Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1819/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2407/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən birgə qaydada verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh ASC-nin Mərkəz Filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 13007-1277/411338 saylı kredit müqaviləsinin etibarsız hesab olunmasına və ya kredit məbləğinin 68840 ABŞ dolları olması hissəsində dəyişdirilərək, həmin günə olan manat məzənnəsi ilə, yəni 53998 manat olaraq ifadə edilməsinə, Cavabdeh ASC ilə İddiaçı1 və X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 13007- 1277/411338ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinin “əsas kredit öhdəliyinin məbləği” hissəsində etibarsız hesab olunmasına və ya 68840 ABŞ dolları olması hissəsində dəyişdirilərək, həmin günə olan manat məzənnəsi ilə, yəni 53998 manat olaraq ifadə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-1135/2017 saylı icra vərəqəsinə əsasən başlanmış bütün icra hərəkətlərinin müvəqqəti olaraq dayandırılması, hərracın keçirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2407/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçılar tərəfindən həmin qərardaddan birgə verilmiş şikayət məhkəmənin eyni saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, qanuni qüvvədə olan məhkəmə aktı üzrə icra hərəkətlərinin dayandırılmasının əsasları və qaydası “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimləndiyindən və iddiaçının ərizəsində qoyduğu məsələ hazırkı iş üzrə iddianın təmin etmə tədbiri olmadığından rayon məhkəməsi ərizənin təmin edilməməsinə dair iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə açıq-aşkar əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) xx xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157- 159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2407/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1819/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1819/2021
24.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver