Məhkəmə qərarları › İş №2(103)-1863/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1863/2024

05.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1863/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə (Açar sözlər: miras payların müəyyən edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X11 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontoruna qarşı “miras payın müəyyən edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4066/2023 nömrəli 25 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və X7 21 avqust 2007-ci ildə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X20, xx.xx.2012-ci il təvəllüdlü X21 və xx.xx.2020-ci il təvəllüdlü X16 doğulmuşdur. 06 dekabr 2020-ci il tarixində X25 ölmüşdür. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə X3 sağ qalan valideynləridir.

2. Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X32 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Yevlax rayon 1 saylı notariat kontorunun 4-Ə-225 reyestr nömrəli 25.0.2016-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə; ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 5,9533 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yevlax rayon 1 saylı notariat kontorunun 4-Ə-242 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 5,274 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Yevlax rayon 1 saylı notariat kontorunun 4-Ə-288 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; ünvan 1i ünvanında olan fərdi yaşayış evi Yevlax rayon notariat kontorunun 4-Ə-1- 101 reyestr nömrəli xx.xx.2002-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2002-cı il tarixdə; ünvan 1i ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi ünvan 4otariat kontorunun 4-Ə-793 reyestr nömrəli xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; ünvan 1i ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,8 ha torpaq sahəsi ümumbirgə əsaslarla (5 nəfər) xx.xx.1017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.

3. 24.06.2023-cü il tarixli, 3-13-16/2.82641/2023 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X40 İdarəsinin cavab məktubunda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli AD677888 şəhadətnaməyə əsasən “DAF FTXF 105.510 T YÜK” markalı **-UP-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi X17 mülkiyyətində olmuşdur. Qeydiyyat üçün əsas: gömrük vəsiqəsi 661981BGİ. xx.xx.2019-cü il tarixli AD677859 şəhadətnaməyə əsasən “GRAS GS YARİMQOŞQU” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsi X17 mülkiyyətində olmuşdur. Qeydiyyat üçün əsas: gömrük vəsiqəsi 661985 İMBGİ.

4. Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X32 ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışına əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi X17 mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********43). 25 iyun 2016-ci il tarixli, 4-Ə225 reyestr nömrəli notarial qaydasında təsdiq edilmiş “Daşınmaz Əmlakın alqı-satqı” müqaviləsinin surətindən görünür ki, satıcı X4 rayon, Kövhər kəndi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha həyətyanı torpaq sahəsini 1500 manata alıcı X2.

5. Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X32 ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışına əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 120.0 ha olan torpaq sahəsi X17 mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********5910301). 16 sentyabr 2019-cu il tarixli, 4-Ə225 reyestr nömrəli notarial qaydasında təsdiq edilmiş “Daşınmaz Əmlakın alqısatqı” müqaviləsinin surətindən görünür ki, satıcı X1 rayon, Kövhər kəndi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsini 10000 manata alıcı X2.

6. Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X32 ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışına görə ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 5.9533 ha olan torpaq sahəsi X17 mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi:**********10). Əmlak 17 iyul 2019-cu il tarixdə bağışlama müqaviləsi əsasında X17 mülkiyyətinə verilmişdir.

7. Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X32 ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışına görə ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 5.274 ha olan torpaq sahəsi X17 mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi:**********17). Əmlak 20 avqust 2019-cu il tarixdə bağışlama müqaviləsi əsasında X17 mülkiyyətinə verilmişdir.

8. Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X32 ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışına görə ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 167,4 kv.m olan fərdi yaşayış evi X17 mülkiyyətindədir, 0,15994 ha olan torpaq sahəsi isə X24 və X8 ümumi birgə mülkiyyətindədir. (daşınmaz əmlakın reyestr nömrəsi:**********30-10301).

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X32 ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli Çıxarışına görə ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi ümumi sahəsi 93.7 kv.m olan fərdi yaşayış evi və 0,08 ha olan torpaq sahəsi Cavabdeh3, X9, X12, X17, X18 ümumi birgə mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********44- 10301).

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan yaşayış məntəqələrinin torpağına; ünvan 1i ünvanında olan ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə; buraxılış ili 2010-cu il olan “DAF FTXF105.510 T” yük markalı 99UP585 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə; buraxılış ili 2011-ci il olan “Gras GS yarımqoşqu” markalı 99ZF585 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə onun 1/2 hissəsinə mülkiyyət hüququ tanımasını, həmin əmlakların X7na məxsus ½ hissəsi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 5,9533 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 5,274 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; ünvan 1i, ümumi sahəsi 167.4 kv.m fərdi yaşayış ev üzərində onun 1/6, X13 1/6, X14 1/6, X10 1/6, Cavabdeh3 1/6 və Cavabdeh2 1/6 hissələrdə vərəsəlik payları müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X25 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2008-ci il tarixdə Mələk, xx.xx.2012-ci il tarixdə Səlim və xx.xx.2020-ci il tarixdə Azərin adını verdikləri övladları dünyaya gəlmişdir. X25 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli 2A ünvanında qeydiyyatda olmuş və vəfat etdiyi günə qədər ailəsi (arvadı və uşaqları) ilə həmin ünvanda yaşamışdır. Tərəflər ümumi nikah dövründə X3 adına qeydə alınmaqla aşağıdakı əmlakları əldə etmişlər: 1) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini xx.xx.2017-ci il tarixdə (Yevlax rayon 1 saylı notariat kontorunun 4Ə-225 reyestr nömrəli xx.xx.2016-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən); 2) ünvan 1i ünvanında olan fərdi yaşayış evini və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixdə (Bakı şəhəri 52 saylı notariat kontorunun 4Ə-793 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən); 3) Buraxılış ili 2010-cu il olan “DAF FTXF105.510 T yük” markalı 99UP585 dövlət nömrə nişanlı və buraxılış ili 2011-ci il olan “Gras GS yarımqoşqu” markalı 99 ZF585 nömrə nişanlı nəqliyyat vasitələrini xx.xx.2019-cu il tarixdə (gömrük vəsiqələrinə əsasən). Həmçinin aşağıdakı əmlaklar da X3 adına qeydə alınmışdır: 1) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 5,9533 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə (Yevlax rayon 1 saylı notariat kontorunun 4Ə-242 reyestr nömrəli xx.xx.2019-cü il tarixli bağışlama müqaviləsinə əsasən); 2) ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 5,274 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə (Yevlax rayon 1 saylı notariat kontorunun 4Ə-288 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən); 3) ünvan 1i ünvanında olan fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə (Yevlax rayon notariat kontorunun 4Ə-1-101 reyestr nömrəli xx.xx.2002-ci il tarixli bağışlama müqaviləsinə əsasən); 4) ünvan 1i ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,08 ha torpaq sahəsi ümumibirgə əsaslarla (5 nəfər) xx.xx.2017ci il tarixdə. Beləliklə, ilk növbədə qeyd olunan əmlaklar onun ilə X3 birgə nikahları dövründə əldə etdikləri ümumi birgə mülkiyyəti hesab olunur. Bu həmçinin o deməkdir ki, X3 mirasının açıldığı an onun miras əmlakının kütləsinə həmin (birinci üç bənddə göstərilən) əmlakların ½ hissəsi və ikinci dörd bənddə göstərilən əmlaklar daxil olmuşdur. X3 vərəsələri arvadı – onun, uşaqları – xx.xx.2008-ci il təvəllüdlü X20, xx.xx.2012-ci il təvəllüdlü X21 və xx.xx.2020-ci il təvəllüdlü X16, o cümlədən atası Cavabdeh3 və anası Cavabdeh2dır. X7 vəsiyyətnamə qoymamışdır.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 dekabr 2023-cü il tarixli 2(010)-4066/2023 nömrəli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia təmin edilmiş, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan yaşayış məntəqələrinin torpağına; ünvan 1i ünvanında olan ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə; buraxılış ili 2010-cu il olan “DAF FTXF105.510 T” yük markalı 99UP585 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə; buraxılış ili 2011-ci il olan “Gras GS yarımqoşqu” markalı 99ZF585 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə İddiaçı 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması, həmin əmlakların X7na məxsus ½ hissəsinə və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 5,9533 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 5,274 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; ünvan 1i, ümumi sahəsi 167.4 kv.m fərdi yaşayış ev üzərində İddiaçı 1/6, X13 1/6, X14 1/6, X10 1/6, Cavabdeh3 1/6 və Cavabdeh2 1/6 hissələrdə vərəsəlik paylarının müəyyən edilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar aiddir. Həmçinin əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, bu əmlak ümumi birgə mülkiyyətinə daxildir. Eyni zamanda, sağ qalan arvadın vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı yuxarıda sadalanan əmlaka 1/2 hissəsinə onun mülkiyyət hüququnun tanınmasını tələb etməkdə haqlı olmuş və bu hissədə onun tələbi təmin olunmalıdır. Həmçinin, müəyyən edilir ki, həmin əmlakların X7na məxsus - ½ hissəsidir. Növbəti əmlaklar X3 mülkiyyətinə bağışlama müqavilələri üzrə keçmişdir: 1) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi, 5,9533 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 2) ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 5,274 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 3)ünvan 1i, ümumi sahəsi 167.4 kv.m fərdi yaşayış evi (0,15994 ha torpaq sahəsində yerləşən, torpaq sahəsi başqa şəxslərin mülkiyyətindədir). Bildiyimiz kimi, nikah dövründə hədiyyə şəklində əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Bununla da, müəyyən edilir ki, sadalanmış əmlaklar X3 tam olaraq ayrıca mülkiyyətində olmuşdur.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 140, 213, 223, 225, 1133, 1134, 1145, 1146, 1147, 1151, 1157, 1159, 1243, 1244, 1255, 1274, 1289, 1291, 1321, 1325, Ailə Məcəlləsinin 31, 32, 34, 37, “Notariat haqqında” Qanunun 58, 59, Mülki Prosessual Məcəllənin 14.2, 69, 72, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ünvan 1i ünvanında olan ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə İddiaçı 1/2 hissəsinə mülkiyyət hüququ tanınması, ünvan 1i, ümumi sahəsi 167.4 kv.m fərdi yaşayış ev üzərində İddiaçı 1/6, X13 1/6, X14 1/6, X10 1/6, Cavabdeh3 1/6 və Cavabdeh2 1/6 hissələrdə vərəsəlik paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsini, ünvan 1i ünvanında olan ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində İddiaçı 1/6, X13 1/6, X14 1/6, X10 1/6, Cavabdeh3 1/6 və Cavabdeh2 1/6 hissələrdə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, ünvan 1i ünvanında olan ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi Yevlax rayon notariat kontorunun xx.xx.2002-ci il tarixli bağışlama müqaviləsi əsasında X17 mülkiyyətinə keçmişdir. Bu isə o deməkdir ki, həmin əmlak iddiaçı ilə X3 birgə nikahı dövründə və onların ümumi birgə gəlirləri hesabına əldə edilməmişdir. Belə olan halda, həmin əmlakın yarısına iddiaçının mülkiyyət hüququnun tanınması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bu hissədə məhkəmə qeyd olunan maddi hüquq normasını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

21. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququna malik olan birinci növbədə vərəsələr sayılırlar.

22. Maddə 1162. Sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

Ailə Məcəlləsi

23. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

24. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

25. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə yalnız Cavabdeh3 apellyasiya şikayətində mübahisələndirdiyi hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ünvan 1i ünvanında olan ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi Yevlax rayon notariat kontorunun xx.xx.2002-ci il tarixli bağışlama müqaviləsi əsasında X17 mülkiyyətinə keçmişdir.

34. Lakin iş materiallarından müəyyən edilir ki, 16 sentyabr 2019-cu il tarixli, 4-Ə225 reyestr nömrəli notarial qaydasında təsdiq edilmiş “Daşınmaz Əmlakın alqı-satqı” müqaviləsinə əsasən satıcı X1 rayon, Kövhər kəndi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsini 10000 manata alıcı X2.

35. Göründüyü kimi Cavabdeh3 apellyasiya şikayətinin dəlili təkzib edilir və mübahisələndirdiyi əmlak iddiaçı ilə mərhum A.İsmayılovun birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan məhkəmə də haqlı olaraq həmin əmlak üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququnun tanınması qərarına gəlmişdir.

36. Daha sonra Cavabdeh3 apellyasiya şikayətində qətnamənin ünvan 1i, ümumi sahəsi 167.4 kv.m fərdi yaşayış ev üzərində İddiaçı 1/6, X13 1/6, X14 1/6, X10 1/6, Cavabdeh3 1/6 və Cavabdeh2 1/6 hissələrdə vərəsəlik paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

37. Lakin bu hissədə də Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmuşdur.

38. Belə ki, müəyyən edilmişdir ki, həmin əmlak X3 mülkiyyətinə bağışlama müqaviləsii üzrə keçmişdir. Ona görə də vərəsələrin hər birinin 1/6 hissədə pay hüququ müəyyən edilmişdir.

39. Göründüyü kimi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsaslı dəlil göstərilməmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4066/2023 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar