Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1850/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “depozitlərin (pul vəsaitlərinin) üzərində irsi transmissiya üzrə vərəsəlik hüququnun tanınması və sair tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(011)-4455/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh və 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, atası X5 və onun arvadı X1 vəfatından sonra onların birgə nikah dövründə əldə olunmuş və X1 adına olan - "xxxx" ASC-nin Nizami filialında olan ******************** saylı hesabda olan 577.25 AZN, 20836L********** saylı əmanət (depozit) hesabda olan 15.000 AZN, 20836L********** saylı əmanət (depozit) hesabda olan 15.000 AZN, 20836L********** saylı əmanət (depozit) hesabında olan 10.000 AZN, 20836L********** saylı əmanət depozit hesabında olan 25.000 AZN, 20836L********** saylı əmanət (depozit) hesabında olan 10.000 AZN, 20836L********** saylı əmanət (depozit) hesabında olan 10.000 AZN pul vəsaitinə dair vərəsəlik hüququnun tanınması, payının müəyyən edilməsi və bununla bağlı şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-də (Nizami filialında) İddiaçı adına olan əmanət (depozit) hesablara X2 və X6 tərəfindən 09 dekabr 2019-cu il tarixdən – 09 dekabr 2021-ci il tarixədək qoyulmuş depozitlərin (pul vəsaitlərinin) dəyərinin miras əmlakı kütləsinə daxil edilərək həmin müddət ərzində qoyulmuş depozitlərin (pul vəsaitlərinin) dəyərinin ½ hissəsi üzərində irsi transmissiya üzrə vərəsəlik hüququnun tanınması və həmin məbləğin İddiaçı alınaraq ona ödənilməsi, X5 və anası D.Məmmədovanın ölümlərindən sonra 18 dekabr 2021-ci il tarixdə cavabdeh İddiaçı verdiyi 10.000 manat məbləğində nağd pul vəsaitinin birgə nikah müddətində əldə edilmiş əmlak olması əsasına görə ½ hissəsinin anası D.Məmmədovadan miras qalmış əmlak olduğuna görə onun vərəsəlik hüququnun tanınması, digər ½ hissəsinin isə İddiaçı qalmış miras kimi irsi transmissiya üzrə ½ hissəsinə (1/2 hissənin ½ hissəsi) 10.000 manat pul məbləğinin cəmi ¾ hissəsi üzərində üzrə vərəsəlik hüququnun tanınması və hüquqi xidmətə görə vəkilə ödənilmiş haqqın və qarşılıqlı iddia ərizəsi ödənilmiş dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(011)- 4455/2022 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili ərizə təqdim edərək, apelyasiya şikayətindən imtina etdiklərini bildirərək, apelyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, göstərmişdir ki, tərəflər arasında razılıq əldə olunmuş və xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili ərizəni müdafiə edərək, apelyasiya şikayətindən imtinanın qəbul edilməsini xahiş etdi. Cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) ərizənin qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və İddiaçı münasibətdə apelyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi-vəkili tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(011)-4455/2022 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətindən imtina qəbul edilsin və İddiaçı münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1850/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1850/2023
07.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver