Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1775/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(006)- 116/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh və və X1 "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e- 2(006)-116/2024 nömrəli qətnaməsi ilə (hakim Heydərova Əfsanə) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-116/2024 nömrəli, 03 mart 2025-ci il tarixli məktubu ilə mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məktubu nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1775/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli apellyasiya şikayətinin mümkünlüyünə dair qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1775/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1775/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver