Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1868/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Salyan rayon 2 saylı notariat ofisinə və Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi və 13 saylı Şirvan Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın və çıxarışın ləğv edilməsi” və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydin və çıxarışın ləğvi X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh5, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Salyan rayon 2 saylı notariat ofisi və Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi və 13 saylı Şirvan Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın və çıxarışın ləğv edilməsi” və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3598/2024 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi üzrə xx.xx.2009-ci il taixdən X4, “A” tikilisi üzrə xx.xx.2016-cı il tarixdən İddiaçı mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 3A (Yeni qaydalarla: AZ5200, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli dəyişmə müqaviləsinə əsasən tərəflər Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən “A” tikilisini dəyişdirməyi, o cümlədən daşınmaz əmlakların dəyər fərqinin 140.000 manat məbləğində qiymətləndirilməsi, dəyişdirilən əmlakın fərqi müqabilində İddiaçı Cavabdeh2 50.000 + 20.000 manat, Cavabdeh2 İddiaçı 70.000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdələrinə götürmüşdürlər. Həmin müqaviləni İddiaçı əvəzində etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Salyan rayonu, Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 163 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 3A (Yeni qaydalarla: AZ5200, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini sonuncuya satmışdır. Həmin müqavilə İddiaçı adından etibarnamə əsasında Cavabdeh5 tərəfindən imzalanmışdır. Bundan sonra İddiaçı tərəfindən Cavabdeh5 verilmiş etibarnaməyə xx.xx.2023-cü il tarixdə, Cavabdeh1 verilmiş etibarnamələrə isə müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 40 saylı Notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi, sonradan Cavabdeh5, Cavabdeh4, Salyan rayon 2 saylı notariat ofisini də cavabdeh, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi idarəsini isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanında “A” tikilisi ilə ünvan 6i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan evlə dəyişdirilməsinə dair (onun adından təmsilçi Cavabdeh1 ilə) Cavabdeh2 arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayon M.Muxtarov küçəsi ev 118 üvanda yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 6i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan evə və həmin evin yerləşdiyi 0.00932 ha torpaq sahəsinə dair (onun adından təmsilçi Cavabdeh5 ilə) Cavabdeh4 arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə Salyan şəhəri 2 saylı notariat ofisi tərəfindən 4Ə-279 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh4 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və ixtisaslı hüquqi yardımın göstərilməsi üçün vəkillik qurumuna ödənilmiş 320 manatın və ödənilmiş dövlət rüsumuna görə 100 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ünvan 5 ünvanının “A” tikili hissəsinə dair Cavabdeh1 (nümayəndə) ilə Cavabdeh2 arasında bağlanmış dəyişdirmə müqaviləsi onun iradəsini ifadə etmir. Ona görə ki, o, Cavabdeh1 etibarnaməni mülkiyyətində olan göstərilən sahənin özgəninkiləşdirilməsi məqsədi və niyyəti ilə verməmiş və həmin müqaviləni bəyənməmişdir. Buna görə də həmin müqavilə onun iradəsini ifadə etmədiyindən etibarsız hesab edilməlidir. Belə ki, həmin əmlak onun mülkiyyətində оlmaqla onun yeganə yaşayış yeridir. Onun Bakı şəhərindən Salyan şəhərinə köçmək niyyəti оlmamışdır. Həmçinin Salyan şəhərində yaхınları və ya qоhumları yохdur. Belə оlan halda onun mülkiyyətində оlan yeganə yaşayış sahəsini Salyan şəhərində оlan yaşayış sahəsi ilə dəyişdirmək niyyətində оlmağı onun iradəsini ifadə etməməsi aşkar şəkildə görünməklə yanaşı, heç ağlabatan mühakimə də deyildir. Müqavilənin bağlanması anınadək və bundan sоnra, habelə hazıradək o, dəyişdirmə müqaviləsi üzrə tərəf оlan və hazırkı iddia tələbi üzrə Cavabdeh2 ümumiyyətlə görməmişdir. Оnunla dəyişdirmə haqqında hər hansı danışığı və razılaşması оlmamışdır. Həmçinin təmsilçi Cavabdeh1 bu barədə ona hər hansı məlumatı verməmişdir. Qanuna əsasən dəyişdirmə müqaviləsinə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilir. Alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tariхli dəyişdirmə müqaviləsi üzrə ünvan 4 ünvanında “A” tikilisi Cavabdeh2, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm оlan ev isə təmsilçi Cavabdeh1 təhvil verilməmişdir. Göstərilən müqavilənin bağlanmasından zaman etibarı ilə daha sоnra, yəni xx.xx.2023-cü il tariхdə Cavabdeh2 ilə eyni sоyada malik оlan Salyan şəhəri, A.Hüseynоv küçəsi 138A saylı evdə qeydiyyatda оlan Haqverdiyeva Хanımana Şahin qızı tərəfindən ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm оlan ev və həmin evin yerləşdiyi 0.00932 ha torpaq sahəsi Cəfərоva Zülfiyyə Əyub qızına satılması yоlu ilə özgəninkiləşdirilmişdir. Göründüyü kimi, Haqverdiyeva Хanımana Şahin qızı dəyişdirmə müqaviləsi üzrə müqavilənin predmeti оlmuş ünvan 8 ünvanında yerləşən evdə qeydiyyatdadır. Həmin evə dair müqavilə bağlamış Cavabdeh2 ilə eyni sоyada malikdir. Buna görə də оnun ailə üzvü оlması şübhəsizdir. Оdur ki, işin bu cür halında, yəni оnun ailə üzvü оlan Cavabdeh2 evə dair dəyişdirmə müqaviləsi bağlamasından sоnra yenidən həmin ev üzərində sərəncam verərək, həmin evi Cəfərоva Zülfiyyə Əyub qızına satılması yоlu ilə özgəninkiləşdirmə barədə sərəncam verilməsi həm Cavabdeh2, həm də təmsilçilər Cavabdeh1 və Cavabdeh5 pis niyyətlə sövdələşmələrini göstərir. Göstərilənlərə əsasən hər iki müqavilə etibarsız hesab edilməli, bu müqavilələrə əsasən dövlət reyestrində aparılmış qeyd və verilmiş çıxarışlar ləğv edilməli, onun mülkiyyəti özünə qaytarılmalıdır.
4. Bundan sonra X9 ərizə ilə ə müraciət edərək, onun hazırkı mülki iş üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş, habelə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında “A” tikilisi ilə ünvan 6i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan evlə dəyişdirilməsinə X10 adından (təmsilçi Cavabdeh1 ilə) Cavabdeh2 arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Bakı şəhəri, Yasamal rayon M.Muxtarov küçəsi ev 118 üvanda yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini və ödənilmiş dövlət rüsumuna görə 100 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra Cavabdeh2 iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbində əqdin etibarsızlığını müəyyən edən maddə göstərilməmişdir. İddianın bir hissəsinin iddiaçının əqdlə bağlı iradə ifadəsinə zidd olduğu qeyd edilir. İradə ifadəsinin formalaşmaması insanın zehni geriləmənin olması ilə xarakterizə olunan bir şəxsdə xəstəliklərin diaqnozu ilə əlaqədardır. İddiaçı etibarnamə verərkən öz hərəkətlərinə cavab verə bilirdi. Bundan əlavə iddiaçı özü də "dəyişdirmə müqaviləsi" bağlayarkən notariusda iştirak edib və əqdi dəstəkləmişdir. İddiaçı öz iddiasını onunla əsaslandırdı ki, onu etibarnamə üzrə təmsil edən Cavabdeh1 mənzili dəyişdirmədən əvvəl digər paylı mülkiyyətçiyə təklif etməlidir. MM 228.1-ci maddəsi payın üçüncü səxsə satarkən digər paylı mülkiyyətçiyə təklif edilməsini zəruri hesab etmişdir. Hazırki halda alqı-satqı yox, dəyişdirmə müqaviləsi bağlanmışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3598/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 4 ünvanında “A” tikilisi ilə ünvan 9əsi 76,6 kv.m, yaşayış sahəsi 33,7 kv.m olan evlə dəyişdirilməsinə dair bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 5 ünvanında yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 23.02 2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, hüquqi yardımın göstərilməsi üçün vəkil qurumuna ödənilmiş 320 manatın cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumu qismində ödənilmiş 100 manatın Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X7)
7. Məhkəmə, iddia tələbinin “xx.xx.2023-cü il tarixli dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, dəyişdirmə müqaviləsinin etibarsız hesab edilməsi zamanı işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehlərin birbirinə zidd olan izahatları (mənzilin dəyişdirilməsində iddiaçının bilavasitə iştirak edibetməməsi halları üzrə Cavabdeh1, İddiaçı, Cavabdeh5 və Cavabdeh2 izahatları; Cavabdeh2 öncə dəyişmə zamanı evlərin qiymətləri arasındakı fərq üçün 40.000 manat ödənildiyini bildirsə də, sonradan evlərin başa-baş dəyişdirilməsini deməsi və s.), dəyişdirilən mənzillərin dəyərinin qeyri-mütənasibliyi, Salyan rayonunda yerləşən evin satılması nəticəsində əldə edilmiş 18.500 manat pulun Cavabdeh5 tərəfindən qəbul edilməsi, İddiaçı məxsus olan əmlakın əvəzssiz əldən çıxması (dəyişdirilmiş əmlakın satılaraq pulunun saxlanılması nəticəsində); İddiaçı adından dəyişdirilmiş mənzilllərin təhvil alınıb-verilməməsi, o cümlədən İddiaçı Salyan rayonunda yerləşən mənzillə tanış olmaması, Cavabdeh2 iddiaçı ilə aralarında yaranmış münasibətlərdən sui-istifadə etməklə iddiaçıya məxsus 70.000 manat dəyərində olan Bakı şəhərində mənzili əldə etməsi və Salyan şəhərində olan mənzili də satmaqla əhəmiyyətli dərəcədə varlanması, iddiaçının əmlak hüquqlarından məhrum olması, üçüncü şəxs Gülüstan Qafarovanın mübahisəli əmlaka paylı mülkiyyət hüququnun mövcudluğu, dəyişdirmə müqaviləsinin etibarsız hesab olunacağı təqdirdə Cavabdeh2 maddi zərərə məruz qalmayacağı nəzərə alınmalıdır: Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin olunmalıdır.
8. Məhkəmə, iddia tələbinin “xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, ünvan 3A (Yeni qaydalarla: AZ5200, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alımış, bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı əvəzinə etibarnamə ilə Cavabdeh5 tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satılmışdır. Cavabdehlər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh4 mənzillə bağlı mübahisədən məlumatlı olmamış, onun vicdanlı alıcı olmasını istisna edən hallara dair sübutlar (əmlaka dair başqa şəxslərin hüquqlarından xəbərinin olması, əqdin legitimsizliyi barədə şübhəsinin olması və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmaqla alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi vicdanlı alıcı kimi Cavabdeh4 mənzilə dair qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etməklə, öz növbəsində onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bundan başqa, satılan ev etibarnamə əsasında onun keçmiş mülkiyyətçisinin özünün iştirakı ilə qızı tərəfindən satılmış və ev üçün razılaşdırılmış pul da onlar tərəfindən qəbul edilmişdir. Başqa cür desək, dəyişdirilmə müqaviləsinin etibarsız hesab edilməsi Salyan şəhərində yerləşən evin şərti olaraq öz keçmiş mülkiyyətçisinə qayıtmasını şərtləndirir ki, bu vəziyyətdə alqı-satqının Cavabdeh2 göstərişi ilə qızı Cavabdeh5 tərəfindən həyata keçirilməsi evin ilkin mülkiyyətçisi olan Cavabdeh2 iradəsi kimi təzahür olunur ki, bu da sonuncunun əmlak zərərini istisna edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
9. Məhkəmə, iddia tələbinin “çıxarışların ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, ünvan 4 ünvanında yerləşən “A” tikilisinə dair Cavabdeh2 adına verilmiş çıxarış, Dəyişmə müqaviləsi əsasında verildiyi və məhkəmə həmin müqavilənin etibarsız olması qənaətinə gəldiyindən, həmin çıxarış ləğv edilməli, ünvan 3A (Yeni qaydalarla: AZ5200, ünvan 2 ünvanında yerləşən evə dair Cavabdeh4 adına verilmiş Çıxarış isə alqısatqı müqaviləsi əsasında verildiyindən, həmin müqavilənin etibarsızlığı halları müəyyən edilmədiyindən və Cavabdeh4 vicdanlı alıcı olması nəzərə alınmaqla iddia tələbi Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir.
10. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 320 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 320 manat pul məbləği, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirildiyindən və həmin hissədə iddia tələbinin təmin olunması mümkün hesab edildiyindən iddia bu hissədə təmin edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci, 149.2-ci, 152-ci, 182-ci, 324-cü, 337-ci, 339-cu, 358-ci, 362-ci, 364-cü, 391-ci, 404-cü, 560-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci, 124.3-cü, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.
12. Bakı .əhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3598/2024 nömrəli xüsusi qərardadı ilə mülki iş üzrə “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” (Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan) cinayətinin əlamətlərinin aşkara çıxarılması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
14. Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ona evi satmaq üçün etibarnamə vermişdir. O, da anası ilə birlikdə notariusa getmiş, orada anasının deməsi ilə 18.000 manata evi satmışdır. Həmin pulu da o, keçən ilin mart ayında Bakı şəhəri, Murtuza Muxtarov 118 saylı evə gələrək iddiaçıya vermişdir. Evi dəyişərkən iddiaçının razılığı alınmışdır. Bu işdə əsas subyekt olan Fəqan adlı şəxsin məhkəməyə gəlib ifadə verməsi barədə dəfələrlə şifahi vəsatət verməyinə baxmayaraq, vəsatəti təmin edilməmişdir. Hazırda Fəqan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Bakı şəhər 1 saylı İstintaq Təcridxanasındadır. Aynurə adlı şəxs Fəqan və Nigarla əlbir olub onun evini dəyişmə müqaviləsi əsasında satmışdırlar. Məhkəmədə bu törədilən əməllər barədə ifadə verməyinə baxmayaraq, məhkəmə onlar barədə deyil, onun və anası barəsində xüsusi qərardad çıxarmaqla qərardadı prokurorluğa göndərmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, işin faktiki hallarına, iddia ərizəsinin məzmununa və birinci instansiya məhkəməsinin əsaslandırma hissəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən pozulması göstərilən maddi və prosessua hüquq normaları formal olaraq sadalanmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında Cavabdeh5 və onun nümayəndəsi və vəkili Vəkil2 ayrıayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
17. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
18. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X9 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, cavabdehlər Salyan rayon 2 saylı notariat ofisi, Bakı şəhəri 40 saylı notariat ofisi, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi və 13 saylı Şirvan Ərazi idarəsi isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə kollegiyası mülki işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iİradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 662.1-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür; 662.2-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə alqı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 665-ci maddəsinə əsasən əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayəti Cavabdeh5 tərəfindən verildiyindən, qətnamə onun apellyasiya şikayəti üzrə irəli sürülmüş dəlillərə uyğun olaraq yalnız ona münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək qeyd edir ki, mübahisə predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi üzrə iddiaçının mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdən dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 3A (Yeni qaydalarla: AZ5200, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə həmin yaşayış sahələrinin dəyişdirilməsi ilə bağlı iddiaçı ilə Cavabdeh2 arasında dəyişdirmə müqaviləsi bağlanmış, həmin müqaviləni iddiaçının adından etibarnamə üzrə təmsilçisi Cavabdeh1 imzalamışdır. Daha sonra Salyan rayonunda yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı (adından etibarnamə əsasında Cavabdeh5 çıxış etmişdir) ilə Cavabdeh4 arasında artıq iddiaçının mülkiyyətində olmaqla Salyan rayonunda yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmışdır.
28. Hazırki mülki iş üzrə iddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxs qeyd edilən dəyişdirmə və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini, onlar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş çıxarışların ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri yalnız ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinə münasibətdə təmin edilmiş və xx.xx.2023-cü il tarixli dəyişdirmə müqaviləsi etibarsız hesab edilmiş, həmin fərdi yaşayış evi ilə bağlı dövlət reyestrində Cavabdeh2 mülkiyyət hüququ ilə bağlıaparılmış qeyd ləğv edilmişdir.
29. Hazırda apellyator kimi çıxış edən Cavabdeh5 xx.xx.2023-cü il tarixli dəyişdirmə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı heç bir əsas olmadığına, həmin dəyişdirmə müqaviləsinin iddiaçının iradə ifadəsi ilə bağlandığına, etibarnamənin məhz onun tərəfindən verildiyinə, hətta müqavilə bağlanarkən iddiaçının da notariat ofisində iştirak etdiyinə, etibarnamə əsasında bağlanmasında iştirak etdiyi alqı-satqı müqaviləsi üzrə pulun iddiaçıya təhvil verdiyinə istinad edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyası bununla bağlı ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.
33. Bununla belə, apellyator digər Cavabdeh2 qızıdır. Cavabdeh2 da dəyişdirmə müqaviləsinin predmetini təşkil edən Salyan rayonundakı evin əvvəlki mülkiyyətçisi, Bakı şəhərində yerləşən fərdi yaşayış evinin isə hazırki mülkiyyətçisidir. Apellyator Salyan rayonundakı evdə pasport qeydiyyatında olmaqla mülkiyyətçinin ailə üzvü kimi (qızı) həmin evdə yaşamış və hüquqi nəticə etibarı ilə həmin evdən istifadə hüququna malik olmuşdur. Lakin sonradan o, dəyişdirmə müqaviləsinin bağlanılmasına xx.xx.2023-cü il tarixli ərizə ilə razılıq vermişdir. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsində isə satıcı qismində çıxış edən iddiaçını təmsil etmişdir. Bu baxımdan apellyasiya şikayətində göstərilən dəlillərlə çıxış etməyə Cavabdeh5 subyektiv hüququ yoxdur. Bu da öz növbəsində apellyasiya şikayətinin təmin edilməməsini şərtləndirir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh5 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh5 aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh5 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3598/2024 nömrəli qətnaməsi Cavabdeh5 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh5 aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.