Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1869/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdehna qarşı «lizinq müqavləsinin ləğv edilməsi, lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-960/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC (bundan sonra, iddiaçı) Cavabdehna (bundan sonra, cavabdeh) qarşı «lizinq müqavləsinin ləğv edilməsi, lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, xx/xx/0125 saylı, xx.xx.2018-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə lizinq obyekti sayılan ümumi müqavilə dəyəri 4790 manat olan iddiaçıya məxsus 1 ədəd 2016-cı il buraxılışı olan «Novahot» markal divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı, asqıseti - 1 ədəd, qaz requlyatoru - 1 ədəd, stablizator 1 ədəd, radiator 8x9 8x50-86 ədəd, radiator asqı seti - 8 ədəd, suşilka 80 sm 2 ədəd, suşilka vintili 4 ədəd, su matoru 1 ədəd, hidrofon 1 ədəd, ariston 10 şt - 1 ədəd, amerikanka 25 mm 4 ədəd, pol orborot vinti 25 mm 6 ədəd, kollektor 20 ədəd, vintil 16 mm - 16 ədəd; kollektor qutu 1 ədəd, boru 25 mm - 20 ədəd, boru 16 mm 350 ədəd, vintil (kafel altı) 4 ədəd, qaz şlanqı 80 sm 1 ədəd, qaz vintili 1 ədəd, lülə keçid 1 ədəd, baçonka 4 ədəd, dirsək 20 mm 20 ədəd, tangit 80 - 1 ədəd, su şlanqı 60 sm 2 ədəd, rekor 25 mm 2 ədəd zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun və cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdə xx/xx/0125 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 4790 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2016-cı il buraxılışı olan «Novahot» markalı divardan asılan məişət qaz qazanı, divardan asilan məişət qaz qazanı asqi seti-1 ədəd, qaz requlyatoru-1 ədəd, stabilizator-1 ədəd, radiator 8x9. 8x50-86 ədəd, radiator asqi seti-8 ədəd, suşilka 80 sm-2 ədəd, suşilka vintili-4 ədəd, su motoru-1 ədəd, hidrofon-1 ədəd, ariston 10 lt-1 ədəd, amerikanka 25 mm-4 ədəd, pol oborot vintil 25 mm-6 ədəd, kollektor-20 ədəd, vinti 16 rnm-16 ədəd, kollektor qutu-1 ədəd, bom 25 mm-20 ədəd, boru 16 mın-350 ədəd, vintil (kafel alti)-4 ədəd, qaz şlanqi 80 sm-1 ədəd, qaz vintili-1 ədəd, lülə keçid-1 ədəd, baçonka-4 ədəd, dirsək 20 mm-20 ədəd, tangit 80-1 ədəd, su şlanqi 60 sm- 2 ədəd, rekor 25 mm-2 ədəd cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafıkinə əsasən xx xxxxxx 2019-cu il tarixinədək, lizinq ödənişləri üzrə 1458,96 manat, cərimə üzrə 2576,17 manat olmaqla, cəmi 4035,13 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə müqavilənin ləğv edilməsi üçün əsas yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)- 960/2020 saylı qətnaməsi ilə (hakim Anar Qasımov) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, lizinq müqaviləsi üzrə borcunun olmaması, pul vəsaitinin ödənilməsi, lizinq obyekti olan əşyalaran evlə birlikdə satılması, hazırda onun istifadəsində olmaması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixdə xx/xx/0125 saylı daxili maliyyə lizinqi müqaviləsinin bağlanması, lizinq müqaviləsinə əsasən cavabdehə iddia ərizəsində göstərilən daşınar əşyaların verilməsi, cavabdehin həmin əşyaları təhvil götürməsi, sonradan lizinq müqaviləsinə dəyişikliklər (müddət və lizinq mükafatları, ümumi məbləğ hissələrdə) edilməsi barədə tərəflər arasında üç dəfə, yəni xx xxxxxx 2017-ci il tarixdə, xx xxxxxxx 2018-ci il tarixdi və xx xxxx 2019-cu il tarixdə müvafiq razılazmaların imzalanması işin mübahisəsiz hallarıdır (qeyd edilən hallar apellyasiya şikayətində də mübahisələndirilmir). Cavabdeh apellyasiya şikayətində lizinq müqaviləsi üzrə borcunun olmamasını, öhdəliyini yerinə yetirməsi və s. göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Əksinə, işdə olan ekspertiza rəyindən (Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1702 saylı rəyi) görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli xx/xx/0125 nömrəli daxili maliyyə lizinq müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı MMC–yə olan borcu 4376,89 manat məbləğində müəyyən olunur. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra olunmaması, lizinq ödənişlərinin tam həyata keçirilməməsi işdə olan sübutlarla (istər iddiaçının təqdim etdiyi sənədlərlə, istərsə də ekspertiza rəyi ilə) təsdiq olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən lizinq müqaviləsinin şərtlərinə və ödəniş qrafiklərinə uyğun qaydada iddiaçının hesabına vaxtında lizinq ödənişləri aparılmamış, bununla da müqavilə şərtləri lizinq alan tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, işdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində şəxsən iştirak etmiş və izahatında maddi vəziyyəti ilə bağlı lizinq ödənişlərini lazımi qaydada həyata keçirə bilməməsini göstərmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 16.1 və 16.1.3-cü bəndlərinə əsasən, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətlərdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirdə lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər. Həmin Müqavilənin 16.2-ci bəndinə əsasən, lizinq alan lizinq verənin tələbində göstərilmiş müddət ərzində lizinq verənə lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MM-nin 748-10.4-cü maddəsinə görə lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. MM-nin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qanunvericiliyin qeyd edilən tələblərindən və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərindən göründüyü kimi, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən, həmçinin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilənin 11.1-ci bəndində tərəflər razılaşmışlar ki, lizinqə verilən obyekt üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinq verənə məxsusdur. Həmçinin qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar (lizinq obyektlərinin evlə birlikdə satılması və s.) sonuncunu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflərin razılaşmasında qanuvericiliyin tələbindən kənar hər hansı razılaşma baş tutmamış və lizinq predmeti iddiaçının müstəsna mülkiyyətindədir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədiyindən iddiaçı haqlı olaraq əmlakını sonuncunun sahibliyindən geri tələb edir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxx» MMC-nin Cavabdehna qarşı «lizinq müqavləsinin ləğv edilməsi, lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-960/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-960/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1869/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1869/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver