- 1354/2021 saylı qərardadlarından görünür ki, işə mahiyyəti üzrə baxılanadək Bakı şəhəri 24 saylı Notariat Ofisində miras qoyan X5 vərəsəlik işi üzrə notariat hərəkətlərinin dayandırılması və ünvan 3 ünvanında yerləşən X5 adına qeydiyyatdan keçən daşınmaz əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır.
13. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.06.2021-ci il tarixli 2(103)-6548/2021 saylı qərardadından görünür ki, şikayət təmin edilərək Sabunçu Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadları ləğv edilmiş, iddianı təmin tədbiri barədə ərizələr təmin edilməmişdir.
14. İş materiallarında olan Bakı şəhəri 24 saylı Notariat Ofisinin 14 noyabr 2020-ci il tarixli, 763 saylı məktubunda göstərilmişdir ki, 17.08.2019-cu ildə vəfat etmiş X5 adından Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Q.Əfəndiyev küçəsi 600 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə arvadı Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bakı şəhəri,Sabunçu rayonu,Bakıxanov qəsəbəsi, Q.Əfəndiyev küçəsi, 600kv.m torpaq sahəsi ölənə 01.12.2014-cü il 695 N-li Sabunçu icra hakimiyyətinin sərəncamı əsasında aiddir.Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız əmlaka mülkiyyət hüququ təsdiq edən reyestrdən çıxarış təsdiq ediləndən sonra verilə bilər. Odur ki, vərəsəlik işinin icrası ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.Q.Əfəndiyev küçəsində 600kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çıxarış verilməsi üçün DƏDRX-yə məktub göndərilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
15. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-9731/2015 saylı 30 sentyabr 2015-ci il tarixli qərardadından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və mülki işin icraatına xitam verilmişdir.
16. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 01 dekabr 2014-cü il tarixli, 695 nömrəli Sərəncamının surətindən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 600 kv.m torpaq sahəsində inşa edilmiş bir mərtəbəli, yarımzirzəmili, mansardlı fərdi yaşayış evinin X6 adına hüquqi qeydiyyata alınmasına qərar verilmişdir.
17. İş materiallarında olan AZ-İİ 040048 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 17.08.2019-cu il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür.
18. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyətinin Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin 1896 saylı arayışının surətindən görünür ki, mərhum X11 17.08.2019cu il tarixdə vəfat etmiş, vəfat edənə kimi Cavabdeh, X15, X4, X12, X9 ilə birlikdə Bakıxanov qəsəbəsi, (O.Əfəndiyev) Qaçaq Nəbi küçəsi, 10A saylı evdə qeydiyytda olmuşdur.
19. İş materiallarında olan AЗ 129852 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Cavabdeh 28.02.1969-cu ildə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir.
20. İş materiallarında olan İЖГ 321228 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 05 may 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası Cavabdehdır.
21. İş materiallarında olan Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusunun 12.06.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17.08.2019-cu il tarixdə ölmüş X5 vərəsələri qızı X15 və arvadı-Cavabdeh miras əmlakdan pay almalıdırlar.
22. İş materiallarında olan Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusunun 12.06.2020-ci il tarixli miras payın bağışlanması haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh və X15 arasında Cavabdeh Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən 12.06.2020-ci il tarixdə 2V/39 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X2nun miras qalmış **-OB-*** dövlət qeydiyyat nişanlı VAZ 21104 minik markalı nəqliyyat vasitəsindən ona düşən payını qızı X10 bağışlaması haqqında müqavilə bağlanmışdır.
23. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 4G saylı ev 17.11.2020-ci il tarixdən X5 xüsusi mülkiyyətindədir. Hüquqi dəyərləndirmə:
24. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
26. Hazırki mülki iş üzrə iddiaçı mərhum qayınatasından onun arvadına miras qalmış əmlaka 2/1 pay hüququnun olmasını iddia edir və iddiasını mərhumun sağlığında həmin əmlakın yerləşdiyi torpaq sahəsinə sərəncam alması, öz vəsaiti hesabına evin genişləndirilməsini, mərtəbə sayının artırılması kimi hallara istinad etmişdir.
27. Kollegiya işin hallarına əsasən qeyd edir ki, iş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, 17.08.2019-cu il tarixdə ölmüş X3 miras qalmış əmlaka görə, qanun üzrə vərəsələr qismində – mərhumun həyat yoldaşı Cavabdeh və onun qızı X15 müəyyən olunmuşlar. Onlar mərhumdan miras qalmış avtomobili vərəsə olaraq qəbul etdikləri andan etibarən – mirasın bir hissəsinə faktiki sahiblik etməklə, mirası tamamilə qəbul etmiş sayılırlar. Belə ki, qanunun mənasına görə, mirasın bir hissəsi qəbul edildikdə, miras tam qəbul edilmiş sayılır.
28. Həmçinin iş materiallarında olan Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusunun 12.06.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17.08.2019-cu il tarixdə ölmüş X5 vərəsələri qızı X15 və arvadı-Cavabdeh miras əmlakdan pay almalıdırlar.
29. Kollegiya qeyd edir ki, işin hallarına əsasən hazırda mübahisələndirilən əmlaka mərhumun arvadı Cavabdeh və qızı X8 vərəsəlik üzrə payı müəyyən edilmişdir. Belə ki, birinci dərəcə vərəsə Cavabdeh mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməklə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mirası qəbul etmişdir. Belə olan halda, iddiaçı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka vərəsəlik payının olmasını idda edərkən əslində həmin əmlakın miras qaldığı şəxslərdən vərəsəlik payını tələb etmiş olur.
30. Kollegiya hesab edir ki, iddiaçı bu tələbində də haqsızdır. Belə ki, Mülki Məcəllənin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
31. Qeyd edilən normaların məzmunundan da aydın olur ki, mübahisələndirilən əmlakın mülkiyyətçisi Cavabdeh hazırda sağ olduğundan, həmin əmlakla bağlı vərəsəlik işi açılmadığından iddiaçının həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsinə dair tələbi əsassızdır.
32. İddiaçı həm iddia tələbində, həm də apellyasiya şikayətində həmin əmlakın yaxşılaşdırılmasına, inşa edilməsinə istinad edir ki, bu hal da özlüyündə onun vərəsə kimi tanınmasına əsas vermir. Əgər iddiaçı mübahisələndirilən əmlaka vəsait xərcləməsi halını irəli sürürsə, bu zaman o vərəsəlik payının müəyyən edilməsini deyil, ona dəymiş zərərin əmlakın mülkiyyətçisi tərəfindən ona ödənilməsi ilə bağlı iddia tələbi irəli sürə bilərdi.
33. Sadlanan xüsusatlara və qanunvericiliyin qeyd edilən tələblərinə əsasən kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
36. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1354/2021 saylı, 04.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev