Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1897/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, cavabdeh X4 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı X2rşı “əşyaların qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2rşı “əşyaların qanunsuz sahiblikdən geri qalınması” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, “İçərişəhər”də yerləşən “AGORA” restoranının mətbəx və digər zallarında quraşdırılmış mebellərin, avadanlıqların və bütün digər daxili aksessuarların X3 alınıb iddiaçıya qaytarılması, 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv olunmasını və tərəfindən ödənilməmiş pul vəsaitinə uyğun avadanlıqların müəyyən edilib iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının tələb etdiyi əmlakların banka girov qoyulduğunu nəzərə almadığı, əmlakları qiymətləndirmədiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı tərəflərin nümayəndələri (vəkilləri) bağladıqları barışıq sazişini təqdim edərək onun təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişinin şərtlərinə görə: “Bir tərəfdən İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, digər tərəfdən isə cavabdeh X6 və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 bu Barışıq Sazişini 24.02.2022-ci il tarixində aşağıdakı şərtlər daxilində imzaladılar: 1. İddiaçı ilə 19.12.2018ci il tarixdə bağlanılan 001 saylı X1-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malların 65,000.00 (altmış beş min) ABŞ Dolları dəyərində qalıq ödənişini Cavabdeh X6 31.08.2022-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürür. 2. Eyni zamanda qəbul edir ki, 1-ci bənddə qeyd olunan tarixdə, yəni 31.08.2022-ci il tarixində İddiaçı qeyd olunan müqavilə üzrə qalıq 65,000.00 (altmış beş min) ABŞ Dolları məbləğində ödənişi etmədiyi təqdirdə, 19.12.2018-ci il tarixdə bağlanılan 001 saylı X1-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malları qeyd-şərtsiz İddiaçı dərhal geri qaytaracaqdır. 3. Bu Sazişin 2-ci bəndində qeyd olunduğu kimi malların geri qaytarılması halı baş verdiyi təqdirdə, cavabdeh X6 qəbul edir və razılaşır ki, 19.12.2018-ci il tarixdə bağlanılan 001 saylı X1-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malları üçüncü şəxslərin iddia və tələblərindən və ya hər hansı hüquqlarından azad bir şəkildə, işlək saz vəziyyətdə, hər hansı bir maddi zərər vurulmadan geri qaytaracaqdır. 4. 19.12.2018-ci il tarixdə bağlanılan 001 saylı X1-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş malların hər hansı birində maddi zərər halı aşkar edildiyi təqdirdə, həmin malı və ya mallarda maddi zərəri aradan qaldırır və yaxud maddi zərər dəyərini İddiaçı ödəyəcəkdir. 5. AR MPM-nin 192.2-ci maddəsinə əsasən tərəflər barışıq sazişini imzaları ilə təsdiq edir və Bakı Apellyasiya Məhkəməsinə bu Barışıq sazişinin təsdiq edilməsi və icraata xitam verilməsi barədə qərardad çıxarılması üçün təqdim edir. 6. Tərəflər razılaşırlar ki, barışıq sazişinin şərtlərinə əməl olunmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyacaqlar”. Kollegiya izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin imzaladıqları barışıq sazişi təsdiq olunaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Kollegiya hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2rşı “əşyaların qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “1. İddiaçı ilə 19.12.2018-ci il tarixdə bağlanılan 001 saylı X1-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malların 65,000.00 (altmış beş min) ABŞ Dolları dəyərində qalıq ödənişini Cavabdeh X6 31.08.2022-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürür. 2. Eyni zamanda qəbul edir ki, 1-ci bənddə qeyd olunan tarixdə, yəni 31.08.2022-ci il tarixində İddiaçı qeyd olunan müqavilə üzrə qalıq 65,000.00 (altmış beş min) ABŞ Dolları məbləğində ödənişi etmədiyi təqdirdə, 19.12.2018ci il tarixdə bağlanılan 001 saylı X1-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malları qeyd-şərtsiz İddiaçı dərhal geri qaytaracaqdır. 3. Bu Sazişin 2-ci bəndində qeyd olunduğu kimi malların geri qaytarılması halı baş verdiyi təqdirdə, cavabdeh X6 qəbul edir və razılaşır ki, 19.12.2018-ci il tarixdə bağlanılan 001 saylı X1- Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malları üçüncü şəxslərin iddia və tələblərindən və ya hər hansı hüquqlarından azad bir şəkildə, işlək saz vəziyyətdə, hər hansı bir maddi zərər vurulmadan geri qaytaracaqdır. 4. 19.12.2018-ci il tarixdə bağlanılan 001 saylı X1-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş malların hər hansı birində maddi zərər halı aşkar edildiyi təqdirdə, həmin malı və ya mallarda maddi zərəri aradan qaldırır və yaxud maddi zərər dəyərini İddiaçı ödəyəcəkdir” məzmunlu barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2112/2021 saylı iş üzrə 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və həmin mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1897/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1897/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver