Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1911/2020 10.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, X8 və X13 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3, Cavabdeh X1 nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” MMC cavabdeh X4 qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 “C” ünvanında X9 tərəfindən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizə rejimini pozmaqla aparılmış özbaşına tikilinin rabitə xəttlərinin üzərinə düşən hissəsinin sökülməsi, qurğuların mühafizə rejiminin bərpa edilməsi və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən tutularaq, “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125C ünvanında xxxxxxxxxxxxxxxxxxxxx MMC-yə məxsus rabitə kabel-kanalizasiya qurğularının üzərində və mühafizə zonasında iaşə obyekti inşa edilir. xxxxxxxxxxxxxxxxxxxxx MMC-nin Nizami Telefon qovuşağına məxsus yeratlı kabel-kanalizasiya qurğularının üzərində qeyri-qanuni tikilən tikilinin könüllü dayandırılması üçün cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir. Bu günə qədər cavabdeh tərəfindən tikilinin dayandırılması təmin edilməmiş və nəticədə həmin ərazidən keçən BTRİB-in NTQ-na məxsus olan rabitə vasitə və qurğularının mühafizə rejimi pozulmaqda davam etməkdədir. Bu isə onlara cari baxış və təmir işlərini mümkünsüz edir. Dəfələrlə cavabdehə xəbardarlıq edilməsinə baxmayaraq onun tərəfindən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizə rejimi bərpa edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh X4 qarşı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 “C” ünvanında X9 tərəfindən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizə rejimini pozmaqla aparılmış özbaşına tikilinin rabitə xəttlərinin üzərinə düşən hissəsinin sökülməsi, qurğuların mühafizə rejiminin bərpa edilməsi və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən tutularaq, “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamədən narazı qalmış iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsixahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi X12 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan X11 nümayəndələri tərəfindən tərtib olunaraq imzalanmış “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizə rejimini pozması haqda” xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 (Səhhət klinikası ilə üzbə-üz) “Suri dağ kafesi”, “İlk gül” gül salonu, Reanta ”CAR” mövcud tikili ətrafında fundament atılır. İşin icraçısı tərəfindən telefon qovşağı ilə rəsmi razılaşma aparılmayıb. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 7779 saylı məhkəmə-mühəndis texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 “C” ünvanında inşa edilmiş obyektin altından telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların keçib-keçməməsini və həmin tikilinin mühafizə zonasına düşübdüşməməsini müəyyən etmək mümükün olmamışdır. Belə ki, ekspert rəyini tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən göstərilmiş baxış quyusu ilə tikili arasında məsafə 15,60 metr təşkil edir. Baxış quyusuna nəzər saldıqda həmin ərazidən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların keçməsi müəyyən edilmişdir. Lakin həmin quyunun tikintidən aralıda yerləşdiyini, komunikasiya xətlərinin yerin altı ilə çəkildiyini nəzərə alaraq, ərazidən keçən xətlərin mübahisəli tikilidən konkret olaraq hansı məsafədə keçməsini dəqiqliklə müəyyən edilməsi mümükün olamamışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 1396 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 “C” ünvanında yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 49 il müddətinə ilə X2 icarəyə verilmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seryalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 “C” ünvanında yerləşən 0,036 hektar torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 268408 saylı “Torpaq sahəsinin planı və ölçüsu”nun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, plan və ölçünün tərtib edilmə əsası həmin idarənin xx.xx.2017-ci il tarixli ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa və AR ƏMDK-nin özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin xx.xx.2018-ci il tarixli 618 saylı alqı-satqı müqaviləsi əsasında tərtib edilmişdir. İş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2017-ci il tarixli 37/M-00316 saylı məktubunun sürətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 “C” ünvanında qeyri-yaşayış binasının yenidənqurulması üçün şəhərsalma əsaslandırma sənədləri cavabdehə göndərilmişdir. İş materiallarında olan AR fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təhlil qrupunun xx.xx.2018-ci il tarixli 914 saylı rəyinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, fiziki şəxs X5 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 “C” ünvanında yerləşən zirzəmili, 2 mərtəbəli qeyriyaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyalarının möhkəmlilik və dayanıqlılıq baxımından istismara yararlı olması barədə nəticəyə gəlinmişdir. İş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti müfəttişliyinin xx.xx.2018-ci il tarixli ö\002062 saylı İstismara hazırlıq aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 “C” ünvanında yerləşən zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış binasında tikinti-qurraşdırma işləri müvafiq qaydada həyata keçirilməklə yerinə yetirilmişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əşya özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı ilə sökülə bilər. Yəni, qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması ilə yanaşı, bu tikilinin iddiaçının hüquqlarını, qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə kollegiyasl qeyd edir ki, hazırkı iddia tələbinə də bu aspektdən yanaşılmaqla cavabdehə məxsus daşınmaz əşyanın iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozması faktı müəyyən edilməlidir. Bunun üçün iddiaçının qanuni tələb hüququ müəyyən edilməli və bu hüquq cavabdehə məxsus tikili və sahə ilə bağlı olmalıdır. Bu xüsusatlarla bağlı məhkəmə kollegiyası ilk növbədə bildirir ki, iş materiallarında iddiaçının telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizə rejimini pozmaqla cavabdehə məxsusu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 “C” ünvanında yerləşən zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış binasının tikilməsi iddia edilsə də telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların məhs həmin tikilinin altına düşməsi aşkar edilməsi mümükün olmamışdır. İddiaçı, tələbinin əsası kimi xx.xx.2018-ci il tarixli akta istinad etsə də məhkəmə kollegiyası həmin aktı iddiaçıya tələb hüququ verən sübut kimi qəbul etmir. Belə ki, təyin olunmuş mühəndis-texniki ekspertizası ilə iddiaçının nümayəndəsi tərəfindən göstərilmiş baxış quyusu ilə tikili arasında məsafə 15,60 metr təşkil etməsi, baxış quyusuna nəzər saldıqda həmin ərazidən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların keçməsinin müəyyən edilməsi, lakin həmin quyunun tikintidən aralıda yerləşdiyini, komunikasiya xətlərinin yerin altı ilə çəkildiyini nəzərə alaraq, ərazidən keçən xətlərin mübahisəli tikilidən konkret olaraq hansı məsafədə keçməsini dəqiqliklə müəyyən edilməsinin mümükün olamaması müəyyən olunmuşdur. Belə olan halda, iddiaçı öz işçiləri tərəfindən tərtib olunmuş akta istinad edərək hazırkı tələbi irəli sürməkdə haqlı deyil. Belə ki iddiaçı tərəfindən iddia ərizəsində irəli sürülmüş tələbi onun tərəfindən sübutlarla əsaslandırılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsi bildirilsə də onun tərəfindən pozuntunun aradan qaldırılması bildirilsə də buna dair iddia tələbinə sübutlar əlavə olunmamış və iddia edilən pozuntuyla bağlı xx.xx.2018-ci ildə akt tərtib olunmasına baxmayaraq 8 ay sonra məhkəmədə iddia qaldılmışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyindən birinci instansiya məhkəməsi ödənilməli olan dövlət rüsumunun cavabdehə aid edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev
Məhkəmə qərarları › İş №2(103)-1911/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1911/2020
10.02.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver