Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1848/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3504/2022 saylı 16 yanvar 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3504/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli A170 saylı Daxili lizinq müqaviləsi və lizinq verən İddiaçı MMC, öhdəlik ötürən X3 və öhdəlik götürən Cavabdeh arasında bağlanmış A170 saylı Daxili lizinq müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə razılaşma ləğv edilmiş, Cavabdeh 12979 ABŞ dolları əsas lizinq borcu, 1617 ABŞ dolları lizinq mükafatı, 300 ABŞ dolları cərimə olmaqla cəmi 14896 ABŞ dolları məbləğində borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), zərərin qiymətləndirilməsi üçün ödənilmiş 300 manat və 213 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 100 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3504/2022 saylı 16 yanvar 2023-cü il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh hazırda həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi və apelyasiya şikayətinin (müddətin bərpası ərizəsi ilə birgə) icraata qəbul edilməsinin təmin edilməsini xahiş edərək, göstərmişdir ki, qətnamə onun rəsmi qeydiyyatda olduğu ünvana çatdırılmayıb, yalnız icra məmurunun rəsmi ünvanına göndərdiyi icraata başlamaq haqqında qərardan xəbərdar olmuşdur. Asan imza nömrəsi texniki problemlər mövcud olduğu üçün (kontur yükləməyə imkanı olmayıb) işləmirdi, buna görə də elektron kabinetdən istifadə edə bilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı hazırki iddia ərizəsinin verilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada 213 manat dövlət rüsumu ödəmişdir. Bununla belə, cavabdeh verdiyi apellyasiya şikayəti üzrə 106,5 manat dövlət rüsumu ödəməli olduğu halda cəmi 50 manat dövlət rüsumu ödəmişdir. Bundan başqa, qətnaməsinin surəti xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir və cavabdeh qətnamənin surətini həmin tarixdə almış hesab olunur. Cavabdeh isə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Həmçinin müddətin bərpası ilə bağlı tərəfindən ərizə verilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə nəzər yetirdikdə müəyyən edilir ki, cavabdeh apelyasiya şikayəti ilə bərabər (apelyasiya şikayətinin tərkibində) “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə də vermiş və müddətin bərpa olunmasının təmin olunmasını xahiş etmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizəyə hər hansı münasibət bildirilməmiş, apelyasiya şikayətinin geri qaytarılması barədə qərardadda göstərilən səbəblərdən biri də müddətin ötürülməsi və müddətin bərpası ilə bağlı ərizə verilməməsi olmuşdur. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən müddətin bərpası barədə ərizəyə müvafiq qaydada baxılmalı və münasibət bildirilməli idi. Odur ki, apelyasiya şikayətinin geri qaytarılması barədə qərardad ləğv edilərək, göstərilən ərizəyə baxılıb münasibət bildirilməsi üçün iş məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3504/2022 saylı 16 yanvar 2023-cü il tarixli ləğv edilsin və cavabdeh tərəfindən verilmiş «apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə» ərizəyə baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1848/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1848/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver