Məhkəmə qərarları › İş №2(103)-1915/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1915/2024

21.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1915/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Lerik rayon Dövlət Notariat ofisi, Astara rayon Dövlət Notariat ofisi, Cavabdeh1, “ŞERON 63" MTK-ya qarşı (“AccessBank" ASC , “TuranBank" ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti maraqlı şəxs qismində cəlb edilməklə) “payın müəyyən edilməsi, cehiz əmlaklarının geri alınması, maliyyə arayışının və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh3 vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmşdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-634/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh Nəzərov X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, vəsatətin təmin olunması və iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində olan cavabdehlərin çoxluq təşkil edən hissəsi Lerik rayonunda yerləşir. Həmçinin, nəzərə alsaq ki, həmin cavabdehlər dövlət idarə və təşkilatlarıdır, işin obyektiv və ədalətli həlli üçün onların keçiriləcək məhkəmə iclaslarında iştirakları zəruridir. Eyni zamanda iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinə nəzər salsaq görərik ki, qeyd olunan əmlakların çoxluq təşkil edən hissəsi də Lerik rayonunda yerləşir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Ona görə də, hesab edirik ki, İddiaçı tərəfindən verilən iddia ərizəsi ərazi aidiyyəti üzrə baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilməlidir. Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2024-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-ə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). MPM-ə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir (maddə 35.2). MPM-ə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (maddə 36.2). “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə alınmış məlumatlardan görünür ki, cavabdehlərin rəsmi qeydə alındığı ünvanlar müxtəlifdir. Cavabdehlərdən biri – "xxxx" MTK-nın hüquqi ünvanı Yasamal rayonunda yerləşir. Göründüyü kimi, iddiaçı cavabdehlərdən birinin hüquqi ünvanı üzrə iddianı öz seçiminə görə Yasamal Rayon Məhkəməsinə verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla formal mülahizələrə əsaslanır. Beləliklə, müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmişdir və bu baxımdan işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatət təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh3 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar