Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1811/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: pul tələbi, öhdəliyin icra edilməməsi, sübutetmə, sübutların düzgün qiymətləndirilməməsi, maddi hüquq normalarının düzgün tətbiq olunmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X6 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X5, cavabdehlər Cavabdeh1, Cavabdeh3, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X8 və X9 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 29 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 3 ədəd taxta konstruksiyalı ev Abşeron rayonu, Saray qəsəbəsində yerləşməklə Cavabdeh3 məxsus olmuş, onun tapşığına əsasən həmin evlər Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında cəmi 45000 manata İddiaçı satılmış, evlərin sökülüb yerləşdikləri torpaq sahəsindən aparılması üçün iddiaçıya 2 ay vaxt verilsə də, o həmin müddətdə evləri götürməmiş, evlərin olduğu torpaq sahəsi ardıcıl olaraq müxtəlif şəxslərə satılmış, alıcı (torpaq sahəsinin mülkiyyətçisi) X16 torpağı üzərindəki həmin evlərlə birlikdə aldığını bildirərək iddiaçının evləri aparmasına icazə verməmişdir. Bu səbəbdən hazırkı mübahisə yaranmışdır. Abşeron rayon Pİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə X7 şikayəti həmin İdarədə araşdırılmış, bununla belə cinayət tərkibi yaranmadığından toplanmış material üzrə fakta görə CM-in 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, hər biri 15000 manat olmaqla, üç ədədinin cəmi dəyəri 45000 manat olan, Bakı-Quba avtomobil yolunun Abşeron rayonunun Saray qəsəbəsinin ərazisindən keçən hissəsində, yolun kənarında torpaq sahəsinin üzərində yerləşən, sökülüb aparması mümkün olan üç ədəd taxta konstruksiyalı evlərin və ya sökülüb aparması mümkün olmadıqda 45000 manat məbləğin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X15 ilə birgə, əmlak alqı-satqısında vasitəçiliklə məşğul olan Cavabdeh1 hər birinə 15000 manat olmaqla üç ədədinə cəmi 45000 manat pul verib, Bakı-Quba avtomobil yolunun Abşeron rayonunun Saray qəsəbəsinin ərazisindən keçən hissəsində, yolun kənarında yerləşən torpaq sahəsinin üzərində sökülüb aparması mümkün olan üç ədəd taxta konstruksiyalı evlər almışlar, lakin aldıqları taxta konstruksiyalı evləri həmin ərazidən dərhal apara bilməmişlər. Səbəb isə, həmin taxta konstruksiyalı evlərin qoyulacağı ərazinin səliqəyə salınması, düzlənməsi ilə bağlı olub. Bu qarşılıqlı razılaşma ilə həmin taxta evlərin onlara məxsus ərazidə bir neçə ay saxlanmasına razılaşıblar. Bir müddət, yəni ərazi hazır olandan sonra həmin taxta evlərin onların ərazidə montaj olunmasını xahiş ediblər. Sonradan onlara məlum olub ki, həmin ərazi başqa şəxslərə satılıb, dəfələrlə tələb etməsinə baxmayaraq nəticə əldə edə bilməmişdir. Bir neçə dəfə həmin şəxslərə müraciətlər etmələrinə baxmayaraq, onlar əmlaklarını geri qaytarmaqdan imtina etmiş və müxtəlif bəhanələr ilə əlaqəyə girməkdən yayınmışdır. Ona görə də məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Qeyd olunan taxta evlər cavabdehlərə məxsus torpaq sahəsində saxlanılır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(005)-2698/2023 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin olunmamışdır.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tələbini sübuta yetirə bilməmişdir.
6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385, 442, 446, 566.2, 567-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 həm də dəllallıqla məşğul olur. Tərəflər razılaşmışlar ki, cavabdeh ona torpaq sahəsi tapır, iddiaçı həmin torpaq sahəsini alır və evləri ordan söküb yeni alacağı torpaq sahəsində yerləşdirir. Həmin dövrdə məhz Cavabdeh1 özünün iddiaçıya təklif etdiyi Şahin adlı usta ilə iddiaçı gedib evlərin ölçüsünü götürmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3lar hər biri öz izahatında bildirmişdir ki, onlar torpağı başqa şəxslərə satmış, bu zaman satdıqları şəxslərə həmin torpağın üzərində olan evlərin iddiaçıya məxsus olduğunu, iddiaçının gəlib onları aparacağını demişlər. Əgər iddiaçı cavabdehlərlə razılaşmasını həqiqətən də pozsaydı və öhdəliyini yerinə yetirməsəydi, bu zaman cavabdehlər torpağı satdığı zaman evlərin yiyəsi olan iddiaçının evləri hələ də götürmək hüququ olduğunu torpağı satdığı adamlara bildirməzdi. Cavabdeh İ.Məmmədov izahatında göstərmişdir ki, pandemiya ilə bağlı avqust ayında yollar açılmış və o, Bakıya gəlmiş, gələndən sonra torpağa da müştəri çıxmış, torpağı almaq istəyən İslam adlı şəxslə görüşüb danışmış və razılaşmışlar. Halbuki, işin hallarından müəyyən edilir ki, tərəflər arasında taxta evlərə dair müqavilə elə məhz 19 avqust tarixində bağlanmış və tərəflər bu tarixdən bir neçə ay sonra evlərin oradan götürüləcəyi barədə razılığa gəlmişlər. Məhkəmə tələbin ikinci hissəsi ilə bağlı qiymətləndirmə aparmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 sonuncu məhkəmə iclasında iştirak etməsələr də, xx.xx.2024-cü il tarixli əvvəlki məhkəmə iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədiklərini bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
12. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Rəşad Mikayılov bildirdi ki, o, torpaq sahəsini alarkən orada yerləşən 3 ədəd taxta konstruksiyalı evləri də almışdır. Belə ki, onların hər birinə görə 10 000 manat olmaqla, cəmi 30 000 manat pulu satılan torpaq sahəsinin mülkiyyətçisinin etibarnamə üzrə nümayəndəsinə ödəmişdir.
13. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işdə iştirak etməyə cəlb edilmiş X17 isə göstərdi ki, o, torpaq sahəsini Rəşad Mikayılovdan almış, lakin Rəşad Mikayılov həmin taxta evləri ona satmamışdır. O, yalnız torpaq sahəsini almışdır. Hazırda onun mülkiyyətində olan torpaq sahəsində həmin taxta konstruksiyalı evlərdən yalnız biri qalıb, digər iki ev aparılıb.
14. Cavabdeh2 və üçüncü şəxs Vahid Məmmədov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 446.1. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Maddə 446.4. Kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. Maddə 446.5.2. Gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq əşyanın təsadüfən korlanması və ya məhv olması riski onun üzərinə düşür. Maddə 556.2. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
20. İddiaçı iddia edir ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında hər biri 15000 manat olmaqla 3 ədəd taxta evi cəmi 45000 manat pul ödəməklə Cavabdeh1 almış, lakin evləri yerləşdiyi torpaq sahəsindən götürməmiş, qarşılıqlı razılaşma ilə həmin taxta evlərin onlara məxsus ərazidə bir neçə ay saxlanmasına razılaşmış, lakin həmin ərazi başqa şəxslərə satılmış və taxta evlər ona təhvil verilməmişdir.
21. İşdən göründüyü kimi, bundan əvvəl iddiaçının əri Ceyhun Cəfərov əmlaklarının qanunsuz ələ keçirilməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmiş, Abşeron RPİ-də müvafiq araşdırma aparılmış və toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı İstintaq şöbəsi tərəfindən hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1, X2 və Cavabdeh2 izahatlar alınmışdır.
22. Cavabdeh1 Polis idarəsində verdiyi izahatında göstərmişdir ki, qohumu X3 Bakı-Quba yolunun kənarında, Saray qəsəbəsinin ərazisində yerləşən öz torpaq sahəsində dörd ədəd taxta materialdan evi olmuş, özü Rusiya Federasiyasında olduğu üçün həmin evlərin satışını ona həvalə etmiş, o da evin birini satdıqdan sonra üç ədəd taxta materialdan olan evi X10 (iddiaçının əri) hər birinin qiyməti 15000 manat olmaqla, cəmi 45000 manat verməklə sadə yazılı müqavilə əsasında satmışdır. X28 aldığı taxta materialdan olan evləri aparmamışdır. Sonradan torpaq sahəsini qohumu X29 İslam adlı şəxsə satmışdır. X29 İslama torpaq sahəsində olan evlərin Ceyhun adlı şəxsə satıldığını və gəlib aparacağını dəfələrlə demiş, Hacı İslam evlərin Ceyhun tərəfindən aparılacağına etiraz etməmişdir. X30 həmin torpaq sahəsini Emin adlı şəxsə satmışdır.
23. Həmin araşdırma zamanı Cavabdeh3 izahatında (i.v.115) bildirmişdir ki, taxta evlərin satılması üçün qohumu Hüseynə müraciət etmişdir. Üç ədəd taxta evi Hüseyn 45000 manata satıb pulunu ailə üzvlərinə vermişdir. Taxta evlərin yeni sahibi evlərin götürməsi üçün iki ay vaxt istəmiş, o da evlərin götürülməsi üçün iki ay vaxt vermişdir. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxta qədər evləri alan şəxs onları götürməmişdi. Ona görə də, Hüseynə demişdir ki, evləri alan şəxs evləri torpaq sahəsindən götürsün, çünki həmin torpaq sahəsini satmaq istəyir. Hüseyn evləri almış, adı sonradan mənə məlum olan Ceyhun adlı şəxsə zəng edib evləri götürməsi barədə onun tələbini çatdırmışdır. Maddi ehtiyacı olduğu üçün 2020-ci ilin oktyabr ayında taxta evlərin yerləşdiyi torpaq sahəsini satmışdır. Torpaq sahəsini Hüseynin vasitəsi ilə İslam və Şirin adlı şəxslərə satmışdır. Qaynatası və qardaşı onlara Bakı şəhərin 3-cü mikrarayon dairəsində notariat kontorunda etibarnamə vermişlər ki, sonradan onlar torpaq sahəsini öz adlarına keçirsinlər. Torpağı satarkan o və Hüseyn torpağı alan İslam və Şirinə bildirmişlər ki, torpağın üzərində olan üç ədəd taxta ev onlara aid deyil, həmin evləri başqa şəxsə satmışlar və həmin şəxs gəlib evləri aparacaq.
24. Həmin araşdırma zamanı Cavabdeh2 (i.v.113) izahatında göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında Bakı-Quba yolunun kənarında, Saray qəsəbəsinin ərazisində 0,054 ha-dan ibarət torpaq sahəsini X21 adlı şəxsdən Bakı şəhərində yerləşən 11 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsi dostları X8 və X11 adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsini almaq üçün 200000 manat, üzərində olan üç ədəd taxta materialdan olan evlərin hər birinə 10 000 manat olmaqla cəmi 30 000 manat pul vermişdir. Bir müddət sonra torpağın sahibi İslam adlı şəxs gəlib Orxan adlı şəxsin onu aldatdığını bildirmiş, bu zaman onun nümayəndəsi olan Emin adlı şəxs Orxanla onun arasında olan mübahisəni öz aralarında həll etməyi bildirmişdir.
25. Birinci instansiya məhkəməsi 3 ədəd taxta konstruksiyalı evlərin satıcısı olan Cavabdeh3 və onun tapşırığını icra edən (şifahi tapşırığa əsasən nümayəndəsi) Cavabdeh1 xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyi – yəni 3 ədəd taxta konstruksiyalı evlərin təhvil verilməsi öhdəliyini pozduqları və ya lazımınca icra etmədiklərinin müəyyən edilmədiyi, iddiaçının özünün razılaşdırılan vaxtda evləri sökdürüb aparmadığı qənaətinə gəlmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh2 da həmin torpaq sahəsini üzərindəki 3 ədəd taxta konstruksiyalı evlərlə birlikdə Orxan adlı şəxsdən aldığını, torpaqdan əlavə evlərə görə ayrıca 30000 manat ödədiyini bildirmiş, O, həmin evləri alarkən evlərin mübahisəli olduğunu bilməmiş, vicdanlı əldə edən olmuşdur.
26. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehlərdən Cavabdeh1 Cavabdeh3 tapşırığı əsasında hərəkət edərək taxta evləri iddiaçıya satdığına dair etirafedici izahatlarını nəzərə almamış, sübutları düzgün qiymətləndirməmiş, torpaq sahəsinin əvvəlki və hazırkı mülkiyyətçilərini prosesə cəlb etməmiş, taxta evlərin torpaqla birgə satılıb-satılmamasını kifayət qədər araşdırmamışdır.
27. Cavabdeh1 apellyasiya baxışı zamanı istintaq orqanına verdiyi izahatı təsdiq edərək göstərdi ki, 3 ədəd mübahisəli taxta evlərin sahibi Cavabdeh3dur. O, mülkiyyətçinin şifahi tapşırığına əsasən evləri hər birinin dəyəri 15 000 manatdan hesablanmaqla cəmi 45 000 manata iddiaçıya satmış və əldə olunan vəsaiti Cavabdeh3 (qohumları vasitəsilə) çatdırmışdır. İddiaçıya evləri gəlib aparmasını söyləsələr də, hər dəfə bir bəhanə ilə evləri aparmamışdır. Sonradan torpaq başqa şəxsə satılmış və onlar alıcıya həmin torpağın üzərində olan evləri sahibinin gəlib aparacağını bildirmişlər. Bu məsələdə onların heç bir təqsiri yoxdur.
28. Cavabdeh3 apellyasiya baxışı zamanı nə iddianı, nə də apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, o, iddiaçını şəxsən tanımamışdır. Taxta evləri iddiaçıya onların tapşırığına əsasən hərəkət edən Cavabdeh1 satmışdır. Hüseyn taxta evlərin dəyərini ona ödəmişdir. İddiaçı yerinin olmadığını əsas gətirərək evlərin sökülüb aparılması üçün 2 ay vaxt istəmiş, lakin gəlib aparmamışdır. Sonra o, torpağı etibarnamə ilə İslam adlı şəxsə satmışdır. İslama bildirmişdir ki, ərazidə yerləşən taxta evlər Vüsalə adında xanıma satılıb, yerləri olmadığına görə apara bilməyiblər. Bir müddət sonra İslam da həmin torpağı Orxan adlı şəxsə bir neçə ton beton müqabilində satmışdır. Orxan İslama 2-3 maşın beton versə də, torpağı 100 000 manata başqa bir şəxsə satıb Türkiyəyə qaçmışdır. Həmin evlərin hazırda kimdə olduğu, satılıb-satılmadığı barədə məlumatı yoxdur. O, öz üzərinə düşən öhdəliyini tam yerinə yetirmişdir.
29. Apellyasiya baxışı zamanı taxta evlərin qoyulduğu torpaq sahəsinin mülkiyyətçilərinin kimliyini, mübahisəli taxta evlərin kimin sahibliyində olmasını aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğu göndərilmiş və alınmış cavab məktubundan müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh3 qardaşı X4 adına qeydə alınmış, o, həmin torpaq sahəsini X12, Rəşad Mikayılov isə X1. Hazırda torpaq sahəsi sonuncunun mülkiyyətindədir.
30. Apellyasiya baxışı zamanı həmin şəxslər müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişlər.
31. Üçüncü şəxs X16 apellyasiya baxışı zamanı verdiyi izahatında torpaq sahəsini Vahid Məmmədovun etibarnamə üzrə nümayəndəsi X14 alıb, taxta evlərin hər biri üçün 10000 manat olmaqla, cəmi 30000 manat ödəyib. Sonradan torpağı Əhməd Eminova satsa da, evləri satmamışdır.
32. Üçüncü şəxs X17 isə apellyasiya baxışı zamanı verdiyi izahatında Rəşad Mikayılovdan yalnız torpağı aldığını, evi almadığını bildirmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, daşınar əmlak olan 3 ədəd taxta konstruksiyalı evlərin sahibi Cavabdeh3 olmuşdur. O, həmin evləri faktiki olaraq özünün olsa da, mülkiyyət hüququ üzrə qardaşı X4 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,27625 ha torpaq sahəsində saxlamışdır. Cavabdeh3 şifahi tapşırığına əsasən hərəkət edən qohumu Cavabdeh1 xx.xx.2020-ci il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin evləri hər birinin dəyəri 15 000 manatdan hesablanmaqla cəmi 45 000 manata İddiaçı satmışdır. İddiaçı satıcı tərəfindən müəyyən olunmuş vaxt ərzində evləri ərazidən aparmamışdır. Evlərin saxlanc olaraq qoyulduğu 0,27625 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Vahid Məmmədov tərəfindən Rəşad Mikayılova, xx.xx.2022-ci il tarixdə isə Rəşad Mikayılov tərəfindən Əhməd Eminova satılmışdır. Hazırda həmin torpaq sahəsinin mülkiyyətçisi Əhməd Eminovdur. Əhməd Eminov torpaq alqı-satqısı zamanı mübahisəli evləri almadığını bildirsə də, Rəşad Mikayılov xx.xx.2020-ci il tarixdə torpağı alarkən taxta evləri də aldığını, hər birinə görə 10 000 manat olmaqla, cəmi 30 000 manat ödədiyini göstərmişdir. Göründüyü kimi, mübahisəli taxta evlər xx.xx.2020-ci ildə 45 000 manata İddiaçı satılmış olsa da, xx.xx.2020-ci il tarixdə torpaq sahəsi ilə birlikdə yenidən Rəşad Mikayılova 30 000 manata satılmışdır. Əhməd Eminovun apellyasiya baxışı zamanı verdiyi izahatdan o da aydın oldu ki, mübahisəli taxta evlərdən ikisi artıq ərazidən aparılıb və ərazidə yalnız bir ev qalıb.
34. Yuxarıda qeyd olunduğu kimi, 0,27625 ha torpaq sahəsinin və mübahisəli taxta evlərin faktiki sahibi Cavabdeh3 olmuşdur və həm torpaq sahəsi, həm də taxta evlər onun tapşırığına əsasən satılmışdır. Mübahisəli taxta evlər Cavabdeh3 tapşırığına əsasən Cavabdeh1 tərəfindən iddiaçıya satılmış və əldə edilmiş 45 000 manat pul vəsaiti Cavabdeh3 verilmişdir. İşin bu halı nə Cavabdeh1, nə də Cavabdeh3 tərəfindən mübahisələndirilməmişdir. Onların iddiaya etirazının əsas dəlili iddiaçının mübahisəli evləri 2 ay ərzində ərazidən aparmaması ilə bağlıdır.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisəli taxta evlərə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində öhdəliyin icra müddəti, yəni taxta evlərin iddiaçıya nə vaxt təhvil verilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, işin apellyasiya baxışı zamanı müəyyən edilən hallara Mülki Məcəllənin 567, 568, 569, 575, 452-ci maddələri tətbiq olunmalı və hazırkı mübahisəyə həmin normalar baxımından qiymət verilməlidir. Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2. Əgər alqı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Maddə 575. Əşyanı vermək vəzifəsinin icra edilməməsinin nəticələri 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Maddə 452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
37. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının hazırkı mübahisəyə tətbiqi nəticəsində bu qənaətə gəlir ki, iddiaçı mübahisəli əmlakları, yaxud onların dəyərini tələb etməkdə haqlıdır. Onun tələbinə cavab verməli olan şəxs Cavabdeh3dur. İddiaçıya satılmış əmlaklar sonradan başqa şəxsə satıldığından iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
40. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.2, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Cavabdeh3 45 000 (qırx beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.