Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1828/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X18 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13nə və Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Unibank” Kommersiya Bankı X13nə və Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyət hüququ ilə məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ev 94B, 17 nömrəli mənzilin xx xxxx 2019-cu il tarixdə hərracdan satılması ilə əlaqədar “hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 46 nömrəli protokol”un və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqavilə”nin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-151/2018 nömrəli qətnaməsinə əsasən xx xxxxxx 2014-cü il tarixli 062UG/14 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli 062G/14 nömrəli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 43.275,47 (qırx üç min iki yüz yetmiş beş dollar qırx yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 5.830,49 (beş min səkkiz yüz otuz dollar qırx doqquz sent) ABŞ dolları, cərimə borcu üzrə 500 (beş yüz) ABŞ dolları olmaqla, cəmi 49.605,96 (qırx doqquz min altı yüz beş dollar doxsan altı sent) ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə; xx xxxx 2015-ci il tarixli 134G/15 nömrəli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 12.205,82 (on iki min iki yüz beş manat səksən iki qəpik) manat, faiz borcu üzrə 193,94 (bir yüz doxsan üç manat doxsan dörd qəpik) manat, cərimə borcu üzrə 200 (iki yüz) manat olmaqla, cəmi 12.599,76 (on iki min beş yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat pulun əvəzi İddiaçı və X8 müştərək qaydada “Unibank” Kommersiya Bankı X13nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı hazırki iş üzrə “Unibank” Kommersiya Bankı X5 borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən “Unibank” Kommersiya Bankı X5 borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin İddiaçı verilməsi və hərrac yolu ilə satıldıqdan 1 (bir) ay sonra cavabdehlər İddiaçı, Cəfərova ( Əlizadə ) Həmidə Füzuli qızının və X6 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzili boşaldılması, İddiaçı və X8 müştərək qaydada məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx xxxx 2018-ci il tarixli 2(007)-151/2018 nömrəli qətnaməsini icraya yönəldərək icra vərəqəsi vermiş və icra vərəqəsini icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Həmin icra vərəqəsinə əsasən, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi Cavabdehnə ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 94B, 17 nömrəli mənzilin açıq hərracdan satılması üçün hərrac keçirilməsinə dair sifariş vermişdir. Cavabdeh hərracı təşkil edərək, əmlakın ilkin satış qiymətini 120.000 (bir yüz iyirmi min) manat müəyyən etmiş, təkrar hərracda qiyməti 15% azaldaraq 102.000 (bir yüz iki min) manat, sonradan 25% aşağı salaraq, əmlakı son satış qiyməti 76.500 (yetmiş altı min beş yüz) manata xx xxxx 2019-cu il tarixdə “Unibank” Kommersiya Bankı X13nə satmışdır. Hərracların (ilkin, təkrar) keçirilməsi barədə ona nə Cavabdehndən, nə də ki, Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsindən hər hansı bir yazılı və şifahi məlumat verilməmişdir. Hərracın keçirilməsi və əmlakın satılmasından o, Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 17/71-5A 4495 nömrəli icra tədbirinin görüləcəyi barədə məktubunu aldıqdan sonra xəbər tutmuş və dərhal Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən ona hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 46 nömrəli protokolun surəti təqdim edilmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmamış, ona hərracın keçirilməsinin vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar haqqında bildiriş göndərilməmiş və hər hansı bir formada təqdim edilməmişdir. Bununla, onun qanunvericiliklə müəyyən olunmuş hərracda iştirak etmək hüququ pozulmuşdur. Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsi ona hərracın yekunları barədə protokoldan başqa sənəd təqdim etmədiyi üçün vəkili sorğu ilə Cavabdehnə müraciət edərək “hərrac təşkilatının hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 46 nömrəli protokolu”nun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqavilə”nin təsdiq olunmuş surətlərini istəmişdir. Həmin sorğuda göstərilən sənədlər hələlik onlara təqdim edilməmişdir. Ona görə də hesab edir ki, məhkəmə İddiaçı mülkiyyət hüququ ilə məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 94B, 17 nömrəli mənzilin xx xxxx 2019-cu il tarixdə hərracdan satılması ilə əlaqədar “hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 46 nömrəli protokol”un və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019cu il tarixli müqavilə”nin etibarsız sayılması haqqında qətnamə qəbul etməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4535/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə əsaslandırılmaqla qeyd edilmişdir ki, X12 X13 ipoteka predmeti olan əmlakı təkrar hərracın keçirilməsindən təxminən 1 il sonra əldə etmişdir. Bundan başqa, məhkəmə tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı və qeyrilərinə çatmaması məsələsi araşdırılmamışdır. Məhkəmə bu məsələyə aydınlıq gətirməli olduğu halda bunu etməmişdir. Bu isə o deməkdir ki, hərrac müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Unibank” Kommersiya Bankı X13 və Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsi səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-151/2018 nömrəli icra vərəqəsinin surətindən və məzmunundan göründüyü kimi, müvafiq qətnamə ilə xx xxxxxx 2014-cü il tarixli 062UG/14 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli 062G/14 nömrəli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 43.275,47 (qırx üç min iki yüz yetmiş beş dollar qırx yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 5.830,49 (beş min səkkiz yüz otuz dollar qırx doqquz sent) ABŞ dolları, cərimə borcu üzrə 500 (beş yüz) ABŞ dolları olmaqla, cəmi 49.605,96 (qırx doqquz min altı yüz beş dollar doxsan altı sent) ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə; xx xxxx 2015-ci il tarixli 134G/15 nömrəli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 12.205,82 (on iki min iki yüz beş manat səksən iki qəpik) manat, faiz borcu üzrə 193,94 (bir yüz doxsan üç manat doxsan dörd qəpik) manat, cərimə borcu üzrə 200 (iki yüz) manat olmaqla, cəmi 12.599,76 (on iki min beş yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat pulun əvəzi İddiaçı və X8 müştərək qaydada “Unibank” Kommersiya Bankı X13nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı hazırki iş üzrə “Unibank” Kommersiya Bankı X5 borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən “Unibank” Kommersiya Bankı X5 borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin İddiaçı verilməsi və hərrac yolu ilə satıldıqdan 1 (bir) ay sonra cavabdehlər İddiaçı, Cəfərova ( Əlizadə ) Həmidə Füzuli qızının və X6 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzili boşaldılması, İddiaçı və X8 müştərək qaydada məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən olunmuşdur. Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin Cavabdehnə, “Unibank” Kommersiya Bankı X13nə, İddiaçı, X11, X7 və X9 ünvanladığı xx xxxx 2018-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-151/2018 nömrəli icra sənədinə əsasən borclu İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinin hərrac vasitəsi ilə satışının təşkil edilməsini xahiş edilmişdir. Cavabdeh xx xxxx 2019-cu il tarixli 46 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə ptotokolun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilini 76.500 (yetmiş altı min beş yüz) manat dəyərində “Unibank” Kommersiya Bankı X13 əldə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşmır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən az 30 gün qalmış verilir. Hərracın keçirilməsinə ən az 15 günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.7. maddəsinə əsasən 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin qanunun 43.8. maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hazırkı işdə müəyyən olunur ki, “X10” MMC tərəfindən mübahisəli hərrac keçirilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər ipoteka qoyan olan iddiaçıya çatdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Yəni bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən müvafiq sənədi imzalaması tələb olunur. Qanunvericilik bildirişin tərəflərə verilməsi vəzifəsini hərrac təşkilatının üzərinə birbaşa qoyduğu üçün hərrac təşkilatı tərəfindən bu prosessual qaydaya əməl edilməməsi hərracın keçirilmə qaydalarının pozulması deməkdir. Hərracın keçirilməsinin qaydaları ona hesablanmışdır ki, mülkiyyətçi ona məxsus olan mənzilin hərraca çıxarılması ilə bağlı məlumatları əldə edə bilsin və qanunda nəzərdə tutulan hüquqlarından istifadə edə bilsin. Belə ki, mülkiyyətçi özü hərracda iştirak edə bilər, başqa şəxsləri cəlb edə bilər. Çünki borcun məbləğindən dəyərli olan mənzilinin hərraca çıxarılmış dəyərindən xeyli aşağı qiymətə bankın mülkiyyətinə keçməsindənsə, onu öz təşəbbüsü ilə satması ona daha sərfəlilidr. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələrində təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqaviləsinin və 46 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə ptotokolun müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilini 76.500 (yetmiş altı min beş yüz) manat dəyərində “Unibank” Kommersiya Bankı X13 almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməlidir. Lakin təkrar hərracın xx xxxxxx 2018-ci il tarixdə keçirilməsinə baxmayaraq “Unibank” Kommersiya Bankı X13 mənzili qanunvericilikdə nəzərdə tutulmuş müddətdə əldə etməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, ipoteka predmetinə xitam verilməli olmasına baxmayaq, xitam verilmədiyi üçün hazırki iş üzrə hərracın nəticələri etibarsız sayılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırki iş üzrə hərrac qanun pozuntusu ilə keçirilməsi müəyyən edildiyindən, iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilməli, hərracın nəticələrinə dair tərtib edilmiş yekun protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, bununla bağlı iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4535/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyət hüququ ilə məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ev 94B, 17 nömrəli mənzilin xx xxxx 2019-cu il tarixdə hərracdan satılması ilə əlaqədar “hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 46 nömrəli protokol”u və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019cu il tarixli müqavilə”si etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1828/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1828/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver