Məhkəmə qərarları › İş №2(103)-1893/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1893/2021

21.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1893/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı1, onun nümayəndəsi və vəkili X7, Cavabdeh3 nümayəndələri və vəkilləri Vəkil2 və Vəkil4, Cavabdeh1 nümayəndəsi və vəkili X2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil3 və X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müəssisədəki payın alqısatqı müqaviləsinin ləğvinə dair ərizələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müəssisədəki payın alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018ci il tarixdə İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E- 6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X14 Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il tarixdə İddiaçı1, İddiaçı2, Cavabdeh1 və X1 kənd təsərrüfatı məhsulları istehsalı ilə birgə məşğul olmaq qərarına gəlmişlər. Cavabdeh1 tərəfindən “X9 Şirkəti” QSC-nin investor və partnyor qismində cəlb edilməsi təklif edilmişdir. Təklif məqbul qarşılanmış və 21 dekabr 2016-cı il tarixdə "xxxx" MMC təsis olunmuşdur. "xxxx" MMC-nin nizamnamə kapitalı 1.700.000 manat məbləğində müəyyən olunmuşdur. Nizamnamə kapitalının 65%-i “X9 Şirkəti” QSC-yə, 35%-i isə Cavabdeh1 aid olunmuşdur. Cavabdeh1 adına qoyulmuş 595.000 manat məbləğində vəsait İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmişdir. 10 noyabr 2017-ci il tarixdə "xxxx" MMC Cavabdeh1 35% payının 17.5%-nin İddiaçı2 və 17.5%-nin İddiaçı1 satılması barədə qərar vermiş və qərara əsasən 16 noyabr 2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda Cavabdeh1 bir tərəfdən, İddiaçı2 və İddiaçı1 isə digər tərəfdən müəssisədəki payın alqı-satqı müqaviləsini bağlamışlar. Müəssisədəki payın alqı-satqısı olduqdan sonra X14 Dövlət Reyestrindən çıxarış alınaraq müvafiq dövlət orqanında qeydiyyat aparılmışdır. Qeyd olunan müqavilə müddətindən 5 ay keçdikdən sonra, Cavabdeh1 şəriklərinə müraciət edərək bildirmişdir ki, maliyyə vəziyyəti pisləşib, ciddi problemlərlə üzləşib və bununla əlaqədar kredit götürmək istəyir. Lakin kreditin alınması üçün "xxxx" MMC-də adına olan əvvəlki payın göstərilməsi zəruridir. Şəriklərin etibarından sui-istifadə edərək Cavabdeh1 1 ay müddətinə müvəqqəti payların onun adına geri qaytarılmasını xahiş etmişdir. Bu barədə Cavabdeh1, İddiaçı1 və İddiaçı2 25 aprel 2018-ci il tarixdə Əməkdaşlıq müqaviləsini bağlayıb, Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanılan 16 noyabr 2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair formal olaraq ərizələr vermişlər. Ərizələr məhz formal olduğundan müqavilənin ləğvi ərizələrə əsasən həyata keçirilmişdir, halbuki qanuna əsasən müqavilənin ləğvi yeni müqavilənin bağlanması ilə rəsmilləşdirilir. Həmçinin, ərizələr formal olduğuna görə payların dəyəri Cavabdeh1 tərəfindən geri qaytarılmamış, Bakı şəhəri 14 saylı notariat kontorunda İddiaçı1 arvadının alqı-satqı müqaviləsinin ləğvinə dair razılıq ərizəsi də alınmamışdır. Verilmiş ərizələrə əsasən, 16 noyabr 2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilə ləğv edilmiş, "xxxx" MMC-nin 35% payı yenidən Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Lakin Cavabdeh1 verdiyi sözə əməl etmədən, İddiaçı1 və İddiaçı2 etibarından sui-istifadə edərək, kobud şəkildə onları aldatmış və 21 may 2018-ci il tarixdə "xxxx" MMC-də olan 35% payı müəssisədəki payın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X18 cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6658 nömrə ilə qeydə alınmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılan və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X14 Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X18 və İddiaçı1 10 avqust 2011-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları doğulmuşdur. 16 noyabr 2017-ci il tarixdə İddiaçı1 adına "xxxx" MMC-nin nizamnamə kapitalından 17.5% payın rəsmilləşdirilməsi barədə X8 məlumatı olmuşdur. Lakin Cavabdeh1 şəriklərin etibarından sui-istifadə edərək 1 ay müddətinə müvvəqəti payların onun adına geri qaytarılması barədə xahişi və İddiaçı1 tərəfindən 25 aprel 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanılan 16 noyabr 2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair formal olaraq ərizənin verilməsi X3 vaxta qədər məlum olmamışdır. Bu hal X11 əri İddiaçı1 Bakı şəhəri Yasamal rayon məhkəməsindən SMS bildiriş gələndə məlum olmuşdur. İddiaçı1 soruşanda ki, o, hansı səbəbdən X11 indiyə kimi deməyib və razılığını almayıb, İddiaçı1 bildirmişdir ki, payın alqı-satqı müqaviləsinin ləğvinə dair ərizə formal olub, bu səbəbdən də həmin məsələ ilə bağlı ona deyilməyib və onun notarius tərəfindən razılığı alınmayıb. Yasamal Rayon Məhkəməsinin 2(004)-1594/2020 saylı, 18 may 2020-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaları üzrə 2(004)-1089/2020 saylı mülki iş və müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 iddiası üzrə 2(004)-1594/2020 saylı mülki iş bir icraatda birləşdirilmiş və icraat 2(004)-1089/2020 say altında davam etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı 09 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxsin hər biri ayrıayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar apellyasiya şikayətlərini iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırmış və əlavə olaraq göstərmişlər ki, məhkəmə əqdin etibarsızlığınının mübahisələndirilməsi üçün müəyyən edilmiş bir illik müddətə istinad edib iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilk olaraq İddiaçı1, İddiaçı2, Cavabdeh1 müəssisədəki payların alqı-satqısına dair müqavilələrin ləğvinə dair razılığa gəlsələr də, müqavilənin qanunla müəyyən edilmiş forma və tələblərinə riayət etməmiş, yəni bu barədə yazılı formada müqavilə bağlamamış, müqavilənin ləğvinə dair ərizələr vermişlər. Yəni, bu niyyət ifadəsinin və prosesin gedişindən açıq bəlli olduğu kimi həmin ərizələr sırf formal xarakterli olmuşdur, yəni başqa bir əqdi pərdələmək üçün tərtib edilmiş ərizələr olmuşdur. Bu səbəbdən də Müəssisədəki payların alqı-satqısından imtinaya dair tərtib edilmiş qeyd edilən ərizələrə hüquqi qiymət də uydurma (yalan) əqdlərə tətbiq edilən hüquq normalarının tələbləri əsasında olmalıdır. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X18 apellyasiya şikayətində iddia ərizəsində göstəridiyi eyni dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, məhkəmə onun iddiasını yalnız 1 illik müddətin keçməsi ilə əsaslandırmışdır. Halbuki o, iddia ərizəsində də qeyd etdiyi kimi, ərinin bütün işlərindən xəbərdar ola bilməzdi və bu müqavilənin mövcudluğundan da yalnız Yasamal rayon məhkəməsindən SMS bildiriş gələndə xəbər tutmuşdur. Lakin işə baxan məhkəmə bu hala düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X19 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər İddiaçı2 məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən əqdlərin mübahisələndirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş müddət ötürülmüşdür, yəni iddiaçılar mübahisələndirilən ərizələri mübahisələndirmək hüququnu itirmişlər. Bundan əlavə hesab edir ki, Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 münasibətdə vicdanlı alıcı olmuşdur və üçüncü şəxs ona dəymiş zərər ilə bağlı Cavabdeh1 qarşı iddia sürməlidir. Odur ki, hər iki iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apelyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaların təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan: -26.12.2016-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə 350.000 manat ödənilmişdir. - 09.02.2017-ci il tarixli, FJB**********068 nömrli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh1 adından "xxxx" MMC-yə 245.000 manat ödənilmişdir. -16.11.2017-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi həmin hüquqi şəxsdə ona məxsus 35% payından 17,5% payı 297500 manat İddiaçı2, 17,5 % payı 297500 manat İddiaçı1 satmışdır. -25.04.2018-ci il tarixli İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş və Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş ərizələrdən görünür ki, onlar tərəfindən 16.11.2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi xahiş edilmişdir. -25.04.2018-ci il il tarixli İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış əməkdaşlıq müqaviləsindən görünür ki, İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-də olan hər birinə ayrı-ayrılıqda məxsus 17,5% payı 25.05.2018-ci il tarixə kimi onlara qaytarmaq şərti ilə Cavabdeh1 adına formal olaraq geri qaytarmışlar. Cavabdeh1 qeyd olunan tarixdə geri qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür. -Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" MMC-dəki 35% təsis payını Cavabdeh3 satmışdır. -Cavabdeh1 15.12.1019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-də olan hər birinə ayrı-ayrılıqda məxsus 17,5% payı onun vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq onun adına formal olaraq geri qaytardıqlarını göstərmişdir. -Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X20 arasında 10.08.2011ci il ildə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 333 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Bilalova soyadı verilmişdir. -10.05.2018-ci il tarixdə verilmiş X6 X4 görünür ki, "xxxx" MMC-nin təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (əvvəlki) «X9 Şirkəti» QSC – 65%, İddiaçı2 17,5%, İddiaçı1 – 17,5%, təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (hazırkı) «X9 Şirkəti» QSC – 65%, Cavabdeh1 – 35% olmuşdur. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, həm iddiaçılar, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs iddiaların predmetini təşkil edən əqdlərin mübahisələndirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsi ilə müəyyən olmuş bir illik müddəti ötürmüşlər. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməni rədd edərkən iddiaçılar tərəfindən əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsində müəyyən edilmiş bir illik müddətin ötürülməsinə istinad etmiş, tərəflər arasında bağlanmış və mübahisənin predmetini təşkil edən müqavilələrin həqiqiliyini iddia tələblərinin dəlilləri əsasında yoxlamamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərində işin o halına istinad etmişlər ki, onlarla Cavabdeh1 arasında bağlanmış 16.11.2017-ci il tarixli payın alqı-satqı müqaviləsinin ləğvinə dair 25.04.2018-ci il tarixdə ərizələrin verilməsi formal xarakter daşımış, müqavilənin ləğvi və payların Cavabdeh1 geri qaytarılmasında məqsəd sonuncunun borc pul götürməsi üçün əmlakının olması görüntüsü yaratmaq məqsədi daşımış, onların həmin payları həqiqətən də, Cavabdeh1 qaytarmaq niyyətləri olmamışdır. Bundan başqa, müqavilənin ləğv edilməsinin özü də notariat orqanı tərəfindən qanun pozuntuları ilə həyata keçirilmişdir. Qeyd edilən halları Cavabdeh1 mübahisələndirməmişdir. Tərəflər həmçinin, mübahisə etməmişlər ki, alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrin mətnində 297.500 manat pulun iddiaçılara qaytarılması göstərilsə də, əslində həmin məbləğ Cavabdeh1 tərəfindən onlara verilməmişdir. İş materiallarında olan sənədlərdən və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan müəyyən olunur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1la Cavabdeh1 arasında hələ bu müqavilələr (payın alqı-satqısı və həmin alqı-satqının ləğv edilməsi müqavilələri) bağlanmamışdan əvvəl başlayan və müqavilələr bağlanana qədər, həmçinin onlar bağlandıqdan sonra da davam edən işgüzar münasibətlər mövcud olmuşdur. Bu fakt işin o halları ilə təsdiq olunur ki, "xxxx" MMC-nin nizamnamə kapitalındakı payının bir hissəsini Cavabdeh1 adından İddiaçı1, qalan hissəsini isə tərəflərin hər ikisinin etiraf etdiyi kimi, İddiaçı2 ödəmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış 25.04.2018-ci il tarixli əməkdaşlıq müqaviləsindən də müəyyən olunur ki, iddiaçılar müəssisədəki öz paylarını formal olaraq geri qaytarılmasını şərtləşdirmişlər. Bundan başqa, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 avqust 2019-cu il tarixli qərarının məzmunundan da görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 müvafiq olaraq, "xxxx" MMCnin direktoru və direktor müavini qismində fəaliyyət göstərmişlər. Həmçinin, iş materiallarında olan 21.12.2016-cı il tarixli Kommersiya Qurumunun X4 görünür ki, "xxxx" MMC-nin təsisçisilərindən biri «X9 Şirkəti» QSC olduğu zaman həmin müəssisənin qanuni təmsilçisi hazırkı iş üzrə İddiaçı2 olmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçılar "xxxx" MMC-nin birbaşa təsisçiləri olmasalar da, onun təşkil edilməsində və fəaliyyətində iştirak etmiş, sonradan isə həmin MMC-nin təsisçi payının Cavabdeh1 məxsus olan 35% hissəsini MMC-nin digər həmtəsisçisi olan «X9 Şirkəti» QSC-nin razılığı ilə hər birinə 17,5% olmaqla, əldə etmişlər. Lakin bundan cəmi 5 ay sonra iddiaçılar alqı-satqı müqaviləsini ləğv etdirməklə əldə etdikləri təsis paylarını yenidən Cavabdeh1 geri qaytarmış və sonuncu bununla bağlı 10 may 2019-ci il tarixdə X14 Dövlət Reyestrindən öz adına Çıxarış aldıqdan bir neçə gün sonra, yəni 21 may 2019-cu il tarixdə MMC-dəki təsis payını özgəninkiləşdirmişdir. Cavabdeh1 tərəfindən MMC-dəki payın iddiaçılara satılması, qısa müddət ərzində həmin alqı-satqının ləğv edilməsi və bundan bir neçə gün sonra Cavabdeh1 həmin payı başqa şəxsin adına özgəninkiləşdirməsi, bu əqdlərin zəruriliyi və iqtisadi faydası barədə ağlabatan izahın olmaması, habelə yuxarıda sadalanan digər hallar belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə ərizə verilərkən tərəflərin əsl niyyəti müqavilənin ləğv edilməsinə yönəlməmişdir. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, tərəflər müqavilənin ləğv edilməsinə dair yalnız ərizə verməklə kifayətlənmiş, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair yeni müqavilə bağlamamışlar. Halbuki, tərəflər arasında təsis payının alqı-satqısı notarial qaydada imzalanmış yazılı müqavilənin tərtib edilməsi ilə rəsmiləşdirildiyindən, həmin müqavilənin ləğv edilməsi də eyni formada, yəni yazılı müqavilənin tərtib edilməsi yolu ilə həyata keçirilməli idi. Lakin tərəflər müqavilənin formasına dair qanunvericiliyin bu tələbinə əməl etməmişlər. Halbuki, Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-ci maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2021-ci il tarixli Qərarında Məhkəmə qeyd edir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. X10 Məhkəməsi həmçinin qeyd etmişdir ki, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. İşin müəyyən edilmiş hallarını, qanunvericiliyin sadalanan normaları və Konstitusiya Məhkəməsinin Plenumunun öz Qərarlarında formalaşdırdığı hüquqi mövqe baxımından qiymətləndirərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2lə Cavabdeh1 arasında "xxxx" MMC-nin nizamnamə kapitalındakı payının alqı-satqısına dair bağlanmış müqavilənin ləğv edilməsinə dair ərizələr uydurma əqd olmuş, həmin ərizələr verilərkən iddiaçıların əsl niyyəti alqı-satqı müqaviləsinin həqiqətən də ləğv edilməsi deyil, yalnız üçüncü şəxslərin qarşısında Cavabdeh1 MMC-də təsis payına sahib olması görüntüsünü yaratmaq olmuşdur. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Sadalanan maddələrinin dispozisiya şərtlərinin təhlili göstərir ki, qanunverici əqdin əhəmiyyətsiz olmasını əlavə heç bir şərt və hərəkətin olması ilə, o cümlədən müddətin keçməsi ilə şərtləndirməmişdir. Yəni, əhəmiyyətsiz əqd mübahisələndirilibmübahisələndirilməməsindən asılı olmayaraq, özü-özlüyündə əhəmiyyətsizdir və əqdin tərəfləri üçün heç bir hüquq və vəzifələr əmələ gətirmir. Əhəmiyyətsiz əqd özlüyündə etibarsız olduğundan, qanunverici əqdin özünün deyil, onun etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı iddialar üçün müddətin tətbiq edilməsini nəzərdə tutmuşdur. Əhəmiyyətsiz əqdin etibarsızlığının mübahisələndirilməsinə isə müddətin tətbiq edilməsi nəzərdə tutulmamışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.04.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası izah edir ki, hazırkı mülki mübahisənin həlli zamanı Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilmiş müddətlərə istinad etməklə, iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsi yolverilməzdir. İddiaçıların mübahisələndirdiyi ikinci məsələ cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasındakı 21 may 2018-ci il tarixli "xxxx" MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsidir. İddiaçıların, habelə Cavabdeh1 nümayəndəsinin izahatlarından görünür ki, bu müqavilə Cavabdeh1lə "xxxx" MMC-nin icraçı direktoru E.Aşurov arasında mövcud olmuş borc məbləğinin qaytarılmasının təminatı kimi bağlanmış, Cavabdeh3 əslində E.Aşurovun tələbə yoldaşı və dostu olmuş, müqavilə də E.Aşurovun göstərişi ilə Cavabdeh3la formal olaraq bağlanmışdır. Cavabdeh3 nümayəndəsi isə izahatında və apellyasiya şikayətinə etirazda Cavabdeh3 vicdanlı alıcı olduğunu və müqavilədə göstərilən pul məbləğini ödəyərək MMC-dəki təsis payının 35%-ni qanunauyğun şəkildə əldə etdiyini bildirmişdir. İş üzrə tərəflər olan İddiaçı1la Cavabdeh3 arasında dəfələrlə aparılan və məzmunu məhkəmə iclasında araşdırılan telefon danışıqlarından müəyyən edilir ki, həmin müqavilədə alıcı qismində Cavabdeh3 çıxış etsə də, əslində bu formal xarakter daşımış, həmin müqavilənin bağlanması onun iradə ifadəsi ilə deyil, Cavabdeh1lə digər şəxs arasında olmuş, bu səbəbdən də, Cavabdeh3 həmin müqavilə ilə bağlı dur. Telefon danışıqlarının məzmunundan və tərəflərin məhkəmə iclasında verdikləri ifadələrdən bu şəxsin "xxxx" MMC-nin həmtəsisçisi olan «X9 Şirkəti» QSC-nin direktoru olan Şahid olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1la Cavabdeh3 arasında aparılan telefon danışıqlarının məzmunundan Cavabdeh3 həmin müqavilənin bağlanması və MMC-dəki payın əldə edilməsi zamanı vicdanlı alıcı olmaıı müəyyən edilmir. Belə ki, həmin telefon danışıqları zamanı Cavabdeh3 dəfələrlə təkrar edərək müəssisədəki payların geri qaytarılması məsələsinin ondan asılı olmadığını, bu məsələni onların digər şəxslə həll etməli olduğunu, həmin şəxs kimi desə, payları onun adına keçirəcəyini bildirmişdir. Tərəflər telefon danışıqlarındakı səslərin İddiaçı1 və Cavabdeh3 məxsus olmasını mübahisələndirməmişlər. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2021-ci il tarixli Qərarında Məhkəmə qeyd edir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası tərəflər arasında aparılan telefon danışıqlarını iş üzrə mötəbər sübut kimi qiymətləndirərək işin həqiqi hallarının müəyyən edilməsində onlara istinad edir. Qeyd edilənlərdən bu qənaətə gəlmək olur ki, Cavabdeh1 ilə Cavabdeh3 arasındakı 21 may 2018-ci il tarixli "xxxx" MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilədə sonuncu əsl tərəf olmamış, müqavilənin bağlanmasında niyyət bu müqavilədə göstərilən nəticələrin əldə edilməsi olmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, həmin müqavilə əhəmiyyətsiz olmuşdur. Əqdin əhəmiyyətsiz olması onun həm görünüş üçün (uydurma əqd), həm də başqa əqdi pərdələmək üçün (yalan əqd) bağlanmasından irəli gəldiyindən, məhkəmə kollegiyası 21 may 2018-ci il tarixli müqavilənin iddiaçıların və Cavabdeh1 göstərdiyi kimi borcun təminatı olaraq bağlandığı (başqa əqdi pərdələmək), yaxud telefon danışıqlarından göründüyü kimi, görünüş üçün bağlandığı məsələsində əlavə araşdırmanın aparılmasına zərurət görmür. İddiaçıların mübahisələndirdiyi üçüncü məsələ 21 may 2018-ci il tarixli 3M-451 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı X14 Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 21 may 2018-ci il tarixli 3M-451 saylı alqı-satqı müqaviləsinin etibarsızlığı müəyyən edildiyindən, həmin etibarsız müqavilə əsasında "xxxx" MMC-nin 35% payına dair hüquqların X14 Dövlət Reyestrində MMC-nin təsis sənədlərində Cavabdeh3 barədə aparılmış qeydə dair verilmiş Çıxarışın ləğv edilməsi ilə bağlı iddia da əsaslı olmuşdur. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir. Məhkəmə kollegiyası iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin iddianın əsası kimi N.Bilalova "xxxx" MMCdə olan 17,5% təsis payının onun həyat yoldaşı İddiaçı1 tərəfindən alınmasından xəbərdar olduğuna, lakin İddiaçı1 həmin payın alqı-satqısına dair 16.11.2017-ci il tarixli müqavilənin ləğv edilməsinə dair 25.04.2018-ci il tarixdə ərizə verməsindən onun xəbərsiz olduğuna, həmin müqavilə ləğv edilərkən onun razılığının alınmadığına, bu hərəkəti ilə İddiaçı1 ərarvadın ümumi birgə əmlakı üzərində onun razılığı olmadan sərəncam verdiyinə və göstərilənlərə əsasən həmin müqavilənin etibarsız olmasına istinad etmişdir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Qanunvericiliyin qeyd edilən normalarından müəyyən edilir ki, iddiaçı etibarsızlığın əsası kimi cavabdeh İddiaçı1 tərəfindən onların ümumi birgə əmlakı hesab olunan "xxxx" MMC-də olan 17,5% təsis payı üzərində onun xəbəri və razılığı olmadan sərəncam verməsinə istinad etsə də, bu halın mövcudluğu özlüyündə həmin əqdin etibarsızlığına səbəb olmur. Belə ki, kommersiya təşkilatında payın alqı-satqısı zamanı ümumi birgə mülkiyyətçinin razılığının alınması qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu cür razılığın alınması yalnız daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əmlakların alqı-satqısı zamanı nəzərdə tutulmuşdur (MM 225.6 və 650-ci maddələr). Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması zamanı müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasında mübahisələndirdiyi müqavilələrin başqa əsaslarla əhəmiyyətsiz əqd kimi etibarsızlığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin həllinə hüququn «Jura novit curia» (hakim qanunu bilir) prinsipindən yanaşmaq lazımdır. Yəni, məhkəmə tərəfin iddiasına qiymət verərək lazımi hüquq normalarını tətbiq edir. Məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs N.Bilalovanın iddiası payın alqı-satqısı müqaviləsinin ləğv edilməsinə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən 25 aprel 2018-ci il tarixdə verilmiş ərizələrin, habelə "xxxx" MMC-nin 35% payına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədardır. Nə qədər ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddialarının əsasını təşkil edən dəlillər əsasında yoxlanılan həmin əqdlərin əhəmiyyətsiz olmaqla, etibarsızlığı müəyyən edilmişdir, həmin əqdlərin başqa hüquqi əsaslarla etibarsız hesab edilməsi barədə N.Bilalovanın iddiasını da məhkəmə kollegiyası əsaslı hesab edir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.04.2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən çıxış edir. Belə ki, həmin qərarda müəyyən edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Qərardan göründüyü kimi, iddiaçının tələb irəli sürməsindən və ya irəli sürülmüş tələbin əsaslarından asılı olmayaraq, məhkəmə mübahisələndirilən əqdin etibarlılığı (hər hansı əsasla) məsələsinə qiymət verməli, əqdin etibarsızlığı aşkar edildikdə isə bunu nəzərə almalıdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1la Cavabdeh1 onlar arasında alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ərizələr verərkən tərəflər arasında həmin ərizələrdə qeyd edlimiş məbləğlərin alınıb-verilməsi müəyyən edilməmişdir. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasındakı 21 may 2018-ci il tarixli "xxxx" MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilədə Cavabdeh3 Cavabdeh1 595.000 manat pul verməsinin göstərilməsi, habelə Cavabdeh1 "xxxx" MMC-nin direktoru E.Aşurovdan borc pul alması və bu müqavilənin də məhz həmin borcun təminatı olaraq bağlanması və qeyd edilən borc məbləğinin böyük hissəsini qaytardığını bildirməsini, habelə Cavabdeh1lə Cavabdeh3 və E.Aşurovun arasında bununla bağlı mülki mübahisənin olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilədə qeyd edilən pul məbləğinin restitusiyası məsələsi açıq saxlanılmaqla, tərəflərə bununla bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri ümumiləşdırərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı sayaraq bu qənaətə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvi üçün əsas təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış müəssisədəki payın alqı-satqısına dair müqavilənin ləğv edilməsinə dair 25.04.2018-ci il tarixdə verilmiş ərizələr, həmçinin Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış müəssisədəki payın alqı-satqısında dair 21.05.2018-ci il tarixli müqavilə etibarsız hesab edilməli, bununla bağlı X14 dövlət reyestrindən paya dair verilmiş Çıxarış ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı 09 oktyabr 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, 25 aprel 2018-ci il tarixdə İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələr, habelə "xxxx" MMC-nin 35% payına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və bununla bağlı X14 Dövlət Reyestrindən verilmiş Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar