Məhkəmə qərarları › İş №2(103)-1790/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1790/2024

12.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1790/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı ”bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması” tələbinə dair Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı mülki işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 saylı qərardadı ilə işə baxılıb yekun qərar çıxarılanadək mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. İşin mahiyyəti üzrə baxılmasından görünür ki: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı - Cavabdeh4 və Cavabdeh5 arasında ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, Cavabdeh4 mülkiyyətinə qaytarılmış ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına Cavabdeh4 məhkəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi, dövlət rüsumunun və ödənilən vəkil xərcinin tutulması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)- 2148/2022 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)-2148/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2(102)- 4434/2022 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)-2148/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(103)-1687/2023 saylı qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021 -ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, Cavabdeh4 və Cavabdeh5 arasında ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağlanmış 13 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh4 ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(103)- 1687/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən - İddiaçı1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı Cavabdeh4 mülkiyyətinə qaytarılmış mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh4 məhkəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi tələbinə dair hissədə ləğv olunması və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cavabdeh4 ünvan 1 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzilinin üzərindən həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Xətai Rayon Məkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı1 ümumilikdə 65700,24 manat pul vəsaiti ödəməli olduğu üçün, adına olan ünvan 3 ünvanda inşa edilən, 1 saylı binanın 100 nömrəli mənzilin satılması ön görülür. Lakin qeyd olunan mənzilin üzərinə İddiaçı1 tərəfindən məhkəmə qərarı ilə həbs qoyulmuşdur. Sonuncu dəfə Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6934/2021 saylı qərardadı ilə iddiaçının vermiş olduğu şikayət redd edilsə də, sonradan iddiaçı bu barədə Bakı Apellasiya məhkəməsinə qərardaddan şikayət vermişdir. Bakı Apellasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 4577/2022 nömrəli qərarı ilə Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6934/2021 saylı qərardadı ləğv edilmiş, qeyd olunan evin üzərində həbs saxlanılmışdır. Yuxarıda da qeyd olunduğu kimi məqsəd, evin üzərindən həbsin götürülməsi və evin dərhal (evin satılması üçün müştəridən artıq beh də alınıb) satılaraq cavabdehə olan borcun bir an əvvəl ödənilməsidir. Bu barədə Ədliyyə Nazirliyinin istintaq idarəsinə də xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə müraciət etmişdir və orada da evin satılıb, borcun ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Mülki Məcəllənin 373.2 və 375.2 maddələrini diqqətə alınıb, yuxanda qeyd oluna mənzilin üzərindən həbsin götürülməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(011)- 6934/2021 qərardadı ləğv edilmiş, mübahisə predmeti olan ünvan 1 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) üzərinə özgəninkiləşdirilmə ilə bağlı qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 162.1, 162.3, 162.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında mövcud mübahisəyə məhkəmədə baxılan zaman iddianın təmin tədbiri olaraq yekun məhkəmə qərarı çıxarılanadək mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə yekun məhkəmə aktı çıxarıldığından əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qadağanın tətbiq edilməsi zərurəti aradan qalxmışdır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(011)-6934/2021 qərardadı ləğv edilməli, ünvan 1 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) üzərinə özgəninkiləşdirilmə ilə bağlı qoyulmuş qadağa götürülməlidir. İddiaçı şikayət vermiş, xx.xx.2023-cü il tarixli № 2(011)-6934/2021 saylı Qərardadı ləğv edib borclu Cavabdeh4 ərizəsinin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 127, 129; Mülki Məcəllənin 3.1, 152.5, 152.6; Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 14, 47.2, 77, 82.3, 88, 135.6, 266, 267, 268, 269; “İcra haqqında” Qanunun 43.1.1, 45.1-ci maddələrinə; AR KM-nin xx.xx.2005-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı iş üzrə” 19 mart 1997-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli məhkəmə aktı işin faktiki hallarına, prosessual hüquq normaların mahiyyətinə, nə də ki illər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğunluq təşkil etmir. Hakim bildirişi imza etdikdən sonra borclu Cavabdeh4 ərizəsinə 3 gün müddətində baxıb, Xətai Rayon Məhkəməsində eyni tərəflər arasında çoxsaylı mübahisənin, yəni məhkəmə aktlarının icra edilməməsini nəzərə almadan, tələbkara heç bir rəsmi qaydada məlumat verilmədən, işin halları araşdırılmadan borclunun mənafeyinə uyğun qərardad qəbul edilir. Hansı ki, MPM-nin 135.6-cı maddsinin tələblərinə riayət olunmamışdır. (SMS və s. hallar baxımından) Borclu Cavabdeh4 ərizəsinin məzmunundan görünür ki, ünvan 1 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) üçün artıq “behi alıb” və evin satılmasına yönələn hərəkətləri açıq-aydın icra etmək niyyətindədir. Lakin işə baxan hakim nəzərə almayıb ki, borclunun tələbkara hazırkı vaxta qədər qanuni qüvvə almış məhkəmə aktları üzrə cəmi 98734,48 manat borcu olduğundan və iş icrada olduğu üçün, Cavabdeh3ndən müvafiq məlumat götürmədən işə qeyd olunan formada baxılması yolverilməzdir, məhdudiyyətin ləğvi borclu Cavabdeh4 öhdəlikləri üzrə məhkəmə aktlarının icrasız saxlanılmasına xidmət edə bilər və ərizə üzrə işin halları ətraflı qaydada araşdırılmadan, Cavabdeh3 məhkəmədə baxılan işə cəlb edilmədən və uzun bir müddətdə gedən məhkəmə mübahisəsi və əmlak üzrə məhdudiyyətin qoyulması ilə bağlı işin mahiyyətini nəzərə almadan, nəticədə borclu Cavabdeh4 iradəsinə cavab verən, lakin düzgün olmayan nəticəyə gəlmək əsaslı olmamışdır. Cavabdeh3nə Xətai Rayon Məhkəməsinin borclu Cavabdeh4 münasibətdə aşağıdakı məhkəmə aktları daxil olmuş və icraatdadır: Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 saylı qətnaməsi üzrə cəmi 59248,84 manat; Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-634/2018 saylı qətnaməsi üzrə cəmi 6451,84 manat; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-520/2022 saylı qətnaməsi üzrə 2349,10 manat; Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(011 )-17/2021 saylı qərardadı üzrə cəmi 4132,54 manat; Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(011)- 1083/2021 saylı qərardadı üzrə cəmi 4748,63 manat; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8405/2021 saylı qətnaməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-1280/2022 saylı qətnaməsi üzrə cəmi 3500,04 manat; Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-3/2023 saylı qərardadı üzrə cəmi 15293,37 manat; Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-893/2023 saylı qətnaməsi üzrə cəmi 3010,12 manat və s. Xətai Rayon Məhkəməsinin qeyd olunan qərardadı qəbul edilərkən, mövcud mübahisə üzrə qanuni qüvvəsini almış çox saylı məhkəmə aktları olduğu halda, borclu məhkəmə aktları üzrə borcu ödəməkdən imtina etdiyi üçün, prosessual hüquqlarının təmin olunmasına maneə yaratmış, icra sənədlərinin icrası mərhələsində məhkəmədə qeyri-müəyyənliyə yol verilmiş və adı gedən mübahisəli mənzilə dair qoyulmuş qadağaları götürülməsi ilə bağlı əsassız nəticəyə gəlmişdir. Aşkar haldır ki, məhkəmə aktlarının mahiyyəti nəzərə alınmadan, subyektiv mülahazə əsasında qanunsuz akt qəbul etmişdir. Yəni borclu məhkəmə aktlarını icra etmək istəmir. Məhkəmə də bu şəraiti yaratmış olur. Hazırkı ərizə ilə mənzilin özgəninkiləşdirilməsi ilə əlaqədar məhdudiyyətin götürülməsi barədə ərizə ona xidmət edir ki, borclu Cavabdeh4 Cavabdeh3 nəzarətindən kənar mənzili sərbəst surətdə özgəninkiləşdirə bilsin və icra qurumundan yayınsın. Hansı ki, məhkəmə tərəflərin iştirakı ilə mübahisəli məsələyə baxarkən icra şöbəsinin (səlahiyyətli nümayəndəsinin) nəzarəti altında alğısatqının icrasını təmin edə bilərdi. Məhkəmə aktları ilə müəyyən edilən borc məbləği Cavabdeh4 tərəfindən tam həcmdə ödənilməli, borclu Cavabdeh4 heç bir üstün şərait yaradılmamalıdır. Cavabdeh4 aid edilən daşınmaz əmlakın satılması zərurət yarandığı və borclu bunu könüllü istədiyi üçün prosesə (Cavabdeh4 qərəzli olaraq icradan yayınmasının qarşısının alınması məqsədilə) Cavabdeh3 cəlb edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh4 apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki,qərardad qanunverciliyin tələblərinə uyğun qəbul edilmişdir,qanuni və əsaslıdır, sübyektiv mülahizələrə görə ləğv edilə bilməz, ləğv edilməsi üçün göstərilən dəlillərin heç bir əsası yoxdur.Ona görə də apellyasiya şikayəti rədd edilməli,Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur; 54.1. İcra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir; 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər.162.2. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. 162.4. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qeyd edilənlər nəzərə alınmaqla birinci instansiya məhkəməsi işin hallarını (ərizədə və şikayətdə qeyd edilənləri) müvafiq mülki icraatın vəzifələrinə zidd sui-istifadəyə və özbaşınalığa şəraitin yaranmasını istisna edən tədbirin tətbiqini qüvvədə saxlanılma əsaslarını (səbəblərini) dəqiq müəyyən etməlidir. Müvəqqəti təminat tədbirinin qüvvədə saxlanılıb-saxlanılmaması məsələsi tərəflərin iştirakı ilə, bu tədbirin görülməsinə əsas olmuş mülki işin nəticəsindən (baxılmasından) asılı olaraq müfəssəl tədqiqatının aparılması ilə (çəkişmə şəraitinə müvafiq) həyata keçirilməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 80, “X3 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3, 26, 45-55; və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 157-164, 267-269, 371, 372, 385, 387, 397-ci maddələrinə əsasən hesab edir ki, şikayət təmin edilməklə qərardad ləğv edilməli və ərizə rədd edilməlidir. Belə ki, bu tədbir mülki dövriyyəni (hüquqları) məhdudlaşdırsa da, lüzumsuz yerə hüquqlardan məhrum edilməsinə və sui-istifadə hallarına şərait yaratmamalı, habelə mülki hüquq subyektlərinin bərabərliyini, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyini, mülkiyyətin toxunulmazlığını, müqavilələr azadlığını, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasını, pozulmuş hüquqların bərpasının təmin edilməsini, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyini və tarazlığını təmin etməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət prosessual qanunvericiliyinin müvafiq tələblərinə daban-dabana ziddiyyət təşkil edir və bu qənaətin hüquqi və faktoloji əsası olmamışdır. Müvəqqəti təminat tədbirin ləğv edildiyi halda cavabdehin edə biləcəyi hərəkətlər ərizəçinin məhkəmə müdafiə hüquqlarının və qətnamələrin icrasının pozulmasına səbəb ola bilər. Belə ki, iddia təmin tədbirinin və iddianın mahiyyəti hazırki iş üzrə iddiaçının digər mülki işlər üzrə tələbkar olduğu icra sənədlərinin icrasından yayınmaya xidmət edən əmlakın özgəninkiləşdirilməsinin qarşısının alınması olmuşdur və bu tədbirin ləğvi iş üzrə qəbul edilmiş yekun nəticə ilə ziddiyyət təşkil edir. Məhkəmə işin bu hallarını və məhz ərizənin əsasını da icra sənədləri üzrə icranın təmin edilməsi üçün tədbirin ləğv istəyini nəzərə almamışdır. Diqqətə çatdırılmalıdır ki, qeyd edilən prosedur bütün icra sənədlərinin birgə qiymət verilməsi müstəvisində icra qaydasında öz həllini tapmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh4 “əmlakın üzərindən həbsin götürülməsi” barədə ərizəsi rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar