Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1895/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 yanvar 2023-ci il tarixli, 2(010)- 3946/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X5 Cavabdeh1 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3946/2022 nömrəli iş üzrə qəbul etdiyi 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, iddiaçı X3 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə ilə razı olmayan Cavabdeh1 20 dekabr 2022- ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3946/2022 nömrəli iş üzrə qəbul etdiyi 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə (apellyasiya şikayəti ilə birlikdə) ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək qətnamədən ötürülmüş apellyasiya şikayəti vermə müddətinin üzürlü sayılaraq bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3946/2022 nömrəli iş üzrə qəbul etdiyi 27 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasından imtina edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3946/2022 nömrəli iş üzrə qəbul etdiyi 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır Qərardad ilə razı olmayan Cavabdeh1 oğlu şikayət vermişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 yanvar 2023-ci il tarixli, 2(010)- 3946/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2022ci il tarixli qərardadından Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh1 oğlu Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 yanvar 2023-ci il tarixli, 2(010)-3946/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 dekabr 2022-ci il tarixli qərardadın onun elektron kabinetinə yerləşdirilməsi elektron poçt və digər vasitələrlə məlumat verilməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3946/2022 qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Belə ki, Cavabdeh1 oğlu tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə elektron ərizə formasında təqdim edilməmiş, elektron imza ilə imzalanmamışdır. İş materiallarında olan (iş vərəqi səh. 97) “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 27 dekabr 2022-ci il tarixli qərardadı Cavabdeh1 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə, saat 17:03-də yerləşdirilmişdir. Belə olan halda həmin qərardaddan şikayətin verilməsinin son tarixi Cavabdeh1 münasibətdə xx.xx.2023-cü il tarixidir. Cavabdeh1 tərəfindən verilmiş şikayətdən isə görünür ki, şikayət 09 yanvar 2023-cü il tarixdə, yəni qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət 3 (üç) gün ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Belə olan halda kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-c üil tarixli, 2(010)-3946/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1895/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1895/2023
15.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver