Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-182/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı Ləğv prosesində olan "Texnikabank” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Ləğv prosesində olan "Texnikabank” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-923/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan "Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 26820,58 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 10205,96 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 27 sentyabr 2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 2916,86 manat borc, cəmi 48541,33 manat məbləğində borcun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934 saylı bağ evi 0.111129 ha torpaq sahəsi ilə birlikdə və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934C saylı bağ sahəsi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması və borcun ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934 saylı bağ evi 0.111129 ha torpaq sahəsi ilə birlikdə və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934C saylı bağ sahəsi torpaq sahəsi ilə birlikdə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digərlərinin istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və ASC- yə təhvil verilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-923/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Cavabdeh2 26462,78 manat əsas borcun, müqavilə müddəti üçün hesablanmış 12413,99 manat faiz borcunun, müqavilənin bitdiyi tarixdən 27 sentyabr 2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 2916,86 manat borc, cəmi 41793,63 manat məbləğində borcun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "Texnikabank” ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçurayonu, Vişnyovka 2 bağ sahəsi, 934 saylı bağ evi 0.111129 ha torpaq sahəsi ilə birlikdə və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934C saylı bağ sahəsi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması və borcun ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934 saylı bağ evi 0.111129 ha torpaq sahəsi ilə birlikdə və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934C saylı bağ sahəsi torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 130 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması və Dövlət büdcəsinə köçürülməsi və iddianın qalan hissəsinin təmin edilməməsi (Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1, 124.1; "İpoteka haqqında” Qanunun 47.5, 59.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6, 317.1, 318.1, 319.1, 443.1, 449.4, 445.2, 739.1-ci maddələrinə istinadən) qət edilmişdir.
2. İşin icraatı zamanı:: "Bank Technique” ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 1272/014 saylı kredit müqaviləsinə əsasən, şəxsi istehlak xərci məqsədi üçün cavabdehə 37000 manat məbləğində 36 ay müddətində, illik 18 faiz dərəcəsi ilə kreditin ayrılmasını iddiaçı öz öhdəsinə götürmüşdür;-Cavabdeh2 üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq 25 iyul 2014-cü il və 15 iyul 2014-cü il tarixlərində "Bank Technique” ASC ilə Cavabdeh1 arasında 1272/1/14 saylı və 1272/1/14 saylı ipoteka müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934 saylı bağ evi 0.111129 ha torpaq sahəsi ilə birlikdə və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934C saylı bağ sahəsi torpaq sahəsi, Banka ipoteka qoymuşdur; - Məhkəmə tərəfindən təyin edilmiş "Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2020-ci il tarixli 31980 saylı ekspert rəyində 25 iyul 2017-ci il tarixə əsas kredit borcu 26462,78 manat, faiz borcu 9539,83 manat. 27 sentyabr 2019-cu il tarixə əsas kredit borcu 26462,78 manat, faiz borcu 12413,99 manat. Qeyd edilir ki, hazırki tədqiqata (məhkəmənin ekspertiza təyini haqqında qərardadın 3-cü sualında qeyd olunduğu kimi) 25 iyul 2014-cü il tarixli 1272/014 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-nə olan borcu müqavilənin bitdiyi gündən 27 sentyabr 2019-cu il müddətinədək illik 5 faiz olmaqla hesablanıldığı göstərilmişdir.(iş səh. 38, 48, 109 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(006)-923/2020 nömrəli qətnaməsini qismən ləğv edərək, ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 39.3.3, 59.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.1, 158.4, 269.1, 269.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnamənin ümumi hissisində “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə istinad edərək qətnamədə əmlakın ilkin satış qiymətini müəyyən etməli olduğunu qeyd etsə də, qətnamənin “qət etdi” hissəsində ipoteka predmeti olan əmlakın qiymətini konkret olaraq müəyyən etməmişdir. Bununla əlaqədar qətnamənin ümumi hissəsində həmin məsələyə qeyri- ilkin satış qiyməti olaraq onun bazar dəyərini və ya likvid dəyərini əsas götürməsini vurğulamışdır. Bu isə əmlakın əsassız olaraq bazar dəyəri əsasında icra vərəqəsi veriləcəyi ehtimalını yaradır. Belə ki, ipoteka müqaviləsi tərəflər arasında 25 iyul 2014-cü il tarixdə bağlanmışdır. Həmin ipoteka müqaviləsinin 3.4-cü bəndində ipoteka ilə yüklü edilmiş əmlakın (Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi, 934 saylı bağ evi 0.111129 ha torpaq sahəsi ilə birlikdə "xxxx" MMC tərəfindən bazar dəyəri - 51000 manat, likvid dəyəri - 43000 manat və Bakı Şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi, 934C saylı bağ sahəsi) "xxxx" MMC tərəfindən bazar dəyəri - 16000 manat, likvid dəyəri - 13000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsinin “qət etdi” hissəsində ipoteka predmetinin ilkin satış qiymətini (likvid dəyərini) qeyd etməməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə, sözügedən qətnamədə ipoteka predmeti olmuş əmlakların ilkin satış qiymətinin likvid qiyməti əks etdirilmədiyi üçün icra edilməsi əsassız yerə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmlakın Bankın mülkiyyətinə götürüldüyü təqdirdə iş üzrə cavabdehə əsassız fərq ödəməsinə gətirib çıxaran amildir. Bu isə Bankın kreditorları qarşısındakı öhdəliklərinin çox gec icra edilməsinə və kreditor hüquqlarının pozulmasına zəmin yaradır. Brinci intansiya məhkəməsi ipoteka satıldıqdan 1 ay sonra Cavabdeh1 və digərlərinin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin fərdi yaşayış evindən yaşayış evinin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi barədə tələbi ilə bağlı qətnamədə qeyd edir: “Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir”. Lakin, bank mübahisələndirilən qətnamənin iddianın “ipoteka qoyan və ailə üzvləri və digər şəxslərin istifadə hüquqlarının itirilməsi, fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi” hissəsinin təmin edilməməsi ilə razılaşmır və qətnamənin bu hissəsini də qüvvədə olan qanunvericiliyin və tərəflərin götürdüyü öhdəliklərin şərtlərinə zidd hesab edir. İlk öncə onu qeyd elmək lazımdır ki, birinci instasiya məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün qeyd etmişdir ki, “iddiaçı həmin əmlaka münasibətdə mülkiyyətçi deyil, statusuna malikdir”. Məhkəmə belə qənaət formalaşdırarkən ipoteka hüququnun mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatının əşya hüququnun subyekti olan şəxslərin əmlak hüquqlarına da şamil olunmasını, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarının istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməli olmasını nəzərə almamışdır. Mülkiyyətçinin tələb etmə hüququ mənzil satıldıqda əmələ gəlir. Nəqədərki mənzil satılmayıb, iddiaçı bu tələblə məhkəmədə çıxış edə bilməz. Belə ki, iddiaçı Bank əşya hüququ olan ipoteka hüququ əsasında Azərbaycan Respublikası Qanununun tələblər, əsasında yüklü mənzildə qeydiyyatda olan şəxslərin mənzildən çıxarılması tələbini qoymaqda haqlıdır. Göründüyü kimi, Bankın ipoteka hüququ əsasında onun əşya hüquqları müdafiə edilməli, bu hüquqların müdafiəsinə yönlən tələb hüququ İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində “mülkiyyət” kimi qiymətləndirildiyindən, Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin təcrübəsində mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatının əmlak hüquqlarının sahiblərinə də şamil olunması tanındığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 158.4, 158.1.1 və 269.5-ci maddələri və “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsi nəzərə alınmaqla Bankın yüklü mənzildə qediyyatda olan və mənzilin yüklü edilməsinə notarial razılıq vermiş şəxslərin mənzildən çıxarılması tələbi ipoteka münasibətlərinin mahiyyətindən irəli gəlir, bu tələblər məhkəmə tərəfindən təmin edilməli idi. Apellyasiya icraatında müəyyən edilən hallar və prosess iştirakçılarının izahatları:
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qiymətləndirmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934 saylı bağ evi, 0,111129 ha torpaq sahəsi ilə birlikdə iddianın qaldırıldığı və ekspertiza aparılan dövrlərə:Likvid dəyəri 33000,0 manat təşkil edir. Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934C saylı bağ sahəsinin iddianın qaldırıldığı və ekspertiza aparılan dövrlərə:Likvid dəyəri 24000,0 manat, aparılmış tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir.
5. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarxli arayışında qeyd edilmişdir ki, aparılmış tədqiqatın dəyəri "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 200 manat təşkil etmiş və həmin məbləğ tam şəkildə Ləğv prosesində olan "Texnikabank” ASC tərəfindən ödənilmişdir.
6. İddiaçı Ləğv prosesində olan "Texnikabank” ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, Məhkəmə Ekspertiza Xidmətləri MMC tərəfindən verilmiş arayışı təqdim edərək, ekspertiza xərcinin bank tərəfindən ödənildiyini, bu səbəbdən qərar qəbul edilərkən ekspertiza xərci hissəsində nəzərə alınmasını xahiş etdiklərini, ekspert rəyi ilə razı olduqlarını bildirmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324, 372- 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550- 554, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilmiş müddətlər üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.
10. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri qismən təsdiq edildiyindən, qətnamə ləğv edilməli, iddia sonuncu ekspert rəyinə müvafiq (mənzilin ilkin satış qiyməti hissəsində) qismən təmin edilərək , Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934 saylı bağ evi 0.111129 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 33000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934C saylı bağ sahəsininilkin satış qiyməti isə 24000 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Birinci instansiya məhkəməsi qətnaməsinin “qət etdi” hissəsində ipoteka predmetinin ilkin satış qiymətini (likvid dəyərini) qeyd etməməkdə düzgün olmayan nəticəyə gəlmişdir. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən: ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edən Məhkəmə qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
11. Tələbin ipoteka satıldıqdan 1 ay sonra Cavabdeh1 və digərlərinin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin fərdi yaşayış evindən yaşayış evinin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi hissədə qanunvericilik normalarına əsasən Birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı Bankın iddia tələbinin mübahisəli ipoteka predmeti olan “yaşayış sahələrindən” istifadə hüququna xitam verilməklə, həmin şəxslərin evdən çıxarılması və həmin mənzilin boşaldılması hissədə təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən məhkəmə Mülki Prosessual Məcəllənin 2.2, 9, 13, 14, 15, 217, 218 və 220-ci maddələrinə uyğun qətnamə qəbul etmişdir və bu hissədə qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün heç bir əsas mövcud deyildir.
12. Azərbaycan Respublikası Konstitusiyasının 13 (İİ) və 29-cu maddələrinin tələblərinə görə Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
13. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
14. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 6.1, 10.4, 34.1, 59.3cü və MM-in 269.1, 269.4, 269.5, 270.1, 271.1, 273, 309.1, 317 və 319.1-ci maddələrinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, dövlət qeydiyyatına alınan ipoteka müqaviləsi üzrə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada ipoteka saxlayanın tələbinin ödənilməsi (borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi) üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 8.0.7-8.0.9-cu maddələrinə görə normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, habelə ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi, habelə normativ hüquqi aktların ziddiyyətsizliyi prinsipləri əsasında həyata keçirilir.
16. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.Müqavilədə birbirini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 17.Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 18.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən qeyd edilməlidir ki, bu maddə bütövlükdə Qanunun 59-cu maddəsinin digər hissələri ilə vəhdətdə təfsir edilməlidir. Adıçəkilən maddədə göstərilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 19.Qanunun 59.4-cü maddəsinə görə: Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. 20.Deməli, qanunvericilik ipoteka predmetinin satılmasından (özgəninkiləşdirilməsindən) sonra belə mənzildə (evdə) yaşayan şəxslərə yaşayış sahəsini tərk etmək üçün müddət müəyyən edir. Bundan əlavə, mənzildə (evdə) yaşayan şəxslərin yönəlmə və satılma prosedurlarında iştirak etmək, mənzili (evi) əldə etmək (hərracda və s.), habelə gələcək mülkiyyətçinin yaşayan (istifadə hüququ olan) şəxsləri evdən (mənzildən) çıxarmamaq, onlarla mülki (müqavilə və s.) münasibətlərə daxil olmaq hüquqları və digər müəyyən edilməyən məsələlər var ki, bunlara qabaqcadan qiymət verilməsi və ona görə qətnamənin nəticə hissəsinin təmin edilən şəkildə tərtib edilməsi yolverilməzdir. Mülkiyyətçi olmayan üçüncü şəxsin tələbi ilə istifadə hüquqlarına xitam verilməsi adıçəkilən hüquqlara birbaşa ziddir. Şəxsin mülkiyyət hüquqlarına xitam verilməsi onun satışından və hüquqlarının digər qaydada ötürülməsindən sonra baş tutmuş olcaqdır. Nə qədər ki, bu hal baş verməyib, mülkiyyət hüququnun məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 21.Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehlərə aid edilməli, apellyasiya icraatı zamanı keçirilən və iddiaçı tərəfindən ödənilən ekspertiza xərci onun xeyrinə cavabdehlərdən tutulmalıdır. 22.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Ləğv prosesində olan "Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-923/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Ləğv prosesində olan "Texnikabank” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” iddiası qismən təmin edilsin. Cavabdeh2 26462,78 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 12413,99 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 27 sentyabr 2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 2916,86 manat borc, cəmi 41793,63 (qırx bir min yeddi yüz doxsan üç manat altmış üç qəpik) manat məbləğində borc, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 80 (səksən) manat rüsum və 30 (otuz) manat dövlət rüsum tutularaq ləğv prosesində olan "Texnikabank” ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934 saylı bağ evi 0.111129 ha torpaq sahəsi ilə birlikdə və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 934C saylı bağ sahəsi torpaq sahəsi ilə, ilkin satış qiyməti müvafiq olaraq 33000 (otuz üç min) manat və 24000 (iyirmi dörd min) manat müəyyən edilərək, birlikdə borca yönəldilsinlər, açıq hərracdan satılaraq borcun ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. "xxxx" MMC tərəfinfən aparılmış qiymətləndirmənin dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı Ləğv prosesində olan "Texnikabank” ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.