Məhkəmə qərarları › İş №2(103)-1809/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1809/2021

02.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1809/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Bakı Şəhəri Cavabdeh2nə və “xxxx” MMC-yə qarşı xx.xx.2020-ci il tarixli açıq hərracın nəticələri haqqında 30/01 nömrəli protokolun, həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-6514/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Bakı Şəhəri Cavabdeh2nə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli açıq hərracın nəticələri haqqında 30/01 nömrəli protokolun, həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təminetmə tədbirinin görülməsi barədə məhkəməyə ərizə verərək, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək “Kia Cerato” minik markalı 99- ET110 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 6514/2020 №-li qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi və avtomobilin üzərinə həbs qoyulması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanılmış xx xxxx 2014-ci il tarixli, 12303 l-CNS-3505 nömrəli kredit müqaviləsinə əsasən,Bank illik16 faiz dərəcəsi ilə 3 il müddətinə İddiaçı 13201 ABŞ dolları məbləğində kredit ayırmışdır. Kredit borcuna təminat kimi “Bank“xxxx” ASC ilə İddiaçı eyni zamanda, yəni xx xxxx 2014-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, Tərlan Heydəropva məxsus “KİA CERATO” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil Bankın xeyrinə qirov qoyulmuşdur. xx xxxx 2015-ci il tarixdə tərəflər arasında №12303l-CNS-3505 nömrəli kredit müqaviləsinə dəyişiliklik edilməsi barədə tərəflər arasında 01 saylı Əlavə imzalanmışdır. Həmin Əlavənin şərtlərinə görə İddiaçı xx xxxx 2015-ci il tarixə mövcüd olan borcu kapitalaşdırılaraq 11130 ABŞ dolları məbləğdə müəyyən edilmişdir. Yeni razılaşmanın şərtlərinə görə ipoteka qoyan İddiaçı 11130 ABŞ Dolları məbləğində müəyyən edilmiş kredit borcunu 19 ay 27 gün müddətində qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi, Bank İddiaçı savadsızlığından sui-istifadə edərək sonuncu üçün son dərəcədə əlverişsiz şərtlərlə yeni müqavilə bağlamışdır. Yeni müqavilənin bağlanmasına səbəb həmin ərəfərlərdə, yəni 2015-ci illin əvvələrində manat dəyərdən düşərək ABŞ Dollarına münasibətdə kəskin devalvasiya olmuşdur. Müqavilə şərtlərini öz xeyrinə dəyişdirdikdən sonra, Bank İddiaçı qarşı məhkəmə dərhal iddia qaldırıb borcun qaytarılmasını və onun ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli 2(008)-5847/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək ümumi məbləğ olaraq 10681 ABŞ Dollar məbləğində pulun cavabdeh İddiaçı tutulması və tutmanın ipoteka predmeti olan “KİA İCERATO” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı tərəfindən Banka olan borcun bir hissəsi ödənilmişdir, lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri nəticəsində 2015-ci ilin fevral ayında və sonralar manat kəskin devavlasiyaya uğramışı səbəbindən borcun qalan hissəsini ABŞ Dolları ilə ödəyə bilməmişdir. Manatın devalivasiyası əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların banklar sistemi qarşısında vaxtı keçmiş kredit öhdəliklərin yerinə yetirilməsi ilə bağlı problemlər yaranmışıdır. İş icra mərhələsində olsa belə, Bank ”xxxx” İddiaçı ABŞ Dollarla verilən borcun restrukturizasiyası barədə müvafiq tətbirlər görməli və borcu bir hissəsini silməklə onun yenidən hesablamalıdır. Lakin, borcun silinməsi və yenidən hesablanması üçün Bank heç bir tədbir görməmiş, Sabunçu Rayon Məhkməsinin xx xxxxxx 2015-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini restrukturizasiya etməmiş və həmin borcun tam məbləğdə Tərlan Heydərovdan tələb etməyi davam edir. Belə ehtimal olunur ki, fiziki şəxslərin kretit borclarının restrukturizasiyası üçün dövlət büdcəsindən ayrılan pul vəsaitləri Bank tərəfindən təyinatı üzrə istifadə edilməmişdir. Hazırda, tərəfindən Bank “xxxx“ ASC-nin qanunsuz həkətləri barədə Azərbaycan Respublikası Milli Bankına şikayət edilmiş, habelə borcun restrukturizasiya edilməsi tələbi ilə məhkəməyə iddia verilmişdir. İddiaçı Banka borclu olub-olmaması , borclu olduğu halda hansı məbləğdə olduğu həmin məhkmənin qərarı əsasında müəyyən ediləcəkdir. Hazırda isə bütün məsələlər qeyri-müəyyəndir. Bu halda avtomobilin Bankın sərəncamında qalması, İddiaçı avtomobilə olan mülkiyyət hüquqularının pozulması ilə nəticələ bilər. İddiaçı Banka olan borcunu ödəməkdən imtina etmir, sadəcə olaraq ABŞ dolları ilə verilmiş kreditin restrukturizasiya edilməsini və qanuna müvafiq düzgün hesablanmasını tələb edir. Ona görə bütün bu məsələlər həll oluna kimi avtomobilin həbsdə olması məqsədmüvafiqdir və hər iki tərəfin tarazlaşdırılmış maraqlarına xidmət edir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 6514/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). İddianı təmin etmək üçün müəyyən hərəkətləri cavabdehə qadağan etmək barədə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İş materiallarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(008)-5847/2015 saylı qətnaməsi ilə 10570,04 ABŞ dolları əsas borc, 110,96 ABŞ dolları faiz borcu, cəmi 10.681 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Cavabdeh1 (Azərbaycan) ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı məxsus olan “KİA Cerato” minik markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 (Azərbaycan) ASC-yə olan borcun ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı Şəhəri Cavabdeh2nə göndərilmişdir. Hazırkı iş üzrə iddianı təmin etmə tədbiri kimi “Kia Cerato” minik markalı **- ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını qeyri-mümkün edəcəkdir. Bu baxımdan, iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsinə dair qərardad qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 6514/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar