Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1853/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" X11 Səhmdar Cəmiyyətinə və Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" X11 Səhmdar Cəmiyyətinə və Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyət hüququ ilə məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ev 94B, 17 nömrəli mənzilin 01 iyul 2019-cu il tarixdə hərracdan satılması ilə əlaqədar “hərracın yekunları barədə 01 iyul 2019cu il tarixli 46 nömrəli protokol”un və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 iyul 2019-cu il tarixli müqavilə”nin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(007)-151/2018 nömrəli qətnaməsinə əsasən 20 noyabr 2014-cü il tarixli 062UG/14 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 25 noyabr 2014-cü il tarixli 062G/14 nömrəli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 43.275,47 (qırx üç min iki yüz yetmiş beş dollar qırx yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 5.830,49 (beş min səkkiz yüz otuz dollar qırx doqquz sent) ABŞ dolları, cərimə borcu üzrə 500 (beş yüz) ABŞ dolları olmaqla, cəmi 49.605,96 (qırx doqquz min altı yüz beş dollar doxsan altı sent) ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə; 09 iyul 2015-ci il tarixli 134G/15 nömrəli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 12.205,82 (on iki min iki yüz beş manat səksən iki qəpik) manat, faiz borcu üzrə 193,94 (bir yüz doxsan üç manat doxsan dörd qəpik) manat, cərimə borcu üzrə 200 (iki yüz) manat olmaqla, cəmi 12.599,76 (on iki min beş yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat pulun əvəzi İddiaçı və X4 müştərək qaydada "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı hazırki iş üzrə "xxxx" X11 Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "xxxx" X11 Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin İddiaçı verilməsi və hərrac yolu ilə satıldıqdan 1 (bir) ay sonra cavabdehlər İddiaçı, Cəfərova ( Əlizadə ) Həmidə Füzuli qızının və X2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzili boşaldılması, İddiaçı və X4 müştərək qaydada məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi 07 mart 2018-ci il tarixli 2(007)-151/2018 nömrəli qətnaməsini icraya yönəldərək icra vərəqəsi vermiş və icra vərəqəsini icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Həmin icra vərəqəsinə əsasən, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi Cavabdehnə ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 94B, 17 nömrəli mənzilin açıq hərracdan satılması üçün hərrac keçirilməsinə dair sifariş vermişdir. Cavabdeh hərracı təşkil edərək, əmlakın ilkin satış qiymətini 120.000 (bir yüz iyirmi min) manat müəyyən etmiş, təkrar hərracda qiyməti 15% azaldaraq 102.000 (bir yüz iki min) manat, sonradan 25% aşağı salaraq, əmlakı son satış qiyməti 76.500 (yetmiş altı min beş yüz) manata 01 iyul 2019-cu il tarixdə "xxxx" X11 Səhmdar Cəmiyyətinə satmışdır. Hərracların (ilkin, təkrar) keçirilməsi barədə ona nə Cavabdehndən, nə də ki, Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsindən hər hansı bir yazılı və şifahi məlumat verilməmişdir. Hərracın keçirilməsi və əmlakın satılmasından o, Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin 23 sentyabr 2019-cu il tarixli 17/71- 5A 4495 nömrəli icra tədbirinin görüləcəyi barədə məktubunu aldıqdan sonra xəbər tutmuş və dərhal Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən ona hərracın yekunları barədə 01 iyul 2019-cu il tarixli 46 nömrəli protokolun surəti təqdim edilmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmamış, ona hərracın keçirilməsinin vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar haqqında bildiriş göndərilməmiş və hər hansı bir formada təqdim edilməmişdir. Bununla, onun qanunvericiliklə müəyyən olunmuş hərracda iştirak etmək hüququ pozulmuşdur. Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsi ona hərracın yekunları barədə protokoldan başqa sənəd təqdim etmədiyi üçün vəkili sorğu ilə Cavabdehnə müraciət edərək “hərrac təşkilatının hərracın yekunları barədə 01 iyul 2019-cu il tarixli 46 nömrəli protokolu”nun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 iyul 2019-cu il tarixli müqavilə”nin təsdiq olunmuş surətlərini istəmişdir. Həmin sorğuda göstərilən sənədlər hələlik onlara təqdim edilməmişdir. Ona görə də hesab edir ki, məhkəmə İddiaçı mülkiyyət hüququ ilə məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 94B, 17 nömrəli mənzilin 01 iyul 2019-cu il tarixdə hərracdan satılması ilə əlaqədar “hərracın yekunları barədə 01 iyul 2019-cu il tarixli 46 nömrəli protokol”un və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 iyul 2019-cu il tarixli müqavilə”nin etibarsız sayılması haqqında qətnamə qəbul etməlidir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(005)- 4535/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir (sədrlik edən: Gültəkin Əsədova).
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X9 Açıq Səhmdar Cəmiyyəti ipoteka predmeti olan əmlakı təkrar hərracın keçirilməsindən təxminən 1 il sonra əldə etmişdir. Bundan başqa, məhkəmə tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı və qeyrilərinə çatmaması məsələsi araşdırılmamışdır. Məhkəmə bu məsələyə aydınlıq gətirməli olduğu halda bunu etməmişdir. Bu isə o deməkdir ki, hərrac müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1828/2020 saylı, 06.08.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, qətnamənin ləğv edilməsi, İddiaçı mülkiyyət hüququ ilə məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ev 94B, 17 nömrəli mənzilin 01 iyul 2019-cu il tarixdə hərracdan satılması ilə əlaqədar “hərracın yekunları barədə 01 iyul 2019-cu il tarixli 46 nömrəli protokol”u və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 iyul 2019-cu il tarixli müqaviləsinin etibarsız sayılması qət edilmişdir (Sədrlik edən: Rəşad Həsənov).
7. Həmin qətnamədən narazı qalan Cavabdeh MMC və cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü çəxslər "xxxx" KB ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1828/2020 saylı işi üzrə 06.08.2020ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.
8. Ali Məhkəmənin 2(102)- 1668/2021 saylı ii üzrə 26.04.2021-ci il tarixli qərarı ilə Cavabdeh "X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Unibank” X11 Səhmdar Cəmiyyətinin kassasiya şikayətlərinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1828/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən: Aqil Abbasov).
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6496/2021 saylı, 12.07.2021-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməyərək qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Fuad Talışınski).
10. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
11. Ali Məhkəmənin 2(102)-6718/2021 saylı, 08.12.2021-ci il tarixli qərarı ilə qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən: İlqar Xələfov). Tərəflərin izahatları:
12. Kollegiya iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi S.Məmmədov şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
15. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
16. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(007)-151/2018 nömrəli icra vərəqəsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə 20 noyabr 2014-cü il tarixli 062UG/14 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 25 noyabr 2014-cü il tarixli 062G/14 nömrəli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 43.275,47 (qırx üç min iki yüz yetmiş beş dollar qırx yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 5.830,49 (beş min səkkiz yüz otuz dollar qırx doqquz sent) ABŞ dolları, cərimə borcu üzrə 500 (beş yüz) ABŞ dolları olmaqla, cəmi 49.605,96 (qırx doqquz min altı yüz beş dollar doxsan altı sent) ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə; 09 iyul 2015-ci il tarixli 134G/15 nömrəli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 12.205,82 (on iki min iki yüz beş manat səksən iki qəpik) manat, faiz borcu üzrə 193,94 (bir yüz doxsan üç manat doxsan dörd qəpik) manat, cərimə borcu üzrə 200 (iki yüz) manat olmaqla, cəmi 12.599,76 (on iki min beş yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat pulun əvəzi İddiaçı və X4 müştərək qaydada "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı hazırki iş üzrə "xxxx" X11 Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "xxxx" X11 Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin İddiaçı verilməsi və hərrac yolu ilə satıldıqdan 1 (bir) ay sonra cavabdehlər İddiaçı, Cəfərova ( Əlizadə ) Həmidə Füzuli qızının və X2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzili boşaldılması, İddiaçı və X4 müştərək qaydada məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən alınmışdır;
17. Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin Cavabdehnə, "xxxx" X11 Səhmdar Cəmiyyətinə, İddiaçı, X7, X3 və X5 ünvanladığı 04 iyun 2018-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2018ci il tarixli 2(007)-151/2018 nömrəli icra sənədinə əsasən borclu İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinin hərrac vasitəsi ilə satışının təşkil edilməsini xahiş edilmişdir;
18. “Kaspi” qəzetinin 15-20 iyun 2018-ci il tarixli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinin 120.000 (bir yüz iyirmi min) manat qiymətinə 16 iyul 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə elan dərc edilmişdir;
19. Cavabdeh 14 iyun 2018-ci il tarixli Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" X11 Səhmdar Cəmiyyətinə, İddiaçı, X7, X3 və X5 ünvanladığı açıq hərracın keçirilməsinə dair 02/63 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinin 120.000 (bir yüz iyirmi min) manat qiymətinə 16 iyul 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş İddiaçı göndərilmiş və poçt məntəqəsinin “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır;
20. Cavabdeh 25 iyul 2018-ci il tarixli Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" X11 Səhmdar Cəmiyyətinə, İddiaçı, X7, X3 və X5 ünvanladığı açıq hərracın keçirilməsinə dair 02/63-1 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinin 102.000 (bir yüz iki min) manat qiymətə (ilkin satış qiyməti olan 120.000 (bir yüz iyirmi min) manat məbləğində dəyərdən 15% aşağı qiymətinə) 24 avqust 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında təkrar satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş İddiaçı göndərilmiş və poçt məntəqəsinin 26 iyul 2018-ci il tarixli “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır;
21. “Kaspi” qəzetinin 25 iyul 2018-ci il tarixli buraxılışının surətindən görünür ki, Cavabdeh Hərrac Mərkəzinin məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan və 15% aşağı salınaraq 24 avqust 2018-ci il tarixdə saat 11:00-da növbəti hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus daşınar və daşınmaz əmlakların siyahısında Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzili də qeyd edilmişdir;
22. Cavabdeh 01 iyul 2019-cu il tarixli 46 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə ptotokolun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilini 76.500 (yetmiş altı min beş yüz) manat dəyərində "xxxx" X11 Səhmdar Cəmiyyəti əldə etmişdir;
23. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 iyul 2019-cu il tarixli müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilini 76.500 (yetmiş altı min beş yüz) manat dəyərində "xxxx" X11 Səhmdar Cəmiyyəti almışdır; Hüquqi dəyərləndirmə:
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
26. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
27. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
28. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər;
30. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
31. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
32. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş birinci qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılarkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların yoxlanılıb qiymətləndirilməsi barədə işə təkrar baxan məhkəmə kollegiyasına göstəriş verilmişdir. Lakin işdən görünür ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin göstərişlərə əməl olunmamışdır.”
33. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma apararaq qeyd edir ki, iş materiallarında olan sorğudan (i.v.53) görünür ki, 26.06.2018-ci il tarixli SS515040251AZ nömrəli poçt göndərişi ilə hərrac bildirişi İddiaçı çatdırılmışdır.
34. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq araşdırma zamanı SS515040251AZ nömrəli poçt göndərişinin izlənməsi nəticəsində göndərişin İddiaçı həqiqətən də çatdırılmasını müəyyən etmişdir. Bundan başqa, iddiaçı işə birinci dəfə apellyasiya instansiyası məhkəməsində baxılan zaman izahatında ipoteka predmeti olan mənzildə yaşadığını bildirmişdir. Bu halın aydınlaşdırılması məqsədilə, məhkəmə kollegiyası işə əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş 12.07.2021-ci il tarixli məhkəmə iclasının audio-video yazısına baxış keçirmiş və müəyyən etmişdir ki, videoyazının 19-cu dəqiqəsində iddiaçı ipoteka predmeti olan mənzildə yaşamasını bildirmişdir. Bu hal da onu deməyə əsas verir ki, hərracın keçirilməsi barədə bildirişlər iddiaçıya çatdırılmış və iddiaçının hərracın keçirilməsindən xəbəri olmuşdur.
35. Beləliklə də yuxarıda qeyd edilən hallara əsasən kollegiya vurğulayır ki, hərraçın keçirilməsi barədə bildirişlər iddiaçıya çatdırılmışdır. Hazırda iddiaçının iddia tələbində və apellyasiya şikayətində bildirişlərin ona çatmamasına dair göstərdiyi dəlillər mülahizə xarakteri daşıyır və işin halları ilə üst-üstə düşmür.
36. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının vəkili məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq Kollegiya vurğulayır ki, Ali Məhkəmənin göstərişlərinin iş materialları əsasında (poçt göndərişi izlənməsi, ilk apellyasiya baxışında iddiaçının izahatı, məhkəmə iclasının audio-video yazısı və s.) araşdırılması mümkün olduğundan, daha aydınlaşdırılmalı başqa məqam qalmadığından Kollegiya hesab edir ki, məhkəmə iclasının hazırki halda təxirə salınmasına da zərurət yoxdur.
37. Beləliklə, kollegiya Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq müvafiq araşdırma nəticəsində belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
40. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev