Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1792/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2719/2013 saylı, 06 sentyabr 2013-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “lizing müqaviləsi üzrə borcun ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2719/2013 saylı, 06 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki halda Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud deyil. Belə ki, mülki iş materiallarında olan reyestr və poçt xəbərnaməsindən görünür ki, mübahisələndirilən qətnamə Cavabdeh2 06 sentyabr 2013-cü il tarixdə göndərilmiş, “Zeynalov” soyadlı şəxs tərəfindən 16 sentyabr 2013-cü il tarixdə imza olunaraq qəbul edilmişdir. (iş/vər. 95,97) Daha sonra Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək sözügedən qətnamənin surətini 25 noyabr 2021-ci il tarixdə qəbzə imza etməklə rəsmi qaydada təkrar almışdır. (iş/vər. 151) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bununla da kollegiya hesab edir ki, mülki iş materiallarında qətnamənin Cavabdeh2 tərəfindən alınmasına dair həm poçt xəbərnaməsi, həm də məhkəmə qəbzi olmasına baxmayaraq, birinci instansiya məhkəməsi onun verdiyi apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyini yoxlamamış və iş üzrə hər hansı əlavə prosessual hərəkət etməyərək verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Suraxanı Rayon Məhkəməsinin 2(010)-2719/2013 saylı, 06 sentyabr 2013-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1792/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1792/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver