Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1913/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X4 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 3158/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh BOKT Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ödəməli olmadığı faiz borcuna görə 2574 manat 39 qəpik pulun Cavabdeh BOKT ASC-dən tutulub iddiaçıya verilməsi, məhkəmə qətnaməsi əsasında X9 birdəfəlik ödəmək üçün restrukturizasiya şərtlərinə müvafiq olaraq 6425 manat 61 qəpik pul məbləğində iddiaçıya kredit verilməsinin Cavabdeh BOKT ASC-yə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 452/PBMF saylı, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 36 aya qaytarmaq şərti ilə «Cavabdehbank» ASC-dən (indiki Cavabdeh BOKT ASC-dən) 15000 manat kredit götürmüş və həmin kredit müqaviləsinin təminatı məqsədi ilə, X9 mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanda yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı 2016-cı ilədək ödəniş etsə də, maddi imkanı olmadığından 2016-cı ildən başlayaraq ödəniş edə bilməmiş, xx xxxx 2019cu il tarixə onun kredit müqaviləsi üzrə 360 gündən artıq gecikdirilmiş borcunun məbləği əsas borc 6425 manat 61 qəpik və faiz borcu 2574 manat 39 qəpik olmaqla, 9000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx.xx.2019-cu il tarixli Fərmanında vaxtı keçmiş kredit borcu olan vətəndaşların kredit borclarının güzəştli şərtlərlə restrukturizasiyası və bu məqsədlə banklara güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının xx xxxx 2019-cu il tarixinə, 360 gündən artıq müddətə gecikdirilmiş, məbləği 9000 manat olan kredit borcu ölkə Prezidentinin sözügedən Fərmanının təsiri altına düşsə də, cavabdeh borcu restrukturizasiya etməkdən imtina etmiş, bununla ad adıçəkilən Fərmanının tələblərini pozaraq, kredit borcu üzrə hesablanmış 2574 manat 39 qəpik faiz borcunu, borcun qalıq məbləğindən çıxmadan, sözügedən faiz məbləği də daxil olmaqla, 9000 manat qalıq borcu, ipoteka qoyan X7 almışdır. Hazırda X1 Rayon Məhkəməsində iddiaçıya qarşı 9000 manat məbləğində pul tələbi ilə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. Beləliklə, iddiaçı ödəməli olmadığı 2574 manat 39 qəpik faiz borcu daxil olmaqla, ümumilikdə 9000 manat pulu, məhkəmə qətnaməsi əsasında X9 birdəfəyə ödəmək məcburiyyətində qalmışdır. Halbuki, qeyd edildiyi kimi Fərmanına əsasən iddiaçı 2574 manat 39 qəpik faiz borcunu ödəməkdən azad olunmuş və banka olan borcu restrukturizasiya şərtlərinə əsasən daha az məbləğlərlə hissə-hissə ödəməli idi. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 3158/2020 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia ərizəsi təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olmasını, işin obyektiv araşdırılmamasını, və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan «Cavabdehbank» ASC ilə İddiaçı və X10rasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə əsasən ünvan 1 öhdəliklərin təminatı kimi «Cavabdehbank» ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 50000 manat məbləğində qiymətləndirilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti borclu İddiaçı ilə ipoteka saxlayan «Cavabdehbank» ASC-nin arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 452/PBMF №-li kredit (borc) müqaviləsi üzrə illik 6 faizlə, 6 ay güzəşt dövrü olmaqla, 36 ay müddətinə 15000 manat kredit və xx.xx.2013-cü il tarixli, 452/PMBF/PK №-li kredit kartı müqaviləsi üzrə illik 36 faizlə, 24 ay müddətinə, 30 gün güzəşt dövrü olmaqla, 500 manat kredit kartı vasitəsilə aldığı borc öhdəliklərinin icrasının təmin edilməsidir. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2620/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı 9000 manat, həmçinin dövlət rüsumuna ödənilmiş 30 manat, cəmi 9030 manat pulun alınaraq iddiaçı X9 ödənilməsi qət edilmişdir. İddiaçı hazırki tələbində - «Cavabdehbank» ASC (indiki Cavabdeh BOKT ASC) xx xxxxxx 2013-cü il tarixli, 452/PBMF saylı kredit müqaviləsi bağlamasını, həmin müqaviləyə əsasən ona 36 ay müddətinə 15000 manat kredit verilməsini, xx xxxx 2019-cu il tarixə 6425 manat 61 qəpik əsas, 2574 manat 39 qəpik faiz borcunun olmasını, maddi imkanı olmadığından kredit tam qaytara bilməməsini, həmin kredit borcunun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsini, lakin Fərmanın ona tətbiq olunmamasını, 2574 manat 39 qəpik faiz borcunun silinməməsini, əsas borcunun isə restrukturizasiya olunmamasını və s. göstərmiş, bu səbəbdən də cavabdehdən silinməli olan faiz borcuna görə 2574 manat 39 qəpik tələb etmiş, eyni zamanda məhkəmə qətnaməsi əsasında X9 birdəfəlik ödəmək üçün restrukturizasiya şərtlərinə müvafiq olaraq 6425 manat 61 qəpik pul məbləğində ona kredit verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən haqlı olaraq göstərmişdir ki, iddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərman fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X6 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını (həmçinin restrukturizasiya olunacaq kreditləri) Banklar müəyyən etmirlər. Həmçinin kreditin verilməsi Bankın (və ya BOKT-un) vəzifəsi deyil, hüququdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanına (bundan sonra, Fərman) əsasən;
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Fərmanda, həmçinin milli valyutada 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası öz həllini tapmışdır. Fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir ki; 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü kimi, Fərmanda kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası və kompensasiya hesablanması qaydası öz həllini tapmış, qeyd olunan dövrdə və məbləğlərdə götürülmüş kredit borclarına əlavə güzəştlərin tətbiqi və yeni kredit münasibətlərinin qurulması tənzimlənmişdir. Fərmana əsasən müvafiq kompensasiya kredit müqaviləsinin tərəfi olan (borcalan) şəxslərə ödənilməsi qərara alınmış və həyata keçirilmişdir. İddiaçı iddia ərizəsində ona Fərmanın tətbiq olunmamasını, faiz borcunun silinməməsini, əsas borcun isə restruktrizasiya olunmamasını və s. göstərmişdir. Halbuki, cavabdeh deyil, məhz səlahiyyətli inzibati orqan (hazırki Mərkəzi Bank) Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə bağlı müvafiq qərarlar qəbul etmək səlahiyyətinə malikdirlər. Bu səbəbdən də, Fərmanın tətbiq olunmaması və ya düzgün tətbiq olunmaması ilə bağlı mübahisələr cavabdeh kredit təşkilatı ilə deyil, səlahiyyətli inzibati orqanla həll oluna bilər (inzibati orqanla mübahisələr isə məhkəmədən kənar qaydada və ya məhkəmə aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə həll oluna bilər). İddiaçı isə səlahiyyətli orqan tərəfindən onun barəsində iddia olunan kredit borcu ilə bağlı müvafiq qərarın (kompensasiya, restruktrizasiya) qəbul edilməsi, məhz cavabdehin təqsiri üzündən ona kompensasiya məbləğinin ödənilməməsi və ya qalıq borcun restruktrizasiya olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda isə, iddia tələbi – «ödəməli olmadığı faiz borcuna görə 2574 manat 39 qəpik pulun Cavabdeh BOKT ASC-dən tutulub iddiaçıya verilməsi» hissədə təmin oluna bilməz. Eyni zamanda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, kreditin verilməsi Bankın (və ya BOKT-un) hüququ olduğundan, iddia tələbi qalan hissədə də tam əsassızdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X5rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Cavabdeh BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 3158/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-3158/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: imza var. Hakimlər: imzalar var.
Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov