Məhkəmə qərarları › İş №2(103)-1797/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1797/2023

28.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1797/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi X3, İddiaçıların nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh1 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(009)-1680/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinə dair X1 və İstismarı idarəsi ilə Cavabdeh1 aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(009)- 1680/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçılar tərəfindən apelyasiya şikayəti və “buraxılmış müddətin bərpası barədə” ərizə verilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusu ilə həmin mülki iş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayətə ilə baxılması ilə əlaqədar qeyd edilən mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf mülki işin apelyasiya baxışından çıxarılmasına etiraz etmədiklərini qeyd etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxılması üçün iş apelyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən mülki iş üzrə verilmiş şikayət birinci instansiya məhkəməsinə daxil olarkən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə artıq Bakı Apelyasiya Məhkəməsində olmuş və bu səbəbdən məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş tələblərinə əməl edə bilməmişdir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(009)- 1680/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1797/2023 saylı qərardadı ləğv olunsun, Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar