Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1821/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “Azneft” İB-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı “Azneft” İB-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(009)-55/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(009)-55/2021 saylı qətnaməsi ilə iddiaçı “Azneft” İB-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(103)-1821/2022 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək həmin məhkəmənin 06 yanvar 2022-ci il tarixli 2(009)-55/2021 saylı qərardadından iddiaçı “Azneft” İB tərəfindən şikayət verilməsi bildirilmiş və şikayətə baxılıb münasibət bildirilməsi üçün mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(009)-55/2021 saylı qərardadı ilə həmin məhkəmənin 13 avqust 2021-ci il tarixli 2(009)-55/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh ərizəsi təmin edilmiş, “Azneft” İB tərəfindən həmin qərardaddan şikayət verilmişdir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(103)-1821/2022 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(009)- 55/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş qərardaddan şikayətə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(103)-1821/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(009)-55/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(009)-55/2021 saylı qərardadından iddiaçı “Azneft” İB tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1821/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1821/2022
01.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver