Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1910/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X22 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərindən irəli gələn evin satılaraq 50%-nin ödənilməsi” barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “17 dekabr 2016-cı il tarixli, nömrəsiz müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2645/2021 saylı, 05.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərindən irəli gələn evin satılaraq 50%-nin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “17 dekabr 2016-cı il tarixli, nömrəsiz müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı ilkin iddiası onunla əsaslandırılmışdır ki, 17 dekabr 2016-cı il tarixdə Cavabdeh işlədiyi ünvan 1 ünvanında yerləşən ofisinə gələrək, Bakı şəhəri Yasamal rayonu 27-ci PB-də onun barəsində olan materialların yoxlanılması ilə bağlı ona hüquqi yardım etməsini İddiaçı xahiş etmişdir. Onunla elə həmin tarixdə, edəcəyi hüquqi yardım barəsində qarşılıqlı müqavilə bağlamışlar. Müqavilənin şərtinə görə, ona edəcəyi hüquqi yardım müqabilində Valentina ona 1.500 manat ödəməli olmuşdur. Lakin Cavabdeh ona ilkin olaraq 500 manat ödəmək imkanının olduğunu bildirmiş və o, Cavabdeh ilə razılaşmışdır. Kitayevanın barəsində 27-ci PB-də olan materialların və hadisənin yoxlanılmasında iştirak edərək hüquqlarının qanun müstəvisində müdafiəsini təmin etmişdir. Kitavevanın hüquqlarını o, etibarnamə əsasında müdafiə etmişdir. 10 dekabr 2016-cı il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı T.İmanov tərəfindən yoxlanılan həmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. 27 PB-də işi bitdikdən sonra o, Cavabdeh qalan 1.000 manat qalıq borcunu istədikdə, Kitayeva ona özünün digər mülki mübahisələri ilə əlaqədar işlərində də hüquqi yardım etməyini ondan xahiş etmişdir. Lakin bildirmişdir ki, onun ödəniş etməyə pulu yoxdur və 1.000 manatı da ödəyə bilməyəcək, əgər onun məhkəmə və sair işlərində ona yardım edərsə sonda ünvan 3 ünvanındakı, ona X10 tərəfindən vəsiyyətnamə əsasında verilən mənzilini sataraq, satışdan əldə edilən pulun 50%-ni ödəyəcəkdir. O, Cavabdeh səmimiyyətinə inanaraq, 17 dekabr 2016-cı il tarixdə Cavabdeh ilə aralarında müqavilə tərtib edib imzalamışlar. Bundan sonra o, artıq sorğu-sualsız, pulsuz olaraq, həmin tarixdən ta ki, 06 aprel 2021-ci ilədək Cavabdeh S.Qladilinanın ona vəsiyyətnamə əsasında qoyduğu ünvan 3 ünvanındakı evinə olan mülkiyyət hüquqlarının qanun müstəvisində tanınaraq, ona verilməsi istiqamətində bütün mərhələlərdə işini başlayıb davam etdirərək, nəhayətində tam qələbə ilə bitirmişdir. Bu mərhələ işləri belə bir ardıcıllıqla davam etmişdir. Mülki iş üzrə işin faktiki halları aşağıdakılardan ibarətdir: 2012-ci ilin yay mövsümündə Cavabdeh S.N.Qladilina ilə tanış olmuş, bu tanışlıq aralarında mehriban dostluq münasibətlərinə çevrilmişdir. Bir müddətdən sonra S.N.Qladilina xəstələnmiş, oğlu V.F.Lapin anasına qulluq etmədiyindən, ona laqeydliklə yanaşaraq incitdiyindən o, Cavabdeh ona qulluq etməsini xahiş etmişdir. Lakin maddi imkanının olmadığı səbəbindən o, evini Cavabdeh vəsiyyət edəcəyi barədə onunla şifahi razılığa gəlmişdir. Bir müddətdən sonra S.Qladilinanın vəziyyəti pisləşdiyindən, Cavabdeh ona mütəmadi olaraq qulluq etmiş, həkim müayinəsinə aparmış, təmizlik və digər təsərrüfat işlərini icra etmişdir. 23 may 2016-cı ildə S.Qladilina vəziyyətin pisləşdiyini görüb, Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzinin notariusuna gələrək, bütün əmlakını o cümlədən ünvan 3 ünvanında yerləşən evini Cavabdeh vəsiyyət etmişdir. 23 may 2016-cı il tarixdə S.Qladilina vəfat etmişdir. Bundan sonra Cavabdeh vəsiyyətnamə ilə əlaqədar 24 iyul 2016-cı il tarixdə 3 saylı Asan xidmətin Notariusuna müraciət etmiş, 27 noyabr 2016-cı il tarixdə notarius Ə.Abuzərova tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar verilmiş və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi barədə ona izah verilmişdir. 21 dekabr 2016-cı il tarixdə o, Cavabdeh qeyd edilən mənzilə olan hüquqlarının məhkəmə tərəfindən tanınması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. 25 aprel 2017-ci il tarixdə isə həmin mənzilə qeydiyyatı olmayan, özünün qeydiyyatda olduğu Bakı şəhəri, Vaqif küçəsi, ev 11 mənzil 35-də yaşayan S.Qladilinanın oğlu V.F.Lapin də Kitayevaya verilən “Vəsiyyətnamənin etibarsız hesab edilərək, onun mənzilə olan hüquqlarının tanınması və ona şəhadətnamə verilməsi” tələbi üzrə Yasamal Rayon Məhkəməsinə qarşılıqlı iddia ilə müraciət etmişdir. Hər iki iddia məhkəmə prosesində geniş şəkildə müzakirə edilərək, məhkəmə çəkişməsi zəminində toplanmış sübutlar və şahid ifadələri ilə hakim S.Mehrəliyev tərəfindən 07 avqust 2017-ci il tarixdə Cavabdeh qeyd edilən mənzilə hüquqların tanınması və V.Lapinin isə qarşılıqlı iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Həmin qətnamə V.F.Lapin tərəfindən mübahisələndirilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilmişdir. 06 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi İ.Vəliyevin sədrliyi ilə V.Lapinin şikayətinə baxılaraq, Yasamal Rayon Məhkəməsinin 07 avqust 2017- ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilmişdir. 3 saylı ASAN Xidmətin notariusunun yazılı müraciətinə əsasən, 11 may 2018-ci ildə hakim S.Mehrəliyev tərəfindən qərardad qəbul edilərək, V.F.Lapinə S.Qladilinanın əmlakından məcburi payın verilməməsinə aydınlıq gətirirərək göstərilmişdir ki, V.F.Lapin qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində notariusa müraciət etməmiş, anasının ölümündən 9 (doqquz) ay sonra heç bir üzürlü səbəb olmadan gecikərək müraciət etdikdə isə rədd cavabı almışdır. Anası S.Qladilina 24 may 2016-cı il tarixdə vəfat etmiş, V.F.Lapin isə notariusa 2017-ci ilin fevralında müraciət edərək rədd cavabı aldıqdan sonra isə, 2017- ci ilin aprel ayının 24-də məhkəməyə müraciət etmişdir. Bununla da o, heç bir üzürlü səbəb olmadan mirasın qəbulu üzrə qanunla müəyyən olunmuş bütün müddətləri pozmuşdur. Daha sonra 06 iyun 2018-ci il tarixdə Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31, mənzil 65-də yerləşən evə çıxarış verilmiş və bununla da o, evin üzərində sahiblik, sərəncam vermək hüququ əldə etmişdir. Lakin V.F.Lapin həmin evdə yaşamasa da, evin açarlarını Cavabdeh anasının ölümündən dərhal sonra zorla aldığından və onu ora buraxmadığından Cavabdeh evin sahiblik hüququnu əldə etdikdən sonra yenidən V.P.Lapinin məhkəmə qaydasında evdən çıxarılması üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. 20 sentyabr 2018-ci il tarixdə V.F.Lapin mənzildən çıxarılması barədə qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət vermiş və məhkəmə kollegiyası 27 mart 2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinin çıxarmış olduğu qətnamənin qüvvədə saxlanılmasına dair qətnamə qəbul etmişdir. 23 avqust 2019-cu il tarixdə mənzildən çıxarılan və bütün qanuni hüquqlarını itirən V.F.Lapin məsələni yenidən gündəmə gətirərək, əyri yollar axtarışında, eyni vaxtda 2019-cu ilin sentyabr ayında 2 məhkəməyə - Yasamal Rayon məhkəməsinə “məcburi pay hüququnun tanınması və miras şəhadətnaməsinin verilməsi” tələbi ilə, Nizami Rayon Məhkəməsinə isə “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakının qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması” tələbləri ilə mülki qaydada müraciət etmişdir. Artıq qüvvəyə minmiş 2 qətnamənin (Yasamal Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(004)-1350/2017 saylı qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılmasına dair 16 dekabr 2018-ci il tarixli 2(103)-11457/2017 saylı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi qətnaməsi) olduğu halda və bu məsələnin bütün məhkəmə proseslərində məhkəmə baxış zamanı təqdim olunan sübutu əhəmiyyətli sənədlər, şahid ifadələri nəticəsində qəbul edilən bu qətnamələr məsələnin qanuni müstəvidə həll edildiyinə, onların tam, obyektiv və qanuni olduğuna baxmayaraq, V.F.Lapinin verdiyi iddia tələblərinə yenidən istər Yasamal Rayon Məhkəməsində, istərsə də Nizami Rayon Məhkəməsində baxılmışdır. Hər iki məhkəmədə qeyd edilən iddia tələblərinin təmin edilməməsinə dair qətnamələr qəbul edilmişdir. (Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(004)-5443/2019 saylı qətnaməsi hakim A.Məmmədov, Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2(007)-3163/2019 saylı qətnaməsi hakim R.Həsənov). Bundan sonra V.F.Lapin ümidlərini itirmədən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmiş və Nizami Rayon Məhkəməsinin qətnaməsinin ləğvi tələbi ilə apellyasiya şikayəti vermişlər. 25 avqust 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində V.Lapinin apellyasiya şikayəti əsasında mülki işə baxan hakim şikayəti qismən təmin edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-3163/2019 saylı 03 dekabr 2019-cu il tarixli qətnaməsini qismən ləğv edib, V.Lapinin anası S.Qladilinadan miras qalmış ünvan 3 ünvandakı mənzildən ibarət miras əmlakının qəbul edilməsi müddətinin (məcburu pay alması üçün) Lapin tərəfindən ötürülməsinin üzürlü hesab edilməsi və sair haqqında qətnamə qəbul edilmişdir. Həmin qətnamədən, tərəfindən kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət ilə müraciət edilərək mübahisələndirilmişdir. 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmədə mülki işə baxılaraq, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir və Cavabdeh qeyd edilən ünvandakı mənzilə olan hüquqları tam şəkildə tanınaraq təsbit edilmişdir. Göründüyü kimi, o, 4 il yarım müddətində Cavabdeh ilə bağladığı müqavilə şərtlərinə sadiq qalaraq onun hüquqlarını qanuna müvafiq qaydada müdafiə edib, bütün məhkəmə və icra orqanlarında öz işini müvəffəqiyyətlə başa vurmuşdur. Lakin, Cavabdeh əldə olunan bu qələbəni bəsit, anlamsız bir hal kimi qəbul edərək onun uzun və çətin əməyinə qiymət belə vermədən, özünün qələbəsi kimi qəbul edib, müqavilənin sonrakı əsas şərti olan evin satılması və onun 50%-lik əmək haqqının ödənilməsinə müxtəlif bəhanələr gətirərək boyun qaçırmışdır. Bu da onun bütün bunları məqsədyönlü, planlı şəkildə, müxtəlif maskalar altında gizlənərək son məqsədinə nail olmasına dəlalət etməsini göstərir. Kitayevanın ondan qaçaraq müxtəlif bəhanələr gətirib, evi satmaq niyyətində olmaması, onda şübhə doğurmuşdur. V.Lapin mübahisəli evdən çıxarıldıqdan sonra o, evin giriş qapısının açarını yeniləyib, bir açarını özündə saxlamış, digərini isə Kitayevaya vermişdir. Cavabdeh onun həmin evə girmək imkanını məhdudlaşdıraraq evin açarını dəyişmiş və onunla heç bir əlaqəyə girməyərək konkret olaraq ona pul verməyəcəyini demişdir. Bununla da Kitayeva aralarında bağlanan müqavilə şərtlərini icra etməkdən kobudcasına imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinin tələbinə əsasən “Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa həmin müqavilə əvəzli sayılır.”. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə görə işlər bitdikdən sonra qeyd edilən evi birlikdə sataraq həmin pulun 50%-ni ona verəcəyini öhdəsinə götürmüş və o da bu öhdəlikdən irəli gələn tələbə görə bütün bu illər ərzində ondan pul almadan müdafiə işini yönəltmişdir. Lakin Cavabdeh ona qarşı olan münasibəti qeyri-insani münasibətdir. Belə ki, 4 il yarım müddətində onun hüquqlarını yüksək səviyyədə, bütün instasiyalarda müdafiə etmiş və bu yöndə kifayət qədər əmək sərf etmişdir. Lakin onun cinayətkar mövqeyini heç bir vaxt hiss etməmişdir. Çünki o, məqsədinə nail olmaq üçün onun etibarını qazanmış və sən demə sonda ona veriləcək pulu mənimsəmək məqsədi olmuşdur. Bu da tam aydınlığı ilə görülməkdədir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh ilə onun arasında bağlanan 17 dekabr 2017- ci il tarixli müqavilə şərtlərindən irəli gələn, onun ünvan 3-də yerləşən evinin satılaraq, ona çatacaq satış məbləğinin 50%-nin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasında bağlanmış 12 dekabr 2016-cı il tarixli müqavilə onun ağır vəziyyətə düşməyi və digər tərəfin bundan istifadə etməsi nəticəsində bağlanmışdır. Belə ki, o, İddiaçı ilk dəfə 2016-cı ilin dekabrında tanımışdır. Həmin dövrdə Yasamal rayon 27-ci Polis Bölməsində olan materialın araşdırılması zamanı hüquqlarının müdafiə edilməsi üçün müqavilə imzalamışdır. Həmin müqavilənin dəyəri 500 manat olmuşdur və o, həmin vəsaiti dost-tanışlarından borc-xərc edərək ödəmişdir. Həmin iş yekunlaşdıqdan sonra onun digər mülki məsələ ilə bağlı probleminin olduğunu, həmin məsələdə ona hüquqi yardım göstərilməsi üçün köməklik lazım olduğunu bildirdikdə, İddiaçı ona həmin məsələnin çox uzun müddət çəkəcəyini, həmin işin birinci instansiya, apelyasiya və Ali Məhkəmədə baxılacağını bildirərək hər instansiya üçün ondan 1000 manat pul vəsaiti tələb etmişdir. O isə Qəmərə maddi imkanının çox aşağı olduğunu, hazırda həmin vəsaitin tərəfindən ödənilməsinin mümkün olmadığını, əvvəlki hüquqi yardıma görə də ödənilmiş 500 manat vəsaiti də dost-tanışdan borc alaraq ödədiyini bildirmişdir. O, İddiaçı ona hüquqi yardım göstərməsini, hüquqi yardım göstərildikdən sonra evi satıb onun xidmət haqqını ödəyə biləcəyini təklif etmişdir. İddiaçı isə ona hüquqi yardım göstərildikdən sonra onun hüquqi yardımının dəyərini ödəməyəcəyindən ehtiyat etdiyini bildirmişdir. O isə heç bir narahatçılığın olmadığını, iş yekunlaşdıqdan sonra iştirak etdiyi hər instansiyaya görə 1000 manat xidmət haqqını ödəyəcəyinə söz vermişdir. Lakin İddiaçı yenə də onun pulu ödəməyəcəyindən narahat olduğunu, bu narahatçılığı aradan qaldırmaq üçün aralarında formal olaraq müqavilə bağlanmasını, həmin formal müqavilənin şərtlərinə görə onun həmin mənzilin 50%-ni adına keçirməyini təklif etmişdir. O isə bu hüquqi xidmətə görə mənzilin 50% məbləğinin çox yüksək olduğunu bildirmişdir. Belə ki, hər instansiyaya görə 1000 manat xidmət haqqına görə evin dəyərinin 50%-nin tələb edilməsi çox ağır şərtdir. İddiaçı isə öz növbəsində bildirmişdir ki, bu sadəcə onun xidmət haqqının ödənilməsinin təminatı rolunu oynayacaq. Həmçinin, Qəmər ona bildirmişdir ki, “mən sənə etibar edib sənə hüquqi xidmət göstərirəmsə, sən də gərək mənə etibar edəsən, əgər iş yekunlaşdıqdan sonra neçə instansiyada iştirak etmişəmsə hər instansiya üçün 1000 manat xidmət haqqı ödədikdən sonra bu müqavilənin bir əhəmiyyəti olmayacaqdır”. O isə Qəmərə bildirmişdir ki, “necə razılaşmışıqsa o şəkildə də müqavilə imzalayaq, hər instansiya üçün 1000 manat xidmət haqqı verməyimi öz üzərimə götürürəm”. Qəmər isə ona bildirmişdir ki, həmin şərtlərlə ona hüquqi yardım göstərə bilməz, çünki həmin vəsaitin ödənilməyəcəyindən narahatdır. Ancaq mənzilin 50%-ni verməyi ilə bağlı müqavilə imzalasa onda onun tərəfindən göstərilmiş hər instansiyadakı xidmətə görə 1000 manat xidmət haqqının ödənilməsinə inam yaranacaqdır. Qəmər ona dəfələrlə bildirmişdir ki, həmin müqavilə sadəcə özünün göstərdiyi xidmətin dəyərini almaq üçün təminat rolunu oynayır. Onun isə hüquqi savadı və maddi imkanı olmadığından, məhkəmələrdə özünü müdafiə edə bilməyəcəyi üçün məcbur qalıb həmin tərtib edilmiş müqaviləyə imza atmışdır. O da İddiaçı etibar etdiyi üçün həmin müqaviləni imzalamışdır. İşlər yekunlaşdıqdan sonra İddiaçı ona bildirmişdir ki, hər instansiya üçün 1000 manat deyil, mənzilin 50%-ni onun adına keçirməlidir. O isə Qəmərə əslində başqa cür razılaşdıqlarını, müqavilə şərtlərində qeyd edilənlərin sadəcə hər instansiya üçün 1000 manat xidmət haqqının ödənilməsini təmin etmək üçün olduğunu bildirdikdə, İddiaçı ona yazılı müqavilədə bağlanan nədirsə, onu da alacağını bildirmişdir. Bundan əlavə olaraq bildirir ki, adından işlərin həyata keçirilməsi üçün 12 dekabr 2016-cı il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda İddiaçı adına verdiyi etibarnaməni ərizə verərək 31 iyul 2018-ci il tarixdə ləğv etdirmişdir. Yəni qeyd edilən tarixdən sonra İddiaçı onun adından hər hansı iş və xidmətlərin göstərməsi səlahiyyəti olmamışdır. Etibarnaməni ləğv etdikdən sonra vərəsəlik işi ilə əlaqədar olaraq məhkəmə mübahisəsinə Bakı Apellyasiya və Ali Məhkəmədə baxılmış və onun etibarnaməni ləğv etdirdiyi üçün İddiaçı onun adından hər hansı işi aparmaq və həmin işin aparılmasını kiməsə həvalə etmək səlahiyyətinə malik olmamışdır. Həmin işlərin aparılması ilə əlaqədar Bakı Apelyasiya və Ali Məhkəmədə onu təmsil etmək üçün vəkillərlə müqaviləni də şəxsən özü imzalamışdır. Göründüyü kimi, qeyd edilən müqaviləni o, hüquqi savadı və maddi imkanı olmadığından ağır şərtlər altında bağlamağa məcbur olmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ona qarşı verdiyi iddia ərizəsinin rədd edilməsi və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə arasında bağlanmış 17 dekabr 2016-cı il tarixli və nömrəsiz müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2645/2021 saylı, 05.10.2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Qumru Əliyeva). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, 12 dekabr 2016-cı il tarixdə işlədiyi ofisə gələn V. V. Kitayeva Bakı şəhəri, Yasamal RPİ-nin 27 PB-də onun barəsində V. Lapinin şikayət ərizəsi əsasında başlanmış təhqiqat prosesi ilə əlaqədar onu müdafiə etməsini iddiaçıdan xahiş etmiş və bununla əlaqədar iddiaçı onunla 1500 manat müqabilində müqavilə bağlamışdır. Lakin Kitayeva həmin anda ancaq 500 manat vermək imkanının olduğunu bildirmiş, iş bitdikdən sonra isə qalan pulunu verəcəyinə söz vermişdir. İddiaçı bunu anlayışla qəbul edərək işə başlamış və 27 PB-də Lapinin şikayəti əsasında aparılan təhqiqat üzrə V. Kitayevanın müdafiəsini təmin edərək başa çatdırmışdır. Nəticədə 27-ci polis bölməsinin təhqiqatçısı T. İmanovun 10 dekabr 2016-cı il tarixli qərarı ilə V. Kitayevanın barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra V. Kitayeva onun mülki qaydada məhkəmə və icra orqanlarında olan işlərini davam etdirməsini iddiaçıdan xahiş etmişdir. O iddiaçıya olan 1000 manat pul borcunu da ödəmədən iddiaçı ilə yenidən 17 dekabr 2016-cı il tarixdə növbət imüqaviləni bağlamışdır. Müqavilə şərtinə görə iddiaçı V. Kitayevaya S.Qladirina tərəfindən vəsiyyətnamə əsasında miras qalan ünvan 3 ünvanındakı evinə olan hüquqlarının məhkəmə qaydasında tanınması üzrə bütün məhkəmə, polis və icra orqanlarında müdafiə etməyi üzərinə götürmüş, Kitayeva isə iş bitdikdən sonra əldə edəcəyi evi sataraq, satışdan əldə edilmiş pulun 50 faizini iddiaçıya verəcəyini vəd etmişdir. 21 dekabr 2016-cı il tarixdə iddiaçı Cavabdeh qeyd olunan evə hüquqlarının tanınmasına dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Uzun müddətli mərhələli məhkəmə prosesləri və icra orqanlarında aparılmış işlərdən sonra V. Kitayevanın qeyd edilən Bakı şəhəri, İnşaatçılar prospekti 31, 65 saylı mənzilə olan hüquqlarının tanınmasına dair Yasamal rayon məhkəməsinin qətnaməsi 17 aprel 2018-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra, Dövlət Reyestr xidməti tərəfindən ona 7 iyun 2018-ci il tarixdə ******* saylı mənzilə çıxarış vəsiqəsi verilmişdir. V. Kitayeva mənzilin çıxarışını aldıqdan sonra mütəmadi olaraq, Rusiyanın səfirliyinə gedib gəlməyə başlamış və bu da iddiaçını şübhələndirdiyindən iddiaçı evin çıxarışını ondan tələb etmişdir. Çünki o mənzili iddiaçıdan xəbərsiz sataraq, Rusiyada yaşayan oğlanlarının yanına gedə bilərdi. Kitayeva iddiaçıya çıxarışı verdikdən sonra rəfiqələrinin məsləhəti ilə iddiaçıya verdiyi etibarnaməni sonuncudan xəbərsiz ləğv etdirmişdir. İddiaçının heç nədən xəbəri olmadığı üçün həmin işləri davam etdirərək, mərhələli şəkildə V. Kitayevanın hüquqlarını məhkəmə və İcra orqanlarında müdafiə etmişdir. Müdafiə anlayışı yanlız məhkəmədə çıxışdan ibarət deyil, sənədlərin tərtibatı, sübutların toplanması, şahidlərin müəyyən edilərək, məhkəməyə cəlb edilməsi vəs. bu kimi işlərin məcmusu müdafiə fəaliyyəti kimi qəbul edilməlidir. İddiaçı ali təhsilli mütəxəssisdir və uzun illər prokurorluq orqanlarında çalışmışdır. İşə baxan hakim gəldiyi qənaətində iddiaçının vəkil olmadığını və nümayəndənin müstəqil peşə olmaması səbəbi ilə onun bu işlə məşğul olmağının qanunsuz olduğunu qətnamədə göstərmişdir. Əvvəla Azərbaycan Respublikası MPM-nin 69.1 və 70-ci maddələrinin tələbinə uyğun olaraq hər hansı fəaliyyət qabiliyyətli şəxs nümayəndə ola bilər. İddiaçının peşəkarlığı və səyi nəticəsində V. Kitayevanın həlli çətin və uzunmüddətli olan mülki proseslərinin nəticəsi bunu təsdiq edir. Əgər iddiaçının belə bir səlahiyyəti yox idisə, keçirilən məhkəmə proseslərində onun iştirakı və fəaliyyəti hansı səbəbdən hakimlər tərəfindən məhdudlaşdırılmamış, əksinə qəbul edirələrək proseslərdəki iştirakı təmin edilmişdir. 2018-ci ildə qanunda dəyişiklik edilərək nümayəndəlik fəaliyyəti ləğv edilmişdir. Lakin məhkəmələr yarımçıq qalan işlərin tamamlanması üçün nümayəndələrə şərait yaradırdılar. Bu baxımdan da iddiaçı Cavabdeh məhkəmə və icra işlərini davam etdirmişdir. Məhkəmə qətnamədə iddiaçının, 31.07.2018-ci il tarixdə Cavabdeh etibarnaməni ləğv etdikdən sonra ona dair mülki və icra proseslərini aparmadığını və bunu başqa vəkilə həvalə etdiyini qeyd edir. Bu xüsusda qanunvericiliyin müxtəlif maddələrinə istinad edir. V. Kitayevanın 2018-ci il tarixədək aparılan məhkəmə proseslərində Bakı şəhəri, İnşaatçılar pr. Ev 31, 65 saylı mənzilə olan hüquqları tanınmış və bu iş Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. 2018-ci ilin iyun ayında iddiaçı onun nümayəndəsi olaraq İcra şöbəsi ilə əlaqə saxlayıb, etibarnaməni oraya təqdim etmiş və ardıcıl olaraq bilavasitə əvvəla 3 saylı Asan xidmətin notariusunda Cavabdeh adına şəhadətnamə verilərkən yaranmış problemin çözülməsi üçün konkret olaraq Ədliyyə Nazirliyinin Baş notarius və zaks idarəsinin rəisinin qəbulunda olmuş və yaranan vəziyyətlə əlaqədar olaraq onun yardımını xahiş etmişdir. Bu müdaxilədən sonra Yasamal Rayon Məhkəməsinin hakimi S.Mehrəliyevin qərardadı ilə ilə həmin məsələyə aydınlıq gətirilmiş və V. Kitayevaya həmin mənzilə dair şəhadətnamə verilmişdir. 2019-cu ilin avqust ayının 23-də V.Lapin Yasamal Rayon İcra şöbəsinin əməkdaşı K.Quliyev və digər polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, İnşaatçılar pr.ev 31, 65 nömrəli mənzildən çıxarılarkən iddiaçı da orada iştirak etmişdir. Bu haqda tərtib edilən aktda iddiaçının imzası da vardır. Mənzildən çıxarılan V.Lapin 2019-cu ilin sentyabr ayında Yasamal və Nizami rayon məhkəməsinə verdiyi son iddialar üzrə məhkəmə proseslərində (nümayəndəlik fəaliyyəti ləğv edildiyi üçün) nümayəndə kimi iştirak etməsə də həmin proseslərdə şəxsən iştirak etmiş, bütün sənədləri tərtib edərək hüquqi müstəvidə Cavabdeh yardım etmişdir. Hər iki mərhələdə, yəni həm Nizami, həm də Yasamal Rayon Məhkəmələrində verilən iddialar geniş məhkəmə müzakirəsi və çəkişməsi keçirilmədən MPM-nin 83 maddəsi tədbiq edilməklə və bu xüsusda artıq qanuni qüvvəyə minmiş 3 qətnamənin olması nəzərə alınaraq təmin edilməmişdir. Ümumiyyətlə 4 il yarım müddətində ali Məhkəmə prosesi istisna olmaqla Cavabdeh hüquqlarını müdafiə edəcək heç bir vəkil olmamışdır. Bu öz əksini qəbul edilmiş məhkəmə qətnamələrində və sair sənədlərdə tapır. Halbuki, işə baxan hakim Cavabdeh 2018-ci ildən sonra məhkəmələrdə digər vəkillər tərəfindən müdafiə olunması barədə heç bir sübut və dəlillərlə təsdiq olunmayan faktı göstərmişdir. Cavabdeh rusdillidir. Hüquqi savadı yoxdur, belə olan halda 2018-ci ildən etibarən bütün məhkəmə proseslərində onun adından yazılan iddia, etiraz ərizələri, vəsatətlər və s. sənədlər, toplanmış sübutlar kimin tərəfindən icra edilmişdir. Bütün bunlar məhkəmə prosesində hakim tərəfindən araşdırılmamış və bu yöndə heç bir sübutlar əldə edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə 65 vərəqdən ibarət 2016-cı ildən 2021-ci ilin aprel ayına qədər olan müddətdə keçirilmiş məhkəməyə təqdim olunan materiallar, sənədlər təqdim edilmişdir və bu sənədlərin bəziləri iddiaçının imzası, digər qismi isə Kitayevanın imzası ilə təsdiqlənmişdir. Həmin sənədlər arasında 2019-2020-ci illərdə tərtib edilmiş sənədlər olduğundan bu sənədlərin hansı yolla tərəfindən əldə olunması da hakim tərəfindən son qərar qəbul edilərkən diqqətə alınmamış, o bu məsələ ilə bağlı yanlış nəticəyə gəlmiş, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin işin faktiki hallarına uyğun gəlmədiyini göstərir. Bu baxımdan hakim məhkəməyə təqdim etdiyi iddia tələbini əsaslandıran halları özündə ehtiva edən sübutları nəzərə almayaraq onlara obyektiv hüquqi qiymət vermədiyindən son nəticəni qərəzli olaraq qeyri-obyektiv şəkildə vermişdir. Məhkəməyə bu sayda sübut təqdim etməyinə baxmayaq hakim Q.Əliyeva qətnamədə iddiaçının məhkəməyə sübut təqdim etmədiyini göstərir. Cavabdeh V.Lapinlə aralarında olan mülkimübahisəyə dair iş üzrə ali məhkəmədə proses bitdikdən və o iddiaçıya pul verməyəcəyini bildirdikdən sonra iddiaçı 04.04.2021-ci il tarixdə Yasamal Rayon Polin İdarəsinin 27-ci Polis bölməsinə onun qanunsuz hərəkətlərinə dair şikayət arizəsi ilə müraciət etmişdir. Ərizənin yoxlanılması zamanı polisdə izahat verən Cavabdeh tamamilə fərqli arqumentlər gətirərək aralarında bağlanan müqavilələrin, barəsində olan bütün məhkəmə, polis və icra orqanlarında apatılan işlərin iddiaçı tərəfindən icra edildiyini, iş bitdikdən sonra isə birlikdə evi sataraq 50 % olmaqla pulu böləcəkərinin doğruluğunu təsdiq edərək yalnız bunun V.Lapinin 6 ay müddətində konstitusiya məhkəməsinə şikayət vermək hüququ olduğundan bu müddəti gözləmək məcburiyyətində olduqlarını bildirmişdir. Göründüyü kimi Cavabdeh özünün cinayətkar mövqeyini gizlətmək üçün Polisdə bir cür, məhkəmədə isə başqa məzmunu iddia tələbi ilə çıxış edərək, ədalət mühakiməsinin fikrini yayıyındırıb,cinayət və mülki məsuliyyətdən yayınmağa çalışmışdır. Hakim Q.Əliyeva isə işdə olan belə bir ziddiyyətli faktı diqqətə almadan onu araşdırmamışdır. Cavabdeh 15.04.2021-ci il tarixdə bacısı A.Məmmədovanın evinə gedərək, özünün xəstəliyiilə əlaqədar vəziyyətini ona anlatmış və həkim müayinələrinin sənədlərini ona verərək, iddiaçının ona yardım etməsini bacısından xahiş etmişdir. İddiaçının onunla artıq münasibətlərinin bitdiyini və polisdə olan şikayətlərinin yoxlandığı zaman onun iddiaçıya müraciəti sonuncunu şübhələndirsə də, yenə insanlıq edib, onu əvvəlcə neyrocərrahiyyə xəstəxanasında tanıdığı həkimə yönəltmiş, daha sonra 16.04.2021-ci il tarixdə onu 1 saylı Tuberrkulyos Dispanserinin baş həkimi Y. Şirəliyevin qəbuluna apararaq, onun problemini orada aydınlaşdırmışdır. Oradan çıxıb yenə də bacısı A, Məmmədovanın evinə gəlmişdir ki, aralarındakı ziddiyyətlərə aydınlıq gətirsinlər. V. Kitayeva iddiaçıya bildirdi ki, “sənin pulun var, bu pul mənə daha çox lazımdır, gəl ondan vaz keç, onsuz da sən heç bir şeyə nail ola bilməyəcəksən, mənim arxamda adamım var, o mənə kömək edəcək”. Bütün bu faktları şahid qismində məhkəməyə dəvət olunan bacısı A. Məmmədova və rəfəqəsi S. Quliyeva təsdiq edərək geniş ifadə vermişlər. Lakin hakim Q. Əliyeva nədənsə, A. Məmmədova və S. Quliyevanınverdiyi şahid ifadələrini qanuni hesab etməmiş və bunu guya qohum ya rəfiqə kimi yaxın adamların olduğu ilə izah etmişdir. Halbuki, MPM-nin 104.1 maddəsinin tələbinə uyğun olaraq,“şahid ona məlum olan məlumatlar və halları məhkəməyə şifahi bildirir” həmin maddənin sair bəndlərində şahid qismində dindirilə bilməyən şəxslərin siyahısı göstərilmişdir. Bu siyahıda nə bacı, nədə rəfiqə kimi şəxslərin şahidliyinin qeyrimümkünlüyü qeyd edilməmişdir. Deməli, hakim tərəfindən Cavabdeh iddiaçı ilə 2021-ci ilin aprel ayına qədər olan müddət ərzindəki davam edən münasibəti barədə olan şahid ifadələri sübut kimi qiymətləndirilməmişdir. Halbuki, Kitayevanın guya 2018-ci ildə aralarındakı münasibətlərin bitdiyini göstərən ifadəsi məhz həmin şahid ifadələri ilə təkzib edildiyindən, hakim birtərəfli mövqe göstərərək, bu şahid ifadələrini sübut kimi qəbul etməmişdir. V. Kitayeva 02.09.2021-ci il tarixdə məhkəmə prosesi zamanı sərbəst ifadə verməmiş, uca səslə iddiaçının etiraz ərizəsində göstərdiyi xüsusatların yalan olduğunu bildirərək, 2018-ci ildən onunla çalışmadığını onun ifadəsində göstərdiklərinin yalan olduğunu, iddiaçıya 16 min manat verdiyini bildirmişdir. Sonra aralarında bu zəmində mübahisə düşmüş və ortalıq qarışmışdır. Hakim isə Kitayevaya bu barədə sübutlar təqdim etməsini tələb edib, iclası bağlamışdır. Bundan sonrakı proseslərdə Kitayeva iştirak etməmiş və onun vəkili Vəkil onun adından çıxış edərək, müdafiə etmişdir. Təbii ki, Z. Bağırov uzun müddətli məhkəmə prosesinin ardıcıllığını və eləcə də məsələlərin təfərrüatını bilmədiyindən, müdafiəsini yalnız etibarnamənin ləğvi faktı üzərində qurmuş, heç bir mötəbər sübut təqdimedə bilməmişdir. İddiaçı MPM-nin 273-cü maddəsinin tələbinə uyğun olaraq, məhkəmə protokollarına baxış keçirmişdir. Baxış zamanı aşağıdakı uyğunsuzlar aşkar edilmişdir. Əvvəla Kitayevanın 02.09.2021-ci il tarixdə keçirilən məhkəmə prosesində yuxarıda qeyd etdiyi hay-küy salaraq qeyd elədiyi ifadələrin əvəzinə, onun qarşılıqlı iddiasında göstərdiyi xüsusatlar qeydə alınmışdır. Hakimin sözləri protokola əlavə edilməmişdir. İddiaçının ifadəsi qısa və məzmunsuz şəkildə qələmə alınmışdır. Halbuki hər məhkəmə iclasında iddiaçı hadisələrin tam təfərrüatını ətraflı şəkildə izah edərək, qanunun maddələrinə istinad etmiş, işin mahiyyətini tam şəkildə şərh etmişdir. Şahidlər A. Məmmədova və S. Quliyevin ifadələri dəyişdirilərək, başqa məzmunda qeydə alınmışdır. Beləliklə, Kitayevanın məhkəmə zamanı heç bir tutarlı dəlil və sübutları təqdim etmədiyi halda, iddiaçının hər məhkəmə proseslərində Kitayevanın iştirakını tələb etməyinə baxmayaraq, hakim bu tələbi təmin etməmiş və ədalətli məhkəmə çəkişməsinin aparılmasına mane olmuşdur. İş barəsində heç bir məlumatı olmayan Vəkil isə iddiaçının suallarını belə cavablandıra bilməmişdir. Belə bir ədalətsiz zəminində aparılan məhkəmə prosesi heç bir həqiqəti aşkar edə bilməzdi və məsələlərə aydınlıq gətirə bilməzdi. Hakim özünün qeyri-obyektiv, birtərəflli və qərəzli mövqeyini məhz hərəkətsizliyi ilə nümayiş etdirmişdir. Onun gəldiyi nəticədə qanunsuz və əsassız olduğunu göstərir. Bu da onun qərəzli bir tərəfli qeyri-obyektiv movqeyinə dəlalət edir. Tərəflər arasında 12.12.2016-cu il tarixli və 17.12.2016-cı il tarixlərdə müqavilə bağlanmış tərəflər üzərinə öhdəliklər götürmüşlər. İddiaçı öhdəlikləri tam icra etmiş, lakin cavabdeh bu günə qədər öhdəliklərini icra etməmişdir. Məhkəmə iddiaçının cavabdehin öhdəliklərinin icrası üzrə tələbini heç bir qanuni əsas olmadan qeyri-qanuni hesab etməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə mülki məcəllənin 14-cü maddəsinin tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilələr tərəflərin öz azad iradəsi əsasında tərtib edilmişdir. Məhkəmə buna hüquqi qiymət verməmişdir. Məhkəmə iddiaçının müqavilədən irəli gələn öhdəliklərini, məhkəmə, polis və icra orqanlarında dörd ildən artıq müddətdə icra edərək cavabdehin Bakı şəhəri İnşaatçılar pr. ev 31, 65 saylı mənzilə olan hüquqlarının qanun müstəvisində tanınmasına nail olmasına baxmayaq bu xüsusda ətraflı araşdırma aparmadan maddi hüquq normalarından irəli gələn tələbləri pozmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, məhkəmənin qətnaməsi əsasız olduğu kimi həm də ədalətsizdir. İddaçı tərəfindən məhkəməyə 65 vərəqədən ibarət sübutu əhəmiyyət kəsb edən məhkəmə sənədləri təqdim olunmasına baxmayaraq məhkəmə bu sənədlərin mahiyyətini araşdırmadan, onların mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, onlara heç bir hüquqi qiymət vermədən, sübutların qəbul edilib-edilməməsinə dair heç bir izah verməmişdir. Hər hansı fəaliyyət qabiliyyətli şəxs nümayəndə ola bilər. İddiaçının peşəkarlığı və səyi nəticəsində V. Kitayevanın həlli çətin və müddətli olan mülki proseslərinin nəticəsi bunu təsdiq edir. Əgər iddiaçının belə bir səlahiyyəti yox idisə, keçirilən məhkəmə proseslərində onun iştirakı və fəaliyyəti hansı səbəbdən hakimlər tərəfindən qəbul edilərək məhdudlaşdırılmamışdır. 2018-ci ildə qanunda dəyişiklik edilərək, nümayəndəlik fəaliyyəti ləğv edilmişdir. Lakin məhkəmələr yarımçıq qalan işlərin tamamlanması üçün nümayəndələrə şərait yaradırdılar. Bu baxımdan da iddiaçı V. Kitayevanın məhkəmə işlərini davam etdirmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 12 dekabr 2016-cı il tarixdə aşağıdakı məzmunda müqavilə imzalanmışdır. “Biz vəkil Məmmədova İddiaçı və müştəri Cavabdeh 17 dekabr 2016-cı il tarixdə şahid X7 iştirakı ilə bu müqaviləni bağlayaraq onu təsdiq edirik ki, mən İddiaçı ona vəsiyyət olunmuş 24 may 2016-cı il tarixdə vəfat etmiş X2 mərhuma məxsus Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı öz üzərimə götürürəm. İşin müsbət nəticələndiyi təqdirdə müştəri Cavabdeh mənzilin satışından sonra dəyərindən əldə olunacaq pul vəsaitinin 50%-ni mənə ödəməyi öhdəsinə götürür. Məbləğ iş qurtardıqdan sonra ödənilməlidir, yəni S.N.Qladilinanın mənzili satıldıqdan sonra.” Həmin müqavilə cavabdehin ağır vəziyyətə düşməyi və digər tərəfin bundan istifadə etməsi, eləcə də onun tərəfindən aldadılmağı nəticəsində bağlanmış, eyni zamanda həmin müqavilənin bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdeh iddiaçını ilk dəfə 2016-ci ilin dekabrında tanımışdır. Həmin dövrdə Yasamal rayonu 27-ci Polis Bölməsində olan materialın araşdırılması zamanı hüquqlarının müdafiə edilməsi üçün müqavilə imzalamışdır. Həmin müqavilənin dəyəri 500 manat olmuşdur və cavabdeh həmin vəsaiti dost tanışlarından borc-xərc edərək ödəmişdir. Həmin iş yekunlaşdıqdan sonra cavabdehin digər mülki məsələ ilə bağlı probleminin olduğunu, həmin məsələdə ona hüquqi yardım göstərilməsi üçün köməklik lazım olduğunu bildirdikdə, İddiaçı cavabdehə həmin məsələnin çox uzun müddət çəkəcəyini, həmin işin birinci instansiya, apelyasiya və ali məhkəmədə baxılacağını bildirirək, hər instansiya üçün cavabdehdən 1000 manat pul vəsaiti tələb etmişdir. Cavabdeh isə ona maddi imkanının çox aşağı olduğunu, hazırda həmin vəsaitin tərəfindən ödənilməsinin mümkün olmadığını, əvvəlki hüquqi yardıma görə də ödənilmiş 500 manat vəsaitin də dost tanışdan borc alaraq ödədiyimi bildirmişdir. Cavabdeh İddiaçı ona hüquqi yardım göstərməsini, hüquqi yardım göstərildəkdən sonra evi satıb onun xidmət haqqını ödəyə biləcəyini təklif etmişdir. İddiaçı isə cavabdehə hüquqi yardım göstərildikdən sonra cavabdehin onun hüquqi yardımının dəyərini ödəməyəcəyimdən ehiyat etdiyini bildirmişdir. Ona heç bir narahatlığın olmadığını, iş yekunlaşdıqdan sonra iştirak etdiyi hər instansiyaya görə 1000 manat xidmət haqqın ödəyəcəyinə söz vermişdir. Lakin İddiaçı yenə də cavabdehin pulu ödəməyəcəyindən narahat olduğunu, bu narahatlığı aradan qaldırmaq üçün aralarında formal olaraq müqavilə bağlanmasını, həmin formal müqavilənin şərtlərinə görə cavabdehin həmin mənzilin 50%-ni onun adına keçirməsini təklif etdi. Cavabdeh isə bu hüquqi xidmətə görə mənzilin 50% məbləğinin çox yüksək oldunu bildirdi. Belə ki, hər insatnsiyaya görə 1000 manat xidmət haqqına görə evin dəyərinin 50%-nin tələb edilməsi çox ağır şərtdir. İddiaçı isə öz növbəsində bildirdi ki, bu sadəcə onun xidmət haqqının ödənilməsinin təminatı rolunu oynayacaq. O bildirdi ki, o cavabdehə etibar edib cavabdehə hüquqi xidmət göstərirsə, cavabdeh də gərək ona etibar etsin. Cavabdehə bildirdi ki, əgər iş yekunlaşdıqdan sonra neçə instansiyada iştirak edəcəksə hər insatnsiya üçün 1000 manat xidmət haqqı ödədikdən sonra bu müqavilənin bir əhəmiyyəti olmayacaqdır. Cavabdeh isə ona bildirmişdir ki, necə razılıq olubsa o şəkildə də müqavilə imzalansın və hər insatansiya üçün 1000 manat xidmət haqqı verməsini öz üzərinə götürür. O bildirmişdir ki, həmin şərtlərlə ona hüquqi yardım göstərə bilməz, çünki həmin vəsaitin ödənilməyəcəyindən narahatdır. Ancaq mənzilin 50%-ni ona verməyi ilə bağlı müqavilə imzalasa onda onun tərəfindən gəstərilmiş hər instansiyadakı xidmətə görə 1000 manat xidmət haqqının ödənilməsinə inam yaranacaqdır. İddiaçı cavabdehə dəfələrlə bildirdi ki, o müqavilə sadəcə özünün göstərdiyi xidmətin dəyərini almaq üçün təminat rolunu oynayır. Cavabadehin isə hüquqi savadı və maddi imkanı olmadığından məhkəmələrdə özünü müdafiə edə bilməyəcəyin üçün məcbur qalıb İddiaçı etibar etdiyi üçün həmin tərtib edilmiş müqaviləyə imza atışdır. Bundan başqa, Qəmər Məmmədov özünü cavabdehə vəkil kimi təqdim etmiş, vəkilsiz məhkəmədə iştirak etdiyi halda uduzacağını bildirmişdir. İddiaçı özünü yalandan məcavadehə vəkil kimi təqdim etməsi qeyd edilən müqavilədən də görünür. Həmin müqavilədə o, özünü vəkil kimi qeyd etmiş, cavabdehə də özünü vəkil kimi təqdim etmişdir. Sonradan isə onun vəkil olmadığını müəyyən etdikdən sonra isə ona verdiyi etibarnaməni 31.07.2018-ci il tarixdə ləğv etmişdir. Çünki sonrakı mərhələlərdə cavabdeh ayrı-ayrı vəkillərlə hüquqi yardım göstərilməsi üçün müqavilələr bağlamışdır. Qeyd edilən vəkillərlə müqavilələri şəxsən özü bağlamış və maddi imkanının aşağı olduğunu bildirdiyi üçün həmin vəkillər də cavabvdehlə müqaviləni cox aşağı qiymətlərə bağlamışlar. İşlər yekunlaşana yaxın İddiaçı bildirdi ki, hər instnasiya üçün 1000 manat deyil, mənzilin 50%-ni onun adına keçriməlidir. Cavabdeh ona əslində başqa şərtlərlə razılaşdıqlarını, müqavilə şərtlərində qeyd edilənlərin sadəcə hər instansiya üçün 1000 manat xidmət haqqının ödənilməsini təmin etmək üçün olduğunu bildirkdə, İddiaçı yazılı müqavilədə bağlanan nədirsə onu alacağını, özünün uzun müddət prokurorluq və hüquq mühafizə orqanlarında işlədiyini, həmin orqanlarda işləyən yüksək rütbəli şəxsləri şəxsən tanıdığını, həmin vəsaiti ona təqdim etmədiyi təqdirdə ona problemlər yaşadacağını bildirdi. Hətta bununla bağlı cavabdehi polis orqanlarına da şikayət edərək dələduzluq etdiyini bildirmişdir. Polis orqanındakı araşdırmada da burada heç bir cinayətin olmadığını, qeyd edilənlərin mülki iş olduğunu əsas götürərək cinayət işinin başlanmasının rədd edilıməsi barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdehi dələduzluq etməkdə ittiham etmişdir. Cavabdeh 12.12.2016-cı il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda İddiaçı adına verdiyi etibarnaməni ərizə verərək 31.07.2018-ci il tarixdə ləğv etdirmişdir. Yəni qeyd edilən tarixdən sonra İddiaçı cavabdehin adından hər hansı iş və xidmətlərin göstərməsi səlahiyyəti olmamışdır. Etibarnaməni ləğv etdikdən sonra vərəsəlik işi ilə əlaqədar olaraq məhkəmə mübahisəsinə Bakı Apellyasiya və Ali Məhkəmədə baxılmış və mənim etibarnaməni ləğv etdirdiyi üçün İddiaçı cavabdehin adından hər hansı işi aparmaq və həmin işin aparılmasını kiməsə həvalə etmək səlahiyyətinə malik olmamışdır. Həmin tərixdən məhkəmə proseslerində özü iştirak etmiş və işlərin aparılaması ilə əlaqədar Bakı Apelyasiya və Ali Məhkəmədə cavabdehi təmsil etmək üçün vəkillərlə müqaviləni də, şəxsən özü imzalamışdır. Qeyd etdiyi kimi, maddi imkanı aşağı olduğundan həmin vəkillər cavabdehlə müqavilə bağlayarkən bunları nəzərə almış və göstərdikləri hüquqi xidmətə görə cavabdehdən aşağı xidmət haqları almışlar. Göründüyü kimi, qeyd edilən müqaviləni cavabdeh hüquqi savadı və maddi imkanı olmadığından həmin müqaviləni ağır şərtlər altında bağlamağa məcbur olmuş və eyni zamanda İddiaçı cavabdehi aldadaraq özünü vəkil kimi təqdim etmişdir ki, sonrada da onun vəkil olmadığını, daha sonra isə ümumiyytələ məhkəmədə cavabdehin yaxın qohumu olmadığından təmsil edə bilməyəcəyini öyrənmiş və buna görə də həmin işlərin onun tərəfindən aparılamsının mümkün olmadığından ona verdiyi etibarnaməni ləğv etdirmişdir. İddiaçı qeyd edir ki, etibarnamə ləğv edildikdən sonra da apelyasiya məhkəməsində və Ali Məhkəmədə işlərin aparılmasını özü həyata keçirib, vəkillər formal olub, bütün sənədləri, ərizələri o tərtib etmişdir. Əgər bu belə idisə cavabdeh niyə digər vəkillərlə müqavilə imzalayırdı? Bundan başqa, qeyd edilən müqavilə daşınmaz əmlakla bağlı olduğundan həmin müqavilə notariat qaydasında təsdiq edilməli idi. Məhkəmə prosesi zamanı həmin müqavilənin daşınmaz əmlaka sərancam verməklə bağlı olduğu üçün notarial qaydada təsdiq edilməsinin zəruri olduğu, niyə bu müqavilənin notarial qaydada təsdiq edilmədiyini İddiaçı sual etdikdə, o bununla bağlı notariusa müraciət etdiyini, lakin notarius tərəfindən bundan imtina edildiyini bildirmişdir. Halbuki, Q.Məmməədova özünü vəkil kimi təqdim edərək hüquq müdafiəçisi olduğunu bildirirdiyi halda əgər bu müqavilənin notarius tərəfindən təsdiq edilməsindən imtina edilmişdirsə niyə həmin notariusun imtina qərarını mübahisələndirməmişdir. Çünki cavab aydın və sadədədir. Notariuslar təsdiq etdikləri müqavilələrin qanunauyğunluğuna görə məsuliyyət daşıyırlar və qanunvericiliyə zidd olan müqavilələri təsdiq etməkdən imtina edirlər. Qeyd edilən müqavilə də qanunvericiliyə ziddir. Mülki Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Qeyd edilən 17.12.2006-cı il tarixli müqavilə imzalanarkən ünvan 4 ünvanında yerləşən mənzil (daşınmaz əmlak) cavabdehin mülkiyyətində olmamış, cavadehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməmiş və qeyd edilənlərə əsasən də cavabdehin həmin əmlakla bağlı hər hansı sərəncam vermək hüququ, eləcə də gələcəkdə həmin əmlakın taleyi barədə hər hansı öhdəlik götürmək hüququ olmamışdır. Mülki Məcəllənin 391-ci maddəsinə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdırdır. İş materiallarından da görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil (daşınmaz əmlak) müqavilə bağlanarkən, yəni 17.12.2006-cı ildə cavabdehin mülkiyyətində olmamış, həmin daşınmaz əmlak vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinə əsasən 08.06.2018-ci il tarixdə cavabdehin mülkiyyətinə keçmiş və bununla bağlı 08.06.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Yəni həmin əmlak müqavilə bağlandığı zaman deyil, müqavilə bağlandıqdan iki ilə yaxın müddət ötdükdən sonra cavabdehin mülkiyyətinə keçmişdir. Bu səbəbdən də həmin müqavilə etibarsız müqavilədir. Mülki Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. İş materiallartından görünür ki, 17.12.2006-cı il tarixli müqavilə notarial qaydada təsdiq edilməmişdir. İddiaçı məhkəmə iclası zamanı həmin müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müraciət etdiyini, notarius tərəfindən həmin müqavilənin təsdiq edilməsindən imtina edildiyini bildirsə də, bunları sübüt edəcək imtina qərarını və ya digər sübüutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən müqavilə qanunvericiliyin tələblərinə zidd olduğu üçün notarius tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən də, həmin müqavilə etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəlləsinin 339.1-ci maddəsində qeyd edilir ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Həmin qərarda qeyd edilir ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Qeyd edilən 17.12.2006-cı il tarixli müqavilə Mülki Məcəllənin 146, 391, 339 və 1292-ci maddələrinin tələblərinə əməl edilmədən bağlanmasına baxmayaraq, məhkəmə tərəfindən 17.12.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız və qanununsuz olaraq rədd edilmişdir. Məhkəmə qətanamədə qeyd edir ki, “Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 152- ci maddəsinin tələbi baxımından onu da nəzərə alır ki, müqavilənin bağlandığı tarixdə sözügedən mənzil Cavabdeh xüsusi mülkiyyətində olmadığından onun həmin mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin mənzilə dair müqavilə bağlmaq hüququ olmamışdır.” Qeyd edilənləri məhkəmə qətnamədə göstərməklə həmin müqavilənin Mülkü Məcəllənin 146-cı və 337-ci maddələrinin tələbləri baxımından etibarsız hesab edilməli olduğu halda həmin müqaviləni etibarlı müqavilə kimi qəbul edərək qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı və onun vəkili A.Tağıyev Ş.Əmirli apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ilkin iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin qismən ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun Cavabdeh şifahi sorğusuna cavab olaraq ünvanladığı 30 iyul 2016-cı il tarixli, 967 saylı məktubundan görünür ki, 24 may 2016cı il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda K.V.Viktorovnanın ərizəsi əsasında 24 iyul 2016-cı il tarixdə V/k295/2016 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik işi açılmışdır; -Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 dekabr 2016-cı il tarixli qərarın surətindən görünür ki, X16 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır; -17 dekabr 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri Yasamal RPİnin 27-ci PB-nin icraatında olan material ilə bağlı, müraciət edən Cavabdeh ilə nümayəndə İddiaçı arasında müqavilə bağlanmışdır, təyin olunmuş qonorarın məbləği 500 manat, axırıncı hesab 1500 manat kimi qeyd edilmişdir, tərəflər müqaviləni imzaları ilə təsdiq etmişlər; -Bakı şəhəri 5 saylı notariat konturunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-14904 nömrəsi ilə qeyd edilmiş 12 dekabr 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh onu bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası orqanlarında və digər dövlət və qeyri-dövlət strukturlarında, prokurorluqlarda, Təhqiqat, istintaq orqanlarında, qeydiyyat şöbəsində, Notariat kontorunda təmsil etməyi, Azərbaycan Respublikası MM-nin 362-ci maddəsinin tələblərinə uyğun olaraq, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqları, Azərbaycan Respublikası CPM-nin 102-ci, 106-cı maddələrində təsbit edilmiş hüquqları, o cümlədən cinayət işləri üzrə şahidin və zərərçəkmiş nümayəndəsi qismində, Azərbaycan Respublikası İXM-nin 375.4-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalamağı, iddia tələblərin tam və ya qismən etiraf etmək və ya onlardan imtina edilmək hüququ ilə, iddia təmin edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması, məhkəmə aktlarından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, o cümlədən, bütün dövlət, qeyri-dövlət və hüquq mühafizə orqanlarında ərizələrin verilməsi, zəruri sənədləri alınması ilə bağlı təmsilçiliyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədər bütün hərəkətləri etməyi, o cümlədən hüquqlarının müdafiə edilməsini İddiaçı etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir və 12 dekabr 2021-ci il tarixədək qüvvədədir; -17 dekabr 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, tərəflər aşağıdakı məzmunda müqavilə bağlamışlar: “Biz, vəkil İddiaçı və müştəri Cavabdeh 17 dekabr 2016-cı il tarixdə şahid X3 iştirakı ilə bu müqaviləni bağlayaraq onu təsdiq edirik ki, mən İddiaçı ona vəsiyyət olunmuş, 24 may 2016-cı ildə vəfat etmiş X2 mərhuma məxsus Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı öz üzərimə götürürəm. İşin müsbət nəticələndiyi təqdirdə müştəri Cavabdeh mənzilin satışından sonra dəyərindən əldə olunacaq pul vəsaitinin 50%-ni mənə ödəməyi öhdəsinə götürür. Məbləğ iş qurtardıqdan sonra ödənilməlidir, yəni S.N.Qladilinanın mənzili satıldıqdan sonra. Müqaviləyə dəyişiklik və əlavələr yoxdur. Düzgün yazılmış və ucadan oxunmuşdur, imza ilə təsdiq edirik.”. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli, 2(103)- 11457/2017 saylı qətnaməsinin “təsviri-əsaslandırıcı” hissəsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1350/2017 saylı, 07 avqust 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək X8 vəsiyyət edilmiş əmlak üzərində vərəsəlik hüququ tanınması, vərəsəlik haqqında şəhadətnamənin verilməsinin 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna həvalə edilməsi, X16 Cavabdeh və Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna qarşı “vəsiyyətnamənin etibarsız sayılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli, 2(103)- 11457/2017 saylı qətnaməsinin surətindən görünür ki, X16 apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 57.5 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzil (Yeni qaydalarla: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) Cavabdeh tam payda xüsusi mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 08 iyun 2018ci il tarixdə qeyd aparılmışdır; -Cavabdeh ünvan 5 ünvanlanmış 31 iyul 2018-ci il tarixli ərizəsindən görünür ki, o, 12 dekabr 2016-cı il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda İddiaçı, reyestrdə 7E/14904 nömrə ilə qeyd olunmuş etibarnamə verdiyini və həmin etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat kontorunda təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir; -“Elektron notariat” X1 çıxarışdan görünür ki, etibar edən (mülkiyyətçi) Cavabdeh 12 dekabr 2016-cı il tarixdə, saat 15:00-da Bakı şəhəri 5 saylı notariat ofisində İddiaçı verdiyi etibarnaməyə 31 iyul 2018-ci il tarixdə, saat 10:55:48-də xitam verilmişdir; -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(004)- 7306/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh X16 iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) çıxarılması qət edilmişdir; -Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 23 avqust 2019-cu il tarixli Aktın surətindən görünür ki, icra məmurları X19 və X12, 27-ci Polis Bölməsinin sahə rəisi X13, hal şahidi X23, icra sənədi üzrə cavabdeh X20 və icra sənədi üzrə tələbkar nümayəndəsi İddiaçı iştirakları ilə, sözügedən akt ondan ötrü tərtib edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(004)- 7306/2018 saylı icra sənədində göstərilən borclu X20 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzildən çıxarılmışdır. İcra sənədinin icrasını təmin edərkən borclu X14pını açmamışdır, buna görə də icra məmuru, sahə rəisi və hal şahidinin müşahidəsi altında qapı məcburi şəkildə açılmışdır və ev cavabdehin nümayəndəsi və tələbkarın özünə təhvil verilmişdir. Sözügedən akt tərtib edildikdən sonra, icra məmuru K.Ş.Quliyev, 27-ci PB-nin sahə rəisi F.Ş.İsgəndərov, icra məmuru B.N.Babayev, hal şahidləri Ş.Ş.Babayev və R.Ş.Babayev, icra sənədi üzrə cavabdeh L.V.Feliksoviç, icra sənədi üzrə tələbkarın nümayəndəsi İddiaçı və icra sənədi üzrə tələbkar K.V.Viktorovna tərəfindən imzalanmışdır; -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(004)- 5443/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X16 cavabdehlər Azərbaycan Respublikası Prezidenti yanında Vətəşdaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi nəznində “ASAN Xidmət” 3 saylı mərkəzinin kontoruna və Cavabdeh qarşı “məcburi pay hüququnun tanınması və miras şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(004)- 5443/2019 saylı məktubundan görünür ki, məhkəmənin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi 13 noyabr 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(007)- 3163/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X16 Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli, 2(103)- 4122/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X16 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3163/2019 saylı iş üzrə qəbul etdiyi 03 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, 24 may 2016-cı il tarixdə vəfat etmiş anası X9 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzildən ibarət miras əmlakın qəbul edilməsi müddətinin (məcburi pay almaq üçün) X20 tərəfindən ötürülməsinin üzürlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; -Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X15 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya iş materiallarına əsasən qeyd edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 31 saylı evin 65 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) X4 məxsus olmuş, 23 may 2016cı il tarixdə səhhəti pisləşdiyi üçün S.N.Qladilina həmin mənzili Cavabdeh vəsiyyət etmiş, 24 may 2016- cı il tarixdə isə S.N.Qladilina vəfat etmişdir. Bundan sonra, K.V.Viktorovnanın ərizəsi əsasında 24 may 2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda 24 iyul 2016-cı il tarixdə V/k- 295/2016 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik işi açılmışdır. 20 oktyabr 2016-cı il tarixdə S.N.Qladilinanın oğlu X20, Cavabdeh barəsində şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Bununla bağlı, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru X11 10 dekabr 2016-cı il tarixli qərarında, araşdırmanın nəticəsində anası vəfat etdikdən sonra mülkiyyətində olan evi uzun müddət xəstəliyi ilə əlaqədar ona qulluq etmiş rəfiqəsi Cavabdeh vəsiyyət etməsindən sonra X16 Cavabdeh barəsində hüquq-mühafizə orqanlarına şikayət etməyə başlaması sübuta yetirildiyindən, V.F.Lapinin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması barədə qərar qəbul etmişdir. Bundan sonra, Cavabdeh qeyd olunan mənzilə dair vərəsəliklə bağlı işlərdə ona hüquqi yardım göstərməsi üçün İddiaçı müraciət etmiş, 12 dekabr 2016-cı il tarixdə Cavabdeh onu bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası orqanlarında və digər dövlət və qeyri-dövlət strukturlarında, prokurorluqlarda, Təhqiqat, istintaq orqanlarında, qeydiyyat şöbəsində, Notariat kontorunda təmsil etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədər bütün hərəkətləri etməyi, o cümlədən hüquqlarının müdafiə edilməsi barədə İddiaçı etibarnamə vermiş, həmin etibarnamə Bakı şəhəri 5 saylı notariat konturunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-14904 nömrəsi ilə qeyd edilmişdir. 17 dekabr 2016-cı il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin icraatında olan material ilə bağlı, Cavabdeh ilə nümayəndə İddiaçı arasında müqavilə bağlanmışdır, təyin olunmuş qonorarın məbləği 500 manat, axırıncı hesab 1500 manat kimi qeyd edilmiş, tərəflər müqaviləni imzaları ilə təsdiq etmişlər. Bununla yanaşı, həmin tarixdə, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən İddiaçı, Cavabdeh 24 may 2016-cı ildə vəfat etmiş X10 tərəfindən vəsiyyət olunmuş Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı öz üzərinə götürmüş, işin müsbət nəticələndiyi təqdirdə Cavabdeh mənzilin satışından sonra dəyərindən əldə olunacaq pul vəsaitinin 50%-ni ona ödəməyi öhdəsinə götürmüş, tərəflər məbləğin iş qurtardıqdan yəni, S.N.Qladilinanın mənzili satıldıqdan ödənilməli olması barədə razılaşaraq, müqaviləni imzaları ilə təsdiq etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1350/2017 saylı, 07 avqust 2017-ci il tarixli qətnaməsi ilə X8 vəsiyyət edilmiş əmlak üzərində vərəsəlik hüququ tanınması, vərəsəlik haqqında şəhadətnamənin verilməsinin 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna həvalə edilməsi, X16 Cavabdeh və Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna qarşı “vəsiyyətnamənin etibarsız sayılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli, 2(103)-11457/2017 saylı qətnaməsi ilə X16 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 08 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzili (Yeni qaydalarla: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) tam payda xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmış, bu barədə Cavabdeh çıxarış verilmişdir. Bundan sonra, Cavabdeh ərizəsinə əsasən onun 12 dekabr 2016- cı il tarixdə, saat 15:00-da Bakı şəhəri 5 saylı notariat ofisində İddiaçı verdiyi etibarnaməyə 31 iyul 2018-ci il tarixdə, saat 10:55:48-də xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(004)-7306/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh X16 iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) çıxarılması qət edilmiş, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 23 avqust 2019-cu il tarixli akta əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli icra sənədində göstərilən borclu X20 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzildən çıxarılmış, sözügedən akt tərtib edildikdən sonra, icra məmuru K.Ş.Quliyev, 27-ci PB-nin sahə rəisi F.Ş.İsgəndərov, icra məmuru B.N.Babayev, hal şahidləri Ş.Ş.Babayev və R.Ş.Babayev, icra sənədi üzrə cavabdeh L.V.Feliksoviç, icra sənədi üzrə tələbkarın nümayəndəsi İddiaçı və icra sənədi üzrə tələbkar K.V.Viktorovna tərəfindən imzalanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(004)-5443/2019 saylı qətnaməsinə əsasən, iddiaçı X16 cavabdehlər Azərbaycan Respublikası Prezidenti yanında Vətəşdaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi nəznində “ASAN Xidmət” 3 saylı mərkəzinin kontoruna və Cavabdeh qarşı “məcburi pay hüququnun tanınması və miras şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(007)-3163/2019 saylı qətnaməsinə əsasən iddiaçı X16 Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X15 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 aprel 2021-ci il tarixli qərara əsasən, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Hazırda İddiaçı, bütün instansiyalarda Cavabdeh xeyrinə qətnamə çıxarılmasına nail olmaqla müqavilədə nəzərdə tutulduğu qaydada öz öhdəliyini tam yetirdiyini, lakin sonuncunun öhdəliyinə əməl etmədiyini əsas gətirməklə müqavilə şərtlərindən irəli gələn evin satılaraq 50% dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh isə İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi sonadək yerinə yetirmədiyini əsas gətirərək 17 dekabr 2016-cı il tarixli nömrəsiz müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İlkin iddia tələbinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd edərkən Mülki Məcəllənin 777-ci maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəflər arasında olan müqavilənin şərtlərini tam şəkildə yerinə yetirməmişdir. Çünki, 2018-ci il tarixindən nümayəndəlik institutu ləğv edildiyindən, iddiaçının cavabdehi sonrakı məhkəmə proseslərində təmsil etmək imkanı olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırır ki, Cavabdeh ilə İddiaçı arasında 17.12.2016-cı il tarixində müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən İddiaçı, Cavabdeh 24 may 2016-cı ildə vəfat etmiş X10 tərəfindən vəsiyyət olunmuş Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı öz üzərinə götürmüş, işin müsbət nəticələndiyi təqdirdə Cavabdeh mənzilin satışından sonra dəyərindən əldə olunacaq pul vəsaitinin 50%-ni ona ödəməyi öhdəsinə götürmüş, tərəflər məbləğin iş qurtardıqdan yəni, S.N.Qladilinanın mənzili satıldıqdan ödənilməli olması barədə razılaşaraq, müqaviləni imzaları ilə təsdiq etmişlər. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçının müqavilə üzrə üzərinə götürdüyü nümayəndəliklə bağlı öhdəliklərinin tam yerinə yetirilib-yetirilməməsinin araşdırılması məqsədilə Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsindən icra işi materiallarının əsli tələb edilmişdir. Həmin icra işi materiallarında olan aktdan görünür ki, icra mərhələsində vərəsəlik qaydasında cavabdehə keçən mənzilin boşaldılması zamanı tərtib olunan aktda eyni Cavabdeh ilə eyni vərəqdə İddiaçı da imzası vardır. Bu hal onu deməyə əsas verir ki, cavabdeh daha əvvəl etibarnaməni ləğv etsə də, sonradan İddiaçı onun nümayəndəsi kimi iştirakına etiraz etməmişdir. Kollegiya qeyd edir ki, tərəflər aralarında qeyd edilən müqavilənin mövcudluğunu mübahisələndirmirlər. Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətində həmin müqavilədə tərəf olmasını, lakin müqavilənin formal xarakter daşıdığını, həmçinin müqaviləni notariusun təsdiq etməməsi səbəbindən etibarsız olmasını bildirmişdir. Qarşılıqlı iddiaçı müqavilənin formal xarakter daşımasını onunla əsaslandırmışdır ki, onun iddiaçıya nümayəndə kimi təmsil edilməsi üçün hər instansiyada 1000 manat məbləğində pul ödəməsi üçün maddi imkanı olmadığından iddiaçının təkidi ilə vərəsəlik qaydasında alınacaq mənzilin dəyərindən həmin məbləğin ödənilməsi məqsədilə mənzilin 50%-nin iddiaçıya verilməsi ilə bağlı razılığa gəlməyə məcbur olmuşdur. Bu səbəbdən də müqavilə cavabdeh üçün ağır vəziyyətə düşdüyünə görə əlverişsiz şərtlərlə bağlandığından etibarsız hesab edilməlidir. Kollegiya qarşılıqlı iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən ona hər instansiyada təmsil edilməsi üçün 1000 manat məbləğində ödəniş etməli idisə, o, müqaviləni mənzilin 50%-i məbləğində deyil, razılığıa gəldikləri məbləğ həddində (yəni-hər instansiya üçün 1000 manat) bağlaya bilərdilər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Kollegiya cavabdehin müqaviləni cavabdehin ağır vəziyyətə düşməsi səbəbindən son dərəcə əlverişsiz şərtlərlə bağlamasına dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, cavabdehin məhkəmədə təmsil olunması üçün nümayəndəyə və ya vəkilə ehtiyacının olması onun ağır vəziyyətə düşməsi kimi qiymətləndirilə bilməz. Cavabdehin başqa nümayəndə ilə müqavilə bağlamaq imkanları olmuş, həmçinin dövlət hesabına vəkillə təmin edilmək hüququ da olmuşdur. Lakin iş materiallarından Cavabdeh dövlət hesabına vəkillə təmin edilməsinə dair müraciət etməsi müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ. bəndinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Cavabdehin müqaviləni ağır vəziyyətə düşməsi səbəbindən son dərəcə əlverişsiz şərtlərlə bağlaması iş materialları ilə sübuta yetirilmədiyindən, kollegiya hesab edir ki, cavabdehin müqavilənin etibarsızlığı ilə bağlı dəlilləri mülahizə xarakteri daşıyır və qətnamənin qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğvi üçün əsas deyildir. Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən müqavilənin notarius tərəfindən təsdiqlənməməsini qeyd etmişdir. Kollegiya iş materiallarının araşdırılmas nəticəsində cavabdehin Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində verdiyi izahatının nəzərdən keçirilməsi məqsədilə cinayət işinin başlanılmasının rədd edilməsi ilə bağlı materialın sorğu vasitəsilə alınması qənaətinə gəlmişdir. Həmin materiallara baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, Cavabdeh öz izahatında 17.12.2016-ci il tarixində İddiaçı ilə müqavilə bağladığını və İddiaçı onu təmsil etməsi müqabilində alacağı mənzilin 50%-nin ona verilməsinə razı olduğunu bildirmişdir. Həqiqətən də, iş materiallarından görünür ki, tərəflər arasında olan müqavilə notariat qaydada təsdiqlənməmişdir. Buna baxmayaraq, həmin razılaşma tərəflərin hər ikisinin iradə ifadəsidir və onların hər ikisi tərəfindən imzalanması mübahisələndirilmir. Müqavilənin formal xarakter daşıması isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin rədd edilməsini həmçinin onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələbi baxımından müqavilənin bağlandığı tarixdə sözügedən mənzil Cavabdeh xüsusi mülkiyyətində olmadığından onun həmin mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin mənzilə dair müqavilə bağlamaq hüququ olmamışdır, müqavilə gələcək əmlak barəsində olmuşdur və həmin müqavilə bağlanan zaman Cavabdeh mübahisəli əmlakın mülkiyyətçisi olmamışdır. Cavabdeh isə bu məsələ ilə bağlı öz mövqeyini Mülki Məcəllənin 391-ci maddəsinin tələblərinin pozulması ilə izah etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, eyni zamanda cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırır ki, cavabdeh vərəsəlik yolu ilə əldə edəcəyi əmlakdan 50% iddiaçıya pay ayırmağı və ya həmin mənzil barəsində sərəncam verməyi deyil, həmin əmlakın dəyərinin 50%-i məbləğində ona ödəniş edəcəyini vəd etmişdir. Başqa sözlə, Cavabdeh mübahisəli mənzildən İddiaçı pay ayrılmasını vəd etməmiş, mənzil iddiaçıya ödəniləcək məbləğ üçün ölçü meyarı rolunu oynamışdır. Bu səbəbdən də, tərəflər arasında olan müqavilə Mülki Məcəllənin 391-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 391-ci maddəsinə görə, tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Kollegiya iş materialları əsasında müəyən etmişdir ki, mübahisəli mənzil cavabdeh tərəfindən başqa şəxsə satılmışdır. Bu səbəbdən də, kollegiya iddiaçıya ödənilməli olan 50 % dəyərində məbləğin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə alqı-satqı müqaviləsinin olduğu notarius işinin götürülməsini təmin etmişdir. Notarius işi materiallarından görünür ki, sözügedən mənzil X6 93.908 manata satılmışdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 93.908 manatın 50%-i, yəni 46.954 manat təşkil edir. Yuxarıda sadalananlara əsəsən, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən tam icra edilməsi iş materialları və məhkəmə araşdırması nəticəsində sübuta yetirildiyindən, bu hal cavabdeh tərəfindən də mənzilin 50%-i dəyərində iddiaçıya ödəniş edilməsi öhdəliyinin yerinə yetirilməsini şərtləndirir. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməli, ilkin iddia təmin edilməli, evin satışından əldə edilmiş 50%-i məbləğində pul İddiaçı ödənilməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirlmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməli, ilkin iddia təmin edilməli, evin 50%-i məbləğində pul İddiaçı ödənilməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirlmədən saxlanılmalıdır.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2645/2021 saylı, 05.10.2021-ci il tarixli qətnaməsi qismən – ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilsin. İkin iddia tələbi təmin edilsin. ünvan 3 ünvandakı mənzilin satışından əldə edilmiş 50%-i məbləğində, yəni - 46.954 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı ödənilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1910/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1910/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver