Məhkəmə qərarları › İş №2(103)-1797/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1797/2020

20.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1797/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1, Üçüncü şəxsin nümayəndəsi, Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 X3, habelə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı “qaraj tikilisinə dair mülkiyyət hüququnun müəyyən edilməsi və müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3939/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, iddiaçıya məxsus olmüş Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105B saylı ünvanda yerləşən qarajla bağlı iddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək, icrasının Cavabdeh1-nin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdehlikdən çıxarılmasını və Bakı şəhəri, H.Əliyev prospekti, 105 B ünvanında yerləşən qaraj tikilisinin iddiaçının mülkiyyəti olmasına, həmin qarajla bağlı onunla Cavabdeh1 ilə satış müqaviləsinin bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 3939/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1-yə və mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı “qaraj tikilisinə dair mülkiyyət hüququnun müəyyən edilməsi və müqavilənin bağlanması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 1988-ci ildən pasport qeydiyyatında olduğu Heydər Əliyev prospekti, ev 105B, 35 saylı mənzili X7 adlı qadından almışdır. Həmin vaxt mənzillə birlikdə 105B ünvanda yerləşən və X7 adlı qadının istifadəsində olan 7 saylı qarajı da almışdır. 1992-ci ildə könüllü olaraq torpaqları erməni işğalçılarından müdafiəsində iştirak etmək üçün Füzuli bölgəsinə getmiş, 1996-cı ildə ordudan tərxis olunmuşdur. Döyüşlərdə aldığı xəsarətlərlə əlaqədar müalicəyə vəsait lazım olduğu üçün Bakı şəhəri, Nərimanov prospekti, 105B ünvanda yerləşən 35 saylı mənzili sataraq Səbail rayonu ərazisində yerləşən qaynının həyətində məskunlaşmağa məcbur olmuşdur. 7 saylı qarajı isə həmin vaxt qonşusu olan Mehman Əsgər oğlu adlı şəxsə istifadə üçün vermişdir. Mehman Əsgər oğlu adlı şəxs sonradan minik maşınını satdığı üçün qarajı qaytarmış və o, həmin qarajı yaxın qonşusu və ailəvi gedişi olan Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh2 ilə belə razılığa gəlmişdir ki, o qarajı işlədəcək və qarajla bağlı ödəmələri ödəyəcəkdir. Təxminən 2017-ci ilin yay aylarında məlum olmuşdur ki, qaraj olan ərazidə tikinti işləri aparılır. İddiaçı həmin əraziyə gedəndə məlum olmuşdur ki, Cavabdeh2 tikinti aparan Cavabdeh1-ni aldadaraq, qarajın ona məxsus olduğunu bildirmiş və müqavilə bağlamışdır. İddiaçı bunu tikinti şirkətinə bildirdikdən sonra Cavabdeh2 şirkətə dəvət olunmuş və bildirilmişdir ki, qaraj İddiaçı məxsusdur, qarajı boşaldacaq, müqavilə isə sonuncunun adına dəyişdiriləcəkdir. İddiaçının polisə ərizə verdiyi Cavabdeh2 məlum olduqdan sonra, sonuncu iddiaçı ilə şirkətə gedib, müqaviləni dəyişdirəcəyinə söz versə də müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh2 Cavabdeh1 şirkətinə gəlmədiyi üçün iddiaçı təkrarən Nərimanov rayon prokurorluğuna müraciət etmiş, şikayətin araşdırılması Nərimanov RPİ-nin 17-ci polis bilməsinə həvalə edilmiş, aparılmış araşdırma nəticəsində həmin qarajın iddiaçıya məxsus olması müəyyən olunmuş, lakin işin mülki xarakterli olması qənaətinə gələrək məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Cavabdeh1-dən həmçinin təhqiqata bildirilmişdir ki, Cavabdeh2 ilə şirkət arasında qarajla bağlı müqavilə bağlanmışdır. Lakin həmin müqavilə nə təhqiqata nə də ki, tələbkar kimi iddiaçıya verilməmişdir.Təhqiqatçı R.Diniyevin xx xxx 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın 1-ci səhifəsinin 5-ci abzasında izahatı təsvir edilmiş Abşeron rayon MİS hissəsinin 1 nömrəli MİS-nin rəisi İbadət Dünyamalıyevin izahatından müəyyən olunur ki, mübahisəli qaraj Cavabdeh2 məxsus deyil, Cavabdeh2 verilmiş ilkin arayışda texniki səhv olmuşdur. Lakin Cavabdeh2 Abşeron rayon Mənzil-İstismar Hissəsinin 1 nömrəli Mənzil-İstismar sahəsinin rəisi İ.Dünyamalıyev tərəfindən verilən arayışı məhkəməyə təqdim edərək, məhkəməni aldatmağa çalışmışdır. Cavabdeh2 qarajın 7 saylı deyil, 3 saylı olmasına dair gətirdiyi dəlil isə mübahisə predmetini dəyişmir. Mübahisəli qaraj həmin qarajdır və iddiaçıya məxsusdur. İddiaçıdan məlumatsız cavabdeh tərəflərin qanunsuz sövdələşməsi nəticəsində iddiaçıya məxsus qaraj sahəsi söküldüyü üçün qarajın iddiaçıya məxsus olması, iddiaçının mülkiyyəti olması məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı və Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi, Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 X5 məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşmateriallarında olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin təhqiqatçısı Rüstəm Diniyev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxx 2019-cu il tarixli qərarına əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, ərizəçiyə mülki mübahisənin həlli üçün aidiyyəti məhkəməyə müraciət etmək hüquq izah olunmuşdur. İddiaçı tərəfindən təqdims olunmuş Abşeron rayon Kommunal Təsərrüfat Hissəsinin xx xxxx 1972-ci il tarixli arayışının surətinə əsasən E.P.Sarkisov adlı şəxsə 1965-ci ildə Moskva prospekti 105A və Zavokzalnı 20 ünvanları ərazisində qalaj tikintisinə icazə verilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı qarnizonu Mənzil-İstismar hissəsinin 4 No-li Mənzil-İstismar sahəsinin xx xxxxxxxx 2019cu il tarixli arayışına əsasən H.Əliyev prospekti, 105 B ünvanında yerləşən 3 nömrəli qaraj Cavabdeh2 tərəfindən 2018-ci ilə qədər istifadədə olub, qaraj haqqı vaxtı vaxtında ödənilib. İş materiallarında olan satıcı Cavabdeh1 və alıcı Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, S323 saylı müqavilənin surətinə əsasən, satıcı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 3-cü blokundan 51A saylı, 120,5 kv.m. təmirsiz mənzili şirkət ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli A01 saylı ilkin müqaviləyə əsasən Alıcı mülkiyyətinə verir. X6 şirkətə olan 5000 manat borcunu 20 ay ərzində ödəməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh1 X1rşı “qaraj tikilisinə dair mülkiyyət hüququnun müəyyən edilməsi və müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin mübahisə predmeti olmuş qaraja dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.Həmçinin iddiaçının iddia etdiyi qaraj sahəsinə onun mülkiyyət hüququnu yaradacaq digər əsaslar da məhkəmə araşdırması zamanı müəyyən edilmir. Ona görə də, məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbini həmin hissədə əsassız hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinəəsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Məcəllənin 178.1 və 178.2-ci maddələrinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmə kollegiyası izah edir ki, qanunvericiliyin göstərilən müddəalarına əsasən daşınmaz əmlakın üzərinə şəxsin mülkiyyət hüququnun yaranmasının əsasları aşağıdakı ola bilər: qanunla müəyyən olunmuş qaydada əmlakın verilməsi (müqavilə, vərəsəlik və s.) və yeni daşınmaz əmlakın yaradılması. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən Bakı şəhəri, H.Əliyev prospekti 105B ünvanında yerləşən qaraj tikilisinə mülkiyyət hüququnun yaranmasını əsas verən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, onun daşınmaz əmlaka belə hüququnun tanınmasına dair tələbi əsassız olunmuşdur və birinci instansiya məhkəməsi əsaslı olaraq həmin tələbini rədd etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, E.P.Sarkisov adlı şəxsə qaraj tikintisinə icazə verməsinə dair Abşeron rayon Kommunal Təsərrüfat Hissəsinin xx xxxx 1972-ci il tarixli arayışı (onun surəti) hazırki iddianın təmin olunması üçün əsas ola bilməz. Belə ki, həmin arayışla nəinki İddiaçı, həmçinin E.P.Sarkisova mülkiyyət hüququ verilməmiş, sonuncuya qarajdan istifadə hüququ verilsə də, həmin hüququn iddiaçıya ötürülməsini və hüququnun hazırda qüvvədə olmasını təsdiq edən mötəbər sənəd məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təhqiqat orqanının qərarı iddiaçının daşınmaz əmlakın üzərinə mülkiyyət hüquqlarının tanınması üçün əsas ola bilməz. Belə ki, belə bir qərarın mülkiyyət hüququnun tanınması üçün əsas kimi qəbul edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı qarnizonu Mənzil- İstismar hissəsinin 1 No-li Mənzil-İstismar sahəsinin Cavabdeh2 adına həqiqətə uyğun olmayan arayışın verməsi də iddianın əsaslılığını sübut etmir. Belə ki, MİS-in hər hansı arayışı daşınmaz əmlak üzərinə hüquq-müəyyən edici sənəd deyildir və onun məzmunundan asılı olmayaraq, hər hansı şəxsin mülkiyyət hüququnun tanınması üçün qanunvericiliklə müəyyən olunmuş əsasların mövcud olub-olmaması sübut olunmalıdır. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 390.3-cü maddəsinə əsasənmüqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, müqavilənin bağlanılması vəzifəsinin hər hansı şəxsin üzərinə qoyulması müqavilə azadlığı prinsipinin pozulması ilə nəticələnir və iddianı həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X9 Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 3939/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıyaaid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar